Moskva polisi Vasilyevsk meydanında avtomobilindəki qaz balonunu partladacağını deyən “Mercedes Gelandewagen”in sürücüsünü saxlayıb
Virtualaz.org xəbər verir ki, bu barədə "Lenta.ru" saytına hüquq-mühafizə orqanlarından məlumat verilib.
Sürücü “Qırmızı meydan”a “giriş qadağandır” işarəsi olan ərazidən daxil olmaq istəyib. Lakin bu zaman hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılıb .
Polis ərazini mühafizəyə alıb və mülki geyimli şəxslər sürücü ilə söhbət etməyə çalışıblar. Agentliyin məlumatına görə, sürücü ölkə rəhbərliyi ilə görüş tələb edib və əks halda intihar edəcəyini bildirib. Sonradan sürücünü polis bölməsinə aparılıb.
“Telegram”ın yazdığına görə, həmin şəxsin 41 yaşlı Dmitri Şalay olduğu məlum olub. Onun avtomobilinin nömrəsi isə 666-dır. Agentliyin məlumatında sürücünün Moskvaya Rusiyanın ucqar dairəsindən gəldiyi və yorğun olduğu üçün belə hərəkət etdiyi bildirilib.
MilliYol.Az