“Dağlıq Qarabağ münaqişəsi davam etdikcə tərəflər də intensiv silahlanacaq”.
Bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Vyana görüşündə bildirib.
“Təmas xəttində 6 həftə əvvəl başlayan şiddətli döyüşlər onu göstərir ki, uzunmüddətli status-kvo perspektiv əldə etməkdə əsassızdır. Konflikt davam etdiyi təqdirdə, eləcə də tərəflər intensiv şəkildə silahlansa yeni eskalasiya, hətta Azərbaycanla Ermənistan arasında müharibə riski artacaq”, - deyə Ştaynmayer söyləyib.
Onun sözlərinə görə, ATƏT münaqişənin həlində vacib rol oynayır: “Fransa, Rusiya və ABŞ Minsk qrupunun həmsədrləri kimi uzun illərdir ki, bu gərginliyə son qoymağa və siyasi prosesin bərpa olunmasına çalışır. Almaniya ATƏT nümayəndəsi kimi bunu dəstəkləyir”. (qafqazinfo)
"Milli Yol"
Digər xəbərlər
loading...