Moskvanın hüquq-mühafizə orqanlarının əməkdaşları Ukraynanın keçmiş nəqliyyat naziri Nikolay Rudkovskini saxlayıblar
Virtualaz.org “Moskva” agentliyinə istinadən xəbər verir ki, 50 yaşlı eks-nazir sentyabrın 28-də Rusiya üzrə federal axtarışda olduğu üçün tutulub. O, Kiyevdəki Rusiya səfirliyinə hücum etməkdə ittiham olunur.
Məhkəmə Rudkovskinin istintaq dövründə həbsi barədə qərar çıxarıb.
Mənbə xatırladır ki, 2014-cü ilin iyun ayında keçmiş nazir Rusiyanın Ukraynadakı səfirliyinin binasına daş atıb. 2017-ci ildə Rusiya İstintaq Komitəsi Rudkovski və daha beş şübhəli barəsində qiyabi ittiham irəli sürüb.
Şübhəlilərin səfirlik binasına vurduqları zərər 14 milyon rubl həcmində qiymətləndirilir.
Rudkovski 2006-cı ilin avqustundan 2007-ci ilin dekabr ayına kimi Ukraynanın nəqliyyat və rabitə naziri olub.
MilliYol.Az