• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə, 05 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İdman

İlon Maskla Qüdrət Şükürovun nə əlaqəsi...

12:05 01.10.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

ABŞ-da “Tesla” şirkətinin qurucusu, dünyanın ən məşhur iş adamlarından biri İlon Mask şirkətin direktorlar şurasının sədri postunu tərk etməyə və 20 milyon dollar cərimə ödəməyə razılaşıb

MilliYol.Az Virtualaz.or-a istinadən xəbər verir ki, biznesmen bu addımı ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) tərəfindən irəli sürülmüş pretenziyanı aradan qaldırmaq üçün atıb. SEC İlon Maskı investorları çaşdırmaqda ittiham edirdi.

Belə ki, Mask bu ilin avqust ayında seriya tvitlər yayaraq “Tesla” şirkətinin səhmlərini bir ədədi 420 dollardan olmaqla, yəni bazar dəyərindən 20 faiz baha almağa hazırlaşdığını bildirib. Biznesmen səhmləri almaq üçün vəsaiti borc götürəcəyini yazıb. O, “maliyyələşmənin təmin olunduğunu” vurğulayıb.

Lakin bu tvitlərdən 17 gün sonra Mask “Tesla” şirkətinin səhmlərini dövlətdən almaq və onu özəl şirkətə çevirmək planlarından imtina edib. SEC dərhal bu məsələyə müdaxilə edib və araşdırıb ki, “Tesla”nın qurucusu səhmlərin alınmasına dair sövdələşməni potensial investorlarla müzakirə etməyib və əslində onun maliyyə mənbələri olmayıb. Maskın bütün bəyanatları “Tesla”nın səhmlərinin kəskin tərəddüdləri-qalxıb enməsi fonunda verilib. SEC bildirib ki, səhmlərin alınması planına dair mühüm informasiyanın Mask tərəfindən informasiyanın açıqlanmasına dair müvafiq qanunvericiliyin tələblərinə əməl olunmasını etibarlı şəkildə nəzarət etmədən yayılması düzgün deyil.

ABŞ qanunvericiliyinə əsasən şirkətlər və onların top-menecerləri mühüm korporativ hadisələrə dair informasiyaları yaya bilməzlər. Bu cür informasiyalar ancaq investorlar üçün vərdiş edilmiş və əlçatan kanallarla, hərtərəfli şəkildə yayılmalıdır. İndi Maskın istefasından sonra “Tesla” razılaşıb ki, gələcəkdə bu cür pozuntuya yol verilməyəcək, şirkətin direktorlar şurasına iki müstəqil direktor daxil olacaq.

İlon Mask özü isə 45 gün ərzində direktorlar şurasının rəhbəri vəzifəsini tərk etməlidir, o yaxın 3 ildə bu vəzifəni yenidən tuta bilməz. Bununla belə biznesmen şirkətin baş direktoru vəzifəsini və direktorlar şurasındakı yerini saxlayacaq. İlon Maskla SEC arasında barışıq razılaşması məhkəmə tərəfindən təsdiq olunandan sonra qüvvəyə minəcək. Belə ki, ötən həftə sonu SEC biznesmeni məhkəməyə verib. Çünki Mask son anda tərəflər arasında məhkəməyəqədərki barışıq razılaşmasından imtina etmişdi və özünü məhkəmədə müdafiə etməyə hazırlaşırdı. Lakin cəmi iki gün sonra Mask fikrini dəyişib və SEC-lə sövdələşməyə girib.

Oxucular bu əhvalatı oxuduqdan sonra haqlı olaraq sual edə bilərlər-bəs İlon Maskın Bakı Lift-Təmir İstehsalat Birliyinin, yaxud “Liftremont”un rəhbəri Qüdrət Şükürova nə dəxli? Axı bizim Şükürov “Tesla”nın direktorlar şurasında yer almır və onun işi elektrik mühərrikli avtomobillər, yaxud onlarla ton yükü kosmosa qaldıran raketlər hazırlamaq deyil. Şükürov olsa-olsa Bakının sovet dövründə tikilmiş yaşayış binalarının sınıq-salxaq liftləri ilə insanları yuxarı mərtəbələrə qaldırmağa cavabdehdir. Əlbətdə, yarı yolda liftin trosu qırılıb içərisindəkilər qarışıq şaxtaya yuvarlanmasa...

Lakin əlaqə var, özü də çox ciddi əlaqə. Həmin SEC cəmi 3 həftə əvvəl, hələ İlon Maskla məşğul olmamışdan qabaq bizim Şükürovla bağlı ciddi korrupsiya mexanizminin üstünü açmışdı və bunu rəsmən elan etmişdi.

SEC bəyan etmişdi ki, ABŞ-ın “United Technologies Corporation” şirkəti özünün törəmə strukturu olan “Otis Elevator” şirkəti (daha doğrusu bu şirkətin Rusiyadakı törəməsi “Otis Rusiya”) tərəfindən Bakı Lift-Təmir İstehsalat Birliyinin rəhbərliyinə bir neçə müqavilə üzrə cəmi 11.8 milyon dollara yaxın “otkat” verdiyi üçün məsuliyyət daşıyır. Nəticədə “United Technologies Corporation” günahını tam boynuna alaraq SEC-lə məhkəmə çəkişməsinə girmədən dövlətə 14 milyon dollara yaxın cərimə ödəməyə razılaşıb.

SEC müəyyən edib ki, “Liftremont”la “Otis Rusiya” şirkəti arasında korrupsiya sxemi üzərində qurulmuş əməkdaşlıq 2012-ci ildə başlayıb. Həmin ildə Bakı şəhər İcra Hakimiyyəti şəhərin ictimai yaşayış binalarının yeni liftlərlə təchiz edilməsinə dair tender elan edib. “Otis Elevator Co.” bu tenderi udmaq üçün Bakı Lift Təmir İstehsalat Birliyinin rəhbərliyinə rüşvət verməyə razılaşıb. Rüşvətin verilməsi və liftlərin alınması üçün kağız üzərində subpodratçı şirkətlər və vasitəçilər üzərindən qurulmuş sxemdən istifadə olunub.

İlk sxem 2012-ci ilin martında “Otis Rusiya” şirkəti tərəfindən liftlərin Bakı Lift Təmir İstehsalat Birliyinə birbaşa satışı ilə bağlı olub. Bu sövdələşmənin həcmi 1.8 milyon dollar olub və məbləğin az qala yarısı “şapka” kimi İstehsalat Birliyinin rəhbərliyinə ötürüblər. Pulları “Liftremont”un vəzifəli şəxslərinə ötürmək üçün iki subpodratçı şirkətin bank hesablarından istifadə olunub. Bildirilir ki, həmin subpodratçıların hesablarına 790 min dollar köçürülüb. Bu da müqavilənin ümumi dəyərinin 44 faizi idi. Subpodratçılara pulların köçürülməsi müvafiq sənədləşdirmə olmadan, müqavilə bağlanmadan həyata keçirilib.

2013-cü ilin fevralından 2014-cü ilin dekabrına qədər “Otis” Bakı Lift Təmir İstehsalat Birliyindən əlavə müqavilə almağa çalışıb. İstehsalat Birliyinin “yüksək vəzifəli şəxsinin” göstərişi ilə “Otis Rusiya” şirkəti dörd ayrı vasitəçi şirkət üzərindən “Liftremont”la 9 ayrı müqavilə bağlayıb. Hər dəfə “Otis Rusiya” liftlər vasitəçilərə eyni qiymətə satıb, korrupsiya sövdələşməsinə əsasən həmin vasitəçilər liftləri xeyli şişirdilmiş qiymətə Bakı Lift İstehsalat Birliyinə satıblar. Arada olan fərq Birliyin rəhbərliyinin hesablarına keçirilib.

SEC müəyyən edib ki, “Otis Rusiya” şirkəti və “Liftremont” arasında qurulmuş korrupsiya sxemləri sayəsində vasitəçilər ən azı 11.8 milyon dollar alıblar. Və bu məbləğin əsas hissəsi “Liftremont”un rəhbərliyinə çatıb.

ABŞ-ın Qiymətli Kağızlar Komitəsi “Otis” şirkəti ilə Bakı Lift Təmir İstehsalat Birliyi arasında milyonlarla dollarlıq korrupsiya sövdələşməsinin izinə Azərbaycan mətbuatında gedən xəbərlərdən sonra düşüb. Hansı ki, şəhərin baş “liftçisi” Qüdrət Şükürovun bu korrupsiya əməli qızının ikinci dəfə dəbdəbəli toyla ərə getməsi xəbərlərindən sonra üzə çıxdı. Mini-oliqarx Şükürovun keçmiş qudası Rafael Əsgərov onun korrupsiya əməlləri barədə faktları KİV-lərə ötürdü, habelə müxtəlif dövlət orqanlarına yazdı.

Göründüyü kimi İlon Mask SEC tərəfindən investorları çaşdıran informasiya yaymaqda ittiham olunduğu üçün istefa verməyə və 20 milyon dollar cərimə ödəməyə razılaşıb, amma Qüdrət Şükürovun səhmləri Amerika korporasiyasına məxsus Rusiya şirkətindən milyonlarla dollar “otkat” aldığı rəsmən SEC tərəfindən təsdiqlənsə də o hələ də vəzifəsinin başındadır.

Doğrudur, bu məqamda bizim Şükürov etiraz edə bilər ki, axı İlon Maskın istefasının ona nə dəxli? Bir halda ki, “Liftremont” Vaşinqton meriyasının tabeçiliyində deyil, o zaman Şükürov da SEC qarşısında birbaşa məsuliyyət daşımır və deməli hökmən istefa vermək borcu yoxdur.

Bu da doğrudur, amma bir məsələ də var ki, barəsində milyonlarla dollarlıq korrupsiya ittihamı bu cür rəsmiləşən məmur ən yaxşı halda istefa verməli, yaxud işdən çıxarılmalı idi...

MilliYol.Az


Etiket: İlon Mask Qüdrət şükürov

Şərh yazın.


Digər xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

04.06.2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

04.06.2026
İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

04.06.2026
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

04.06.2026
Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

04.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az