• Xəbər lentİ
Fləş

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar, 14 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Siyasət

Məhərrəmlikdə sinə vurmaq nəyə görə lazımdır?

12:12 28.09.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Məhərrəm-səfər əyyamını yaşayırıq

Günümüzün ən təəccüblü məqamlarından biri odur ki, bəzən hətta namaz qılıb, oruc tutanlar belə “Məhərrəmlikdə sinə vurma! Əzadarlıq etmə, qəmlənmə!” deyirlər.

Bəziləri hətta astadan belə özlərinə sinə vurmağı yaraşdırmırlar, bəziləri hesab edirlər ki, geridə qalmışdıqdır, bəziləri isə sadəcə dərk etməkdə çətinlik çəkirlər.

Mən Kərbəlada Aşura gününü tam tanımamışam, lakin özüm üçün məhərrəmliyin nə olduğunu müəyyən etmişəm və öz hisslərimi ona uyğun kökləmişəm.

İmam Hüseynin (ə) şəhadəti - böyük faciədir. Elə bir faciədir ki, Yer üzü hələ ikinci bu cür ədalətsizliyə və qəddarlığa şahid olmayıb. Əgər bizim yaxınlarımızın birinin başına belə bir hadisə gəlsəyd, əza saxlamazdıqmı? Onun üçün göz yaşı tökməzdikmi? Belə bir hadisə bizim ürəyimizə dağ çəkməzdimi?

Təsəvvür edək ki, bir cəbhədə vuruşuruq. Səngər yoldaşımız güllə qabağına atılaraq canımızı xilas edir, lakin özü şəhadətə çatır. Belə bir qəhrəmanı, özünü bizə qurban verəni unutmaq mümkün deyil. Ömrümüzün axırına kimi, həmin əsgər yoldaşı xatırlayarıq, onun adını övladlarımıza qoyarıq, hər il ailəsinə baş çəkərik. Və elə bir gün keçməz ki, onun şəhid olmasının əvəzinə özümüzün şəhid olmasını istəməyək. Ağlayıb-sızlayarıq ki, “eh, kaş mən sənin yerinə öləydim, kaş sənə kömək edə bilsəydim, kaş..., kaş..., kaş...”. Tarixdə bu cür faktlar çox olub.

İmam Hüseyn (ə) isə bizim ən əziz insanın – İslam Peyğəmbərimizin (s) doğma nəvəsidir, ciyər parasıdır, onun canındandır və qanındandır. Peyğəmbər (s) bizim səadətə yetişməyimiz, xilas olmağımız üçün Allahın mübarək dinini, İslamı bizə çatdırdı. Həzrət Rəsulullah (s) Allahın buyurduqlarını olduğu kimi çatdırmaq üçün əzablardan, müharibələrdən, aclıqdan, susuzluqdan, təhqirlərdən, olan-olmaz sınaqlardan keçdi.

Və bir gün gəlir – şərabxor, qumarbaz, günahlardan həzz alan bir məlun peyda olur ki, bu mübarək dinin yox olmasına səbəb ola bilərdi. Bu zaman bəşəriyyətin xilası üçün gəlmiş İslam dinini yaşatmaq üçün zəmanənin İmamı – Həzrət Hüseyn (ə) qanı ilə bu mübarək “ağacı” suvarır və mübarək dinimizə Qiyamətə qədər yaşayacaq həyat dolu nəfəs verir. Bəli, mən bu cür mübarək şəxsiyyəti – bizim hamımızın: mənim, atamın, anamın, övladlarımın, bütün əzizlərimin hamısının səadəti üçün özünü qurban vermiş İmam Hüseyni (ə) sevirəm və hər il onu anmağa hazıram, onun şəhadətinə sinə vurmağı arzulayıram. Mənim buna eşqim var!

“Eh, kaş mən sənin yerinə öləydim, kaş sənə kömək edə bilsəydim, kaş..., kaş..., kaş...”.

İndi deyək ki, kimsə çox “quru” adamdır, bu cür qəhrəmanlıqları başa düşmür, özünü hansısa yüksək amalların uğrunda qurban verməyi düzgün saymır. Hətta öz babalarının, nənələrinin vəfat tarixlərini belə xatırlamır və onları hər il yada salmır. Hesab edir ki, can şirindir və onu qorumaq lazımdır. Lakin ağız dolusu cənnətə düşməkdən, haqq-ədalətdən danışır, İmam Sahib-əz-Zamanın (ə.f) gəlməsini istəyir ki, İmam (ə.f) öz nuru, gücü, qabiliyyəti və Allahın lütfü ilə ədaləti bərqərar etsin.

Günü sabah İmam (ə.f.) zühur etsə, bəs biz nə edəcəyik? Yoxsa bu mübarək şəxsiyyəti də İmam Hüseyni (ə) tək qoyduqları kimi yalnız qoyacağıq? İndiki zamanda İmamın (ə.f) düşməni daha çoxdur: təkfirçilər, adı müsəlman olanlar, sionistlər, masonlar və s. Daxilimizə nəzər salaq, görəsən İmama (ə.f.) yardım etməyə hazırıqmı? Bütün dünyaya “YOX!” deməyi bacararıqmı?

Doğrudur, müsəlman olan şəxsin bilərəkdən öz ruhuna da, cisminə də zülm etməsi düzgün deyil. Lakin əza məclisində bir küncə çəkilib qəmgin-qəmgin yüngülcə sinə vurmağın nəyi zülmdür?! Üstəlik, tutaq ki, hətta Həzrət Rəsulullah (s) başda olmaqla, digər Məsumların (ə) mübarək vücudlarını özünə yaxın bilməsələr belə, qoy sinəni həmin nurlu simalar üçün vurmasınlar, sinəni öz bədbəxt ruhlarına və əməllərinə görə vursunlar. Sinəni vuraq və deyək: “Vay mənim halıma ki, İslam dinimi olduğu kimi yaşada bilmirəm. Vay günümə ki, günah etmişəm, tövbəmi isə etməmişəm. Vay daxili dünyamdakı yezidlərə (lən) ki, onları məhv edə bilməmişəm!”.

Mənim üçün İmam Hüseynin (ə) böyüklüyü həmçinin ondan ibarətdir ki, əziz Peyğəmbər (s) nəvəsi (ə) heç nəyə baxmadan, gələcəkdə neçə müsəlmanın İslam dininə sahib çıxacağını və həqiqi İlahi dini yaşadacağını düşünmədən nəinki tək öz canını qurban verir, o Həzrət (ə) hətta 6-aylıq körpə südəmər balası Əli Əsğərdən (ə) də keçir. Bir insan nə qədər Allaha və dəyərlərinə bağlı olmalıdır ki, Aşura günü həmin fədakarlıqları edə bilsin!

Deməli, bu adi bir insan deyil, İlahi bir rəhbərdir, İmamdır. Həmin gün onun yanında olmaq isə, hər bir müsəlmanın İlahi bir vəzifəsi idi.

İmam Cəfər Sadiqə (ə) nisbət verirlər ki, hər gün Aşuradır və hər yer Kərbəladır – demişdir. Mən bu gün Bakıda yaşayıram, lakin bura – mənim Kərbəlamdır. Çünki İmam Hüseynin (ə) canı bahasına qoruduğu müqəddəs amallarla yaşamalıyam.

Ya İmam (ə), mən dərk edirəm ki, sən öz mübarək canını və əhli-əyalını mənim səadətə çatmağım üçün fəda etdin, lakin mən qəflət içində günah edirəm.

Ya İmam (ə), mən anlayıram ki, cəddin Həzrət Rəsulullahın (s) biz müsəlmanlara qoyduğu iki əmanəti: Quranı və siz Əhli-Beyti (ə) qoruya bilmirəm, tanımağa mərifətim çatmır.

Ya İmam (ə), mən bilirəm ki, bu gün mən Aşurada sənin yanında olmaq istəyirimsə, gərək İmam Məhdinin (ə.f) yanında olum. Lakin mən evimi-eşiyimi, cah-calalımı geridə qoyub, işimi-gücümü, vəzifəmi, ad-sanımı atıb, ailəmi də götürüb Zəmanə Sahibinə (ə.f) qoşulmağa qadirəmmi? Bilmirəm, elə buna görə də, hər günüm Aşuradır mənə. Hər gün daxilimdəki yezidlə (lən), yəni nəfsimlə, pis düşüncələrimlə, nalayiq istəklərimlə mübarizə aparmaq istəyirəm.

Ya Əba Əbdillah (ə), bağışla məni.

Bağışla ona görə ki, çox sevdiyin namazı vaxtında və Allah bəyəndiyi kimi qılmıram.

Bağışla ona görə ki, tutduğum oruclar yalnız zahirən aclığa və pəhrizə bənzəyir.

Bağışla ona görə ki, natiqi olduğun Quranı ona layiq halda qiraət etmirəm.

Bağışla ona görə ki, günüm günah, qeybətlər, böhtanlar, rəzilliklər içində keçir.

Bağışla ona görə ki, övladlarımı əməlisaleh bəndələr kimi yetişdirmirəm.

Bağışla ona görə ki, zülm və ədalətsizliyi görəndə, özümü bilməməzliyə vururam.

Bağışla ona görə ki, hər gün danışılan rəngarəng yalanların qarşısını almıram.

Bağışla ona görə ki, rüşvətxor məmurların əməllərinin tərkib hissəsinə çevrilmişəm.

Bağışla ona görə ki, sənin mənimlə bağlı gözləntilərini doğrultmuram.

Ya Əba Abdillah (ə), bağışla məni, bağışla məni, bağışla məni...(deyerler.org)

MilliYol.az


Etiket: Məhərrəmlik

Şərh yazın.


Digər xəbərlər

loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

11.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az