• Xəbər lentİ
Fləş

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə, 05 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Səhiyyə

Tibbi sığorta haqqı dəqiqləşdi

14:53 27.09.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Sığorta paketinə 1806 növ tibbi xidmət daxildir

İşləyənlər əmək haqqının 2 faizi həcmində ödəniş etməklə, işləməyən vətəndaşlar isə illik 120 manat ödəməklə sığorta paketini əldə edə biləcəklər

Gələn ildən Azərbaycanda icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqinə başlanması nəzərdə tutulur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi sığorta departamentinin rəhbəri Vüqar Qurbanovun verdiyi məlumata görə, pilot rayonlarda qeydə alınan təcrübədən çıxış edərək, sığorta olunanlara təklif ediləcək tibbi xidmətlərin baza zərfinə bəzi dəyişikliklər ediləcək.

Agentliyin KİV üçün təşkil etdiyi təlimdə çıxış edən departament rəhbərinin sözlərinə görə, pilot ərazilərdə aşkar edilmiş bəzi xəstəliklər baza zərfinə daxil edilməmidiyindən onların yeni baza zərfində öz əksini tapması nəzərdə tutulur. Agentlik rəsmisinin sözlərinə görə, yeni baza zərfinin quruluşu da fərqli olacaq, özündə həkimlər tərəfindən qoyulan diaqnozları və həmin diaqnoza aid olan tibbi müayinələri, müalicələri əks etdirəcək.

Agentliyin Monitorinq, təhlil və aktuari departamentinin direktoru Araz Nəsirovun dediyinə görə, artıq icbari tibbi sığorta haqqının məbləği də müəyyənləşdirilib. Belə ki, bu haqq muzdlu işçilərin əmək haqqından tutulacaq. Bu zaman əmək haqqının 2 faizi işçidən, 1 faizi isə işəgötürəndən olmaqla cəmi 3 faiz ödəniş tələb ediləcək. İşləməyən vətəndaşlar isə illik 120 manat ödəməklə sığorta paketini əldə edə biləcəklər. A.Nəsirov bildirir ki, aparılan hesablamalar zamanı bu məbləğin səhiyyə xidmətlərinin keyfiyyətinin artırılmasına, tibb işçilərinin iş şəraitinin yaxşılaşdırılmasına, əmək haqlarının yüksəlməsinə imkan verdiyi qərarına gəliblər. Agentlik rəsmisinin sözlərinə görə, Avropa ölkələrində icbari tibbi sığorta xidmətinin göstərilməsi üçün işəgötürən və işçilərdən 5 faizdən 15 faizədək icbari tibbi sığorta haqqı tutulur.

Bir sıra kateqoriyadan olan vətəndaşların icbari tibbi sığortası tam olaraq dövlət hesabına təmin ediləcək. Bunlar 18 yaşadək uşaqlar, əyani təhsil alan tələbələr, pensiyaçılar, sosial müavinət alanlar, hamilə qadınlar və digərləridir.

V.Qurbanovun verdiyi məlumatdan o da aydın olur ki, icbari tibbi sığortanın baza zərfinə 18 növ ilkin səhiyyə xidməti, 6 növ təcili və təxirəsalınmaz yardım xidməti, 480 növ ambulator, 677 stasionar, 459 laborator, 166 növ həyati vacib, dəyəri yüksək olan xidmətlər daxil edilir. Bu zaman təcili və təxirəsalınmaz tibbi xidmət bütün əhali üçün pulsuz olmaqla, sığorta tələb edilmədən dövlət tərəfindən təklif ediləcək. Baza zərfinə daxil edilən həyati vacib, dəyəri yüksək tibbi xidmətlər müəyyənləşdirilərkən ölüm səbəbləri arasında öndə gedən xəstəliklər nəzərə alınıb. Məsələn, qapalı və açıq ürək əməliyyatları, o cümlədən aorta-koronar şuntlama, stend qoyulması, damar əməliyyatları sığorta paketinə daxil edilib, çünki ürək-damar xəstəlikləri ölüm səbəbləri arasında yüksək yer tutur.

Müxtəlif orqanların transplantasiyası əməliyyatları hələlik icbari tibbi sığorta paketinə daxil edilməyib. V.Qurbanov deyir ki, ümumiyyətlə, bu sahədə Azərbaycanda hələ təkmil mexanizm yaradılmayıb. Buna görə də ölkə üzrə konkret mexanizm formalaşandan sonra transplantasiya da paketə daxil ediləcək. Azərbaycanda işləyən xarici vətəndaşlar da icbari tibbi sığortadan yararlana biləcəklər. Bunun üçün əsas şərt onların vətəndaşı olduqları ölkə ilə qarşılıqlı müqavilənin olmasıdır.

İcbari tibbi sığörtanın tətbiqi əhalinin pulsuz dərman təchizatında da keyfiyyət dəyişikliyinə səbəb olacaq. Məlumdur ki, dövlət tərəfindən pulsuz verilən dərmanların əldə olunması sahəsində müəyyən problemlər var. Vətəndaşlar tez-tez səhiyyə müəssisələrində özlərinə çatacaq dərmanları əldə edə bilməmələrindən şikayətlənirlər. Pilot rayonlarda dərman təchizatını İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirir. İcbari tibbi sığortanın bütün ölkədə tətbiqindən sonra dərmanları vətəndaşlara Səhiyyə Nazirliyinə məxsus xəstəxanalar çatdırsa da, dəyəri agentlik tərəfindən ödəniləcək.

Agentliyin hüquq departamentinin rəhbəri Aysel İbayevanın verdiyi məlumata görə, Azərbaycanda 1999-cu ildə qəbul olunmuş “İcbari tibbi sığorta haqqında” Qanun köhnəldiyi üçün onlar sənədin yenidən işlənməsi qərarına gəliblər: “Xarici ekspertlərin də iştirakı ilə yeni şərtlər nəzərə alınmaqla qanun layihəsini hazırlayıb aidiyyəti dövlət qurumlarının müzakirəsinə təqdim etmişik. Eyni zamanda qanunun qəbulu ilə bağlı bir sıra qanunlara ediləcək dəyişiklik layihələrini də hazırlamışıq. Dövlət qurumlarının müzakirələrinin tezliklə yekunlaşması və sənədlərin Milli Məclisin müzakirəsinə təqdim olunması gözlənilir”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Səhiyyə siyasəti və kliniki kodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılovanın dediyinə görə, getdikcə daha çox sayda Azərbaycan həkimi işləmək üçün xarici ölkələrə gedir. Buna görə də ölkədə həkimlərin sayının azalması müşahidə edilir. Eyni zamanda Azərbaycanda insanların tibbi xidmət üçün müraciətlərinin də sayı digər bir sıra ölkələrə nisbətən azdır. Şöbə müdiri bunun əsas səbəbi kimi tibbi xidmətlər üçün nağd ödənişlərin məbləğinin yüksək olmasını qeyd edir. Ş.İsmayılova bildirir ki, icbari tibbi sığorta insanların tibbi xidmət üçün müraciətlərinin sayını artıracaq: “Biz pilot rayonlarda bunu müşahidə etmişik”. Şöbə müdirinin sözlərinə görə, beynəlxalq praktikaya görə, ilkin səhiyyə müəssisəsi vətəndaşların piyada 30 dəqiqə ərzində çata biləcəkləri məsafədə olmalıdır. Azərbaycanda da buna nail olunması nəzərdə tutulur(musavat.com).

MilliYol.az


Etiket: Tibbi sığorta haqqı

Şərh yazın.


Digər xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026
Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

05.06.2026
Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

05.06.2026
Prezident Azərbaycan millisini təbrik etdi

Prezident Azərbaycan millisini təbrik etdi

05.06.2026
Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

05.06.2026
“Psixologiya tarixi

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

05.06.2026
Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

05.06.2026
XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

05.06.2026
Ruslan Eyyubov həbsdən azad edildi

Ruslan Eyyubov həbsdən azad edildi

05.06.2026
Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

05.06.2026
MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

05.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026
Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

05.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az