• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Kriminal

Yüksək sürətlə adam öldürdü, 32 gün sonra azadlıqdadır

10:44 27.09.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Prezidentə “Açıq məktub”

Bu ilin 28 iyul tarixində əksər xəbər portallarında Sumqayıtda Orucova Mömünə Ağacan qızının yolu keçərkən naməlum avtomobil tərəfindən vurulduğu və sürücünün hadisə yerindən qaçdığı barədə məlumat dərc edilmişdi. Məlumatda o da qeyd olunurdu ki, 61 yaşlı M.Orucovanı xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun yaxınları hadisədən ötən müddət ərzində bir neçə instansiyaya müraciət etsələr də, yüksək sürətlə bu qəzanı törədən və hadisə yerindən qaçaraq 32 gün gizlənən sürücü bu gün də azadlıqdadır.

M.Orucovanın qızı Nurxanım Orucova məhkəmə və hüquq-mühafizə orqanlarının işi obyektiv araşdırmadıqları üçün ölkə başçısı İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əlıiyevaya “Açıq məktub”la müraciət etmək qərarına gəlib. “AzPolitika” həmin məktubu olduğu kimi dərc edir:

Cənab Prezident!

Bu məktubu yazaraq bildirirəm ki, 28 iyul 2018-ci il tarixində Anam Orucova Mömünə Ağacan qızını Sumqayıt şəhər sakini İsmayılov Bəxtiyar Musa oğlu yüksək sürətlə idarə etdiyi “Mercedes” markalı 50-DH-831 dövlət qeydiyyat nişanlı avtomabillə vurmuş, Anamın üzərindən keçmiş və hadisə yerindən qaçmışdır. Hadisə saat 15.40-da Sumqayıt şəhər Z.Hacıyev küçəsindəki piyada keçidinin üzərində baş vermişdir.

Hadisə baş verəndən sonra Anam hələ sağ və huşu başında olub. O, təcili tibbi yardım maşını ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Anam ev nömrəsini də həkimlərə özü demiş və zəng edərək bildirmişdi ki, onu maşın vurub, vəziyyəti olduqca pisdir. Bundan dərhal sonra qardaşım və gəlinimiz Təcili Tibbi Yardım Xəstəxanasına gediblər. Saat təxminən 21-00 radələrində həkim-cərrah onlara Anamın aldığı ağır bədən xəsarətlərindən rəhmətə getdiyini bildirib.

Baş vermiş hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2. (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü maddələri ilə (Yol nəqliyyat hadisəsi yerindən qaçma) cinayət işi başlanıb və Sumqayıt ŞP İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Rüstəmov Əmrah İlqar oğlunun icraatına verilib. Lakin hadisədən yalnız 16 gün sonra - 13 avqust 2018-ci il tarixində İsmayılov Bəxtiyar Musa oğlu təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunması üçün axtarışa verilib ki, bu da bizim israrli təkidlərimizdən sonra baş tutub. Hətta belə cinayətlərdə sübut kimi əsas prosesual sənədlərdən biri olan hadisə yerinin sxemi də hadisədən yalnız 16 gün sonra hazırlanmağa başlanıb. Buna görə, biz müvafiq orqanlara çoxsaylı şikayətlərlə müraciət etdikdən və həm də hadisədən 32 gün sonra – 29 avqust 2018-ci il tarixdə təqsirləndirilən şəxs İsmayılov Bəxtiyar Musa oğlu tutulub.

Atamı telefonla xəbərdar edərkən, təqsirləndirilən şəxsin tutulduğunu desələr də, 31 avqust 2018-ci il tarixində Sumqayıt Şəhər Məhkəməsində hakim Əsgərova Ruhiyyə Orucəli qızının sədrliyi ilə keçirilən qapalı məhkəmədə verilən qərardan sonra bizə məlum oldu ki, İsmayılov Bəxtiyar Musa oğlunun 29 avqust 2018-ci il tarixdə könüllü təslim olduğu bildirilir. Və məhz bu səbəbdən məhkəmə, istintaqı aparan müstəntiqin həbs-qətimkan tədbrinin seçilməsi vəsatətini təmin etməmiş və cinayətkarı məhkəmə zalından azadlığa buraxmışdır. Sual yaranır ki, hadisəni törədən şəxsin 32 gün qaçıb gizləndikdən sonra tutulması hansı əsaslarla “könüllü” sayıla bilər?

Məhkəmə isə bu zamana qədər olan materialların “ibtidai istintaqın normal gedişinə mane olmaq, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməmək, habelə cinayət prosesini həyata keçirən orqandan gizlənmək, iş üzrə şahidlərə qanunsuz təsir göstərmək və ya digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən boyun qaçırmaq kimi hərəkətlərin edilməsi ehtimalına kifayət qədər əsas vermədiyini” əsas götürərək, təqsirləndirilən şəxs haqqında həbs qismində qətimkan tədbirinin seçilməsindən imtina etmiş və İsmayılov Bəxtiyar məhkəmə zalından azadlığa buraxılmışdır. Məhkəmənin bu qərarı çox ədalətsiz qərardır və biz bilmək istəyirik ki, aşağıda göstərdiyim əsaslardan sonra təqsirləndirilən şəxs necə azad edilir?

- Hadisədən 32 gün keçdikdən sonra axtarışda olan şəxs İsmayılov Bəxtiyar hətta könüllü gəlib təslim olsa belə, hadisə zamanı onun içkili və ya hər hansı narkotik maddənin təsiri altında olmasının yoxlanmasını mümkünsüz etmişdir ki, bu da onun tərəfindən elə ilkin istintaqın ədalətli gedişatına təsir etməkdir. (Bəxtiyar İsmayılovu tanıyan insanlardan aldığımız məlumatlara görə, bu şəxs narkotik maddə istifadəçisidir və hətta bəzi gənclərin də bu xəstəliyə alışdırılmasına “köməklik” edir – N.Orucova).

Məhkəmə cinayət təqibi üzrə materiallardan olan hansı sübütlara, sənədlərə istinad edərək, yuxarıdakı halların baş verəcəyi ehtimalının olmadığını qeyd edir? Axı istintaq aparılan günə kimi, iş materiallarında onun istintaqla əməkdaşlıq etməsinə dair və yaxud da onu müsbət səciyyələndirən heç bir sənəd mövcud deyil. Əksinə, təqsirləndirilən şəxs İsmayılov Bəxtiyar hadisə baş verdikdən dərhal sonra hadisə yerindən qaçması və onun hadisənin baş verdiyi gündən 32 gün sonra (barəsində axtarış verildikdən və Azərbaycan Republikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin rəhbər şəxslərinə çoxsaylı şikayətlərdən sonra-N.Orucova), 29 avqust 2018-ci il tarixdə ortaya çıxması belə, artıq ilkin istintaqın gedişatına maneçilik törətmişdir. Belə ki, artıq istintaq İsmayılov Bəxtiyarın hadisə zamanı içkili olub-olmadığını və yaxud da narkotik vasitələrdən və ya digər psixotrop maddələrdən istifadə edib-etmədiyini müəyyənləşdirə bilməzdi. Bu isə cəza hissəsində onun məsuliyyətini qəsdən.

- “Yol hərəkəti haqqında” haqqında Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin IV hissəsi ilə mexaniki nəqliyyat vasitəsinin sürücüsünün üzərinə yol nəqliyyat hadisəsi zamanı zərərçəkənlərə ilkin tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirlərin görülməsi, “Təcili Tibbi Yardım” maşınını çağırması, zərər çəkən həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməsi, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsilə aparması kimi öhdəlik qoyulmuşdur. Lakin İsmayılov Bəxtiyar bu qaydaları pozmuş, hadisə yerindən qaçmış və 1 aydan çox istintaqdan yayınmışdır ki, bu da öz növbəsində istintaqın gedişatına digər bir maneçilik halıdır.

- Bunlardan başqa, təqsirləndirilən şəxs İsmaylov Bəxtiyar Musa oğlu 2016-cı ildə də eyni cinayətin törədilməsi səbəbilə məhkum olunmuşdur. Bu xarakteristikada olan insanın yenidən eyni tipli hadisə törətməsi nəticəsində aparılan istintaq zamanı, istərsə də sonradan azadlıqda qalması nə dərəcədə ədalətli və cəmiyyət üçün təhlükəsiz və güvənli hesab oluna bilər?

- Bunlardan başqa hadisə zamanı qəzanı törədən maşında Bəxtiyar İsmayılovdan başqa 2-ci şəxs də olmuşdur və bunu həm rəsmi şahidlər, həm şahidlik etməkdən “qorxan”, hadisəni görən bəzi insanlar və eyni zamanda İsmayılov Bəxtiyar özü də dindirilməsi zamanı etiraf etmişdir. Lakin heç bir prosesual materialda bu şəxs haqqında məlumat verilmir. Halbuki, həmin şəxs özü də cinayəti ört-basdır etməkdə məsuldur. Bu hadisənin gizlədilməsinə, ört-basdır edilməsinə və Bəxtiyar İsmayılovun cəzasının yüngülləşdirilməsinə çalışılan bütün hallar istintaqın gedişatına maneçilikdir və şübhələr doğurur.

Hakim Ruhiyyə Əsgərova açıq-aşkar iş materiallarında olan sənədlərdən təqsirləndirilən şəxs İsmayılov Bəxtiyarın hadisənin baş vediyi gündən, yəni 28 iyul 2018-ci il tarixdən hadisə yerindən qaçmasını və 32 gün sonra, yəni 29 avqust 2018-ci il üzə çıxmasını bilə-bilə, bu cür qənaətə gəlmişdir. Bununla bağlı olaraq mən dərhal Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Təşkilat Nəzarət Baş İdarəsinə və Sumqayıt şəhər Apellyasiya Məhkəməsinin sədri Səadət Bektaşiyə şikayət ərizələrimlə müraciət etdim. Sumqayıt Şəhər Prokurorluğu da öz növbəsində məhkəmə qərarından apellyasiya protesti verdi.

İlkin apellyasiya məhkəməsi 06.09.2018-ci il tarixə təyin olundu. Lakin təqsirləndirilən şəxs və vəkili məhkəməyə hörmətsizlik edib, bilinməyən səbəblərdən məhkəməyə gəlməmişdir. Apellyasiya məhkəməsi isə təqsirləndirilən şəxsin məhkəməyə gəlməməsini və Tibbi Ekspertizanın hazır olmadığını səbəb göstərərək, materiallarla tanış olmaq üçün məhkəməni 10.09.2018-ci il tarixə təxirə saldı. Bu dəfə isə təqsirləndirilən şəxs İsmayılov Bəxtiyar Musa oğlu məhkəmə başladıqdan yarım saat sonra gəldi və ifadəsində yalan məlumatlar verdi. Qarşı tərəfin vəkilindən 06.09.2018 tarixdə niyə məhkəməyə gəlmədiyini soruşduqda isə Bəxtiyarın narkoloji test üçün aparıldığını bəhanə gətirdi. Halbuki, qarşı tərəf gecikdiyi üçün onlardan əvvəl məhkəmə zalında müstəntiq həmin tarixdə narkoloji test üçün səhər saat 9-da gedib, 11-də qayıtdıqlarını hakimə məruzə etmişdi. Bu isə artıq Bəxtiyar İsmayılovun vəkilinin məlumatları saxtalaşdırmaqla məşğul olduğunu açıq-aydın ortaya qoyur.

Sonda Apellyasiya məhkəməsinin hakimi Vidadi Cəfərov Apellyasiya protestini bu dəfə də təmin etmədi, səbəb kimi isə avtotexniki ekspertizanın cavabının olmadığını göstərdi. O zaman sual olunur:

- Heç bir qanuni və ciddi səbəb olmadan ilkin Apellyasiya məhkəməsinə gəlməyən təqsirləndirilən şəxsə görə məhkəməni təxirə salan hakim Vidadi Cəfərov nəyə görə bu dəfə avtotexniki ekspertiza cavabını gözləmək üçün məhkəməni təxirə salmadı və təqsirləndirilən şəxsi yenidən azadlığa buraxdi? Halbuki, bu cavab 2 gün sonra artıq göndərilmişdi.

Bütün ailəmiz adından bildirirəm ki, bu həyatdakı ən əziz varlığımız olan Anama qarşı edilən bağışlanmaz cinayətə görə, biz təqsirləndirilən şəxs İsmayılov Bəxtiyarın bu qədər qorunmasını və Azərbaycan qanunlarının belə kobud şəkildə pozulmasını anlamırıq. Və onu da xüsusi olaraq qeyd etmək istəyirəm ki, Bəxtiyar İsmayılov 2 il əvvəl də başqa bir xanımı maşınla vurmuş və məhkumluğu olmuşdur.

Sizdən xahiş edirik ki, bizim hüquqi haqqımızın təmin olunmasında bizə kömək edəsiniz

MilliYol.az


Etiket: Sumqayıt Ruhiyyə Əsgərova Ölüm Vidadi Cəfərov

Şərh yazın.


Digər xəbərlər

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

04.06.2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

04.06.2026
İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

04.06.2026
Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

04.06.2026
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

04.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az