"Ermənistanda korrupsiyanın , emiqrasiyanın artmasının və 1 mart qırğınlarının günahkarı Serj Sərkisyandır"
Bunu Milli Razılaşma Partiyasının sədri Aram Arutyunyan deyib.
“Bu gün hər kəs Serj Sərkisyana qarşı necə çıxdığını unudub. Əgər Serj Sərkisyan “nə qədər səs lazımdırsa, o qədər yığaram” deyirdisə, indiki baş nazir Paşinyan “gücünüz çatırsa, mənə səs verməyin” deyə təhdid edir.
Ermənistanda faktiki olaraq siyasi plüralizm yoxdur, indiki hakimiyyət isə açıq şəkildə opponentlərinə qarşı təhdidlər səsləndirir. Qərb buna gözünü yumur, çünki inqilabı maliyyələşdirən Qərbdir. Hər şey Ermənistandan Rusiyanın 102-ci bazasının çıxarılması üçün təşkil edilib. Hökumət gizli oyun aparır və tamam fərqli hədəflərə doğru irəlləyir”, – deyə o bildirib. (axar.az)
MilliYol.az