• Xəbər lentİ
Fləş

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar, 14 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Siyasət

Mehriban Əliyeva: "Bizdə multikulturalizm həyat tərzidir"

10:42 26.09.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Sentyabrın 25-də Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi ziyafət verilib

Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi ziyafətdə iştirak edib.

Əvvəlcə İtaliyanın və Azərbaycanın dövlət himnləri səsləndirilib. Azərbaycanın birinci vitse-prezidenti tədbirdə çıxış edib. Birinci vitse-prezident qonaqları salamlayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixinə nəzər salıb.

Diqqətə çatdırıb ki, həmin dövrdə ölkəmiz üçün çox vacib addımlar atılıb: Azərbaycanda demokratiya institutları formalaşmağa başlayıb, azad seçkilər nəticəsində çoxmilli və çoxpartiyalı parlament yaradılıb, ölkəmiz üçün bir sıra vacib qanunlar qəbul edilib, milli ordumuz yaranıb.

“Biz ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşırıq. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Azərbaycanda və tərəfdaş ölkələrdə geniş şəkildə qeyd olunur”, - deyən birinci vitse-prezident belə bir gecənin Azərbaycana dost olan İtaliyada, bu ölkənin gözəl paytaxtında – Romada keçirilməsindən məmnunluğunu ifadə edib.

Bu gün Azərbaycanın zəngin, qədim tarixə və mədəniyyətə malik olduğunu, Şərqlə Qərb arasında - qədim İpək Yolu üzərində yerləşdiyini deyən Mehriban Əliyeva əsrlər boyu burada müxtəlif sivilizasiyaların, mədəniyyətlərin, dinlərin, millətlərin nümayəndələrinin sülh, qarşılıqlı hörmət şəraitində yaşadıqlarını vurğulayıb.

“Biz fəxr edirik ki, bu ənənələr bu gün də qorunub saxlanılır. Azərbaycanda multikulturalizm, dözümlülük, qarşılıqlı hörmət artıq həyat tərzidir”, - deyən birinci vitse-prezident bu gün ölkəmizin dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınmasının təsadüfi olmadığını, Azərbaycanda millətlərarası dialoqun qurulmasına həsr olunan bir sıra beynəlxalq tədbirlərin keçirildiyini və belə tədbirlərin BMT, UNESCO, ISESCO kimi mötəbər beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndiyini vurğulayıb.

Ölkəmizin müstəqillik illərində qazandığı nailiyyətlərdən danışan Mehriban Əliyeva müxtəlif sahələrdə əldə edilən uğurları qeyd edib. Azərbaycanın beynəlxalq arenadakı nüfuzunun artdığını deyən birinci vitse-prezident 2011-ci ildə ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildiyini, Azərbaycanın həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvü olduğunu, 2008-ci ildə Bakı şəhərində Avropa Şurasına və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin görüşünün təşkil olunduğunu, bu təşəbbüsə “Bakı Prosesi” adının verildiyini bildirib və vurğulayıb ki, “Bakı Prosesi” xalqlar və millətlər arasında səmərəli dialoq qurmağa xidmət edir.

İtaliya-Azərbaycan münasibətlərindən danışan Mehriban Əliyeva bildirib ki, əlaqələrimiz strateji tərəfdaşlıq əsasında inkişaf edir, həm siyasi, həm də iqtisadi sahədə uğurlu əməkdaşlıq qurulub. Bu gün Azərbaycanda çox sağlam investisiya mühitinin mövcudluğunu bildirən Birinci vitse-prezident İtaliyanın iş adamlarını ölkəmizə dəvət edib.

Humanitar sahədəki əlaqələrə xüsusi toxunan birinci vitse-prezident son illər Azərbaycandan İtaliyaya təhsil almaq üçün gedən tələbələrin sayının artdığını xoş hal kimi dəyərləndirib. Həm Azərbaycanda, həm də İtaliyada qarşılıqlı mədəniyyət günlərinin keçirildiyini, müxtəlif sərgilərin, konsertlərin, görüşlərin baş tutduğunu söyləyib.

“Mən qeyd etmək istəyirəm ki, Romanın məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi Nizami Gəncəviyə ucaldılan abidə Azərbaycan xalqı tərəfindən çox böyük hörmətlə qarşılanır və çox yüksək qiymətləndirilir”, - deyən Mehriban Əliyeva bu sahədə gələcəkdə də əməkdaşlığın möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Azərbaycanın birinci vitse-prezidenti “Milan Ekspo” sərgisində Azərbaycan pavilyonunun ən çox ziyarət edilən pavilyonlardan biri olduğunu qeyd edərək bildirib ki, ölkəmiz “Ekspo-2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməsi üçün Bakı şəhərinin namizədliyini irəli sürüb.

“Bizim bu sahədə böyük təcrübəmiz var. Bakıda, paytaxtımızda dəfələrlə böyük beynəlxalq tədbirlər keçirilib və ümidvaram ki, əgər bizim namizədliyimiz qalib gəlsə, biz gözəl bir beynəlxalq tədbir keçirməyə nail olacağıq”, - deyən Mehriban Əliyeva İtaliyanın bu sahədəki təcrübəsinin əhəmiyyətini də vurğulayıb.

İtaliyanın iqtisadiyyat və maliyyə naziri Covanni Tiran ziyafətdə çıxışında maddi və mədəni zənginliyə malik Odlar Yurdu Azərbaycanın böyük təbii ehtiyatlarının olduğunu diqqətə çatdırıb.

Qeyd edib ki, Azərbaycan bu təbii ehtiyatlardan səmərəli istifadə edərək ölkənin sürətli inkişafına nail ola bilib və dünya iqtisadiyyatında mühüm rol oynayır.

Bu gün Azərbaycanda təhsilə, elmə böyük diqqətin ayrıldığını bildirən nazir cari ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsinin əhəmiyyətinə toxunub.

O, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın böyük inkişaf yolu keçdiyini, bu uğurların əsasında Azərbaycan rəhbərliyinin insan kapitalına böyük diqqət yetirdiyinin durduğunu deyib. Nazir “Ekspo-2025”ə Bakının namizədlik üçün seçdiyi mövzunun “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” olduğunu xatırladaraq onun əhəmiyyətini vurğulayıb.

Azərbaycan-İtaliya əlaqələrindən bəhs edən Covanni Trian 2017-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd olunduğunu bildirib və bu gün ölkələrimiz arasında əlaqələrin genişləndiyini məmnunluqla vurğulayıb.

O qeyd edib ki, Azərbaycan Cənubi Qafqaz regionunda çox mühüm ölkədir. Asiya ilə Avropa arasında körpü rolunu oynayan Azərbaycan sabitlik məkanıdır, qədim İpək Yolunun mərkəzindədir.

Nazir bildirib ki, bu gün Azərbaycan zəngin mədəniyyətinə, qədim adət-ənənələrinə əsaslanaraq yeni təşəbbüslərlə çıxış edir. Bu təşəbbüslər mədəniyyətlər və xalqlar arasında əlaqələrin genişlənməsinə xidmət edir.

Heydər Əliyev Fondunun İtaliyada mədəni irsin qorunması istiqamətində həyata keçirdiyi layihələrdən danışan nazir bunlara görə birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.

O, Azərbaycan ilə İtaliya arasında qarşılıqlı sərmayə qoyuluşu sahəsində əməkdaşlığın genişləndirildiyini bildirdi, Azərbaycanın Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayıb.

“Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi və müasirləşdirilməsi istiqamətində mühüm addımlar atır. Bizim strateji tərəfdaşlığımız ticari əlaqələrimizin möhkəmlənməsinə töhfə verir. Biz sənaye sahələrinə qarşılıqlı sərmayələr yatırırıq, biz birgə çalışırıq”, - deyə nazir Covanni Trian vurğulayıb.

Sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dair sənədli film nümayiş etdirilib. Ziyafət Azərbaycan musiqilərindən ibarət konsert proqramı və milli mətbəximizin nümunələrinin təqdimatı ilə davam etdirilib.

Tədbir çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan sərgi maraqla qarşılanıb. Sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi tarixi yol, onun yaradıcıları və qazandığı uğurlar barədə məlumat verilib. Burada Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti, diplomatik uğurları, o dövrdə hərbi, mədəni, sənaye sahələrində həyata keçirilən islahatlar barədə də geniş məlumatlar yer alıb.

Sərgidə, eyni zamanda, Azərbaycanın müstəqilliyinin bərpası, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, ölkəmizin qazandığı nailiyyətlərlə bağlı məlumatlar təqdim olunur.

Sərgidə Heydər Əliyev Fondunun ölkəmizlə bağlı nəşrləri də nümayiş etdirilir. (oxu.az)

MilliYol.az


Etiket: Mehriban Əliyeva Roma Covanni Tiran

Digər xəbərlər

loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

11.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az