• Xəbər lentİ
Fləş

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026

Hansı hallarda əmlak son alıcıdan geri alına bilər?

11:16 / 10.06.2026

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

16:31 / 09.06.2026

14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı

16:27 / 09.06.2026

"Bakı Kart"ın satış qiyməti artırıldı

15:10 / 09.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar, 14 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Siyasət

Mehriban Əliyeva: "İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır"

16:45 25.09.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

"Biz fəxr edirik ki, hələ XX əsrin əvvəllərində Azərbaycan xalqı mütərəqqi və azadlıq ideyalarına əsaslanaraq öz müstəqilliyini əldə edib"

"Azərbaycan Xalq Cümhuriyyəti qısa zamanda ölkəmiz üçün çox vacib olan addımlar atıb. Azərbaycanda demokratiya institutları formalaşmağa başlayıb, çoxmillətli parlament fəaliyyətə başladı, ölkə üçün 200-dən çox vacib qanunlar qəbul edilib, o cümlədən Azərbaycan qadınlarına səsvermə hüququ verilib".

Müsəlman qızları üçün ilk dünyəvi məktəb açılıb, Azərbaycanın dövlət bayrağı təsis olunub, milli ordumuz yaranıb. Əfsuslar olsun ki, gənc respublika cəmi 23 ay yaşadı. Ölkəmiz ciddi geosiyasi problemlərlə üzləşərək müstəqilliyini itirib.

Bunu Romadakı Custiniani sarayında “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq münasibətləri” adlı konfransda çıxışı zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva deyib.

M.Əliyeva bildirib ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdi və Azərbaycan xalqı öz ölkəsinə, öz taleyinə sahib olub. Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin dövlətçiliyinin əsaslarının təməlini qoyub:

“Bu gün Azərbaycan dövləti və Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır, ölkəmizdə və Azərbaycana tərəfdaş olan ölkələrdə 100 illik yubileyə həsr olunmuş tədbirlər keçirilir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir. Parlamentlərarası dostluq qrupları, hökumətlərarası komissiya fəaliyyət göstərir. 2014-cü ildə İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında birgə Bəyannamə qəbul edilib. Siyasi dialoq çox yüksək səviyyədə inkişaf edir, Azərbaycan Respublikasının prezidenti dəfələrlə İtaliyada rəsmi səfərdə olub. Bu ilin iyul ayında İtaliya Respublikasının prezidenti cənab Mattarella Azərbaycanda səfərdə olub.

Bu, tarixi bir hadisədir. Çünki İtaliya-Azərbaycan əlaqələrinin tarixində ilk dəfə idi ki, İtaliya Respublikasının dövlət başçısı ölkəmizdə səfərdə olmuşdur. Səfər çox uğurla keçdi və əminəm ki, ikitərəfli münasibətlərimizin möhkəmlənməsinə öz töhfəsini verməkdədir.

Ölkəmizdə səfərdə olan zaman cənab Prezident Mattarella məni Böyük Xaç Kavaleri ordeni ilə təltif edib. Bu, mənim üçün böyük şərəfdir və fürsətdən istifadə edərək bir daha cənab Prezidentə öz dərin minnətdarlığımı çatdırmaq istəyirəm”.

Azərbaycanın Birinci vitse-prezidenti qeyd edib ki, iki ölkə arasında iqtisadi münasibətlər çox gözəl müsbət dinamika göstərir:

“İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanda 95 İtaliya şirkəti fəaliyyət göstərir. Onlar müxtəlif sahələrdə həm özəl sektorla, həm dövlət qurumları ilə əməkdaşlıq edir, xidmət, ticarət, nəqliyyat, kənd təsərrüfatı, şərabçılıq və digər sahələrdə çox uğurlu iş birliyi yaradılıb.

Bu ilin iyul ayında Azərbaycan və İtaliya prezidentlərinin iştirakı ilə Sumqayıtda SOCAR Polimer layihəsi çərçivəsində polipropilen zavodunun açılışı olub. Bu zavodun tikintisinin podratçısı İtaliyanın “Maire Tecnimont” şirkətidir. Cari ilin fevral ayında “Maire Tecnimont” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında Heydər Əliyev adında Bakı neft emalı zavodunun modernləşdirilməsi və yenidən qurulması haqqında müqavilə bağlanıb.

Təkcə bu layihələrin ümumi dəyəri 2,5 milyard dollar təşkil edir. “Maire Tecnimont” şirkətinin bu layihələrdə payı 1,3 milyard dollardır. Bu rəqəmlər bir tərəfdən Azərbaycan ilə İtaliya arasında olan iqtisadi əlaqələrin miqyasını, digər tərəfdən ölkəmizdə mövcud olan iqtisadi inkişafın dinamikasını və miqyaslarını göstərir.

Azərbaycanda son 15 ildə iqtisadiyyat 3,2 dəfə artmışdır. Ölkəyə 250 milyard dollar investisiya qoyulmuşdur. Bu investisiyaların təxminən yarısı xarici investorlar tərəfindən ölkəmizə gətirilmişdir. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir. Biz sosialyönümlü siyasət aparırıq. Son illər ölkəmizdə işsizliyin səviyyəsi kəskin şəkildə enmişdir və cəmi 5 faiz təşkil edir.

Yoxsulluq təxminən 50 faizdən 5,4 faizə düşüb. Davos Dünya İqtisadi Forumu Azərbaycanın iqtisadiyyatını rəqabət qabiliyyətinə görə 35-ci yerə layiq görüb. İnklüziv İnkişaf İndeksinə görə Azərbaycan inkişaf edən ölkələr arasında 3-cü yerdədir. Bütün bu göstəricilər onu göstərir ki, Azərbaycanda həm iqtisadi, həm siyasi baxımdan çox sabit vəziyyət yaranıb, investisiyalar üçün çox gözəl mühit var. Biz İtaliya şirkətlərini ölkəmizə dəvət edirik, mövcud olan şəraitdən istifadə etmək üçün bütün qapılar açıqdır”.

Ölkəmizin regionun aparıcı dövləti olduğunu vurğulayan Mehriban Əliyeva bildirib ki, bütün irimiqyaslı layihələr Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilir:

“Ötən ilin oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı oldu və bu dəmir yolu istifadəyə verildi. Bu, Avropa ilə Asiyanı bağlayan ən qısa yoldur.

Ölkəmiz Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verməkdədir. Azərbaycan tərəfdaş ölkələrlə “Cənub Qaz Dəhlizi” layihəsini uğurla icra edib. Bu ilin may ayında layihənin Bakıda rəsmi açılışı oldu. Layihənin böyük hissəsini təşkil edən TANAP boru kəmərinin açılışı bu ilin iyun ayında Türkiyənin Əskişəhər şəhərində olmuşdur. Ümumi dəyəri 40 milyard dollar olan bu layihə Azərbaycan qazını Avropaya nəql edəcəkdir.

Azərbaycan sülhsevər, qədim sivilizasiyaya, qədim mədəniyyətə və tarixə malik olan bir ölkədir. Ölkəmizdə dini və ya milli zəmində heç zaman heç bir qarşıdurma olmayıb və bu gün də yoxdur. Əsrlər boyu Azərbaycanda müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin nümayəndələri sülh, qarşılıqlı hörmət şəraitində yaşayıblar. Təsadüfi deyil ki, bu gün də Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır.

Ölkəmizdə mütəmadi şəkildə multikulturalizmə həsr olunmuş beynəlxalq forumlar, mədəniyyətlərarası dialoq forumu keçirilir. Azərbaycanın bu təşəbbüsü BMT, UNESCO, ISESCO kimi mötəbər beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir və dəstəklənir. 2008-ci ildə Bakıda Avropa Şurasına və İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin mədəniyyət nazirlərinin görüşü keçirilib.

Bu təşəbbüsə “Bakı Prosesi” adı verilib. “Bakı Prosesi” bu il 10 illiyini qeyd edir. Bu proses davam edir, millətlər və xalqlar arasında səmərəli dialoqun qurulmasına xidmət edir”.

Mehriban Əliyeva çıxışında Azərbaycanın sülhsevər ölkə olduğunu qeyd edib.

“Biz qonşularımızla və digər dövlətlərlə siyasətimizi qarşılıqlı maraq və qarşılıqlı hörmət əsasında qururuq. Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, artıq 25 ildən çoxdur Azərbaycan xalqı qonşu Ermənistanın işğalçı siyasətindən əziyyət çəkir. Bu siyasət nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal altındadır, 1 milyon soydaşımız məcburi köçkün və qaçqın vəziyyətində yaşayır.

Təkcə Xocalı faciəsi nəticəsində bir gecə ərzində 600-dən çox günahsız insan, o cümlədən qadınlar, uşaqlar, yaşlılar vəhşicəsinə öldürülüb. Mindən çox insan itkin düşmüşdür. On dörd ölkə Xocalı faciəsini rəsmən soyqırımı kimi tanıyıb. BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamə erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir.

Lakin Ermənistan beynəlxalq hüququn normalarını kobudcasına pozaraq işğalçı siyasətini davam etdirir. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan sülhsevər ölkədir, biz danışıqlar aparırıq. Biz hesab edirik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn normaları əsasında öz həllini tapmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, Dağlıq Qarabağ və ətrafında yerləşən yeddi rayon işğaldan azad olunmalıdır, bütün qaçqınlar və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdır. Ümidvaram ki, İtaliya ATƏT-in fəaliyyətdə olan sədri kimi münaqişənin həllində böyük rol oynayacaq.

Əziz dostlar, mən bir daha qeyd etmək istəyirəm ki, sizin gözəl Roma şəhərində yenidən olmağımdan çox şadam. Mən böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bizim əlaqələrimiz - siyasi, iqtisadi və humanitar əlaqələrimiz çox yüksək səviyyədə inkişaf edir.

Mən xüsusən humanitar sahədə olan əlaqələri qeyd etmək istəyirəm. Xanım sədr bu haqda söylədi, hesab edirəm ki, insanları və xalqları bir-birinə daha yaxın edən, daha dost mühit yaradan məhz humanitar sahədir, elmdir, mədəniyyətdir, təhsildir və bu sahələrdə biz böyük nailiyyətlər əldə etmişik.

Mən bir daha böyük məmnuniyyətlə qeyd etmək istərdim ki, İtaliya-Azərbaycan münasibətləri müsbət dinamika ilə inkişaf edir. Əminəm ki, xalqlarımız arasında olan dostluq münasibətləri bundan sonra da güclənəcək”.

MilliYol.az


Etiket: Mehriban Əliyeva Azərbaycan

Şərh yazın.


Digər xəbərlər

loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

11.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az