Xəbər verdiyimiz kimi, FİFA 2018-ci ilin ən yaxşı futbolçusunu müəyyənləşdirib
Baş məşqçi və kapitanların kimlərə səs verdiyini də açıqlayıb.
“Barselona” və Argentina yığmasının futbolçusu Lionel Messi ilk pillədə Luka Modriçin adını qeyd edib. Leo 2-ci yerə Kilian Mbappeni, 3-cü yerə isə Kriştiano Ronaldonu layiq görüb. Beləliklə, Messi ilk dəfə Ronaldonun adını top-3-ə daxil edib.
“Yuventus”un və Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldonun seçimi isə belə olub: Rafael Varan, Luka Modriç, Antuan Qrizmann.
İlin ən yaxşı futbolçusu Luka Modriç seçilib. Modriçin seçimi: Varan, Ronaldo, Qrizmann. (qafqazinfo.az)
MilliYol.az
Digər xəbərlər
loading...