• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Siyasət

APA-nın əməkdaşı Prezidentə müraciət etdi

16:14 24.09.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

“Mətbuat Şurasının susqunluğu ciddi təəssüf hissi doğurmaya bilməz”

Fəaliyyəti dayandırılmış “APA” agentliyinin əməkdaşı Ramiz Mikayıloğlu Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya açıq məktub yazıb.

MilliYol.az həmin məktubu olduğu kimi təqdim edir:

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya açıq məktub

Cənab Prezident!

Həm yazılı mediada, həm APA-da çalışdığım dövrdə illərlə müxbir kimi Prezident Administrasiyasında akkreditasiyada olmuşam. Rəsmi tədbirlərdə prezident Heydər Əliyevin, sonra isə Sizin çıxışlarınızı yazmışam. Dəvət olunmadığımız tədbirlərdə də Sizin çıxışınızı Azərbaycan Dövlət Televiziyasının xəbər buraxılışlarında telekanalın internet saytından izləmişəm və operativ qaydada yazaraq təqdim etmişəm. Bu yazılarla bağlı heç zaman hər hansı bir irad olmayıb. Bu il avqustun 1-də Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində çıxışınızı Azərbaycan Dövlət Televiziyasının internet saytında dinləyib, APA üçün xəbərlər hazırlamışam. Sizin çıxışınızdan xəbər hazırlayarkən həmin məqam internetdə ani donma olub, “Ermənistanı daha da sarsıdacağıq” ifadəsi “Ermənistanı çökdürəcəyik” ifadəsi kimi qeyd olunub.

Cənab Prezident!

Mən Sizin yürütdüyünüz daxili və xarici siyasəti hər zaman ardıcıl izləmişəm və təqdir etmişəm. Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı həyata keçirilən təcrid siyasətində, Azərbaycanın liderliyi illə həyata keçirilən regional layihələrdən Ermənistanı kənarda qoymaqda əsas məqsədin işğalçı ölkəni bütün sahələrdə çökdürmək, işğalçı siyasətdən əl çəkməyə vadar etmək və torpaqlarımızı işğaldan azad etməyə nail olmaq olduğu məlum həqiqətdir. Bu baxımdan avqustun 1-də Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində Sizin çıxışınızdan xəbər hazırlayarkən həmin məqam internetdə ani donma olan zaman qeyri-ixtiyari “Ermənistanı daha da sarsıdacağıq” ifadəsi əvəzinə onunla sinonim olan “Ermənistanı çökdürəcəyik” ifadəsi qeyd olunub.

Xəbərin APA-da dərcindən bir müddət sonra AzərTAC-da Sizin çıxışınızın tam mətni dərc olunub. Mən AzərTAC-da Sizin çıxışların tam mətni dərc olunan zaman ənənəvi olaraq bir daha diqqətlə oxuyuram. Həmin gün də Sizin AzərTAC-da dərc olunan çıxışınızın tam mətnini oxumuşam və hazırladığım yazıda bu ifadə xəbərdə başlığa çıxdığı üçün diqqətimi cəlb edib. Ancaq o anda məndə məhz “Ermənistanı çökdürəcəyik” ifadəsini çıxışda eşitdiyimə bir əminlik olduğu üçün bir daha AzTV-nin internet saytında (Myvideo sistemində arxivdə ) saat 17.00 buraxılışın tapıb, Sizin çıxışınızı bir daha dinləmişəm. Çıxışınızda “Ermənistanı çökdürəcəyik” deyil, “Ermənistanı daha da sarsıdacağıq” ifadəsi səsləndiyinə əmin olduqdan sonra redaktordan ifadənin olduğu kimi əvəzlənməsini xahiş etmişəm və ifadə dərhal düzəldilib. Eyni zamanda telefonla “APA Holdinq”ə daxil olan Lent.az saytına da zəng açmışam, APA-ya istinadən verilən həmin xəbərdə ifadənin dəqiq yazılmasını xahiş etmişəm. Xəbərin rus dilinə tərcüməsində də ifadə dəqiqləşdirilib. Bu müddət ərzində də hər hansı dövlət orqanı tərəfindən APA-ya hər hansı xəbərdarlq olmayıb. Yalnız bundan 15-20 dəqiqə sonra APA-da üzrxahlığı görəndə də təəccüblənmişəm və redaktordan 20 dəqiqə əvvəl ifadə dəqiqləşdirildiyi, həm də “Ermənistanı çökdürəcəyik” ifadəsinin “Ermənistanı daha da sarsıdacağıq” ifadəsinin sinonimi olduğu halda nə üçün üzr üstədiyimizi soruşmuşam. Səbəb olaraq APA-ya istinadən bundan əvvəl həmin başlıqla xəbərin yayıldığı və rus dilinə bu ifadənin tərcüməsinin fikri kobud ifadə etdiyi bildirilib.


Onlayn mediada çalışan hər bir jurnalist həmkarımız, onlayn mediaya rəhbərlik edən hər bir şəxs yaxşı bilir ki, çıxışların operativ yazılması ilə əlaqədar bəzən sinonim sözlər, ifadələr qeyd edilir, əsas diqqət təhrifə yol verilməməsinə yönəldilir.

 

 

Cənab Prezident!

Mən həmin gün, avqustun 1-dən 2-ə keçən gecə APA rəhbərliyinə bildirmədən Prezident Administrasiyasının saytında Sizə onlayn formada məktub yazmışam, xəbər hazırlanarkən operativlikdən doğan tələskənlikdən qaynaqlanan texniki yanlışlığı üzürlü saymağı xahiş etmişəm. Eyni zamanda vicdanımın rahat olması üçün məsuliyyətin fərdi qəbul edilməsini xahiş etmişəm. Ancaq APA-nın fəaliyyətini dayandırması, ötən dövr ərzində guya bir jurnalist kimi mənim ciddi təhrifə yol verməyim barədə Eynulla Fətullayev, Mehman Əliyev kimi “peşəkarlar”ın şərhləri, yazıları, ittihamları sonda məni bu açıq məktubu yazmaq məcburiyyətində qoydu. Avqustun 1-dən 2-ə keçən gecə APA rəhbərliyinə bildirmədən Prezident Administrasiyasının saytında Sizə onlayn formada yazdığım məktub, o cümlədən sonradan müvafiq araşdırma ilə bağı yazılı izahatım Sizə zamanında təqdim olunsaydı, əminəm ki, Siz APA-nın, o cümlədən bir jurnalist kimi mənim belə əsassız hücumlardan, ittihamlardan qorunmağıma kömək edərdiniz.

Azərbaycan dili üzrə hansı peşəkar deyə və sübut edə bilər ki, gələcək zamanda “Ermənistanı çökdürəcəyik” və “Ermənistanı daha da sarsıdacağıq” ifadəsi arasında ciddi məna fərqi var? Bu ifadələr keçmiş zamanda işlənsə idi, bəlkə incə məna fərqindən bəhs etmək mümkün olardı. Ancaq gələcək zamanda bu ifadələrin kəsb etdiyi mənalar arasında demək olar ki, heç bir fərq yoxdur. Digər tərəfdən, “Ermənistanı çökdürəcəyik” ifadəsi işğalçı Ermənistana qarşı yürüdülən siyasətin ruhuna zidd olmadığı halda bunun ciddi siyasi səhv olduğu barədə yuxarıda adını çəkdiyim “peşəkarlar”ın fikirləri tamamilə qərəzli və yanlışdır. Hakimiyyətə gəldiyi bir gündən Azərbaycan dövlətinin və hakimiyyətinin ünvanına aşağılayıcı ifadələr dilə gətirən, sarsaqlıq etmək səviyyəsinə qədər düşən Paşinyanın guya sülhpərvər olması Eynulla Fətullayev və Mehman Əliyev kimilərə haradan məlum idi?! APA-dakı əsas xəbərlərin əksəriyyətini, o cümlədən Sizin çıxışlarınız barədə hazırlanan xəbərlləri istinadsız verərək APA rəhbərliyini təngə gətirən Eynulla Fətullayevin birdən istinadla xəbər vermək mədəniyyəti ortaya qoyması hansı “uzaqgörənliy”in nəticəsi idi? Bir zaman bu hakimiyyəti hansı yolla devirmək mümkün ola biləcəyi barədə “əsər”lər yazan, Xocalı soyqırımı ilə bağlı şübhəli fikirləri ilə məşhurlaşan birisinin ittihamı ilə üzləşmək insanın vicdanını ağrıdır.

Cənab Prezident!

Bu gün yaranmış vəziyyət odur ki, APA fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb, mənim jurnalist kimi fəaliyyətimi davam etdirməyim baxımından dözülməz bir şərait yaranıb. APA-da çalışdığım dövrlərdə nəinki mənə rəhbərlik etdikləri media orqanlarında çalışmağım üçün daha yüksək maaş vəd edən media orqanlarının rəhbərləri, hətta ciddi nüfuzu olmayan qəzet və saytların rəhbərləri üçün hazırda ən arzuedilməz şəxsəm.

Mən jurnalistikaya başladığm dövrdən indiyə qədər hər zaman Heydər Əliyev siyasi kursunu, Prezident kim Sizi dəstəkləmişəm, bunu yazılarımda ortaya qoymuşam. 2003-cü ildə prezident seçkiləri ərəfəsində və sonra yazdığım yazıların araşdırılması da bunu bir daha təsdiqləyər. APA-da çalışdığım dövrlərdə də seçkilər də daxil olmaqla, ən həssas siyasi mövzularda yazmışam. 20 ilə yaxın jurnalist fəaliiyyətim dövründə bu hakimiyyətə, Heydər Əliyev kursuna xidmət etdiyim, hər zaman jurnalist kimi peşəkarlığım yüksək qiymətləndirildiyi halda, işğalçı ölkə ilə bağlı bir sinonim ifadəyə görə niyə bu münasibətlə üzləşməliyəm?! Jurnalst kimi fəaliyyətim hər zaman yüksək qiymətləndirilib, jurnalistlər üçün inşa edilən binada mənzillə təmin olunmuşam. Cənab Prezident, buna görə bir daha şəxsən Sizə təşəkkür edirəm. Eyni zamanda 2012-ci ildən gənclər təşkilatının rəhbəriyəm, təşkilatımızın layihələri milli donorlar tərəfindən daim dəstəklənib. Bu layihələrdə Sizin Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində həyata keçirdiyiniz birmənalı və qətiyyətli siyasət təbliğ olunub. Ancaq sinonim bir ifadəyə görə bu gün jurnalist kimi peşəkarlığımın şübhəyə alınmasını, ən əsası etimadıma vurulan zərbənin böyüklüyünü təsəvvür, təsvir etmək çox çətindir. Niyə APA-da çalışmış 200-ə yaxın insanın çörəyinin baiskarı kimi cəmiyyətə təqdim olunmalıyam?!

Mən bu gün orta savadı olan bacı və qardaşıma, ali savadlı magistr həyat yoldaşıma, məktəbli övladıma, cəmiyyətin müxtəlif zümrələrinə mənsub tanış və qohumlarıma, jurnalist həmkarlarıma jurnalistikada arzuedilməz şəxsə çevrilməyimə səbəb olan günahımın nədən ibarət olduğunu izah edə bilmirəm. İndiyə qədər həmkarım olan sıravi jurnalistlərdən, yaxud baş redaktorlardan hər hans biri mənə “Ermənistanı çökdürəcəyik” ifadəsinin “Ermənistanı daha da sarsıdacağıq” ifadəsindən mənaca ciddi fərqləndiyini, fikir ifadəsində təhrifə yol açdığını izah edə bilməyib.

Niyə bu gün bəzi “peşəkarlar”ın səyi nəticəsində yaradılmış dözülməz şəraitlə əlaqədar bir çox yaxın və tanış insanların mən və ailəmin ölkəni tərk etməkdən başqa seçimi olmadığı barədə fikirlərini eşitməliyəm?! Mən Azərbaycan üçün nicat yolu olan siyasi kursu dəstəkləyirəm, peşəkar jurnalist fəaliyyətimi davam etdirmək niyyətindəyəm və Vətənimizi tərk etməyi heç zaman düşünməmişəm. APA və mənimlə bağlı yaranmış vəziyyətin fəaliyyətində hər zaman mövcud siyasi kursu, hakimiyyəti dəstəkləyən, hər zaman Azərbaycan dövlətçiliyinə sadiq media orqanları və jurnalistlər üçün də narahatlıq doğuran hal olduğu şübhəsizdir.

Hörmətli cənab Prezident və hörmətli Birinci vitse-prezident!

Mətbuat Şurasının susqunluğu ciddi təəssüf hissi doğurmaya bilməz. Hörmətli cənab Prezident və hörmətli Birinci vitse-prezident, Siz isə mətbuatın və jurnalistlərin etibarlı dostu olduğunuzu hər zaman təsdiqləmisiniz. Mən Sizdən Azərbaycanda özəl agentliklər arasında xarici ölkələrdə və ölkəmizin regionlarında bürolara malik yeganə və ən çevik agentlik olan, informasiya savaşına mühüm töhvələr verən APA və mənimlə bağlı məsələni nəzarətinizə götürməyinizi xahiş edirəm. İnanıram ki, bu, yaranmış ədalətsiz vəziyyətin aradan qaldırılmasına yardımçı olacaq.

Mənim üçün vicdanımın tələbi olan bu müraciətə APA-nın bütün əməkdaşlarını, Mətbuat Şurası başda olmaqla bütün dəyərli media mənsublarını, dəyərli ziyalıları, o cümlədən millət vəkillərinı qoşulmağa çağırıram. Azərbaycanda media sahəsində APA kimi bir dəyərin yaşadılması və bu dəyəri yaradan jurnalistlərin qorunması üçün…(aztoday.az)

MilliYol.az


Etiket: APA Mətbuat Şurası Ramiz Mikayıloğlu

Şərh yazın.


Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az