• Xəbər lentİ
Fləş

İmişlidə sevgi münasibəti oğurluğa səbəb oldu: Qız cəza aldı, oğlan isə..

15:43 / 19.06.2026

Vüsal Aslanov onlara yeni vəzifə verdi (FOTO)

17:31 / 19.06.2026

Temperatur 7 dərəcə enəcək: Yağış yağacaq, şimşək çaxacaq

16:27 / 19.06.2026

İmişlidə sevgi münasibəti oğurluğa səbəb oldu: Qız cəza aldı, oğlan isə..

15:43 / 19.06.2026

Məktəbəqədər təhsildə dövlət-valideyn-özəl əməkdaşlığı modeli tətbiq ediləcək (FƏRMAN)

14:52 / 19.06.2026

Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik xəttinə qoşulması subsidiyalaşdırılır

14:49 / 19.06.2026

Azərbaycanda yumurta kəskin ucuzlaşdı - Səbəb açıqlandı

14:24 / 19.06.2026

Bu şəhərdə Azərbaycan səfirliyi açılır (SƏRƏNCAM)

13:14 / 19.06.2026

Vilayət Eyvazov sıra baxışı keçirdi (VİDEO)

13:05 / 19.06.2026

Prezident dağıstanlı siyasətçi Qurban Qurbanova "Dostluq" ordenini təqdim etdi (FOTO)

12:21 / 19.06.2026

DÇ-2026 həyəcanını izləmək üçün möhtəşəm məkan (FOTO/VİDEO)

11:59 / 19.06.2026

"İşimizi təhvil versək də, aylardır maaş ala bilmirik" (VİDEO)

11:27 / 19.06.2026

Flora Kərimovanın evə buraxılacağı vaxt məlum oldu

11:26 / 19.06.2026

"Səbail" yeni baş məşqçisinin adını açıqladı

10:19 / 19.06.2026

Xalq artistinin anası vəfat etdi

09:43 / 19.06.2026

Sabiq icra başçısını oğluna aldığı "Range Rover" satıldı - MƏBLƏĞ

17:16 / 18.06.2026

Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir – Borcu 3,5 milyon manatı keçib

16:40 / 18.06.2026

Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

16:37 / 18.06.2026

"Fənərbağça"nın yeni baş məşqçisi açıqlandı

14:16 / 18.06.2026

Prezident Ərəb Koordinasiya Qrupunun nümayəndələrini qəbul etdi (FOTO)

13:04 / 18.06.2026

"Səbail" klubunun adı dəyişdirilir

12:24 / 18.06.2026

Anar Bayramova yeni müşavir təyin olundu

12:13 / 18.06.2026

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

11:32 / 18.06.2026

Prokuror "Arzum"a ağır cəza istədi

11:26 / 18.06.2026

Almaniyada tutularaq ölkəmizə gətirildi - 33 il əvvəl nə baş verib?

11:16 / 18.06.2026

Prezident Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanladı

11:06 / 18.06.2026

İndiyədək Qarabağa neçə nəfər qayıdıb?

10:25 / 18.06.2026

İlham Əliyev: İqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır

10:08 / 18.06.2026

Azərbaycan əhalisinin sayı 0,1 % artıb

09:57 / 18.06.2026

Prezident: Qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan artıq mühüm iştirakçıya çevrilib

09:38 / 18.06.2026

Prezident İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimində çıxış etdi (FOTO)

09:36 / 18.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Şənbə, 20 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Ölkə

Kəmaləddin Heydərovun Almaniyanın Düsseldorf şəhərində holdinqi var?

10:40 03.10.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Almanyanın Düsseldorf şəhərində, Graf-Adolf Platz 15, 40213 ünvanında yeni holdinqi üzə çıxıb.
 
İnternetdə aparılan araşdırmalar nəticəsində ortaya çıxan məlumatlara görə, Heydərovların biznes-imperiyası “United Enterprises International” adlı holdinqə birləşib.
 
Address: Lindenallee 75, 45127 Essen, Almaniya Phone:+49 211 88242483
 
Holdinqin internet səhifəsi (ueiholding.com) bu yaxınlarda yaradılıb və belə təqdim olunur: “Bu vebsayt sizə holdinqimiz və ona aid olan şirkətlər barədə məlumat vermək məqsədi daşıyır”.
 
Səhifədə yerləşdirilən məlumata əsasən, Kəmaləddin Heydərovun oğlu Taleh Heydərov holdinqin idarə heyətinin sədri, onun qardaşı Nicat Heydərov isə sədr müavinidir. Hər ikisi nüfuzlu London İqtisadiyyat Məktəbində təhsil alıblar.
 
Address: Houghton St, London WC2A 2AE, Birləşmiş Krallıq Phone:            
 
+44 20 7405 7686
 
Holdinqin Azərbaycanda, İngiltərədə və Almaniyada ofisləri var. Holdinqin Londondakı ofisi 11-12 St James Square ünvanında yerləşir. Almaniyadakı ofis isə Düsseldorf şəhərində, Graf-Adolf Platz 15, 40213 ünvanında qeydiyyatdan keçib.
 
Bakıdakı ofis Nərimanov prospekti ilə Hacı Murad küçəsinin kəsişməsində yerləşir.

Holdinqin tərkibinə daxil olan şirkətlərdən biri Xəzər kürüsünün satışı ilə məşğul olur və “Caspian Sea Caviar” adlanır. Xatırladaq ki, uzun illər ərzində Xəzərin qara kürüsünün ixracının Heydərovun nəzarətində olduğu haqda mətbuat yazırdı, ancaq bu faktı heç kim təsdiqləmək istəmirdi. 
 
Şirkətin direktoru olan Şahin Neməti elə “United Enterprises International”ın da direktorudur.
 
“Caspian Sea Caviar” şirkətinin internet saytında on-line kürü mağazası da var. Burada ağ balıq kürüsünün 1.8 kiloqramı 13770 avroya satılır. Şirkət Almaniyanın Düsseldorf şəhərində ötən il ilk firma-satış mağazasını açıb. “Caspian Sea Caviar”ın internet saytında göstərilir ki, şirkət müştərilərinə Xəzər kürüsünün bir neçə çeşidini təqdim edir. Şirkət həmçinin nüfuzlu hotel və restoran şəbəkələrindən olan “İnter Continental Hotel & Resorts”la tərəfdaşdır, bu şəbəkəyə aid restoranlara qara kürünü satmaq üçün eksklüziv hüquqa malikdir.

Holdinq Azərbaycanda “Qəbələ” Konserv Zavodunun istehsal etdiyi “Jalə” şirələri şirkətinin də sahibidir.

Xatırladaq ki, Qəbələ Konserv Zavodunun və “Jalə” şirələrinin də məhz Heydərova məxsus olduğu uzun müddətdir deyilirdi. 
 
“United Enterprises International”ın saytında qeyd olunur ki, “Jalə” şirələri Azərbaycanda “Gilan Holdinq” tərəfindən istehsal edilir. Əslində Taleh Heydərovun “United Enterprises International” şirkəti həm də “Gilan Holdinq”in beynəlxalq distribyutorudur.
 
Məlumata görə, “Jalə” şirələri artıq Almaniya bazarına çıxarılır və yaxın vaxtlarda İngiltərədə də satışa hazırlanır.
 
Belə görünür ki, Avropa bazarlarına çıxarılan “Jalə” şirələri Azərbaycan bazarına çıxarılan şirələrdən tərkibinə və keyfiyyətinə görə fərqlidir. Çünki Avropa İttifaqının xüsusi qida standartları mövcuddur və ittifaq məkanına keyfiyyətsiz, tərkibində zərərli maddələr olan mallar idxal etmək mümkün deyil. “Jalə” şirələri haqda deyilir ki, şirkət Avropa bazarlarına dörd növ nar, albalı, ərik və qara qarağat şirələrini çıxardır: “Bu şirələrin hamısı Azərbaycanda yüksək keyfiyyətli meyvələrdən istehsal edilib”. “Jalə” şirələrinin www.jalajuice.com adlı saytı da yaradılıb.
 
"United Enterprises International"a daxil olan digər şirkətlər isə əsasən Böyük Britaniyada fəaliyyətlə məşğuldur. Bunlar «Azerbaijan Carpets» - (Azərbaycan xalçaları), «Turquoise Media Company» - (Turkuaz Media Kompaniyası), «Alten Group» turizm şirkəti, “UEI Real Estate”, “Private Equity”, “Azerbaijan - German Consultancy” (AGC), Azərbaycan restoranları və başqa səhmdar şirkətlərdir. “United Enterprises International” öz internet səhifəsində başqa tərəfdaş kompaniyaları də təqdim edir. Bunlar Azərbaycan çempionatında yarışan “Qəbələ” futbol klubu, Avropa Azərbaycan Cəmiyyəti (TEAS) və “Gilan Holdinq”dir. Taleh Heydərov “Qəbələ” futbol klubunun da rəhbəridir.
 
Bundan başqa, 2008-ci ildə yaradılan Avropa Azərbaycan Cəmiyyətinin sədridir. Bu cəmiyyətdə ikinci şəxs - icraçı direktor isə “Xəzər kürüsü”nün direktoru Şahin Nemətidir. “Gilan Holdinq”ə rəsmən kimin rəhbərlik etdiyi internet səhifəsindən bəlli olmur. Ancaq bu holdinqin törəmə şirkətlərini rəsmi şəkildə məhz Kəmaləddin Heydərovun oğulları təmsil edirlər. “Gilan Holdinq”in tərkibinə daxil olan şirkətlər bunlardır: Tikinti materiallarının istehsalı zavodları - “Gilan İnşaat”; şərab istehsal edən Agro-Azinvest, Qəbələ Konserv Zavodu, Qəbələ Fındıq Emalı Zavodu, “Jalə” suları, Qəbələ Süd Emalı Zavodu, spirtli içkilər zavodu, dəri emalı zavodu, tikiş fabrikləri, dəyirmanlar , “Qəbələ” və “Gilan” hotelləri, “İpək yolu” və “Dəniz” restoranları .

Holdinqə daxil olan və xaricdə fəaliyyət göstərən digər şirkətlər haqda məlumat toplamağa çalışdıq. Məsələn, “Turquoise Media Company”. Bu şirkətin ayrıca internet səhifəsi var, (www.turquoisemedia.eu) ancaq ön səhifədə yerləşdirilən məlumatdan görünür ki, səhifə yeni yaradılır və onun ayrı-ayrı bölmələrinə daxil olmaq mümkün deyil. Bununla belə, göstərilir ki, “Turquoise Media Company” rəngli çap mediası sahəsində bazarda liderlik edən şirkətlərdən biridir və ən müxtəlif rəngli çap məhsulları buraxır. Elə burada haşiyə çıxaraq qeyd edək ki, Heydərovun rəngli çap biznesi ilə məşğul olması yeni deyil. Azərbaycanda ilk rəngli çap nəşriyyatı olan SBS-in hələ Dövlət Gömrük Komitəsinin sədri olduğu vaxtlardan Heydərova məxsusluğu haqda deyilirdi. İndi isə məlum olur ki, onun bu sahədəki biznesi təkcə Azərbaycanla məhdudlaşmır və Avropa ölkələrində də rəngli çap biznesi mövcuddur.

“UEI Real Estate” şirkəti. Bu şirkətin də internet səhifəsi var, ancaq orada da məlumatlar məhduddur. Bununla belə, məlum olur ki, şirkət Avropa bazarlarında daşınmaz əmlak sahəsinə investisiyalar ayırmaqla məşğuldur. Saytda belə də deyilir: “UEİ Rael Estate özəl əmlak fondudur və bütün Avropa boyu kommersiya və özəl mülkiyyət sahəsinə investisiyaların yatırılması, aktivlərin inkişaf etdirilməsi ilə məşğuldur. Biz əsasən kapitalı kommersiya əhəmiyyətli daşınmaz əmlaka yatırırıq və bu aktivləri onu idarə edən şirkətlər vasitəsilə inkişaf etdirərək gəlirlərin təhlükəsiz axınını və tam kapital gəlirini təmin edirik. 2009-cu ilin qışında başlayan biznes sürətlə inkişaf etməkdədir”.
 
“Azerbaijan Carpets” şirkətinin ofisi isə Almaniyanın Essen şəhərində yerləşir. Şirkətin internet saytında göstərilir ki, o, Azərbaycanın qədim və əllə toxunana xalçalarının Avropa bazarlarında satışı ilə məşğuldur. Şirkət müştərilərə üç növ xalça təqdim edir: klassik, əntiq və modern. Şirkət on-line satış də təşkil edir və maraqlıdır ki, sayta daxil olan müştərilər haqda məlumatın tam təhlükəsizliyinə zəmanət verir. Bildirir ki, müştərilərin kompyuterlərini, İP ünvanları və onların kimliyini üzə çıxarmağa kömək edə bilən digər informasiyalar məxfi saxlanılır. Görünür, bu məxfilik şirkətin satdığı əntiq və olduqca bahalı xalçaların kimlər tərəfindən alınmasının üzə çıxmasını əngəlləmək üçündür.
  
“Azerbaijan - German Consultancy” şirkətinin veb-səhifəsinin hazırlanması başa çatmadığı üçün onun hansı fəaliyyətlə məşğul olduğu məlum deyil. Ancaq ehtimal olunur ki, bu, Almaniya və Azərbaycan iş adamlarına konsaltinq xidməti göstərən şirkət olacaq.
 
Mənbə: turaninfo.az

Etiket:

Digər xəbərlər

Məktəbəqədər təhsildə dövlət-valideyn-özəl əməkdaşlığı modeli tətbiq ediləcək (FƏRMAN)

Məktəbəqədər təhsildə dövlət-valideyn-özəl əməkdaşlığı modeli tətbiq ediləcək (FƏRMAN)

19.06.2026
İmişlidə sevgi münasibəti oğurluğa səbəb oldu: Qız cəza aldı, oğlan isə..

İmişlidə sevgi münasibəti oğurluğa səbəb oldu: Qız cəza aldı, oğlan isə..

19.06.2026
Temperatur 7 dərəcə enəcək: Yağış yağacaq, şimşək çaxacaq

Temperatur 7 dərəcə enəcək: Yağış yağacaq, şimşək çaxacaq

19.06.2026
Vüsal Aslanov onlara yeni vəzifə verdi (FOTO)

Vüsal Aslanov onlara yeni vəzifə verdi (FOTO)

19.06.2026

"Səbail" yeni baş məşqçisinin adını açıqladı

19.06.2026
Xalq artistinin anası vəfat etdi

Xalq artistinin anası vəfat etdi

19.06.2026
Flora Kərimovanın evə buraxılacağı vaxt məlum oldu

Flora Kərimovanın evə buraxılacağı vaxt məlum oldu

19.06.2026

"İşimizi təhvil versək də, aylardır maaş ala bilmirik" (VİDEO)

19.06.2026
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - Səbəb açıqlandı

Azərbaycanda yumurta kəskin ucuzlaşdı - Səbəb açıqlandı

19.06.2026
Bu şəhərdə Azərbaycan səfirliyi açılır (SƏRƏNCAM)

Bu şəhərdə Azərbaycan səfirliyi açılır (SƏRƏNCAM)

19.06.2026
Prezident dağıstanlı siyasətçi Qurban Qurbanova

Prezident dağıstanlı siyasətçi Qurban Qurbanova "Dostluq" ordenini təqdim etdi (FOTO)

19.06.2026
Vilayət Eyvazov sıra baxışı keçirdi (VİDEO)

Vilayət Eyvazov sıra baxışı keçirdi (VİDEO)

19.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Məktəbəqədər təhsildə dövlət-valideyn-özəl əməkdaşlığı modeli tətbiq ediləcək (FƏRMAN)

Məktəbəqədər təhsildə dövlət-valideyn-özəl əməkdaşlığı modeli tətbiq ediləcək (FƏRMAN)

19.06.2026
İmişlidə sevgi münasibəti oğurluğa səbəb oldu: Qız cəza aldı, oğlan isə..

İmişlidə sevgi münasibəti oğurluğa səbəb oldu: Qız cəza aldı, oğlan isə..

19.06.2026
Temperatur 7 dərəcə enəcək: Yağış yağacaq, şimşək çaxacaq

Temperatur 7 dərəcə enəcək: Yağış yağacaq, şimşək çaxacaq

19.06.2026
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
Konfrans Liqası:

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az