• Xəbər lentİ
Fləş

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16:21 / 16.06.2026

Zeynəb Xanlarova konsert verəcək?

14:36 / 16.06.2026

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

13:58 / 16.06.2026

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

13:50 / 16.06.2026

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Konfrans Liqası: "Zirə"nin potensial rəqibləri azaldı (YENİLƏNİB)

11:26 / 16.06.2026

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

10:37 / 16.06.2026

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

10:17 / 16.06.2026

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşir

10:08 / 16.06.2026

Çempionlar Liqası: "Sabah"ın rəqibi bu gün bəlli olacaq

09:55 / 16.06.2026

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

10:17 / 15.06.2026

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

00:21 / 15.06.2026

Azərbaycanda Milli Qurtuluş Günüdür

00:10 / 15.06.2026

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

23:28 / 14.06.2026

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

23:27 / 14.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə axşamı, 16 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

Bakıda “Beynəlxalq multidissiplinar xərçəng müalicəsi” mövzusunda beynəlxalq konfrans keçirilir Video

12:44 16.09.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Sentyabrın 15-də Bakıda “Beynəlxalq multidissiplinar xərçəng müalicəsi” mövzusunda beynəlxalq konfrans işə başlayıb

İki gün davam edəcək konfrans dünyanın ən nüfuzlu xərçənglə mübarizə təşkilatı olan və öz ətrafında 40 minə yaxın üzvü birləşdirən Amerika Klinik Onkologiya Cəmiyyəti ilə Azərbaycan Milli Onkologiya Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.

Realpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirin əsas mövzusu süd vəzi xərçəngi və baş-boyun şişlərində multidissiplinar müalicə və perspektivlərdir.

Tədbirdə çıxış edən Milli Onkologiya Mərkəzinin Baş direktorunun birinci müavini, mərkəzin baş-boyun şişləri şöbəsinin cərrah-onkoloqu, professor Əziz Əliyev bildirib ki, Amerika Klinik Onkologiya Cəmiyyətinin rəhbərliyi uzun müddət davam edən işgüzar və səmərəli danışıqların nəticəsi olaraq Milli Onkologiya Mərkəzinin birgə əməkdaşlıq təklifini razılıqla qarşılayıb. Amerikalı mütəxəssislər Milli Onkologiya Mərkəzinin onkoloji xəstəliklərlə mübarizə üsullarını araşdırıb, burada aparılan elmi-tədqiqat işləri ilə maraqlanıb, mərkəzin beynəlxalq əməkdaşlıq strategiyasını öyrənib və işbirliyinə qərar veriblər. Bu əməkdaşlıq mərkəzin Amerikadan olan həmkarlarla ilk işbirliyi deyil. Hələ 2015-ci ildə Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın MD Anderson Xərçəng Mərkəzi arasında beynəlxalq əməkdaşlıq üzrə uzunmüddətli müqavilə imzalanıb.

Professor Əziz Əliyev tədbirdə Amerika Klinik Onkologiya Cəmiyyətinin üzvləri, ABŞ-ın Sietl Xərçəng Mərkəzinin direktoru, professor Culia Gralou, Mayami Universitetinin kötük hüceyrələr bölməsinin rəhbəri, professor Tan İnce, Kolorado Universitetinin professoru David Raben, Honkonq Çin Universitetinin professoru, Klinik Araşdırmalar Mərkəzinin direktor müavini Herbert Lung, süd vəzi xərçəngi üzrə cərrah Karlos Qarsia Etinenne kimi tanınmış mütəxəssislərin iştirak etdiyini vurğulayıb.

Azərbaycanda onkoloji xidmətin inkişaf yolundan danışan Ə.Əliyev ölkə rəhbərliyinin daim diqqət və qayğı göstərdiyi Milli Onkologiya Mərkəzinin təkcə respublika əhalisinə deyil, region ölkələrinin əhalisinə də ixtisaslaşmış onkoloji yardım göstərilməsi istiqamətində elmi-metodiki və profilaktik işləri əlaqələndirən aparıcı müəssisə olduğunu diqqətə çatdırıb: “Konfransdan bir gün əvvəl qonaqlar Milli Onkologiya Mərkəzini ziyarət edib, Azərbaycanda mövcud onkoloji xidmətin keyfiyyəti ilə maraqlanıblar. Onlar mərkəzin uşaq onkologiyası, şüa terapiyası, kimyaterapiya, reanimasiya və intensiv terapiya şöbələrini gəzib, burada xəstəliklərin yüksəkkeyfiyyətli müalicəsi üçün yaradılmış şəraitlə tanış olublar. Mərkəzin Baş direktoru akademik Cəmil Əliyev qonaqları qəbul edib, onlara Azərbaycanda onkoloji xidmətin inkişaf yolu haqqında məlumat verib. Qonaqlara bildirilib ki, son illər mərkəz onkoloji xəstələrin müalicəsi üçün zəruri olan yeni texnologiyalar istehsal edən dünyanın aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində onkoloji xidmətin keyfiyyəti ilbəil daha da artır, müasir innovasiyaların tətbiqi genişlənir. Xarici mütəxəssislər akademik C.Əliyevin onkologiya sahəsində çoxillik səmərəli fəaliyyətini yüksək qiymətləndirib və Milli Onkologiya Mərkəzində xərçəngdən əziyyət çəkən xəstələrin müalicəsi üçün yaradılan müasir şəraitin əhəmiyyətini xüsusi vurğulayıblar. Onlar mərkəzdə xəstələrin şüa müalicəsi üçün dünya standartlarına uyğun təşkil edilən yeddi xətti sürətləndirici ilə təmin olunmuş şüa terapiyası şöbəsinin işinə heyran qaldıqlarını bildiriblər.

Dünən, həmçinin Azərbaycanda ilk dəfə olaraq Milli Onkologiya Mərkəzində Amerika Onkoloji Tibb Bacıları Cəmiyyəti tərəfindən onkologiya sahəsində çalışan tibb bacıları üçün kurs təşkil olunub. Təlimdə 50-dən çox tibb bacısı iştirak edib. İlk kurs çox səmərəli olub, işgüzar müzakirələrlə yadda qalıb”.

Amerika Klinik Onkologiya Cəmiyyətinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Vanessa Sarchet və Amerika Onkoloji Tibb Bacıları Cəmiyyətinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Stefan Tervindt konfransın yüksək səviyyədə təşkili üçün Milli Onkologiya Mərkəzinə dərin minnətdarlığını bildiriblər. Mütəxəssislər onkoloji xəstəliklər və onların müalicəsində tətbiq olunan müasir üsullar barədə danışıblar.

Tədbirdə Milli Onkologiya Mərkəzinin süd vəzi cərrahı Cavid Qəribovun “Azərbaycanda süd vəzi xərçənginin epidemiologiyası və müalicə prinsipləri”, Mayami Universitetinin Kötük Hüceyrələr Mərkəzinin direktoru, professor Tan İncenin “Süd vəzi xərçəngində patohistoloji müayinə”, İtaliyanın Süd Vəzi Mərkəzinin nümayəndəsi, süd vəzi xərçəngi üzrə cərrah Karlos Qarsia Etinennenin “Süd vəzi xərçəngində cərrahi müalicənin rolu”, Milli Onkologiya Mərkəzinin şüa terapevti Günel Hacının xəstə təqdimatı əsasında “Erkən mərhələdə süd vəzi xərçəngi”, Kolorado Universiteti, şüa terapiya şöbəsinin professoru David Rabenin “Süd vəzi xərçəngində şüa müalicəsinin rolu”, Milli Onkologiya Mərkəzinin kimyaterapevti Elxan Kazımovun xəstə təqdimatı əsasında “Yerli-yayılmış süd vəzi xərçəngi”, ABŞ-ın Sietl Xərçəng Mərkəzinin süd vəzi onkologiyası, klinik tədqiqat şöbəsinin direktoru, Vaşinqton Universiteti tibb fakültəsinin professoru Culia Gralounun “Süd vəzi xərçəngində sistem müalicənin rolu”, Amerika Klinik Onkologiya Cəmiyyəti və Amerika Onkoloji Tibb Bacıları Cəmiyyətinin nümayəndəsinin xəstə təqdimatı əsasında “Metastatik süd vəzisi xərçəngi” mövzularında məruzələri dinlənilib.

Sentyabrın 16-da yekunlaşacaq beynəlxalq konfransın ikinci günü professor Əziz Əliyevin “Azərbaycanda baş-boyun şişlərinin epidemiologiyası və müalicə prinsipləri. Baş-boyun şişlərinin cərrahi müalicəsi”, Deyvid Rabenin “Baş-boyun şişlərində şüa müalicəsinin rolu”, Honkonq Çin Universitetinin professoru, Klinik Araşdırmalar Mərkəzinin direktor müavini Herbert Lungun “Baş-boyun şişlərində sistem müalicəsinin rolu”, Ohayo Dövlət Universitetinin James Xərçəng Mərkəzinin direktor müavini Kolleen O’Learinin “Xərçəng xəstələrində palliativ qulluğun əhəmiyyəti”, Avrora Səhiyyə Xidmətinin mütəxəssisi, Süd Vəzi Mərkəzinin tibb bacısı Jeanie Rosiakın xəstə təqdimatı əsasında “Palliativ qulluq” mövzularında, eləcə də Amerika Klinik Onkologiya Cəmiyyəti, Amerika Onkoloji Tibb Bacıları Cəmiyyətin və Milli Onkologiya Mərkəzinin əməkdaşlarının xəstə təqdimatı əsasında məruzələri dinləniləcək.

MilliYol.Az


Etiket: xərçəng konfrans

Şərh yazın.


Digər xəbərlər

Çempionlar Liqası:

Çempionlar Liqası: "Sabah"ın rəqibi bu gün bəlli olacaq

16.06.2026
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

16.06.2026
Avropa Liqası:

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşir

16.06.2026
Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

16.06.2026
Konfrans Liqası:

Konfrans Liqası: "Zirə"nin potensial rəqibləri azaldı (YENİLƏNİB)

16.06.2026
24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

16.06.2026
İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

16.06.2026
Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

16.06.2026
Zeynəb Xanlarova konsert verəcək?

Zeynəb Xanlarova konsert verəcək?

16.06.2026
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Çempionlar Liqası:

Çempionlar Liqası: "Sabah"ın rəqibi bu gün bəlli olacaq

16.06.2026
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

16.06.2026
Avropa Liqası:

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşir

16.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az