• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə, 05 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhsil

Orfoqrafiya Komissiyası güzəştə getməyə məcbur oldu –Qulu Məhərrəmli dilə təcavüzün qarşısının alındığını deyir

16:17 14.09.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Orfoqrafiya Komissiyası yekun qərarını verdi

Müzakirəyə çıxarılan 11-bəndlik dəyişiklik təklifindən cəmi 3-ü təsdiqlənməyib, 8-i isə təsdiqlənib. Bu dəyişikliklərdən ən mühümü, narazılıqlarla qarşılanan qoşa «y» ilə yazılan sözlərdə onlardan birinin düşməsi ilə bağlıydı. Ancaq həmin təklif qəbul edilməyib.

Bu haqda “Azadlıq” radiosuna AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyir. O, bunun səbəbini cəmiyyətdə qarşıdurma yaratmamaq istəyi ilə izah edir: «Qarşıdurmanın aradan qaldırılması, sabitlik naminə bu addımı atdıq. Onunla bağlı 121 nəfər müraciət etmişdi. Onun 61 nəfəri orta məktəb müəllimləri idi. Onlar izah edirdi ki, qoşa «y» ilə bağlı təklif qəbul edilsə, biz dərs vəsaitlərindən, testlərdən istifadə edə bilməyəcəyik, dilimiz uçuruma gedəcək, ədəbi dilimiz korlanacaq. Ona görə ortaq məxrəcə gəldik ki, bu təklif qəbul olunmasın. Özümüz, şəxsən İsa müəllim (AMEA-nın vitse-prezidenti, filologiya elmləri doktoru, professor, deputat İsa Həbibbəyli – A.R.) bu maddənin çıxarılmasını təklif etdi. Bu dəyişikliklər məni qane etdi və əsas odur ki, cəmiyyətdə ortaq məxrəcə gələ bildik».

«Prezident, Baş Nazir böyük yazılacaq, nazir kiçik… çünki nazirliklər çoxdur»
Bəs qəbul edilən təkliflər hansılardır? İndiyədək sözün sonunda və ya əvvəlində işlənən qoşa «s»lərdən biri ixtisar olunacaq. Yəni «ssenari», «ssuda», «ekspress», «stress» sözləri «senari», «suda», «ekspres», «stres» kimi yazılacaq. Direktor bu təklifin yekdilliklə keçdiyini bildirir.

Daha nə? M.Nağısoylu davam edir: «Əvvəlki qaydalarda da bu vardı, məsələn, Azərbaycan Respublikasının Baş Naziri, Milli Məclisin Sədri kimi vəzifələrdə sözlərin hamısı böyük hərflə yazılacaq, amma nazirlərdə bu qayda fərqli olacaq – birinci söz böyük, digərləri kiçik olacaq. Tutalım, «Təhsil naziri», «Səhiyyə naziri» yazılacaq, nazirliklər çoxdur da. Bir Baş Nazir, bir Milli Məclisin Sədri, bir də Respublika Prezidenti böyük, qalan nazirlər və yerdə qalan prezidentlər kiçik yazılacaq».

Yeri gəlmişkən, Orfoqrafiya Komissiyası bir «dolaşıqlığı» da aradan qaldırıb: «Məsələn, Nizami adına Ədəbiyyat İnstitutunun bir şöbəsinin adı böyük, ya kiçik hərflə yazılmalıdır? Təklif etdik ki, birinci söz böyük, ikinci kiçik yazılsın. Məsələn, Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsi».

Dəyişikliklərdən biri də «anti» və «ümum» sözlərindən sonrakı sözlərin yazılışı haqqındadır.

««Anti» sözü ümumi və xüsusi sözlərdə (məsələn, antivirus, antidemokratik, antirusiya) bitişik yazılırdı. Bizim dilimizdə də sözün ortasında böyük hərfin işlənməsi məqbul sayılmır. Ona görə də razılaşdıq ki, anti sözündən sonra xüsusi isim gələndə böyük hərflə, amma defislə yazılsın, tutalım, anti-Azərbaycan, anti-Rusiya və s. Və ya «ümum» sözündə də eyni qayda tətbiq olunacaq. Ümumxalq, ümumittifaq sözləri bitişik yazılır, ancaq yenə xüsusi isimdən sonra defis qoyularaq, ikinci söz böyük hərflə yazılsın. Məsələn, «ümum-Rusiya», «ümum-Azərbaycan». Burda bir çaşqınlıq, dolaşıqlıq vardı, o aradan qalxacaq», – Nağısoylu izah edir.

«Hər şeyi nəzərə aldıq»

Orfoqrafiya Komissiyasına verilən təkliflər bir neçə aydır müzakirə olunur və bəziləri elə ilk gündən cəmiyyətdə narazılıqla qarşılanmışdı. Hətta bunlardan bəzilərinin hansısa yüksəkvəzifəli məmurların təklifi ilə gündəmə gətirildiyi iddia olunurdu. İnstitut direktoru bu iddialarla razılaşmır. O deyir ki, ötən illərdə bu müzakirələr dar çərçivədə, mütəxəssislər arasında aparılsa da, bu dəfə təklifləri ictimaiyyətin müzakirəsinə çıxarıblar: «Və nəticədə hər şeyi nəzərə aldıq. Qəbul olunmasa da, elə bir ciddi məsələ yoxdur».​


Qulu Məhərrəmli: «Dilə təcavüzün qarşısı alındı»

«Normal qərarlar qəbul olunub. Dilə təcavüz təhlükəsi aradan qalxıb. Biz bundan çox ehtiyatlanırdıq».

Bu müzakirələrdə ən fəal iştirakçılardan və təkliflərə ilk gündən tənqidi münasibətini açıqlayanlardan biri – jurnalist, Dilçilik İnstitutunun Monitorinq şöbəsinin keçmiş müdiri Qulu Məhərrəmli dəyişikliklərdən danışarkən deyir. Onun qənaətincə, dillə bu şəkildə sərbəst davranmaq olmaz: «Yüz illər boyu onun lüğət fondunda sabitləşmiş sözləri dəyişdirməyə cəhd vardı, yaxşı ki, bu baş tutmadı. Qoşa «y» ilə yazılan sözlərdə dəyişiklik dildə xaos yaradacaqdı və bu dolaşıqlıq, heç olmasa, 25-30 il davam edəcəkdi. Yaxşı ki, ağıllı adamlar tapıldı və yuxarı dairələrdə, Elmlər Akademiyasında müqavimət göstərənlər oldu. Gənc alimlərin fəallığının da rolu oldu və ya müəllimlər təhlükəni görüb biganə qalmadılar. Sevinirəm ki, sonda həm ictimai rəy, həm də cəmiyyəti idarə edənlər dilin orfoqrafiyasının, fəlsəfəsini doğru-dürüst anladılar. Bildilər ki, dəqiqəbaşı qayda və ya söz dəyişmək yolverilməzdir. Dildə oturuşmuş sözləri, qaydaları dəyişmək elmi prinsipə söykənmir».

«Şeiriyyətdən danışanlar bu sınaqdan çıxa bilmədilər»

Q.Məhərrəmli bir şeyə təəssüflənir, o da şair və yazarların bu müzakirədən kənarda qalmasına: «Təəssüf ki, şeiriyyətdən, dilin gözəlliyindən danışan bir çox yazıçılar, şairlər, akademiklər bu sınaqdan çıxa bilmədilər. Məlum oldu ki, bunların dil sevgisi sözdədir, dar ayaqda dilin müdafiəsində dayana bilmirlər. Onlar prinsip adamı deyillər».

Son dəyişikliklərə gəlincə, jurnalist deyir ki, qeyri-adi heç nə baş verməyib, yeni qaydaların bəzisi əvvəl də Azərbaycan dilində olub: «Belə, bir-iki o qədər də böyük əhəmiyyəti olmayan qaydalar qəbul olunub. Bunlar da normaldır, xüsusi etirazım yoxdur».

Lağa qoyulan dəyişikliklər

Bəzi dəyişikliklər sosial mediada yumorla qarşılanıb, hətta lağ hədəfinə çevrilib. Məsələn, Rum rəqəmlərindən sonra şəkilçilərin yazılmaması və ya «anti», «ümum» sözlərindən sonra sözlərin yazılış qaydasına edilən dəyişiklik.

«Sözün içində xüsusi isimlərin böyük yazılması əlifbadan da bəsitdir, hamıya məlumdur və ya Rum rəqəmlərindən sonra şəkilçi işlənməməsi ilə bağlı qayda qəbul olunub. Əlbəttə, bu olmaz. Bu, 50 il qabaq qəbul edilmiş qaydadır. Belə gülünc şeyləri ortaya çıxarıb mənasız diskussiyalar açmaq lazım deyil. Bu şeylər əvvəllər qaydalarda daha dəqiq və elmi ifadə edilib», – Q.Məhərrəmli deyir.

Layihə Nazirlər Kabinetinin müvafiq qərarından sonra təsdiqlənəcək.

MilliYol.Az


Etiket: Qulu Məhərrəmli orfoqrafiya

Şərh yazın.


Digər xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

04.06.2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

04.06.2026
İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

04.06.2026
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

04.06.2026
Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

04.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az