• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Kriminal

Məşhur azərbaycanlı iş adamı Rusiyada axtarışa verildi – şok təfərrüat

14:42 13.09.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Elçin Əhmədova qarşı Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İdarəsi tərəfindən cinayət işi qaldırılıb

Onu ən ağır maddələrlə ittiham edirlər; həmyerlimiz özünü suçsuz sayır və “qarantiya verilərsə, gedib ifadə verməyə hazıram” deyir
Rusiyanın Sankt-Peterburq şəhərində meyvə-tərəvəz biznesi ilə məşğul olan məşhur azərbaycanlı iş adamı Elçin Əhmədov Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İdarəsi tərəfindən federal axtarışa verilib. Onun barəsində cinayət işi üzrə qiyabi axtarış qərarı çıxarılıb.

Musavat.com xəbər verir ki, Elçin Əhmədovun istintaqa cəlb olunmasında azərbaycanlılardan istifadə olunduğu deyilir. Bildirilir ki, Elçin Əhmədov vaxtilə yaxşılıq etdiyi şəxslərdən bəziləri onun əleyhinə istintaqla əməkdaşlıq edib.

Elçin Əhmədovun yaxınlarının musavat.com-a verdiyi məlumata görə, iş adamı xeyriyyəçilik edib: “Diaspor təşkilatlarında təmsil olunmasa da, həmyerlilərimizə dəstək verir, amma xeyriyyəçiliyi haqda kimsənin danışmasını da istəmir. Ona görə də bir çoxları Elçin Əhmədovu gizli xeyriyyəçi kimi də tanıyırlar. Başına gələnlərin, üzləşdiyi haqsızlıqların da elə xeyriyyəçiliyi ilə əlaqələndirirlər. Deyirlər ki, hazırda yaşananlar həm də yaxşılığa yamanlıqla qarşılıq verməkdir”.

Bu cinayət işi haqda Azərbaycan mətbuatında yazılar dərc olunub. Xatırladaq ki, Elçin Əhmədov “Aysel” və “AyBaRus” şirkətlərinin sahibidir. O, Rusiyada meyvə-tərəvəz biznesi ilə məşğuldur. Uzun illərdir Rusiyaya xaricdən meyvə-tərəvəz idxal edən ən iri təchizatçılardan biridir və məlumatlara görə hətta banan idxalı üzərində monopoliyaya malik olub. Bu səbəbdən ona “Banan Elçin” ləqəbi də qoşublar. Rusiyanın nüfuzlu nəşrlərindən olan “Kommersant” Elçin Əhmədov haqda silsilə yazılar dərc edib.

Musavat.com xatırladır ki, ittihama görə, Elçin Əhmədov və şirkətinin işçisi bir neçə il əvvəl Sankt-Peterburqun Sofiya bazasında quldur basqını həyata keçiriblər. Sankt-Peterburq üzrə Baş istintaq idarəsinin ictimai təhlükəsizliyə və şəxsiyyətə qarşı cinayətlərin araşdırılması üzrə baş müstəntiqləri qeyd edirlər ki, onlar Elçin Əhmədova qarşı ittiham irəli sürmək üçün “kifayət qədər sübutlar” toplayıblar.

E.Əhmədovun yaxınları isə bildirir ki, faktiki isə belə sübutlar yoxdur. Sitat: “Bunu müstəntiqlər özləri də bilirlər. Amma varlanmaq, biznesmendən böyük pullar qoparmaq niyyətləri qanundan çox uzaq addımlarını şərtləndirir. Elçin Əhmədovun vəkilləri, özü də qanunsuzluqları bircə-bircə ifşa edir, bu haqda Rusiya prezidentinə, Rusiya baş prokuroru Yuriy Çaykaya ardıcıl müraciətlər ünvanlayırlar. Odur ki, istintaqçılar başladıqları qondarma işə qanuni don geyindirmək üçün bütün güclərini səfərbər ediblər. Elçin Əhmədovu nəyin bahasına olursa-olsun həbs edib istədikləri sənədlərə imza atdırmaq üçün əllərindən gələni edirlər. Onun barəsində federal axtarışı şərtləndirən məhz bu məqamdır. Hadisələrin başqa yöndə inkişafı Elçin Əhmədov barəsində qanunsuz qərarlar vermiş vəzifə sahiblərinə yaxşı heç nə vəd etmir. Odur ki, xeyriyyəçi həmyerlimizə elə həmyerlilərimizin əli ilə, onlardan istifadə etməklə “torba” tikilib. Ağ parça üzərinə qara iplə vurulan yamaqlar göz deşir, bunu hamının gözü qarşısında edirlər. Və biznesmeni özgəsinin əmlakını ələ keçirmək üçün quldur basqını təşkil etməkdə, üstəlik sağlamlıq üçün təhlükəli şəkildə zor tətbiq etməklə hədələməkdə ittiham edirlər”.

İstintaqın versiyasına görə 2015-ci il noyabrın 20-də səhər saat 9-an 11-ə qədər Elçin Əhmədov və onun əməkdaşı Cavid Mansurzadə, habelə “müəyyən olunmamış şəxslər” bazarda “Royal” MMC tərəfindən icarəyə götürülmüş anbara “aldatma yolu ilə” daxil olublar. Onlar “müəyyən olunmamış və tapançaya oxşayan predmetdən” istifadə edərək Həsənov soyadlı şəxsə zor tətbiq ediblər, habelə Heydərov soyadlı başqa birisini hədələyiblər. Daha sonra “Royal” MMC-nin sahibi Novruz Xəlilova məxsus olan 12 milyon rublu “açıq-aşkar qəsb ediblər”. İstintaq E.Əhmədovun hərəkətlərini Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə kvalifikasiya edib, onu həmin maddələr üzrə 8 ildən 15 ilə qədər həbs gözləyir. Əhmədovu Sankt-Peterburqda tapa bilmədiklərinə görə müstəntiqlər ona qarşı ittihamı qiyabi elan etməyi qərara alıblar və biznesmenin barəsində federal axtarış elan ediblər. Lakin Elçin Əhmədov çoxdan Rusiyanı tərk edib, hazırda Azərbaycandadır və bu səbəbdən onun barəsində beynəlxalq axtarış elan ediləcəyi gözlənilir.

“Kommersant”ın məlumatına görə ittihama əsas kimi Elçin Əhmədovun hərəkətlərindən zərər çəkən şəxsin və şahidlərin ifadəsi əsas götürülüb. Hansı ki, onlar quldur hücumu barədə nəyə görəsə 2 il yarım sonra xatırlayıblar və şikayət veriblər. İddia ediblər ki, soyğunçunun Elçin Əhmədov olduğunu KİV-lərdə onun fotosunu görəndən sonra biliblər.

Elçin Əhmədov özü isə “Kommersant”a deyib ki, zərərçəkən statusundakı şəxs hüquq-mühafizə orqanlarının tapşırığı ilə onu şərləyir. “Xəlilov və qohumları quldurluq, quldur hücumu və qətllərə görə cinayət işlərində fiqurantlardır. 3 il əvvəl bu iş üzrə irimiqyaslı əməliyyat keçiriləndə KİV-lər xəbər verdilər ki, şübhəlilərin onlarla qətldə əli ola bilər. Lakin nəyə görəsə məhkəməyə ancaq bir quldur basqını epizodu gedib çıxdı. Bu iş üzrə zərərçəkənin özü qətlə görə məhkum edilib” - Elçin Əhmədov deyib.

Biznesmen deyir ki, 2015-ci ildə o “Royal” MMC-də heç bir quldurluq etməyib. Və Xəlilovla onun arasında çoxdandır mübahisə var idi. Bu mübahisə Cənubi Afrika Respublikasından apelsin idxalına görə yaranmışdı. “Ağsaqqallar yığışıb bu məsələni müzakirə edib qərara aldılar ki, heç kim heç kimə borclu deyil, amma mən hər halda Xəlilovların ailəsinə 250 min dollar ödədim ki, hamı rahat olsun”- Elçin Əhmədov xatırlayır.

Elçin Əhmədovun ittiham olunduğu quldurluq barədə cinayət işi isə bu ilin may ayında başlanıb, amma işdə fiqurantlar yox idi. Bununla belə müstəntiqlər həmin cinayət işi əsasında Elçin Əhmədovun mənzillərində axtarış aparıb “Aysel” və “AyBaRus” şirkətləri barədə sənədləri götürüblər. Daha sonra vergi və digər nəzarət orqanları Elçin Əhmədovun biznesini yoxlamağa başlayıb.

Elçin Əhmədov Rusiya prezidentinə, Dövlət Dumasına, hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edəndən sonra onun adı işdə şübhəli qismində keçməyə başlayıb. “Görünür güc strukturlarının xoşuna gəlmədi ki, mən özümü fəal müdafiə edirəm”- Elçin Əhmədov deyib.

O bildirir ki, həbs olunmayacağına dair qarantiya verilsə Rusiyaya qayıtmağa və iş üzrə ifadə verməyə, şahidlərlə üzləşməyə və yalan detektorundan keçməyə hazırdır.

Elçin Əhmədov bir neçə ay əvvəl Bakıda “Yeni Müsavat”a müsahibə verib, bu iş barədə geniş danışmışdı.

Həmin müsahibəsində iş adamı demişdi ki, Xəlilovlara yardım məqsədi ilə verdiyi 250 min dollardan əlavə ondan 400 min dollar da tələb ediblər. Həmin müsahibəsində Elçin Əhmədov demişdi: “2017-ci ilin payızında Novruz Xəlilov və qardaşları ona ortaq tanışları vasitəsi ilə bir ərizə göndəriblər. İmzalanmamış ərizədə yazılmışdı ki, guya onlara qarşı quldurluq etmişəm, Rövşən Muradovu oğurlayıb aparmışam, onlara məxsus olan pulu ələ keçirmişəm. Dedilər, 400 min dollar verməsən, ərizəyə imza atıb İstintaq Komitəsindəki öz adamları vasitəsi ilə cinayət işi başladacaq, məni həbs etdirəcəklər. Buna əhəmiyyət vermədim, dedim ki, günahım varsa, məni həbs etdirin. Amma mən sizə kömək etmişəm, belə halda 250 min dolları geri tələb edəcəyəm. Həmin gün yaşadığım binanın mühafizəçisi ailəmə məlumat verib ki, maşınlarımız ətrafında müəmmalı adamlar dolaşır. Mən xaricdə müalicədə idim deyə əmim Üzeyir Əhmədov müşahidə kameralarının qeydə aldığı və maşınlarımız ətrafında şübhəlilərin hərəkətləri əks olunan videonu tələb elədi. Baxıb gördük ki, ailə maşınımın arxa hissəsinə adamlar nəsə quraşdırırlar. Məlum oldu ki, Xəlilovun qohumları Mobil və Qabil maşınlarımızın altına izləyici mayaklar quraşdırıblar, məni və yaxınlarımı güdüblər. Sonradan eşitdim ki, bütün bunlar Novruz Xəlilovun göstərişi ilə olub. Müalicədə olduğumdan aprelin 27-də əmim Üzeyir Əhmədov polisə baş verənlərlə bağlı ərizə təqdim edib. Mayın 3-də polis təhqiqat işi başladı. Məlumat Xəlilovlara çatandan sonra onlar və İstintaq Komitəsindəki himayədarları vasitəsi ilə barəmdə saxta cinayət işi başladılar”.

Elçin Əhmədov bildirmişdi ki, rəsmi məlumatlarda qeyd olunur ki, guya Xəlilovlar 2018-ci il mayın 3-də İstintaq Komitəsinə ərizə ilə müraciət ediblər. Komitə də müraciət üzrə mayın 10-da fakta görə quldurluq maddəsi ilə cinayət işi başlayıb.

“Xəlilovların şikayət məktublarında yazılır ki, guya mən, menecerim Cavid və loqistlə birgə Xəlilovların ofisinə basqın edib 12 milyon rubl - 190 min dollar aparmışıq. Bu şikayəti əsas götürüb 2018-ci il mayın 29-da evimdə və bütün iş yerlərimdə xüsusi təyinatlılar axtarış apardılar, ailəmi, uşaqlarımı qorxutdular. Elə həmin günlərdə mənə bunların İstintaq Komitəsindəki əli təmiz olmayan səlahiyyət sahibləri ilə əlaqələrinin necə yaranması də məlum oldu. Deməli, 2015-ci ilin iyun ayında Sofiysk bazasında İstintaq Komitəsi əməliyyat keçirmişdi, Xəlilov qardaşlarının bacısının həyat yoldaşı Elvin Əhmədov, Novruz və Mübariz Məmmədov qardaşları, bir başqa şəxs həbs olunmuşdular. İstintaq Komitəsinin həmin o qanunsuzluq edən səlahiyyətliləri 2015-ci ildə şikayətçi kimi Əliyev soyadlı Şəmkirin İlmaşlı kənd sakininin şikayət ərizəsinə istinad edib adlarını çəkdiyim şəxsləri həbs etmişdilər. Əliyevin şikayət ərizəsində ona Sofiyski bazasındakı basqında Xəlilov qardaşlarının da iştirak etdiyi yazılıbmış. O vaxt Xəlilovlar İstintaq Komitəsinə çağırılmış və sonradan sərbəst buraxılmışdılar. Özləri orda-burda danışırdılar ki, İstintaq Komitəsi səlahiyyətlilərinə 150 min dollar verib canlarını qurtarıblar. Xəlilovların İstintaq Komitəsindəki səlahiyyətlilərlə münasibətləri də o dövrdən yaranıb. Oradakı səlahiyyətlilər hazırda Xəlilovlardan mənə qarşı maşa kimi istifadə edirlər. Xəlilovlara qarşı cinayət olmadığı kimi 2015-ci ildə onlardan şikayət yazmış Əliyevə qarşı da basqın faktiki baş verməyib”.

MilliYol.Az


Etiket: Rusiya iş adamı

Şərh yazın.


Digər xəbərlər

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

04.06.2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

04.06.2026
İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

04.06.2026
Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

04.06.2026
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

04.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az