Bir qız övladı olan Adı Tuba Qorxmaz qonşu Türkiyədə yaşayır və həyat yoldaşından ayrılıb. O, həyatını xəstə övladına həsr edən, fədakar bir xanımdır. Onlar bütün çətinliklərə baxmayaraq, xoşbəxt yaşayırdılar. Ta ki, 8 ay öncəsinə kimi...
Tuba 8 ay öncə sevgilisi ilə tanış olub. Münasibətlərinin ilk günlərində hər şey qaydasında olub. Əvvəl adi bir qısaqanclıq halı kimi görünən söhbətlər sonradan tragediyaya çevrilib. Sevgilisinin təhdidlərinə rəğmən, Tuba ondan ayrılıb. Amma hər şey bununla yekunlaşmayəb.
Sevgilisi ondan intiqam almaq üçün bıçaqa əl atıb. Bir gün işə getmək üçün evindən çıan xanımın boğazını kəsib. Qanlar içində qalan qadın həmin an özünü itirmədən təcili yardıma zəng edib. Onu xilas etməyə gələn həkimlərə ilk sözü isə belə olub: “Ölə bilmərəm, mənim qızım var”.
Xoşbəxtlikdən həkimlər Tubanın həyatını xilas edə bilib.
Tuba indi onun boğazını kəsən sevgilisini məhkəməyə verib. Bu gün məhkəmədə iki köhnə sevgili qarşı-qarşıya gələcək.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...