• Xəbər lentİ
Fləş

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə, 05 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Səhiyyə

Nöqsanlara görə 1 baş həkim və 10 tibb işçisi işdən çıxarılıb

18:13 10.09.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Səhiyyə Nazirliyində Azərbaycan Respublikasında doğuşayardım xidmətinin vəziyyəti və 2018-ci ilin 8 ayı ərzində riskli hamiləlik və doğuş hallarının təhlilinə həsr edilmiş geniş kollegiya iclası keçirilib

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhiyyə Nazirliyin Kollegiya üzvləri, Doğuşayardım Xidmətinin təşkili xidmətinin baş mütəxəssisləri, Perinatal Mərkəzlərinin rəhbər və məsul şəxsləri, Doğum evlərinin rəhbərləri, mamagenikoloqları, qadın məsləhətxanalarının baş həkimləri, ETİ Pediatria İnstitunun rəhbərliyi və.s səlahiyyətli şəxslər iştirak edirib.

Respublikanın Baş mamaginekoloqu Sevinc Məmmədova 2018-ci ilin 8 ayının hesabatı və nəzərdə tutulan layihələrin tətbiqi üçün təkliflər planı ilə çıxış edib.

Bildirib ki, Respublikada baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verib.

Son illər ərzində səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları, əhalinin pulsuz tibbi xidmətlə təmin olunması, müxtəlif dövlət proqramlarının həyata keçirilməsi və başqa geniş miqyaslı tədbirlər ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına zəmin yaradıb.

Respublikamızda doğuşayardım xidməti perinatal konsepsiyaya uyğun qurularaq beynəlxalq standartalara müvafiq həyata keçirilir. Belə ki, Respublikamızda antenatal qulluq ilkin səhiyyə müəssisələrində: müstəqil və MRX nəzdində qadın məsləhətxanalarında, feldşer mama məntəqələrində, kənd sahə xəstəxanasında, kənd həkim ambulatoryasında, ailə planlaşdırılması mərkəzlərində, polikilinikaların nəzdində mama-ginekoloji kabinetlərdə göstərilir.

Doğuşayardım xidməti Respublika üzrə I səviyyəli- 53, II səviyyəli -18, III səviyyəli – 10 doğuşayardım tibb müəssisələrində göstərilir.

8 ay ərzində Respublikada ümumi qeydiyyata götürülən hamilələrin sayı 76020 olub. Onlardan, 39701(52%) hamiləliyin erkən müddətində qeydiyyata alınıb. Qeydə alınanlar arasında risk qrupuna daxil olanların sayı 27834 (37 %) təşkil edib.

Ekstragenital patologiyaların strukturuna gəldikdə Respublika üzrə 41% anemiyalı, 28% uşaqlıq üzrərində çapıqlı, 4% ürək, 6% böyrək, 2% preeklampsiyalı və 27 % digər xəstəliklər təşkil edib. Qadın məsləhətxalardan alınan məlumata əsasən Respublikada ümumi doğuşların sayı 71477 təşkil edib. 8 ay ərzində Dövlət Statiastika Komitəsindən alınan rəqəmlərə görə ümumi doğuşların sayı 89202 olub. Doğuşların sayında olan uyğunsuzluq 18 min qadının qadın məsləhətxanasında qeydiyyatdan kənarda qalması ilə izah olunur.

Ana və uşaq sağlamlığının yaxşılaşdırılmasına dair dövlət proqramına uyğun olaraq hamiləlik registiri təkmilləşdirilərək müvafiq təlimatlar keçirildikdən sonra Respublika üzrə tətbiq olunub. Bakı şəhəri üzrə 16 müəssisə , rayonlar üzrə 39, özəl tibb müəssisəslərindən 5 müəssisə hamilələr haqqında məlumatları daxil edirlər.

8 ay ərzində Perinatal Mərkəzlərdən Şəki RPM - 1189 doğuş (q\k 21%), Gəncə RPM – 2470 doğuş (q\k 44%), Quba RPM -1532 doğuş (q\k 22%), Lənkəran RPM – 1080 (q\k 50%), Sabirabad RPM -1579(q\k 37%), Respublika Perinatal Mərkəzində 1640 (q\k 58%), ETMGİ -1462 (q\k 63,4) olub.

Ana və uşaqlara göstərilən tibbi xidməti Səhiyyə Nazirliyinin daim diqqət mərkəzindəddir, hər bir ana və uşaq ölümü hadisələri mütəmadi olaraq təhlil olunaraq aşkar edilib, çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülüb.

8 ay ərzində ümumi doğuşun 0,015% ölümlə nəticələnib. Ana ölümlərinə səbəb kəskin qan itirmə, ağciyər-ürək-damar çatışmamazlığı, anestezioloji qüsur olub.

Hər bir ana ölümü Doğuşayardım Komissiyası tərəfindən müzakirə olunub və müvafiq tədbirlər görülüb. İşlərində yol verdikləri nöqsanlara görə 11 tibb işçisi tutduğu vəzifəsindən azad edilib: 1 baş həkim ,1 Regionlal Perinatal Mərkəzinin direktor vəzifəsini icra edən, 3 nəfər həkim mama-ginekoloq, 3 nəfər həkim anestezioloq-reanimatoloq, 1 nəfər həkim-cərrah, 2 nəfər orta tibb işçisi. Digərlərinə qarşı müxtəlif inzibati cəza tədbirləri görülüb və təkmilləşmə kurslarına göndərilib.

Bakı şəhəri üzrə antenatal qulluq 21 dövlət və 11 özəl doğuşayardım xidmət 14 dövlət və 11 özəl müəssisələrdə göstərilir. Cəmi 8 ayda qeydiyyata alınanlar 18772 nəfər olub.

Bakı şəhəri üzrə 8 ayda 14312 doğuş qeydə alınıb.

Kritik halda olan hamilə və zahı qadınların Bakı şəhərinin tibb müəssisələrinə köcürülməsi əksər hallarda SNTTTYS-ı tərəfindən həyata keçirilir. Belə ki, 8 ay ərzində 60 qadına 146 çağırış, 53 halda telesəhiyyə vasitəsindən istifadə olunub və yalnız 17 halda hamilə və zahılar Bakı şəhərinini doğuşayardım müəssisələrinə köçürülüb, və bu da kecən ilin 8 ayı ilə müqaisədə 43% az olub.

SNTTTYS xətti ilə rayonlarda kritik halda olan hamilə və zahılara dar ixtisaslı mütəxəssislər 146 dəfə cağırılıb.

S.Məmmədova çıxışının sonunda Doğuşayardım xidmətində qeyd olunan çatmamazlıqları nəzərə alaraq, müxtəlif təkliflərlər irəli sürüb.

Daha sonra, 7 saylı Qadın Məsləhətxanasının baş həkimi Südabə İsmayılova, ETİ Pediatriya institutunun direktoru Nəsib Quliyev Respublikada doğuşayardım xidmətinin vəziyyəti, cari ilin 8 ayının hesabatı ilə çıxış etdilər və bəzi təkliflərlərini Kollegiya iştirakçıların diqqətinə çatırıblar.

Sonda səhiyyə naziri Oqtay Şirəliyev çıxış edərək bildirdi ki, səhiyyənin göstəricilərindən danışarkən ilk növbədə ana və uşaqların sağlamlığı önə çəkilir. Xoşagəlməz halalrın qarşısını vaxtından almaq üçün müxtəlif tədbirlər görülür, məlumatlar verilir. Lakin bütün bunlara baxmayaraq yenə də 18 min hamilə,qadın məsləhətxanasına müraciət etməyib. Bu çox böyük rəqəmdir və bu yolverilməzdir. Belə halların azaldılması üçün maarifləndirmə işləri gücləndirilməli, yeni layihələr və təkliflər irəli sürülməlidir.

Sonda nazir Doğum Evlərinin və Qadın Məsləhətxanalarının baş həkimlərinə müvafiq tapşırıqlar verib.

MilliYol.Az


Etiket: Səhiyyə Nazirliyi

Digər xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026
Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

05.06.2026
Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

05.06.2026
Prezident Azərbaycan millisini təbrik etdi

Prezident Azərbaycan millisini təbrik etdi

05.06.2026
Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

05.06.2026
“Psixologiya tarixi

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

05.06.2026
Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

05.06.2026
XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

05.06.2026
Ruslan Eyyubov həbsdən azad edildi

Ruslan Eyyubov həbsdən azad edildi

05.06.2026
Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

05.06.2026
MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

05.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026
Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

05.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az