Naxçıvan Muxtar Respublikasının 2017-ci il üçün büdcəsi açıqlanıb.
MilliYol.Az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, gələn il muxtar respublikanın büdcəsinin gəlir və xərcləri bərabər olaraq 359.6 milyon manat proqnozlaşdırılır. Bu da 2016-cı illə müqayisədə 8.1 milyon manat və 2.3 faiz çoxdur.
Xərclərin 19.3 faizi və ya 69.5 milyon manatı Naxçıvan Muxtar Respublikasının öz gəlirləri, 80.8 faizi və ya 290 milyon manatı dövlət büdcəsindən ayrılan dotasiya hesabına formalaşdırılıb.
Əvvəlki illə müqayisədə Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsindən ayrılan dotasiyanın məbləği 7.6 milyon manat və 2.7 faiz artıb.
MilliYol.Az
Digər xəbərlər
loading...