Qondarma “DQR”in tanınması haqqında qanun layihəsi Ermənistan parlamentinin gündəliyinə daxil edilməyib.
Salamnews-un Ermənistan KİV-nə istinadla verdiyi xəbərə görə, Ermənistan parlamentinin xarici əlaqələr komitəsi Hrant Baqratyan və Zaruhi Postanjyanın Qondarma “DQR”nın tanınması haqqında qanun layihəsini gündəliyə salmayıb.
Çıxışlardan sonra səsə qoyulan qanunun lehinə yalnız “İrs” partiyasından Poqosyan səs verib. Respublikaçılar partiyasından Hamlet Harutyunyan qanunun əleyhinə səs verib, digər deputatlar isə səs verməyib, beləliklə, layihə təsdiq edilməyib.
"Milli Yol"
Digər xəbərlər
loading...