• Xəbər lentİ
Fləş

İmişlidə sevgi münasibəti oğurluğa səbəb oldu: Qız cəza aldı, oğlan isə..

15:43 / 19.06.2026

Vüsal Aslanov onlara yeni vəzifə verdi (FOTO)

17:31 / 19.06.2026

Temperatur 7 dərəcə enəcək: Yağış yağacaq, şimşək çaxacaq

16:27 / 19.06.2026

İmişlidə sevgi münasibəti oğurluğa səbəb oldu: Qız cəza aldı, oğlan isə..

15:43 / 19.06.2026

Məktəbəqədər təhsildə dövlət-valideyn-özəl əməkdaşlığı modeli tətbiq ediləcək (FƏRMAN)

14:52 / 19.06.2026

Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik xəttinə qoşulması subsidiyalaşdırılır

14:49 / 19.06.2026

Azərbaycanda yumurta kəskin ucuzlaşdı - Səbəb açıqlandı

14:24 / 19.06.2026

Bu şəhərdə Azərbaycan səfirliyi açılır (SƏRƏNCAM)

13:14 / 19.06.2026

Vilayət Eyvazov sıra baxışı keçirdi (VİDEO)

13:05 / 19.06.2026

Prezident dağıstanlı siyasətçi Qurban Qurbanova "Dostluq" ordenini təqdim etdi (FOTO)

12:21 / 19.06.2026

DÇ-2026 həyəcanını izləmək üçün möhtəşəm məkan (FOTO/VİDEO)

11:59 / 19.06.2026

"İşimizi təhvil versək də, aylardır maaş ala bilmirik" (VİDEO)

11:27 / 19.06.2026

Flora Kərimovanın evə buraxılacağı vaxt məlum oldu

11:26 / 19.06.2026

"Səbail" yeni baş məşqçisinin adını açıqladı

10:19 / 19.06.2026

Xalq artistinin anası vəfat etdi

09:43 / 19.06.2026

Sabiq icra başçısını oğluna aldığı "Range Rover" satıldı - MƏBLƏĞ

17:16 / 18.06.2026

Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir – Borcu 3,5 milyon manatı keçib

16:40 / 18.06.2026

Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

16:37 / 18.06.2026

"Fənərbağça"nın yeni baş məşqçisi açıqlandı

14:16 / 18.06.2026

Prezident Ərəb Koordinasiya Qrupunun nümayəndələrini qəbul etdi (FOTO)

13:04 / 18.06.2026

"Səbail" klubunun adı dəyişdirilir

12:24 / 18.06.2026

Anar Bayramova yeni müşavir təyin olundu

12:13 / 18.06.2026

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

11:32 / 18.06.2026

Prokuror "Arzum"a ağır cəza istədi

11:26 / 18.06.2026

Almaniyada tutularaq ölkəmizə gətirildi - 33 il əvvəl nə baş verib?

11:16 / 18.06.2026

Prezident Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanladı

11:06 / 18.06.2026

İndiyədək Qarabağa neçə nəfər qayıdıb?

10:25 / 18.06.2026

İlham Əliyev: İqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır

10:08 / 18.06.2026

Azərbaycan əhalisinin sayı 0,1 % artıb

09:57 / 18.06.2026

Prezident: Qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan artıq mühüm iştirakçıya çevrilib

09:38 / 18.06.2026

Prezident İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimində çıxış etdi (FOTO)

09:36 / 18.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Şənbə, 20 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Ölkə

Akif Çovdarovun daha bir müdhiş cinayəti üzə çıxdı - Sensasion təfərrüatlar

14:09 25.09.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Odioz generalın sahibkarlara “əcəl zəngi” etdiyi nömrə bilindi - 050 210 60 12; Eldar Mahmudovun sağ əli “Akula Polad”la böyük bir cinayətə imza atıblar

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayətlərinin sayı bilinmir. Gələn məlumatlar onu deməyə əsas verir ki, MTN-də yuva salmış cinayətkar dəstənin 11 illik fəaliyyəti nəticəsində törədilən, lakin müxtəlif səbəblərdən araşdırılmayan çox cinayətləri var. 

Hazırda Akif Çovdarov və onun birbaşa tabeliyində olmuş 4 şöbə rəisi məhkəmə qarşısına çıxarılıblar. Odioz general və onun əlaltıları ümumilikdə 54 epizod üzrə ittiham olunurlar. Epizodların mütləq əksəriyyəti hədə-qorxu ilə tələb etmə cinayəti ilə əlaqədardır. Yəni Çovdarov və əlaltıları sahibkarların başlarına torba keçirib oğurlamaqla onlara hədə-qorxu gəlib var-dövlətlərini əllərindən alıblar. Tələb olunan pulu, var-dövləti, obyekti, bazarı, holdinq və s. vermək istəməyənlər dəhşətli işgəncələrlə, zorakılıqlarlarla, şantajla üz-üzə qalıblar. Akif Çovdarov və əlaltılarının caynağına keçən sahibkarlardan sağlıqlarını itirən, ömürlük şikəst qalan və həyatlarını itirənlər olub. 

MTN çetesinin ifşasından ötən 11 ay ərzində yeni-yeni cinayətləri üzə çıxmaqdadır. "Yeni Musavat"a etibarlı mənbədən daxil olan məlumata görə, Akif Çovdarov Bakıda fəaliyyət göstərən tikinti şirkətlərindən biri, “Altes-qrup”a da sahiblənmək üçün çox ciddi planlar qurub. Bu işdə hazırda Dubayda gizlənən, MTN çetesində “Akula Polad” kimi tanınan Polad Qabulov əsas fiqur olub. Artıq Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində bu cinayətin bütün iştirakçılarını müəyyən ediblər. 

Gecə yarısı sahibkarın mənzilinə basqın olub!

Məlumata görə, hələ 2011-ci ildə Polad Qabulov barəsində Yasamal Rayon Polis İdarəsinin icraatında bu cinayətlə əlaqəli cinayət işi olub. Lakin həmin dövrdə P.Qabulov güclü himayəçisi, o dövrdə kölgədə qalan Akif Çovdarovun sayəsində istintaqdan yaxa qurtara, cinayət işinin icraatına xitam verdirə bilib. Bu ilin iyulunda isə həmin cinayət işi təzələnib.  Bakı Şəhər Prokurorluğu Cinayət Məcəlləsinin 182.1-ci  maddəsi ilə istintaq edilən 1400902108 saylı cinayət işi üzrə bütün istintaq hərəkətləri aparılmaması əsası ilə Qabulov Polad Həsən oğlunun, Həsənov Mais Akif oğlunun, Rüstəmov İlham Tofiq oğlunun, birinin adı Xas olduğu göstərilməklə şəxsiyyətləri istintaqla müəyyən edilməyən 2 nəfərin və qeyrilərinin hərəkətlərində hədə-qorxu ilə tələb etmə, özbaşınalıq, dələduzluq, mənimsəmə, saxta sənəd hazırlamaqla ondan bilə-bilə istifadə etmə, məhkəmə qətnaməsini icra etməmə və digər cinayətlərin tərkib əlamətlərinin olub-olmamasının yoxlanılmasına qərar verib. Həmin qərarda xüsusi olaraq vurğulanıb ki, adı çəkilən hər bir şəxsin əməlinə konkret hüquqi qiymət verilmədiyindən icraata  xitam verilməsinə dair müstəntiq Elnur Abdullayevin qərarı qanunsuz va əsassız olub. Buna görə də qərar ləğv edilib. Cinayət Məcəlləsinin 182-ci(hədə-qorxu ilə tələb etmə) və 320(sənədləri saxtalaşdırma)maddələri ilə aparlan təzələnmiş cinayət işi çox maraqlı nüansların üzə çıxması ilə nəticələnib. Rüstəm Abdullayev istintaqa ifadəsində göstərib ki, 2011-ci il iyunun 25-də gecə yarısı onun evinə Polad Qabulovun başçılıq etdiyi dəstə soxulub. 

Səhər 2 milyon verməsən...

Rüstəm Abdullayevlə ultimativ tonda danışan Polad Qabulov ondan şirkətinin inşa etdiyi binadan 10 mənzili sənədləşdirib ona verməsini tələb edib. Deyib ki, mənzilləri verməyəcəyi təqdirdə onun üçün çox pis olacaq. Bir general tanışı vasitəsi ilə Rüstəm Abdullayevin başına qara torba keçirtdirərək apartdıracaq. Polad Qabulov həmin basqın zamanı Akif Çovdarovun adını çəkməyib, amma Rüstəm Abdullayevə MTN-ə aparılacağını, orada bir general tanışın vasitəsi ilə itiriləcəyini, izinin-tozunun tapılmayacağını deyib. 2 milyon manat pulu ona pay-puş edə biləcəyini də Rüstəm Abdullayevə bildirən Polad Qabulov başının dəstəsi ilə tikinti şirkəti rəhbərinin mənzilini tərk edib. Səhər şərtlərdən birini yerinə yetirməyəcəyi təqdirdə itiriləcəyini də deməyi unutmayıb. O dövrdə R.Abdullayev nə edəcəyini düşünüb-daşınıb və çıxış yolu kimi ölkəni tərk edib.  

Cinayət işi başlanıb və xitam olunub!

Bir müddət sonra isə ölkəyə qayıdaraq baş verənlərlə bağlı şikayət edib. Lakin qeyd etdiyimiz kimi həmin vaxt Polad Qabulov himayəçisi Akif Çovdarovun sayəsində istintaq işinin qanunsuz və əsassız olaraq xitam olunmasına nail olub. Hazırda bu epizod üzrə çox ciddi araşdırmalar davam edir. Artıq Polad Qabulovun Akif Çovdarovun diqtəsi və təlimatı əsasında tikinti şirkəti rəhbərinin mənzilinə basqın etməsi də təsbit olunub. 

Basqın gecəsi “Akula Polad”la odioz general 19 dəfə telefonla danışıblar!

Məlumata görə, təzələnmiş istintaq zamanı mobil operatorlara sorğular verilib və məlum olub ki, Polad Qabulov Rüstəm Abdullayevin mənzilinə basqından əvvəl və sonra Akif Çovdarovla nə az, nə çox düz 19 dəfə əlaqə saxlayıb! “Akula Polad” özünün 050 303 00 16  telefon nömərsindən Akif Çovdarovun 050 210 60 12 nömrəsinə zəng etməklə üst-üstə 1 saata yaxın danışıblar. Bu çox ciddi faktdır və “Akula Polad”ın Rüstəm Abdullayevin mənzilinə basqın zamanı adını çəkmədiyi, MTN generalı kimi xitab etdiyi şəxsin məhz Akif Çovdarov olmasına dəlalət edən təkzibedilməz sübutdur. 

Basqın ərəfəsində Akif Çovdarovla Polad Qabulov nədən danışıblar? 

Gecə yarısına qədər davam edən bu danışıqlar Rüstəm Abdullayevin əmlakının zorla əlindən alınması mövzusunu əhatə etməyib? 

Əlbəttə ki, bu suallara cavabı Akif Çovdarov və bu gün Dubayda gizlənən Polad Qabulov verə bilərlər. 

Akif Çovdarov həbsdədir və onun dindirilməsi elə də çətin deyil. Bəs Polad Qabulovu necə? Onu dindirmək, gizləndiyi Dubaydan gətirdib Akif Çovdarovla üzləşdirmək mümkün olacaqmı?

Yasamal prokuroru Polad Qabulov həbsi üçün təqdimat verdi...

Mənbə deyir ki, Yasamal rayon prokuroru Rasim Hacıyev 2016-cı il sentyabrın 10-da Polad Qabulovun həbsi ilə əlaqədar Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Vüqar Əliyevin vəsatətinin təsdiqlənməsi üçün təqdimat yazıb. Rasim Hacıyev təqdimatı baxılması üçün Yasamal Rayon Məhkəməsinə yollayıb. 

...və Yasamal pokuroru 2 gün sonra təqdimatın baxılmamasını istədi!

Sentyabrın 12-də məhkəmədə hakim Azər Tağıyevin sədrliyi ilə təqdimata baxılarkən məlum olub ki, Yasamal prokuroru Rasim Hacıyev təqdimatın ardınca bir məktub da yazaraq hakimə göndərib. Prokuror həmin məktubu ilə Polad Qabulovun barəsində təqdimata baxılmamasını hakimdən xahiş edib. Prokuror məktubunda bu hərəkətini əsaslandırmadığından anlaşılmaz vəziyyət yaranıb. Buna baxmayaraq hakim Rasim Hacıyevin məktubunda göstərdiyi xahişi nəzərə alıb və təqdimatı baxılmamış saxlayaraq Yasamal prokurorunun özünə göndərib. Rasim Hacıyevin 2 gün fərqlə yazdığı təqdimatla məktub arasında hansı əlaqələr gizləndiyi, prokurorun hansı nüanslardan çıxış etdiyi bilinmir. 

“Akula Polad”ı odioz generala tanış edən şəxsin kimliyi də bilindi – cinayətdən-cinayətə uzanan yol

Mənbə deyir ki, Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılan istintaq zamanı o da müəyyən edilib ki, Akif Çovdarovla Polad Qabulovu Elşən Hüseynov tanış edib. Bu şəxsin adı “8-ci kilometr” bazarının zorla sahiblərindən alınmasında keçir. 

Hazırda A.Çovdarova ittiham elan edilmiş epizodlardan 2-si xalq arasında “Vosmoy” bazarı kimi tanınan “8-ci kilometr” bazarının ərazisində fəaliyyət göstərən topdansatış bazarının (ərazisi 1,2 hektardır) sahibi olan Səfərov qardaşlarından alınması ilə əlaqədardır. Bu bazarı 2005-ci ildə Akif Çovdarovun şəxsən iştirakı ilə qəsb ediblər. 

2005-ci il, dekabrın 20-də özünü Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edən 3 nəfər Salman Səfərovun bazardakı ofisinə daxil olub. Onlar heç bir səbəb göstərmədən Salman Səfərovun qardaşı Qəhrəman Səfərovun və Akif adlı mühasibin qoluna qandal vuraraq özləri ilə aparıblar. Sonra Səfərovların digər qardaşı Cəfər Səfərova zəng vuraraq qardaşlarının saxlanıldığını deyiblər. Həmin vaxt MTN-də Akif Çovdarovun kabinetində olan Səfərovlara işgəncə verilirmiş. Əvvəlcə Səfərovlardan 500 min dollar tələb edən A.Çovdarov sonrdan  bazarı onların əlindən alıb və Qulu Cəfərov adlı öz tanışının adına rəmiləşdirib. Bundan sonra bazara Akif Çovdarovun yaxın qohumu Elşən Hüseynov nəzarət etməyə başlayıb. 

Eldar Mahmudov vəzifəsindən qovulandan sonra bazarın sahibləri olan Cəfərov qardaşları istintaqa müraciət ediblər. Hazırda qardaşlar Akif Çovdarovun işində zərərçəkən kimi keçirlər. Maraqlıdır ki, “Akula Polad”ı Akif Çovdarovla tanış edən Elşən Hüseynov “8-ci kilometr” bazarı epizodu üzrə istintaqdan kənar qala bilib.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Məktəbəqədər təhsildə dövlət-valideyn-özəl əməkdaşlığı modeli tətbiq ediləcək (FƏRMAN)

Məktəbəqədər təhsildə dövlət-valideyn-özəl əməkdaşlığı modeli tətbiq ediləcək (FƏRMAN)

19.06.2026
İmişlidə sevgi münasibəti oğurluğa səbəb oldu: Qız cəza aldı, oğlan isə..

İmişlidə sevgi münasibəti oğurluğa səbəb oldu: Qız cəza aldı, oğlan isə..

19.06.2026
Temperatur 7 dərəcə enəcək: Yağış yağacaq, şimşək çaxacaq

Temperatur 7 dərəcə enəcək: Yağış yağacaq, şimşək çaxacaq

19.06.2026
Vüsal Aslanov onlara yeni vəzifə verdi (FOTO)

Vüsal Aslanov onlara yeni vəzifə verdi (FOTO)

19.06.2026

"Səbail" yeni baş məşqçisinin adını açıqladı

19.06.2026
Xalq artistinin anası vəfat etdi

Xalq artistinin anası vəfat etdi

19.06.2026
Flora Kərimovanın evə buraxılacağı vaxt məlum oldu

Flora Kərimovanın evə buraxılacağı vaxt məlum oldu

19.06.2026

"İşimizi təhvil versək də, aylardır maaş ala bilmirik" (VİDEO)

19.06.2026
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - Səbəb açıqlandı

Azərbaycanda yumurta kəskin ucuzlaşdı - Səbəb açıqlandı

19.06.2026
Bu şəhərdə Azərbaycan səfirliyi açılır (SƏRƏNCAM)

Bu şəhərdə Azərbaycan səfirliyi açılır (SƏRƏNCAM)

19.06.2026
Prezident dağıstanlı siyasətçi Qurban Qurbanova

Prezident dağıstanlı siyasətçi Qurban Qurbanova "Dostluq" ordenini təqdim etdi (FOTO)

19.06.2026
Vilayət Eyvazov sıra baxışı keçirdi (VİDEO)

Vilayət Eyvazov sıra baxışı keçirdi (VİDEO)

19.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Məktəbəqədər təhsildə dövlət-valideyn-özəl əməkdaşlığı modeli tətbiq ediləcək (FƏRMAN)

Məktəbəqədər təhsildə dövlət-valideyn-özəl əməkdaşlığı modeli tətbiq ediləcək (FƏRMAN)

19.06.2026
İmişlidə sevgi münasibəti oğurluğa səbəb oldu: Qız cəza aldı, oğlan isə..

İmişlidə sevgi münasibəti oğurluğa səbəb oldu: Qız cəza aldı, oğlan isə..

19.06.2026
Temperatur 7 dərəcə enəcək: Yağış yağacaq, şimşək çaxacaq

Temperatur 7 dərəcə enəcək: Yağış yağacaq, şimşək çaxacaq

19.06.2026
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
Konfrans Liqası:

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az