"Yuventus"un yeni transferi Kriştianu Ronaldu böyük oğlu olan Kiçik Kriştianunun gələcəyi haqda fikirlərini bildirib
Ronaldu futbolçu oğlunun olduqca aydın məqsədli biri olduğunu söyləyib. O, İtaliyanın "Gazzetta dello Sport" nəşrinə açıqlamasında bunları deyib:
"O, olduqca aydın məqsədlidi və uduzmağı sevmir. Kriştianu uşaqlıqda mənə oxşayırdı, indi də mənə bənzəyəcək, buna əminəm. Nə edəcəyinə özü qərar verəcək, həmişə mən ona dəstək olacam. İstərdim ki, o, futbolçu olsun, çünki onda da bu həvəs var. Güclü və cəlddi, yaxşı texnikası var. Ona təzyiq göstərmək fikrində deyiləm. Mənim üçün onun futbolçu olması, əlbəttə ki, bir xəyal olardı".
Kriştianu Ronaldu 4 uşaq atasıdı. Onlardan üçü surroqat anadandı, 2017-ci ildə isə portuqaliyalı Corcina Rodriqesdən qızı dünyaya gəlib. (komanda.az)