• Xəbər lentİ
Fləş

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

20:12 / 16.06.2026

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

19:12 / 16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

18:23 / 16.06.2026

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16:21 / 16.06.2026

Zeynəb Xanlarova konsert verəcək?

14:36 / 16.06.2026

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

13:58 / 16.06.2026

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

13:50 / 16.06.2026

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

10:37 / 16.06.2026

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

10:17 / 16.06.2026

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

10:17 / 15.06.2026

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

00:21 / 15.06.2026

Azərbaycanda Milli Qurtuluş Günüdür

00:10 / 15.06.2026

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

23:28 / 14.06.2026

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

23:27 / 14.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə, 17 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Siyasət

Xələf Xələfov: “Xəzər konvensiyası ölkəmizin maraqlarına tam cavab verir“

16:41 15.08.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

“Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya ölkəmizin maraqlarına tam cavab verməklə, onun dənizdə həyata keçirdiyi karbohidrogen hasilatı ilə bağlı layihələrinin, eləcə də digər növ təsərrüfat-iqtisadi fəaliyyətlərinin davamlılığını və təhlükəsizliyini təmin edir”
Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov AZƏRTAC dövlət agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, sənəd bu tip fəaliyyətlərin həyata keçirilməsini nəinki məhdudlaşdırmır, hətta onların daha da genişləndirilməsinə münbit zəmin yaradır:

Konvensiyada dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi təməl prinsiplərdən biri kimi müəyyən olunub. Sənəddə Xəzər dənizinin dibinin beynəlxalq hüququn norma və prinsipləri nəzərə alınmaqla sektorlara bölünməsi qaydası təsdiq olunur, sektorlarda aparılan təsərrüfat-iqtisadi fəaliyyətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə orada yerləşən təsərrüfat obyektlərinin müvafiq təhlükəsizlik zonalarına malik olduğunu göstərir. Bundan başqa, Konvensiya hər bir dövlət üçün onların suveren və müstəsna hüquqlara malik olduğu ərazi suları və balıqçılıq zonalarını müəyyənləşdirir. Həmçinin Konvensiya Xəzər dənizində gəmiçilik və ticarətin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən dəniz üzgüçülüyünün azadlığı və təhlükəsizliyinin təmin olunması prinsiplərini təsbit edir”.

Nazir müavinin fikrincə Xəzər dənizi beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına yönəlmiş bir sıra layihələrdə mühüm rol oynayır. Bu səbəbdən Xəzərin tranzit potensialının həyata keçirilməsinin vacibliyi Konvensiyada da nəzərə alınıb.

“Belə ki, Konvensiya dəniz üzgüçülüyünün azadlığını müəyyən etməklə, Xəzər dənizindən digər dənizlərə və tranzit ölkənin suveren hüquqları nəzərə alınmaqla dünya okeanına sərbəst çıxış hüququnu, eləcə də tərəflərin limanlarına azad giriş-çıxışını tanıyır. Bildiyiniz kimi, Azərbaycan üçün Xəzər dənizində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi hər zaman böyük əhəmiyyət kəsb edib. Bu baxımdan, Konvensiya dənizdə həyata keçirilən layihələrin icrası ilə əlaqədar olaraq Azərbaycanın xarici şirkətlər və korporasiyalarla əməkdaşlığını tanıyır və onun davam etdirilməsinə və genişləndirilməsinə imkan yaradır”, o qeyd edib.

Xələfovun dediyinə görə, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya sahilyanı dövlətlərin dənizin dibi ilə kabel və boru kəmərlərini çəkmək hüququnu tanıyır:

“Bu zaman belə boru kəmərlərinin keçəcəyi yollar yalnız onun keçəcəyi sektorun məxsus olduğu sahilyanı dövlətlə razılaşdırılır. Eyni zamanda belə layihələr sahilyanı dövlətlərin tərəfi olduğu ekologiya sahəsində beynəlxalq sənədlərə uyğun olmalıdır. Konvensiyanın bununla bağlı müddəaları Xəzər dənizi regionunda Azərbaycanın da iştirak etdiyi mövcud layihələrin inkişafı və genişləndirilməsində böyük rol oynayacaq və ölkəmiz üçün yeni perspektivlər yaradacaq”.
 
Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanıb.

1992-ci ildən Xəzərin hüquqi statusu barədə konvensiya ilə bağlı sahil dövlətlərinin ikitərəfli və çoxtərəfli görüşləri başlayıb.

Xəzərin hüquqi statusuna hər bir dövlət milli maraqlarından çıxış edərək fərqli yanaşıb.

1998-ci ilin iyulunda Moskvada Rusiya ilə Qazaxıstan arasında “Xəzərin Şimal hissəsinin dibinin bölünməsinə dair Birgə Saziş” imzalanıb.

2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında “Xəzərin dibinin orta xətt üzrə milli sektrlara bölünməsi, su səthinin ümumi istifadəsi” haqqında üçtərəfli saziş imzalanıb və tərəflər, Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atıb. Üçtərəfli sazişə görə, orta xətt üzrə Xəzərin dibinin 18,7 faizi Rusiyanın, 19,5 faizi Azərbaycanın, 29,6 faizi Qazaxıstanın nəzarətində qalır.

Xəzər dənizi ilə Türkmənistanın 1200 kilometrlik sahil xətti mövcuddur. Türkmənistan 2005-ci ildən Xəzər dənizinin orta xətt boyunca bölünməsini təklif etsə də, Azərbaycanla bır sıra istiqamətlərdə razılıq əldə edə bilməyib.

Türkmənistan tərəfi iddia edir ki, Xəzər orta xətt prinsipi ilə bölünməlidir və bu dövlətlər arasında sərhəd rolunu oynamalıdır. Aşqabad hesab edir ki, Xəzərin Türkmənistanla Azərbaycan arasında bölünməsi zamanı Abşeron yarımadası və Çilov adası nəzərə alınmamalıdır. Təbii ki, Azərbaycan tərəfi bu prinsiplə razılaşmır.

İran 1921 və 1940-cı illər müqaviləsinə əsaslanaraq Xəzər dənizinin tərəflər arasında 20 faiz üzrə bərabər bölüşdürülməsini tələb edir. İran tərəfi Xəzər dənizinin quru sərhədlərindən başlayaraq dövlətlər arasında orta xətt boyunca bölüşdürülməsinin qəti əleyhdarıdır. Digər 4 Xəzəryanı dövlət onun bu mövqeyini dəstəkləmir. İran da Rusiya kimi xarici ölkələrin hərbi gəmilərinin Xəzər dənizində hərəkət etməsinin qadağan olunmasını dəstəkləyir.

Bununla yanaşı, tərəflər Xəzərin ekologiyası, su səthindən ümumi istifadə, terrorizmə, qaçaqmalçılığa qarşı birgə mübarizə ilə bağlı razılıqlar əldə ediblər.

Göründüyü kimi dənizin şimalında Rusiya, Qazaxıstan və Azərbaycan müəyyən razılıqlar əldə etsə də cənub hissəsində problemlər qalmaqdadır. Belə ki, Azərbaycan, İran və Türkmənistan arasında dəniz dibinin bölünməsi ilə bağlı problemlər hələ həllini tapmayıb. Eyni zamanda, Türkmənistanın İranın bölgü prinsipi ilə də problemləri yaşanır. Azərbaycan təklif edib ki, Xəzərin hüququ statusu tam həllini tapanadək Türkmənistan və İranla mübahisə doğuran neft-qaz yataqlarında hər hansı iş aparılmasın.

Etiket:

Digər xəbərlər

Konfrans Liqası:

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Avropa Liqası:

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

16.06.2026
Zeynəb Xanlarova konsert verəcək?

Zeynəb Xanlarova konsert verəcək?

16.06.2026
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16.06.2026
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

16.06.2026
Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

16.06.2026
24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

16.06.2026
İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

16.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Konfrans Liqası:

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Avropa Liqası:

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az