• Xəbər lentİ
Fləş

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Şənbə, 06 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Sosial

Səlim Müslümovun Ağsuda hökmranlığı davam edir

10:11 14.08.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Sabiq nazirin Bakıdakı adamları işdən çıxarılsa da... - Ağsuda hökmranlığı qalır...
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin nazir təyin olunduqdan sonra həyata keçirdiyi islahatlardan biri də sələfi Səlim Müslümovun qohumlarını qurumdan uzaqlaşdırmaqdır.

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovdan artıq 4 aydan çoxdur ki, xəbər yoxdur. Belə ki, prezident seçkisindən sonra ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzaladı. Bu sərəncama əsasən, bir sıra nazirlər, komitə rəhbərləri dəyişdirildi və hökumətin yeni tərkibi formalaşdı. Yeni hökumətin tərkibində bir neçə nazir və komitə sədri ilə bərabər, Səlim Müslümov da təmsil olunmadı və sərəncamın imzalandığı aprel ayından etibarən o, mətbuata yalnız bir dəfə açıqlama verib.

Mia.az saytı məlumat yayıb ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin nazir təyin olunduqdan sonra həyata keçirdiyi islahatlardan biri də sələfi Səlim Müslümovun qohumlarını qurumdan uzaqlaşdırmaqdır. Belə ki, S. Babayev bu dəfə Müslümovun qaynı Ağalar Xasayevi vəzifəsindən azad edib. Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisi işləyən A. Xasayevin yerinə təyinat da olub.
 
Məlumata görə, nazirin DSMF-dəki ən diqqətçəkən dəyişikliyi isə bir müddət əvvəl olub. Belə ki, fondun direktor müavini Sərdar Xıdırov vəzifəsindən azad edilərək, onun yerinə vaxtilə DSMF-nin Səbayel rayon, daha sonra isə Qaradağ rayon şöbəsində müdir vəzifəsini tutmuş Cavid Abdullayev gətirilib.
Adıçəkilən fondda ən böyük dəyişikliyin isə bu ilin dekabr ayında aparılacağı gözlənilir. İddia olunur ki, həmin vaxtı fondun hazırkı direktoru Zakir Babayevlə bağlanan müqavilə başa çatacaq və bu səbəbdən DSMF-nin rəhbəri postuna yeni təyinat olacaq.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Müslümovun yaxın qohumlarını müxtəlif vəzifələrə təyin etməsi ilə bağlı xeyli sayda məlumatlar yayılıb. Belə ki, Səlim Müslümovun bir dayısı Ənvər Seyidəliyev Ağsunun icra başçısı, digər dayısı Fətulla Seyidəliyev “Kapitalbank”ın Ağsu filialının müdiridir. S.Müslümovun bibisinin əri Ağsu rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru olub. Həmçinin rayonun maliyyə şöbəsinin müdiri Radim Müslümov isə S.Müslümovun doğma qardaşıdır. Məlumatlara görə, icra başçısı Ənvər Seyidəliyevin qardaşı, yəni keçmiş nazirin digər dayısı Fazil Seyidəliyev isə rayon polis şöbəsində rəis müavinidir.

Qeyd edək ki, sabiq nazirə əsas ittiham Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondundan böyük həcmdə vəsaitin yoxa çıxması ilə bağlıdır. Bildirilir ki, uzun illər boyu qurulmuş mexanizm əsasında yoxa çıxarılan məbləğ 2-2,5 milyard manata yaxındır. İddialara görə, mexanizm bir neçə ay əvvəl fondda aparılan yoxlamalar zamanı üzə çıxarılıb. Onun detallarının dəqiqləşdirilməsi, həmçinin qeyd olunan mexanizm üzrə hesablamalar aparılıb. Nəticə o qədər ilginc olub ki, birbaşa ölkə rəhbərliyi məlumatlandırılıb. İddialara görə, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yeni kabinetdən kənarda qalmasının ən mühüm səbəbi də məhz bu məsələdir.

Xatırladaq ki, DSMF-yə 2002-ci ildən bəri S.Müslümov rəhbərlik edib. Yalnız 2013-2016-cı illər arasında qısamüddətli dövrdə fondun sədri Elman Mehdiyev olub. 2006-cı ildən fond yenidən S.Müslümovun nəzarətinə keçib - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe etdirilib.

Hüquqşünas Əsabəli Mustafayev “Yeni Müsavat”a bildirib ki, bütün bu məlumatlar əslində Müslümovun həbsinə gətirib çıxara bilər: “Cinayət Prosessual Məcəlləyə görə, araşdırmanın aparılmasının əsaslarından biri də kütləvi informasiya vasitələrində yayımlanmış məlumatlardır. Yəni əgər bu məlumatlarda cinayət tərkibi, konkret faktlar varsa, prokurorluğun vəzifəsidir ki, araşdırma aparsın və araşdırmanın nəticəsinə görə də qərar qəbul etsin.

Tutaq ki, ya araşdırmanın başlanması barədə qərar qəbul etsin, ya cinayət işinin başlanmasından imtina etsin ki, sübutlar yoxdur. İctimai marağı nəzərə alaraq, yaxşı olardı ki bu barədə ictimaiyyətə də məlumat verilsin. Lakin hələ ki bu istiqamətdə hər hansı bir addım müşahidə etmirik. Əgər araşdırma aparılsa, yazılanlar təsdiqini tapsa, Müslümov barəsində cinayət işi başlana bilər. Yaxud da onun əməllərindən ola bilər ki, konkret zərərçəkmiş var. Əgər kütləvi informasiya vasitələrində yazılanlar kifayət etmirsə, hər hansı bir şəxs ona qarşı prokurorluq orqanlarına şikayət edə bilər ki, Müslümovun hansısa əməlinin qurbanı olub. Belə bir fakt olarsa da, ona cinayət işi başlana və Müslümov həbs edilə bilər”.

İddialarla bağlı Səlim Müslümovla əlaqə saxlamağa çalışsaq da, bu, mümkün olmadı.

Etiket:

Digər xəbərlər

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

05.06.2026
XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

05.06.2026
Ruslan Eyyubov həbsdən azad edildi

Ruslan Eyyubov həbsdən azad edildi

05.06.2026
MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

05.06.2026
Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

05.06.2026
Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

05.06.2026
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

05.06.2026
Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

05.06.2026
Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

05.06.2026
Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

05.06.2026
Prezident Azərbaycan millisini təbrik etdi

Prezident Azərbaycan millisini təbrik etdi

05.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

05.06.2026
XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

05.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az