• Xəbər lentİ
Fləş

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

20:12 / 16.06.2026

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

19:12 / 16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

18:23 / 16.06.2026

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16:21 / 16.06.2026

Zeynəb Xanlarova konsert verəcək?

14:36 / 16.06.2026

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

13:58 / 16.06.2026

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

13:50 / 16.06.2026

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

10:37 / 16.06.2026

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

10:17 / 16.06.2026

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

10:17 / 15.06.2026

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

00:21 / 15.06.2026

Azərbaycanda Milli Qurtuluş Günüdür

00:10 / 15.06.2026

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

23:28 / 14.06.2026

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

23:27 / 14.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə, 17 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

“Pol Oster: Sağ beynin kədəri” – Aqşin Yenisey yazır...

13:57 31.07.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Dünya və xüsusə Qərb ədəbiyyatına Frans Kafkanın “kobud” ezoterik təsiri danılmazdır, desəm, yəqin ki, kitab qurdlarının çoxu mənimlə əlüstü razılaşar

Son dövrlər oxuduğum Qərb mənşəli yazıçılar Con Maksvell Kutzeenin “Barbarları gözləyərkən”, Dino Bussatinin “Tatar çölü”, Lermantovun məşhur şerinin misarsında deyildiyi kimi, “Nə qədər yüksək uçarsa, yenə dövrəmdə uçar” misali nə qədər uzaqlaşmağa çalışsa da yenə də Kafka soyuqluğunun ətrafında dövrə vuran Milan Kunderanın “Ölümsüzlük” romanlarında bu təsiri görməmək ancaq təsadüfü  oxucunun diqqətindən yayına bilər.

Bu romanların qəhrəmanları da eynən Kafkanın qəhrəmanları kimi düşdükləri naməlumluğun içində vurnuxan, iradəsi öz əlində olmayan, düşünmək və qərar qəbul etmək bacarıqlarını itirmiş, axırda özlərini zamanın və proseslərin ixtiyarına buraxmaqdan başqa bir çıxış yolu qalmayn, yaşadıqları, daha doğrusu, məhkum edildikləri xaotik sistemdə yararsız olduqlarını anladıqları üçün çarəsizlik və köməksizlik mühitində çırpınan tənha adamlardır. Adlarını çəkdiyim bu yazıçılar bilərəkdən, bəlkə də, bilməyərəkdən Kafkanın tutqun və biganə çöhrəsinin ətrafında ellipisvarı fırlanan, gah ona yaxınlaşıb, gah ondan uzaqlaşan planetlər kimidir. Yeganə paradoks ondan ibarətdir ki, Kafka ümidsizliyinin cazibə qüvvəsi onları özünün qaranlıq kosmosunda nəinki itkin düşməyə qoymur, eyni zamanda sonsuz tənhalığı ilə bu yazıçılarda zamandan zamana adlaya bilmək inamı yaradır. Dünyaya “qoca doğulan” və dünyanı gənc yaşda tərk edən Kafkanın “heç nə yaxşı deyil və heç vaxt da yaxşı olmayacaq” ümidsizliyi bu yazıçılara yaradıcılıq üçün ümid verir. Ümidin başqa adı mövhumatdır. Bu yazıda Kafka mövhumatının əsiri olan daha bir Qərb yazıçısından danışacağıq

Söz kosmosdan, mövhumatdan, qaranlıqdan düşmüşkən, bu yaxınlarda Ankaraya qayıdarkən Bakıdan gətirdiyim və Azərbaycan dilinə ilk dəfə tərcümə olunan kitabların arasında Amerika yazıçısı Pol Osterin “Qaranlıqdakı adam” romanını oxuyarkən istər-istəməz yenə o tənha yəhudini, həyatın necə bir vahiməli xaosdan yarandığını və elə bu xaosun anlaşılmazlığı ilə də yarımçıq başa çatacağını özünün soyuq, yasa batmış hissiyyatı ilə “Qəsr” romanında insanlara xəbər verən, peyğəmbər əcdadlarından fərqli olaraq, onlara heç bir allahın kömək edə bilməyəcəyini dərin bir çarəsizliklə çatdıran Frans Kafkanı.

Qeyd edim ki, Pol Osterin “Qaranlıqdakı adam” kitabı TEAS PRESS Nəşriyyat Evində çap olunub. Tərcümə İlahə Əkbərindir. 

Pol Osterin qəhrəmanları ilə - romanın iki əsas qəhrəmanı var; kitab tənqidçisi Avqust Brill və kapral Ouen Brik – yuxarıda adını çəkdiyim roman qəhrəmanlarının bir neçə ortaq nöqtəsi var ki, bu nöqtəni dünya ədəbiyyatına Birinci Dünya müharibəsindən sonra Frans Kafka qoyub. Emosional siyasi-millətçi nəzəriyyələrin alovlandırdığı Avropanı ancaq psixi-mənəvi buzlaşma dövrünün gəlişi xilas edə bilərdi. Kafka ilk dəfə dünya ədəabiyyatında yaradıcılığın mərkəzini sol beyindən sağ beyinə köçürdü və əsərlərinin yayıldığı hər yeri absurd məntiqin buz qatı ilə örtdü. O, ədəbiyyata məntiq iudaizmini gətirən ilk peyğəmbər idi. Onun və yuxarıda adını çəkdiyim xələflərinin ədəbi qəhrəmanlarının ümidsizliyi hissin deyil, düşüncənin əzabıdır. Bu qəhrəmanlar emosional inamdan rasional inamsızlığa yuvarlanmış fərdlərdir. Onların kədəri sağ beynin kədəridir. Onların tənhalığı, adamayovuşmazlığı emosional asosiallığın nəticəsi deyil, məntiqin tənhalığıdır, ağlın yalqızlığıdır. Kafkadan sonra Qərb ədəbiyyatında hamı öz lüzumsuzluğu ilə tək qalsa da, heç kim ağlamır, ağlaya bilmir. Çünki ağlın, məntiqin göz yaşları olmur. Osterin “Qaranlıqdakı adam”larının yuxusuz gözləri də ancaq qaranlıq boşluqda yummaq və xatırlanması zehni üzüntüdən başqa heç bir duyğu oyatmayan xatirələrə dalmaq üçündür. Onların yuxusunu ərşə çəkən can ağrısı deyil, ağlın ağrısıdır. Pol Osterin Brillində də, Brikində də ağrı mərkəzi məntiqdədir. Onlar bu ağrını hiss etmirlər, dərk edirlər. Onların məntiqinə işgəncə verən həyatlarının izaholunmaz mövcudluğudur. Kafkanın Zamzası düşünür: “Mən nə üçün səhər yuxudan qalxanda böcəyə çevrilirəm?” Polun Briki də səhər yuxudan oyanıb özünü bir quyunun dibində görür və özündən soruşur: “Nə baş verir, məni bura kim salıb?” Sonra bu suallar daha da dərinləşir və bəşəri bir suala çevrilir: “Bizim bu dünyada nə işimiz var, bizi bura kim göndərib?” Cavab yoxdur. yeganə bir yol var; yaşamaq, həm də şikayət etmədən.

Məntiqin tənhalılığı, bizim öyrəşdiyimiz, hansısa şəhərdən, ölkədən getməklə, hansısa qadını (kişini) əldə etməklə, hansısa dostla, doğmayla dərdləşməklə ovunan müvəqqəti depressiv vəziyyət deyil. Sağ beynin kədərini heç bir işki tündlüyü, heç bir fahişə qəhqəhəsi, heç bir ziyanlı vərdiş unutdura bilməz. Bu tənhalıq varoluşun əzəli qüsurundan doğan bir çarəsizlikdir, mövcudluğun “anadangəlmə” şikəstliyi qarşısında yaşanan əli qoynunda bir əlacsızlıqdır.

Frans Kafka kimi Pol Oster də bu əsərində paralel dünyaları üz-üzə qoyur. Kafkanın “Qəsr”i bizim dünyamızın başqa bir modelidir. Kafka yaşadığmız dünyanın absurd, başgicəlləndirici gerçəklərini özünün paralel dünyasına daşıyır. Osterin kitab tənqidçisi Avqust Brill də yatağına uzanıb paralel dünyalar haqqında xəyallar qurur. Tənqidçi Brill öz paralel dünyasında Brill adlı bir müharibə allahıdır. Tənqidçi Brillin dünyasında ABŞ İraqda müharibə aparsa da, paralel Brillin dünyasında Amerika özü ilə döyüşür. Ölən də, öldürən də amerikalılardır.

Müharibə aparan gözəgörünməz və ayıq-sayıq Brilldən fərqli olaraq, tənqidçi Brill əsər boyunca yatağından qalxmır. O, sanki, Alyaska qurbağası kimi donmuş vəziyyətdə yaşayır. Özünü məntiqin dondurucu soyuğuna təslim edərək, bir növ, ölülüyə vurub. Yaşamaq üçün ölüyə çevrilmək - Polun 77 yaşlı tənqidçi Brillinə bu nəsihəti Frans Kafka verib, öz gündəliklərind

Pol Osrein “Qaranlıqdakı adam” əsərinin qəhrəmanları ilə yanaşı, süjeti də Kafkanı yaddan çıxmağa qoymur. Romanın əsas qəhrəmanlarından biri, Ouen Brik bir səhər oyanıb özünü dərin bir quyunun içində görür və nə üçün burada olduğunu, onu bu quyuya kimin itələdiyini heç cür yadına sala bilmir. Eynən Frans Kafkanın “Çevrilmə”sindəki Qreqor Zamzanın bir səhər yuxudan duranda özünün bir həşərata çevrildiyini və bunun nə üçün baş verdiyini anlaya bilmədiyi kimi. Bu adamlar başqalarının iradəsi altındadırlar, amma o başqalarının kimlər olduğunu heç cür aydınlaşdıra bilmirlər. Onların başqalarının istəklərini yerinə yetirməkdən başqa çıxış yolları yoxdur. Briki də quyudan bu şərtlə çıxarırlar ki, o, tanımadığı adamların əmri ilə tanımadığı başqa birini öldürməlidir. Müharibənin bitməsi üçün bu vacibdir. Hansı müharibə? Pol Osret oğul Corc Buşun başladığı İraq müharibəsini tənqidçi Brillin paralel dünyasındakı ABŞ-a köşürür. Buyur, bu da sənə müharibə, Amerikanın özünün özünə qarşı müharibəsi. Brik quyudan çıxarıldıqdan sonra Kafkanın başqa bir qəhrəmanının, “Qəsr”dəki ucsuz-bucaqsız bir müəmmanın ortasında vurnuxan Yerölçənnin həyatını yaşamağa başlayır. Yerölçən xilas ola bilmədiyi Qəsrə təsadüfən çağırıldığı kimi, Brik də quyudan təsadüfən çıxarılır və bundan sonra Oster onu öz “qəsr”inə, öz müəmmalarının şəhərinə,  Vellinqtona göndərir. Yerölçən qara bürünmüş Qəsri uzaqdan seyr etdiyi kimi, Brik də uzaqdan dumanlar içindəki Vellinqtonu seyr edir. Yerölçən Qəsrdə ilk olaraq köhnə bir karvansaraya girdiyi kimi, Birk də əvvəlcə Vellinqtonda müştəriləri gözə dəyməyən köhnə bir kafeyə girir. Daha sonra “Qəsr”də yerölçənin başına gələn absurd hadisələr eyniylə Vellinqtonda Brikin başına gəlir. Fərq yalnız ondadır ki, bu absurdizm Avropasayağı yox, Amerikasayıdır. Burada Pol Oster bizə Frans Kafkadan məlum olan hakimiyyət anlayışının metafizikasına baş vurur. “Qəsr”də Qəsrin sahibi hakimiyyət əlçatmazlığını təmsil etdiyi kimi, “Qaranlıqdakı adam”da da “müharibə allahı” Brill – Brikə onu öldürmək əmri verilib – Buş hakimiyyətini təmsil edir. O, ölsə müharibə bitəcək. Lakin o, əlçatmazdır. Brikin Vellinqtondakı lüzusuz sərgərdanlığı və onun öldürməli olduğu Brillin gözəgörünməzliyi ilə Oster, Kafkanı bir daha təkrarlayır. Eynən yəhudi sələfi kimi Pol da hakimiyyət əlçatmazlığının, öz ömrünü yaşamaqdan savayı bir iddiası olmayan adi insanlar üçün bellərindəki müəmmalı yükdən başqa bir şey olmadığını göstərmək istəyir. Onlar geri çevrilib bu yükün nədən ibarət olduğunu görmək istədikdə, yük də çevrilir və bu zaman onlar öz quyruğunu qovalaya-qovalaya yerində fırlanan pişiyin düşdüyü gülməli, eyni zamanda acınacaqlı vəziyyətə müübtəla olurlar. Və Briki bombardman nəticəsində gözlənilmədən öldürməklə, Oster sadə insanların bu yükdən xilas ola bilməyəcəklərinə, bir gün qəfildən bu yükün altında can verəcəklərinə yenə də sağ beynin ümidsizliyi, məntiqin soyuq kədər ilə nöqtə qoyur. Yerölçənin “Qəsr”də yarımçıq qalan taleyi kimi. 

Brik ölür, Brill isə həmişə yaşayacaq. Və o yaşadıqca, müharibə də həmişə davam edəcək.

Müharibə demişkən, tənqidçi Brill Avqust yalnız əsərin sonunda İraq müharibəsində terrorçuların edam etdiyi, nəvəsinin sevgilisi Titusdan söz düşəndə Pol Osterin yadına düşür ki, o, Frans Kafka deyil, bir Amerika yazıçısıdır. Yalnız müharibə reallıqları onu bu yəhudi yazçısının ədəbi mövhumatından xilas edə bilər. Buna görə də Oster sonda qəhrəmanı tənqidçi Brillin başını müharibə ilə qatır. Müharibə! O, bir amerikalı üçün, sadəcə, puldur. Sadə amerikalı anlayır ki, pulu yoxdursa, onu bir rikşa dartan banqladeşlidən, yaxud bir puştun çobanından fərqləndirən heç bir dəyəri yoxdur. Brillin nəvəsinin sevgilisi Titus da bu cəmiyyətin övladıdır və könüllü olaraq İraq müharibəsinə, 100 000 dolların arxasınca gedir. Mücahidlərə əsir düşür və kəlləsini itirməli olur. Mücahidlər onun başını kəsib video ilə dünyaya göstərirlər.

 

Pol Oster kitab tənqidçisi Avqust Brillin paralel Amerikasında sehrbazlıqla dolanan Ouen Briki, öz Amerikasında isə gənc və kasıb Titusu müharibəyə qurban verməklə bizə bunu demək istəyir: müharibə və tənhalıq – bunların hər ikisi həyatımızda olan başqalarının arzularıdır! 

MilliYol.Az

Etiket:

Digər xəbərlər

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Konfrans Liqası:

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Avropa Liqası:

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

16.06.2026
Zeynəb Xanlarova konsert verəcək?

Zeynəb Xanlarova konsert verəcək?

16.06.2026
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16.06.2026
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

16.06.2026
Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

16.06.2026
24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

16.06.2026
İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

16.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Konfrans Liqası:

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Avropa Liqası:

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az