• Xəbər lentİ
Fləş

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

20:12 / 16.06.2026

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

19:12 / 16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

18:23 / 16.06.2026

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16:21 / 16.06.2026

Zeynəb Xanlarova konsert verəcək?

14:36 / 16.06.2026

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

13:58 / 16.06.2026

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

13:50 / 16.06.2026

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

10:37 / 16.06.2026

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

10:17 / 16.06.2026

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

10:17 / 15.06.2026

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

00:21 / 15.06.2026

Azərbaycanda Milli Qurtuluş Günüdür

00:10 / 15.06.2026

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

23:28 / 14.06.2026

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

23:27 / 14.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə, 17 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

Yazıçılarımız Yevtuşenkonu xatırlayır

12:13 19.07.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Bu gün məşhur sovet və Rusiya şairi Yevgeni Yevtuşenkonun doğum günüdür. Xatırladaq ki, şair 85 yaşında vəfat edib

O, ömrünün son illərini Amerikada yaşayıb. Yevtuşenkonun Azərbaycan yazıçıları ilə də münasibətləri də olub.


Kulis.az Azərbaycan yazıçılarının Yevgeni Yevtuşenko haqqında xatirələrini təqdim edir.

Anar


- Mən Yevgeni Yevtuşenko ilə 1964-cü ildə Moskvada Mərkəzi Yazıçı Evinin restoranında Maqsud İbrahimbəyov və gürcü yazıçısı Tamaz Çiladze ilə naharımızda tanış oldum. Yadımdadır, bizə əvvəlcə Vasili Aksenov, sonra da Yevtuşenko qoşuldu. Həmin görüşü sonradan Aksenovun vəfatına həsr etdiyim essedə təsvir etmişəm. Burada isə həmin essedə toxunmadığım iki məqamı xatırlamaq istəyirəm. O gün Yevtuşenko hansısa ölkədəki sovet səfirliyində işləyən bir diplomatın arvadının ona vurulması haqqında danışırdı: “Təsəvvür edin, bu diplomatların arvadlarını yeddi qatına qədər yoxlayırlar, amma bu yenə də, sonrasını gözəl başa düşə-düşə məndən ötrü ərini tullayıb getməyə hazırmış”.

Rəsul Rzanın oğlu olduğumu eşidib atamla aramızda nəsillər ixtilafının olub-olmadığını soruşdu.


- Qətiyyən. – cavab verdim, – biz bütün məsələlərdə həmfikirik.

Bir neçə gün sonra atamla görüşəndə dedi: “Siz oğlunuzla tam həmrəysiniz, belə şeyə bu zəmanədə az-az rast gəlinir”.


Sonradan bir-iki dəfə Yazıçılar İttifaqı plenumlarında görüşmüşdük. Tiflisdə İlya Çavçavadzenin yubileyində məni Azərbaycan Yazıçılar İttifaqının sədri seçilməyim münasibətilə təbrik edib “rəhbərlik yükü ağırdırmı?” deyə sual vermişdi.

Qarabağ hadisələri başlayarkən Xuraman Abbasovanın qədim adətə görə başıalovlu kütlənin ayaqları altına yaylıq atdığını Moskva mətbuatında oxuduqdan sonra azərbaycanlı qadının bu müdrik və mərdanə hərəkətinə şeir həsr etmişdi.

Zəmanənin bütün mühüm hadisələrinə təəssübkeşliyilə Yevtuşenko xalis “altmışıncılar”dandı. Öz “altmışıncılığı” ilə fəxr edər və edir, bu şanlı nəslə nifrət edənlərə nifrət etdiyini deyirdi.


(Xatirə Anarın Yevtuşenko haqqında yazısından götürülüb)


Elçin
 

- Mənim Yevgeni Yevtuşenko ilə xüsusi bir münasibətim yox idi. 1970-ci illərin ortalarında məni Yevtuşenko ilə dostum, tənqidçi Yevgeni Sidorov tanış etmişdi. Sonralar elə Sidorovun evində, Mərkəzi Ədəbiyyatçılar Evinin məşhur restoranında bir-iki dəfə görüşmüşük. “Toyuğun diri qalmağı” (rusca “Kumqan”) povestim “Yunost” jurnalında çap olunanda (1980, ya 1981-ci il idi) mənə kiçik bir təbrik məktubu yazmışdı. Elə həmin 80-ci illərin ortalarında “Yunost” jurnalının baş redaktoru, şair Andrey Demyentyev məni bağında şam yeməyinə dəvət etmişdi. Yevtuşenko da orada idi və o şam yeməyi səhərə qədər davam etdi. Bundan sonra mən Yevtuşenko ilə rastlaşmağımı xatırlamıram. O, əlbəttə, XX-XXI əsr rus poeziyasının böyük nümayəndələrindən biri idi və şübhə etmirəm ki, rus ədəbiyyatı yaşadıqca Yevtuşenkonun da adı və yaradıcılığı yaşayacaq. Rusiya “60-cılarının” Voznesenski, Axmadullina, Rojdestvenski kimi məşhur simaları arasında da ən populyarı, o dövr üçün hətta əfsanəvi dərəcədə populyarı Yevtuşenko idi. Dediyim kimi, onunla bir yaxınlığımız yox idi, ancaq ölümü mənə çox pis təsir etdi və yəqin bir də ona görə ki, bu hissiyyatda əməlli-başlı bir nosalji də var.


Əkrəm Əylisli


- Mən Yevtuşenkonu Qorki adına Ədəbiyyat İnstitutunda oxumağa başladığım 1959-cu ildən tanıyıram. Yevtuşenko Ədəbiyyat İnstitutuna məndən bir neçə il əvvəl qəbul edilmişdi. Üçüncü, ya dördüncü kursda oxuyurdu. Bella Axmadulina ilə həmişə qoşa gəzirdi. Olduqca mehriban idilər. Səhv etmirəmsə, təzəlikcə evlənmişdilər. Elə həmin il hər ikisini institutdan qovdular. Niyə qovdular, dəqiq bilmirəm. Güman edirəm ki, qondarma bir bəhanə ilə siyasi görüşlərinə görə qovmuşdular.


Mənim Yevtuşenko ilə heç bir şəxsi münasibətim olmayıb. Yazıçı şəhərciyi Peredelkinoda hərdənbir təsadüfən rastlaşıb atüstü söhbətləşmişik.


Yevtuşenkonun Peredelkinoda bizim böyük yazıçımız Çingiz Hüseynovun bağ evinin lap qabaq-qənşərində gözəl villası vardı. İndi o villa kimə qaldı görəsən?

Şairliyinə gəldikdə, onu deyə bilərəm ki, cavanlığında mən Yevtuşenkonu şeirlərinin aludəsi idim. İndi bu aludəçilik çoxdan sovuşub. İndi, məsələn, çox cavan ikən ölən və lap az tanınan Nikolay Rubtsov mənim üçün daha yüksək, daha maraqlı şairdir. Sağlığında şöhrəti özündən böyük olanlar öləndən sonra tez unudulur.


Seyran Səxavət

 
- Mənim Yevgeni Yevtuşenko ilə bağlı çox maraqlı xatirəm var. “Qəşəng” adlı restoran vardı, orda mən, Aydın Məmmədov, Vaqif Bayatlı və Yevtuşenko oturmuşduq. Xalqdan, ədəbiyyatdan, ordan-burdan söhbət edirdik. Yevgeni rus xalqının sağlığına içdi, biz də sağlığa qoşulduq. Rus deyəndə mujikləri nəzərdə tutmurduq, Tolstoy, Dostoyevski kimi nəhəngləri ağlımızda tutmuşduq. Hə, sağlıq bitəndən sonra Yevtuşenko dedi ki, Seyrançik, bilirsən, niyə bu sağlığı dedim? Ona görə yox ki, mən rusam və bu dildə yazıram. Məni Xruşov cəzalandırmışdı. Sibirdəki bir rayona o boyda şairi redaktor göndərmişdi. Bu o vaxt çox ciddi cəza sayılırdı. Onda Yevtuşenko çox populyar idi. Cibindən bir məktub çıxardı. Dedi, bu məktubu özümlə gəzdirirəm.


Məktubda bir xanım ona yazmışdı ki, siz əsl russunuz və Rusiya boydasınız. Hələ xanım plyajda çəkdirdiyi fotonu da göndərmişdi məktubun içində. Yazırdı ki, əzizim, vecinə alma dünyanı, həmişəki mövqeyində qal. Lazım olsa, bədənimi pula satıb səni xilas edəcəm. Yevtuşenko dedi ki, bu, hələ Rusiyanın fahişəsidir. Belə yüzlərlə məktub aldığı olub.

Mən onun “Nəhənglər qəbiristanlığı” adlı şeirini 4-5 aya güclə tərcümə elədim. Çox dəhşət şeirdi. Orda təxminən deyir ki, özləri gəlib səni öldürürlər, sonra da üstünə əkili qoyurlar. Sovet və anti-sovet havası əsirdi şeirdə...

Bir xatirəm də var. Moskvada, Mərkəzi Yazıçılar Evində oturmuşduq. Mən özümlə iki azərbaycanlı aparmışdım. Onlar qarayanız idi, mən sarı. Yevtuşenko gəldi, bizə yaxın yerdə oturdu.  Birdən çöndü dedi ki, privet Seyrançik. Sonra yanımdakılara baxıb sözünə davam elədi:  “Ey çıqanı, vam toje privet...” Bu vaxt bir marşal gəldi ora. Keçdi o tərəfdə oturdu. Marşalın adyutantı Yevtuşenkonun yanına gəldi ki, bəs marşal onu masasına dəvət edir. Yevtuşenko dedi ki, mən onun yanına gedə bilmərəm, aramızda 6 metr məsafə var. 3 metr mən gəlim, 3 metr də o, neytral zonada görüşək. Elə də oldu, ikisi də 3 metr gedib dayandılar. Yevtuşenko hərbi salam verdi.


Çingiz Hüseynov


Uzun müddət Peredelkinoda qonşum olan Yevgeni Yevtuşenko haqqında xatirə kitabımda (2009, rusdilli kitabımı - "Минувшее - навстречу", "Qarşıma çıxan keçmişim"i deyirəm) xeyli yazmışdım. Əlavə məhz ona aid bir kitablıq da xatirə yaza bilərdim, amma nə vaxtım var (başqa, daha vacib mövzular məni cəlb edir), nə də həvəsim: gözəl misraları ilə yanaşı dövlətə-sistemə-yalançı vətənpərvərliyə bağlı, quruluşa xidmət edən yazıları da az deyildi. Demək olar ki, istedadını şan-şöhrətə satmışdı... Hər halda, Allah rəhmət eləsin!.. 

 

 MilliYol.Az

Etiket:

Digər xəbərlər

Konfrans Liqası:

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Avropa Liqası:

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

16.06.2026
Zeynəb Xanlarova konsert verəcək?

Zeynəb Xanlarova konsert verəcək?

16.06.2026
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16.06.2026
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

16.06.2026
Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

16.06.2026
24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

16.06.2026
İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

16.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Konfrans Liqası:

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Avropa Liqası:

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az