Futbol üzrə İngiltərə yığması Rusiyada təşkil olunmuş dünya çempionatının 1/8 finalında əsas vaxtı 1:1 hesabıyla bitən Kolumbiya ilə oyunda penalti seriyasını 4:3 qalib başa vuraraq 1/4 finala yüksəldi
MilliYol.Az komanda.az-a istinadən xəbər verir ki, britaniyalılar bununla böyük bir kabusa son vermiş oldular. 1966-cı ildə dünya çempionu da olmuş bu komanda indiyə qədər mundiallarda heç vaxt oyunsonrası penalti seriyasında uğur qazana bilməmişdi.
DÇ-1990-da Almaniya ilə yarımfinalda qarşılaşan ingilislər əsas vaxtı 1:1 hesabıyla bitən həmin oyunda 3:4 hesabıyla uduzmuşdular. DÇ-1998-in 1/8 finalında Argentina ilə üz-üzə gələn İngiltərə əsas vaxtı 2:2 bitən oyunun ardından penaltilərdə yenə 3:4 hesabıyla məğlub olmuşdu. İngilislər sonuncu dəfə DÇ-2006-da Portuqaliya ilə 1/4 final matçında (0:0) penalti seriyasını 1:3 məğlub başa vurmuşdular. Sözügedən komanda nəhayət, DÇ-2018-də, 4-cü cəhdində bu uğursuz gedişata son qoymağı bacardı.
Digər xəbərlər
loading...