Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç Danimarka yığmasına qalib gəldikləri oyundan sonra açıqlama verib
MilliYol goal.az-a istinadən xəbər verir ki, o danışarkən qarşılaşmanın çox çətin keçdiyini deyib: "Hava çox isti idi . Qaçmaq olmurdu. Ancaq biz çətinliklərə dözdük. Oyunun talehini əsas vaxtda da həlledə bilərdik . Əsas odur ki,dörddəbir finala çıxdıq. Məqsədimizə çatdıq. Oyun vaxtı penaltini qola çevirə bilmədiyim üçün təəssüflənirəm. Halbuki belə vəziyyətdə Şmeyhelin qapısından qol vurmaq üçün çox məşq etmişdim."
Xatıladaq ki, mundialın 8 / 1 final mərhələsində keçirilən Xorvatiya - Danimarka matçının əsas vaxtında heç - heçə qeydə alınıb- 1:1. Oyunun qalibi penaltilər seriyasında müəyyənləşib. Zərbələri daha dəqiq yerinə yetirən xorvatlar (3: 2) növbəti mərhələyə çıxıblar.
Digər xəbərlər
loading...