• Xəbər lentİ
Fləş

Qızının faciəvi ölümündən yazdı: "Əsas səbəbkar..."

09:32 / 17.06.2026

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

16:34 / 17.06.2026

"Zirə"nin II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

16:31 / 17.06.2026

Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək

16:26 / 17.06.2026

Prezident səhiyyə işçilərini təltif etdi (SİYAHI)

15:51 / 17.06.2026

Kevin Medina "Qarabağ"dan getdi

15:33 / 17.06.2026

"Qarabağ"ın Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri dəqiqləşdi

15:15 / 17.06.2026

Prezident Məhəmməd Süleyman Əl-Casiri təltif etdi

15:08 / 17.06.2026

Çempionlar Liqası: "Sabah"ın II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

14:14 / 17.06.2026

"Qarabağ" dayanmayacaq - Azı 3 transfer gözlənilir

14:06 / 17.06.2026

MEDİA-da ikitərəfli görüş keçirildi (FOTO)

13:51 / 17.06.2026

20 il rəhbərlik etdiyi idarədə araşdırma gedir - Özünə yeni vəzifə verildi

12:48 / 17.06.2026

Azərbaycanlı futbolçu "Petrolul" klubuna keçdi

11:50 / 17.06.2026

Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətiriblər

11:48 / 17.06.2026

Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı (FOTO)

11:37 / 17.06.2026

Bir milyonluq qaçaqmalçılıqda ittiham olunan şəxslərdən xəbər var

11:14 / 17.06.2026

Əməkdar artistin xanəndə oğlu vəfat etdi (FOTO)

10:49 / 17.06.2026

Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi (FOTO)

10:22 / 17.06.2026

Qızının faciəvi ölümündən yazdı: "Əsas səbəbkar..."

09:32 / 17.06.2026

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

20:12 / 16.06.2026

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

19:12 / 16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

18:23 / 16.06.2026

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16:21 / 16.06.2026

Zeynəb Xanlarova konsert verəcək?

14:36 / 16.06.2026

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

13:58 / 16.06.2026

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

13:50 / 16.06.2026

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

10:37 / 16.06.2026

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

10:17 / 16.06.2026

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

10:17 / 15.06.2026

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

00:21 / 15.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə, 17 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Siyasət

“Ruslar 5 milyon dollar istəyirdilər, Rəsul Quliyevə həvalə elədim”

11:36 22.06.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

AXC hakimiyyəti zamanında prezident Əbülfəz Elçibəyin mətbuat katibi olmuş Arif Əliyev modern.az saytına müsahibəsində Azərbaycandan keçmiş SSRİ-dən qalma rus qoşunlarının necə çıxarılması barədə açıqlamalar verib

A.Əliyev bildirib ki, Rusiya qoşunları o zaman Azərbaycanı elə-belə tərk etmədi. Rusiya bunun müqabilində istədiyi məbləği də aldı: “Qoşunların çıxarılması təbii ki, bu, güclü diplomatik təzyiqlər idi. Bu, tək Azərbaycanın yox, Qərbin vasitəsilə də həyata keçirilirdi. Bu, həm də şəxsi əlaqələrin nəticəsi idi. Rusiya qoşunları Azərbaycandan çıxanda da böyük texnikaya malik idilər. Söhbət nəzərdə tutulan maliyyədən gedir. Onlar bunu Azərbaycana bağışlamayacaqdı ki! Həmin maliyyəni aldılar. Onlar Azərbaycandan çıxanda onlarda belə əminlik yarandı ki, 2 həftədən sonra yenidən Azərbaycana qayıdacaqlar.

Və bütün qalan silahların hamısını Azərbaycanda qiyama hazırlaşan Surət Hüseynovun ordusuna vermişdilər. Təkcə 55 ”Qrad” verilmişdi. Bu “Qrad” məgər Qarabağda Ermənistana çevrildi? Xeyr. Buna görə də Rusiya qoşunları Azərbaycandan çıxanda əmin idi ki, Surət Hüseynov hakimiyyətə gələcək və onlar qoşunla yenidən Azərbaycana qayıdacaq. Heydər Əliyev bu planları pozdu və Elçibəyin də Heydər Əliyevi Bakıya dəvət etməsi bu planların pozulması demək idi. Azərbaycanın müstəqilliyi başlıca məsələ idi”.

A.Əliyev deyib ki, 4 iyun qiyamı Elçibəy hökumətinə Rusiya qoşunlarının Azərbaycandan çıxarılmasına, neft müqavilələrin imzalanmasında göstərdiyi inada görə cəza idi.

Arif Əliyevin dediklərindən belə məlum olur ki, Elçibəy hakimiyyəti rus qoşunlarının buradakı silahlarının alınmasında hansısa məbləğdə vəsait verib.

Deyilənlərlə bağlı Ə.Elçibəy iqtidarının dövlət katibi və baş naziri olmuş AXP sədri Pənah Hüseyn “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, rus qoşunlarının Azərbaycandan çıxarılması iki formada və iki fərqli məsələni əhatə edir: “Birincisi, SSRİ dövründən qalmış silahlı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması məsələsidir. İkincisi Rusiya diviziyasının çıxarılmasıdır. Azərbaycanda üç müxtəlif təyinatlı qoşun hissəsi olub. Bunlardan biri 4-cü ordudur və Zaqafqaziya hərbi dairəsinə tabe olub. Azərbaycanda üç diviziya var idi. Onlar Lənkəranda, Bakıda və Gəncədə yerləşirdi. Bundan əlavə, birbaşa Moskvaya da tabe olan, Zaqafqaziya hərbi dairəsinə daxil olmayan 104-cü diviziya da Azərbaycanda var idi. Bu diviziyaya Şerbak komandirlik edirdi. Bir də baş qərargaha tabe olsa da idarəçilikdə əlahiddə sayılan Baş Kəşfiyyat İdarəsinin 22-ci briqadası yerləşirdi. 4-cü ordu və Baş Kəşfiyyat İdarəsinin 22-ci briqadası Azərbaycandan 1992-ci il yayın sonunda çıxarıldı. Onu da deyim ki, bu məsələnin hüquqi əsası hələ SSRİ dövründə qoyulmuşdu. O dövrdə silahların məhdudlaşdırılması haqqında ”Paris müqaviləsi” var idi. Hələ SSRİ dağılmamış SSRİ-nin bir sıra regionlarından, o cümlədən Zaqafqaziyadan silahlı qüvvələrin ixtisarı məsələsi gündəmdəydi. SSRİ dağıldıqdan sonra həmin hərbi hissələrin əmlakı, silahları, Xəzər donanmasının Bakıda olan gəmilərinin Azərbaycan qanunvericiliyinə və dövlət müstəqilliyi aktına görə Azərbaycan Respublikasının mülkiyyətinə keçməsi elan olundu. Sonra isə bu barədə prezident fərmanı verildi və bunların təhvil-təslim prosesinə başlandı. Bu prosesin real həyata keçirilməsi ciddi maneələrlə qarşılaşmışdı. Keçmiş sovet silahlı qüvvələri o dövrdə MDB silahlı qüvvələri adı altında qeyd olunmuşdu və faktiki olaraq Rusiyaya tabe idi. 1992-ci ilin fevralında da Boris Yeltsinin xüsusi fərmanı oldu. Fərman keçmiş SSRİ silahlı qüvvələrinin müvəqqəti olaraq Rusiyanın tabeçiliyinə keçirilməsini nəzərdə tuturdu.

 

1992-ci il 15 mayda Daşkənddə keçmiş SSRİ respublikalarından qoşunların çıxarılması, nə qədər silahın həmin respublikalarda qalması haqqında hər bir respublika ilə müqavilələr imzalandı. Azərbaycan tərəfindən bu müqaviləni o dövrün müdafiə naziri Rəhim Qazıyev imzalamışdı. Bu müqavilələr əsasında da Azərbaycana təhvil verilməli olan silahlar müəyyənləşdirildi. Hərbi hissələrin isə 1992-ci ildə çıxarılması nəzərdə tutulmuşdu. Əbülfəz Elçibəy prezident seçildikdən sonra onun təkidi ilə keçmiş SSRİ-nin Azərbaycandakı bütün silahlı qüvvələri çıxarıldı. 104-cü tank diviziyası isə qeyd olunan müqaviləyə görə SSRİ-yə yox, Rusiyaya aid idi. Ona görə 104-cü diviziyanın Azərbaycandan çıxarılması Rusiya qoşunlarının ölkəmizdən çıxarılması deməkdir. Bu hadisə isə 1993-cü ilin mayında baş verdi”.

P.Hüseyn xatırlatdı ki, Rusiya 104-cü diviziyaya MDB-nin sülhməramlı qüvvələri statusu verilməsinə və bu adla Azərbaycanda saxlanmasına çalışırdı. Lakin prezident Elçibəy Rusiyanın bütün təzyiqlərinə baxmayaraq 104-cü diviziyanın çıxarılmasında təkid elədi: “Həmin diviziya, yəni Rusiya qoşunları 1993-cü il mayın 25-də Azərbaycan ərazisindən çıxarıldı. Bu, keçmiş SSRİ məkanında ilk belə hal idi. Ona görə də bu hadisə təkcə Azərbaycan miqyası ilə məhdudlaşmır, bütün keçmiş sovet məkanına təsir göstərən hadisə idi.

Daşkənddə imzalanan müqavilə əsasında isə keçmiş SSRİ hərbi qüvvələrinin silahlarının təhvil-təslimi, çıxması qrafiki həyata keçirildi.

104-cü diviziyanın çıxarılması zamanı əksər silahları Rusiyaya daşınmışdı. Çünki onlar Rusiyanın əmlakı hesab olunurdu. Azərbaycan da bununla razılaşmağa məcbur idi. Amma hələ daşınmamış bir sıra silahların, desant bölüyünün paraşütlərinin pul ödənilərək alınması istiqamətində danışıqlar aparılmışdı. Danışıqlarda 5 milyon dollar ödənilməsi məsələsi müzakirə edilmişdi. Müdafiə naziri Dadaş Rzayev bu məbləğin ruslara ödənilməsini tövsiyə eləmişdi. Əsaslandırılırdı ki, əslində bizə qalacaq silahların dəyəri bundan qat-qat artıqdır. O dövrdə mən artıq dövlət katibi yox, baş nazir idim. 5 milyon dolların ayrılması bizə çox göründü. Ona görə də bu məsələni baş nazirin müavini Rəsul Quliyevə həvalə elədim. Şerbakla danışıqları o apardı və 5 milyon dollar endirildi 600 min dollara. 600 min dollar ödənildi və silahlar alındı. Hər halda, Arif Əliyev bu məsələni nəzərdə tutaraq həmin açıqlamanı verib”.

P.Hüseyn onu da qeyd etdi ki, Surət Hüseynova Şerbak tərəfindən silahların verildiyi barədə o dövrdə məlumatlar olub: “Surətə 2 min ”Kalaşnikov” avtomatı təhvil verilmişdi. Ola bilsin Surət Hüseynov da həmin silahlara pul ödəmişdi. Lakin Surətə “Qrad” qurğuları verilməmişdi. “Qrad” qurğuları 709 saylı hərbi hissənin özünün idi. Surət Hüseynovun ruslardan əldə etdiyi silahlar 4 iyun qiyamı zamanı ona qoşulan adamlara paylanmışdı”.

P.Hüseyn bildirdi ki, Rusiyanın Surət Hüseynovun əli ilə Azərbaycanda Elçibəy hakimiyyətini devirmək planı 104-cü diviziya Azərbaycandan çıxarılmazdan öncə mövcud olub: “22-ci rus briqadasının mütəxəssislərinin isə 4 iyun qiyamının hazırlanmasında iştirakı haqda məlumatlar var idi. Azərbaycanda SSRİ dövründən qalma rus qoşunları ölkəmizin müstəqilliyi və istənilən hakimiyyət üçün bir təhlükə idi. Əbülfəz Elçibəy də buna görə həmin qoşunların sürətlə çıxarılmasında təkid etdi və buna nail olundu”.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Konfrans Liqası:

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Avropa Liqası:

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi (FOTO)

Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi (FOTO)

17.06.2026
Qızının faciəvi ölümündən yazdı:

Qızının faciəvi ölümündən yazdı: "Əsas səbəbkar..."

17.06.2026
Əməkdar artistin xanəndə oğlu vəfat etdi (FOTO)

Əməkdar artistin xanəndə oğlu vəfat etdi (FOTO)

17.06.2026
Bir milyonluq qaçaqmalçılıqda ittiham olunan şəxslərdən xəbər var

Bir milyonluq qaçaqmalçılıqda ittiham olunan şəxslərdən xəbər var

17.06.2026
Azərbaycanlı futbolçu

Azərbaycanlı futbolçu "Petrolul" klubuna keçdi

17.06.2026
20 il rəhbərlik etdiyi idarədə araşdırma gedir - Özünə yeni vəzifə verildi

20 il rəhbərlik etdiyi idarədə araşdırma gedir - Özünə yeni vəzifə verildi

17.06.2026
Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı (FOTO)

Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı (FOTO)

17.06.2026
Çempionlar Liqası:

Çempionlar Liqası: "Sabah"ın II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

17.06.2026
Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətiriblər

Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətiriblər

17.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Konfrans Liqası:

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Avropa Liqası:

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az