• Xəbər lentİ
Fləş

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə, 05 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İdman

“Ölüm qrupu”nda “cənazə günü”: Messi, hələ getmə...

11:26 21.06.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Bu gün C və D qrupunda ikinci turun oyunları başlayır; Argentina-Xorvatiya qarşılaşması “ölüm qrupu”nda vəziyyəti aydınlaşdıracaq

Bu gün C və D qrupunda ikinci turun oyunları başlayır. Saat 16:00-da Danimarka - Avstraliya milliləri qarşılaşacaq. 19:00-da C qrupundakı digər iki komanda- Fransa və Peru meydana çıxacaq. Saat 22:00-da isə D qrupunda Argentina və Xorvatiya oyununun startı veriləcək.

Avstraliya üçün son şans

İlk turda həm Fransa, həm, Danimarka minimal hesabla rəqiblərinə qalib gələrək ilk 3 xalı hesablarına yazdıra biliblər.  

avstraliya dç 2018 ile ilgili görsel sonucu

Avstraliya Fransa ilə ilk oyunda gözlənilən müqaviməti göstərə bilmədi. Oyunun 55-ci dəqiqəsində Antuan Qrizmannın cərimə meydançasında yıxılması ilə ilk dəfə olaraq video-təkrar sisteminə müraciət edildi və Avstraliyanın qapısına 11 metrlik cərimə zərbəsi təyin edildi. Qrizmann özü cərimə zərbəsini məharətlə yerinə yetirdi. Avstraliya millisinin üzvləri isə oyundan sonra da iddia etdilər ki, onların müdafiəçisi Qrizmannın ayağına deyil, topa oynamışdı.

Avstraliya özü də tezliklə 11 metrlik vurmaq hüququ qazandı. Belə görünürdü ki, oyun heç-heçəyə doğru gedir. Amma bu dəfə də Poqbanın qapı çatına dəyən topu mübahisə yaratdı. Bu dəfə daha bir texnika- goal-line technology (GLT) işə düşdü və qolu qeydə aldı. Beləliklə, Fransa oynadı, texnika qalib gəldi...   

Avstraliya millisi dünya çempionatlarında 5-ci dəfədir ki, iştirak edir. Yalnız 2006-cı ildə qrup mərhələsini adlaya biliblər. Amma bu çempionata gəlmək üçün Avstraliya ümumilikdə 22 oyun keçirib. Tarixdə bir təsnifat mərhələsi daxilində bu qədər çox matç keçirən komandaya rast gəlinməyib. Elə bu səbəbdən Avstraliya alqışlanmağa layiqdir.

Komandanın baş məşqçisi Bert van Marveyk  2018-ci ilin yanvarından bu posta təyin olunub. Onun  yığmada ilk böyük sınağı uğursuz olsa da, şansları hələ itirilməyib.

Danimarka və Avstraliya milliləri indiyədək cəmi üç dəfə yoldaşlıq görüşündə qarşılaşıblar. 2007, 2010 və 2017-ci illərdə. İki görüşdə Danimarka üstün olub, bir görüşdə isə Avstraliya qalib gəlib. Danimarka FİFA reytinqində 12-ci, rəqibləri isə 36-cı yerdə qərarlaşıb. Danimarka bu gün qrupdakı mövqeyini möhkəmlədə, ya da pley-off istəklərini gerçəkləşdirə bilər. Avstraliya da vəziyyətlərini başa düşdüyündən, daha yaxşı oynamaqdan başqa yolları qalmır.      

Fransa Peru DÇ 2018 ile ilgili görsel sonucu 

Fransa Perunun müqavimətin qıra biləcəkmi? 

Peru 36 il sonra mundial arzularını gerçəkləşdirib və adama elə gəlir ki, xüsusi iddiaları olmamalıdır.  Amma bu, ilk baxışdan verilən qiymətdir. Komandanın baş məşqçisi 60 yaşlı argentinalı Rikardo Qareka hələ püşkatma zamanı demişdi ki, mundialda asan rəqib axtarmaq lazım deyil. Onun sözlərinə görə, Perunun “ölüm qrupu”na düşdüyünü zənn etmir. “Bir də görürsən ki, asan görünən rəqib çətin, çətin görünən isə asan rəqib olur. Bu səbəbdən də yaxşı oynamaq əsas şərtdir” deyə, o bildirib.

Peru Danimarka ilə ilk görüşdə məğlub olsa da, mübariz komanda əhvalı yaratdı. Belə ortabab komandalar mundialda sensasiya yaratmaq gücündə deyillər, amma uduzmaq üçün gəlmədikləri bəllidir. Peru ilk oyunda 11 metrlik cərimə zərbəsini və bir neçə real qol vəziyyətini reallaşdıra bilmədi. Əgər o vəziyyətlər qolla nəticələnsəydi, Danimarka uduzan tərəf olacaqdı. Poulsenin müdafiənin səhvindən istifadə edərək qol vurması Danimarkaya istədikləri nəticəni verdi. Bu gün isə Perunun rəqibi daha güclüdür.  

20 il əvvəl-1998-ci ildə ölkələrində keçirilən mundialda dünya çempionu olan Fransa millisini   hələ ki, çempionluğa əsl iddialı kimi təqdim etmək doğru olmaz. O qədərdə güclü olmayan Avstraliya millisinə qarşı ilk qarşılaşmada baxımlı oyun görmədik.

Bu gün Perunu fransızlar üçün “rahatlukum” hesab etmək də olar, amma “İslanmışın yağışdan nə qorxusu?” Peru müqavimət göstərəcək və ən azı şansını son tura daşımağa çalışacaq. Fransa milliləri isə 6 xal qazanıb 3-cü tura rahat başlamaq istəyində olacaqlar.

Bu komandalar indiyədək iki dəfə qarşılaşıblar. İlk dəfə 1960-cı il Yay Olimpiadasında Fransa Perunu 2:1 hesabı ilə məğlub edib. Sonuncu dəfə isə 1982-ci ildə isə yoldaşlıq görüşü olub. Fransa bu dəfə öz meydanında 0:1 hesabı ilə məğlub olub. 

Bu gün kimin istəyi gerçəkləşcək, bunu axşam biləcəyik... 

Argentina D group ile ilgili görsel sonucu

Argentina çətin durumda

D qrupunda yer alan Argentina və Xorvatiya bu gün tarixlərində 5-ci dəfə güclərini sınayacaqlar. Komandalar arasında ilk görüş 1994-cü ildə baş tutub. Zaqrebdə keçirilən görüşdə hesab açılmayıb. 1998-ci ildə isə mundialın final mərhələsində onlar H qrupunda birgə mübarizə aparırdılar. O qarşılaşmada Argentina rəqiblərinə 1:0 hesabı ilə qalib gəlib. 2006-cı il və 2014-cü illərdə isə komandalar arasında yoldaşlıq görüşləri olub. Bu oyunlarda da tərəflər bir dəfə qələbə qazanıb.

FİFA reytinqində 5-cı sırada qərarlaşan Argentina mundial başlayan kimi yenə ciddi tənqid hədəfi olub. İslandiya ilə ilk qarşılaşmada Argentina rəqiblərinin müqavimətini qıra bilmədilər. 1978 və 1986-cı illərdə dünya çempionluğunu  bayram etmiş cənubi amerikalılar neçə mundialdır ki, medalsız qalırlar.

2014-cü ildə bu arzuya yaxın idilər, amma son Almaniya buna imkan vermədi. Argentinanın ideal formada olmadığı hələ seçmə mərhələdən aydın idi. Yada salaq ki, Argentina hətta bu mundiala gəlməyə də bilərdi. Amma komanda özünü toparlayıb mundiala vəsiqəni təmin etdi.

“Sevilya”nın eks baş məşqçisi Xorxe Sampaolini bir ildən çoxdur komandanın baş məşqçisi olsa da, milli heç də çempionluğa iddialı kimi oyun göstərmədi. Yəni Argentina seçmə mərhələdə necə oynayırsa, yenə o gündədir. Argentina əlbəttə ki, mundialın yaraşığıdır, amma getdikcə bu yaraşıq itir, komanda oyunu yox, fərdi oyunçuların komandasına çevrilir. Heyətində Xavyer Maskerano və Anxel Di Mariya kimi yarımmüdafiəçilər, Messi, Aquero, İquain və  Dibala kimi hücumçuları olan bir komandanın mundialın debütantı ilə heç-heçə etməsinə haqq qazandırmaq olarmı? İslandiya əla komandadır, amma qarşısındakı Argentinadır e...Ar-gen-ti-na!

Bu gün Argentinanın işi daha çətin olacaq. Əgər komanda ilk qarşılaşmadakı kimi “dişsiz” hücumlarla oyunu yola vermək istəyəcəkcə, bu mümkün olmayacaq. Çünki Xorvatiya ilk oyunda həm qalib gəlib 3 xal qazanıb, həm də meydanda yaxşı oyun göstərib.

Xorvatiya stabil komanda deyil, amma komanda oyunu onlarda alınır.  Mario Mandjukiç, İvan Perişiç, Luka Modriç, İvan Rakitiç Xorvatiyanın ulduzları olaraq bu çempionatın startında yaxşı oyun göstərdilər. Onlar bu gün Argentinaya qalib gəlmək üçün çalışacaqlar, heç-heçə də sərfəli nəticə olacaq. Argentina isə mütləq qalib gəlməlidir. Yoxsa, məşhur lətifədə deyildiyi kimi, biabırçılıq olacaq. Bədlik olmasın, bu gecə “ölüm qrupu”nda “cənazə” günü də ola bilər... 



MilliYol.Az

Etiket:

Digər xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026

05.06.2026
Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

05.06.2026
Prezident Azərbaycan millisini təbrik etdi

Prezident Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

05.06.2026
“Psixologiya tarixi

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

05.06.2026
Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

05.06.2026
Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

05.06.2026
XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

05.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az