• Xəbər lentİ
Fləş

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

20:12 / 16.06.2026

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

19:12 / 16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

18:23 / 16.06.2026

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16:21 / 16.06.2026

Zeynəb Xanlarova konsert verəcək?

14:36 / 16.06.2026

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

13:58 / 16.06.2026

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

13:50 / 16.06.2026

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

10:37 / 16.06.2026

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

10:17 / 16.06.2026

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

10:17 / 15.06.2026

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

00:21 / 15.06.2026

Azərbaycanda Milli Qurtuluş Günüdür

00:10 / 15.06.2026

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

23:28 / 14.06.2026

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

23:27 / 14.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə, 17 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

Öləndən sonra “dirilən” yazıçı

17:27 14.06.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share


Dünən Portuqaliya yazıçısı Fernando Pesoanın (1888-1935) doğum günü idi

Kulis.Az bu münasibətlə Mətləb Ağanın “Öləndən sonra “dirilən” yazıçı və ya “Anarxist bankir” barədə qeydlər...” yazısını təqdim edir.

Yaradıcılığı boyunca çoxsaylı heteronimlərdən (qədim yunanca –“başqa ad”) istifadə etmiş  portuqal və ingilis dilli (həmçinin, fransızca da yazırdı) şair, yazıçı, dramaturq, tərcüməçi və esseist Fernando Pessoa (tam adı - Fernando Antonio Noqeyra Pessoa) Portuqaliya modernist cərəyanının öncüllərindən və XX əsr dünya ədəbiyyatının açar adlarından sayılır. 1935-ci ildə, 47 yaşında qaraciyər xərçəngindən ölənədək Pessoanı çox az tanıyırdılar. Bu dövrdə onun cəmi dörd kitabı dərc edilmişdi, üçü ingiliscə, biri isə portuqalca - “Mensagem” (“Məktub”).

Vəfatından sonra “sandığından” çıxan əsərlər küll halında 1942-ci ildən çap olunmağa başlayıb ümumilikdə 26 cildə çatdı.

Haqqında danışacağım ”Anarxist bankir”” müəllifinin sağlığında, 1922-ci ildə “Contemporanea” (“Müasirlik”) jurnalında yeganə dərc edilən povestidir.

“Hər şey insanlıq üçün, lakin millət əleyhinə heç bir şey” yazan millətçi, antikommunist və antisosialist Pessoanın bu povesti sevmədiyi burjuaziyanı həcv, eyni zamanda, insanı özgələşməyə sürükləyən, mütləq şərə tabe edən, azadlığını əlindən alan sistemə ironik üsyandır.

Əsər iki dostun yeməklərinin ardından apardıqları söhbət-dialoq formasında qurulmuşdur, belə ki, bu iki qəhrəmandan biri bankirliyin dünyada reallaşdırıla biləcək tək anarxist hərəkət olması fikrini önə sürüb qızğınlıqla müdafiə etməkdədir.

Bankir dostuna öz həyat hekayəsini danışır, iddia edir ki, o, nəzəri və praktik cəhətdən digər anarxistlərdən daha çox anarxistdir, məsələn, ortalıqda bombayla dolaşan o tiplərdən daha artıq öz idealına sadiqdir, o bombaçılar axmaq anarxist, o isə ağıllı anarxistdir, onlar yalnız nəzəriyyədə anarxistdir, o isə həm nəzəriyyədə, həm də əməldə anarxistdir. Bir vaxt o da bombayla gəzən, atəş açan o tiplər kimiydi, lakin həqiqi anarxizmin sayəsində bundan qurtuldu. Anarxist kimdir? - insanları, doğulduqları andan ictimai baxımdan qeyri-bərabər vəziyyətə salan ədalətsizliklə çarpışan biri! Bankir Lissabonda, fəhlə ailəsində doğulmuş, xırda bir  miras da qalmamışdı ona, nə ictimai mövqeyə malikdi, nə də  tərbiyə ala biləcəyi şərait və şərtlərə. Sahib olduğu iki şey vardı - parlaq zəka və yenilməz iradə. Fəhlə  sinfindən olan bütün insanlar kimi işləyirdi, lakin onlar kimi çox yox, bacardıqca az işləyir, hədsiz oxuyur, çoxlu mübahisələr edirdi...

Kimsə zəngin doğulub hamıdan sevgi və hörmət görür, başqa birisə bankirtək elə bir ailədə anadan olur ki, insan kimi davranılmaq haqqına sahiblənməkdən ötrü belə, atdığı hər addıma diqqət yetirmək məcburiyyətində qalır. Nəticə etibarilə, təbiətin ədalətsizliklərindən qaçmaq mümkün deyildir, lakin  cəmiyyətdən, ictimai mövqedən qaynaqlanan ədalətsizlikdən qaça bilərik. Bir insanın istedad, güc, enerji kimi bacarıqlara malik olmasını məcburən də olsa qəbul etməliyik, çünki ayrı yolumuz yoxdur, lakin  birinin anasının qarnından çıxarkən xoşbəxt bir təsadüfdən onun üçün göydən zənbillə düşən mal-dövlət, ictimai üstünlük, rahat həyat kimi sonradan yiyələndiyi xüsusiyyətlərlə bizdən  artıqlığını qəbul edə bilmərik.

Bankir söhbətinə davam edib deyir ki, anarxist hamı üçün azadlıq arzulayır. Bu azadlığa mövcud ictimai təsisatları, quruluşları ortadan qaldırmaqla nail oluna bilər. Əlbəttə, təbiət qarşısında bütün insanlar bərabər deyildir, böyüklər və kiçiklər, güclülər və zəiflər, ağıllılar və daha az ağıllılar vardır. Beləliklə, kimlərsə öz aralarında bərabər ola bilər, buna əngəl törədənsə dediyimiz kimi, ictimai təsisatlardır. Lakin ictimai təsisatların məhvi azadlığın yolunu açacağı kimi, yeni  ictimai quruluşların yaranmasına da gətirər ki, bunlar da ən azından əvvəlkilər tək zərər verər. Buna görə də, bu nöqtədə təmkinli olmalı, elə etməliyik ki, istər şiddətə əsaslansın, istər şiddətsiz həyata keçirilsin, ictimai quruluşların yox edilməsi  gələcəkdəki azadlığımıza kölgə salmasın...

Amma bankir təəssüflənir ki, təkbaşına onun əlindən heç nə gəlməzdi. Təklikdə nəinki dünyada, hətta yaşadığı ölkədə belə dünya inqilabı eləyə bilməzdi... Bacaracağı tək şey, bu inqilabı yetişdirmək üçün durmadan çalışmaqdı.

Gələcək bankir, yoldaşlarıyla danışıb hamının bu məsələdə fikir həmrəyliyinə nail oldu. Birlikdə azad cəmiyyət, möhtəşəm ictimai dəyişiklik üçün mübarizə aparacaqdılar, əməllərinin  haqlı və ya haqsız olduğunusa gələcək qiymətləndirəcəkdi. Dərhal bir təşkilat qurub imkanları daxilində təbliğata başladılar.

Lakin qəhrəmanımız bir neçə ay keçdikdən sonra yeni bir problemlə üzləşdi; təşkilat daxilində zorakılıq meyllərinin doğduğunu hiss elədi, belə ki, aralarından  biriləri digərlərinə əmrlər verməyə və  istədiklərini gerçəkləşdirməyə başladılar,   o birilərini öz arzularına tabe edib öz fikirlərini  həyata keçirirdilər... Əlbəttə, etdikləri  əhəmiyyətli şeylər deyildi, çünki ortada mühüm bir şey də yoxdu. Amma problem ondaydı ki, bu vəziyyət hər gün təkrarlanırdı, həm də onların ümumi işiylə bağlı olmayan, hətta gündəlik həyatlarındakı kiçik şeylərə belə təsirsiz ötüşmürdü. Kimiləri nəzərə çarpdırmadan rəhbərliyə can atır, digərlərisə itaət etməyə yönlənirdi...

O halda zəif halqaları  nəydi? İstifadə etdikləri üsullarmı? Çox mümkündü...

İndi də bu olanların nə məna verdiyinə  baxaq; səmimi və təhsilli insanlardan azadlıq yolunda çalışmaq məqsədiylə yaradılmış bir qrup aylar sonra özü zorakılığa səbəb oldu. Bu, ictimai təsisatlardan qaynaqlanan bir zorakılıq deyildi, yəni bu zorakılıq, müqayisə edildiyində yeni bir zorakılıq növü deməkdi. Bardağı daşdıran son damla idi bu. Azad gələcək üçün vuruşanların əldə etdikləri yeganə nəticə, yeni zorakılıq növü düzüb-qoşmaq olmuşdu, daha da pisi, əzilənlər bunu özləri bir-biriləri üzərində həyata keçirmişdilər.

Onlar arasındakı bu zorakılıq təbii xüsusiyyətlərin - hər kəsin doğuşdan sahib olduğu zəkanın, xəyal gücünün, iradənin məhsuluydumu? Bankir zehni mənada fikirləşirdi, əlbəttə,  çünki fiziki üstünlüklərin burada məsələyə heç bir dəxli  yoxdu.

Deməli, ictimai quruluşlardan asılı olmayan səbəbdən bir başqasına hökm etmək zərurətdən  doğur, çünki hökm edən təbii zehni xüsusiyyətlər bir cəhətdən digərindən üstündür. Amma burada yeni bir sual yaranır: öz təbii üstünlüklərindən bu cür istifadə qanunidirmi, yəni təbiidirmi? Sözsüz ki, qanunidir, ancaq yalnız müəyyən bir situasiyada; qarşımızdakı bizim düşmənimizdirsə...

Bir anarxistin düşmənisə təbii ki, ictimai təsisatlar,  zorakılığın hər hansı bir təmsilçisidir. Çünki digərləri onun kimi insan və yoldaşlarıdır. Aydın olurdu ki, bankir və silahdaşlarının öz aralarındakı zorakılıq ayrı növdəndi, həm də eyni idealı bölüşdükləri yoldaşları üzərində tətbiq edilirdi. Sonuc bu idi ki, nə ictimai quruluşlardan, nə də təbii xüsusiyyətlərdən qaynaqlanan bu təzə zorakılıq təbii xüsusiyyətlərin yanlış istifadəsindən yaranmışdı. Bəs bu yanlış istifadə nədən törəyirdi?

Bunun ancaq iki səbəbi ola bilərdi: ya insan anadangəlmə pisdir  və buna görə də təbiətən pisliyə meyllidir, ya da bu yanlış istiqamətlənmə insanların zorakılıq emal edən bir sistemə uzun müddət alışmalarının yekunudur...

Bankir, xeyli düşünüb daşındıqdan sonra ikinci fərziyyəni qəbul elədi. Doğrudan da, insanların ictimai təsisatlara davamlı  alışqanlığı onların təbii xüsusiyyətlərini pozur, birini  özlüyündən digəri üzərində zorakılığa yönəldir, hətta bu şərtlərə ən az uyğun gələnlərin də bu cür davranmalarını fərz eləyə bilərik.

Beləliklə, ictimai təsisatlarla  döyüşməyi,  azadlıq uğrunda  vuruşmağı arzulayan, dünyanın ən xoş niyyətli insanlarının yaratdığı bir qrup belə birlikdə çalışmağa başladığında, cəmiyyətin indiki halında  ictimai təsisatların zorakılığına yeni bir zorakılıq əlavə eləməkdən yan keçə bilmədi, bu zaman, onların reallaşdırmaq istədikləri planı istəməyərəkdən, amma var gücləriylə korlamaları da imkansızdır. Bu vəziyyətdə nə etməliyik? Çox sadə bir şey! Vahid hədəfə çatmaqdan ötrü ayrı-ayrılıqda çalışmalıyıq! Ayrı-ayrılıqda təzə zorakılıqlar törətməyimiz qətiyyən mümkün deyildir, çünki onda kimsə digəri üzərində təsirə malik olmayıb onun azadlığını əlindən ala bilməz...

Eyni zamanda, əgər ayrı-ayrılıqda, amma bir anarxist hədəf üçün çalışsalar bunun iki faydası olar; vahidliyin gücü (çünki əxlaqi cəhətdən, mənən bir yerdədirlər) və hər növdən olan zorakılıqların yoxluğu.

Bankir boynuna aldı ki, həmin vaxt həyatındakı nadir axmaqlıqlarından birini eləyib bu kəşfini dərhal yoldaşlarına anlatdı, lakin hamısı bir nəfər kimi onun ağzının payını verdi və beləliklə, bankir qərara gəldi ki, məqsədini özü tək həyata keçirsin, odur ki, yoldaşlarının yanından çıxıb getməyi üstün tutdu; o, bu yolu tək başına gedəcəkdi, öz imkanlarından və idealından savayı köməkçisi, hətta keçmişdə yoldaşları olmuş insanların mənəvi dəstəyi belə olmadan...

O, öz planını reallaşdırmaq üçün iki üsuldan birini seçməliydi, əlbəttə, əgər ikisindən də birlikdə istifadə etməyəcəkdisə. Birincisi, təbliğat yolu, ikincisisə hansı üsulla olursa-olsun doğrudan-doğruya mübarizədi. Təbliğat heç nəyə yaramayacaqdı, çünki bu üsul onun öz anarxist qabiliyyətinin tam inikasına maneçilik törədəcək və beləcə, heç bir nəzərəçarpacaq uğur  qazana  bilməyəcəkdi.

Bəs, qəhrəmanımız ictimai quruluşlarla necə savaşa bilərdi? İctimai təsisatları təkbaşına və ya mövcud şərait və şərtlərdə yox etmək imkansızdı, yalnız ictimai çevriliş onları sıradan çıxarardı. Bu zaman onun bacaracağı yeganə şey, zorakılığı təmsil edən bir və ya iki adamı öldürmək ola bilərdi, lakin onda da nə nəticə alınardı? İctimai təsisatlar sarsılardımı? Əsla yox! İctimai quruluşların ən pis cəhəti - onlar özləridir, fərdlər deyildir. İctimai nizama hücum daim yeni zorakılığa yol açır, çox zaman vəziyyət daha da pisləşir. Baxın, yer üzündəki böyük sərmayəçilərin hamısını öldürün, amma sərmayə özü toxunulmaz qalsın, elə dərhal ertəsi gün sərmayə başqa əllərə keçib təzə mal-mülk ağaları vasitəsiylə zorakılığını sürdürəcəkdir... İndisə düşünək ki, böyük sərmayə yiyələrini deyil, sərmayənin özünü məhv edirik,  səhəri gün bir sərmayə sahibi mövcud olacaqmı?! Qətiyyən!

Odur ki, bankir “bu ictimai təsisatların ən əsası, ən mühümü hansıdır” deyə xeyli düşündü, gücsüzləşdirəcəyi, boyun əydirəcəyi də məhz bu olmalıydı. Bankir qərar verdi ki, dövrümüzdə bu təsisatlardan ən vacibi puldur. Pulun zorakılığındansa necə qurtara bilərdi? Burada ən bəsit həll variantı pulun təsir sahəsindən, sivilizasiyadan kənarlaşmaq, çöllüyə çəkilmək, heyvan tək yaşamaq, bir sözlə, savaşı uduzmaqdı. O isə pulun zorakılığından, təsirindən qurtarmaq üçün pulun ağası olmalıydı - bunun açarısa  pulun təsirini duymamağa yetəcək məbləğdə pul toplamaqdan ibarətdir! Nə qədər çox pulu olsa, pul ona daha az təsir edəcəkdi...

Beləliklə, qəhrəmanımız bankir oldu, pulun ağasına dönüb azadlıq qazandı. Bu, onun azadlığıydı. Vacib olan da bu idi; yeni zorakılıqlar yaratmamaq və ya hazırda ümumiyyətlə zorakılığın olmadığı yerdə heç bir zorakılıq yaratmamaq...

O, kimi azad etməyi bacarardısa, onu da azad etdi, özünü! O, özü üçün bunu bacardı, həm özü qarşısındakı borcunu, həm də azadlığa olan borcunu ödədi!

Düzdür, sonda bankirin bu əhvalatını dostu gülüşlə qarşıladı, ancaq yəqin ki, bu qəhqəhələrin öz azadlığını qazanmağı bacarmış bir bankir üçün heç bir əhəmiyyəti yoxdu...

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Konfrans Liqası:

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Avropa Liqası:

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

16.06.2026
Zeynəb Xanlarova konsert verəcək?

Zeynəb Xanlarova konsert verəcək?

16.06.2026
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16.06.2026
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

16.06.2026
Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

16.06.2026
24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

16.06.2026
İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

16.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Konfrans Liqası:

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Avropa Liqası:

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az