• Xəbər lentİ
Fləş

İmişlidə sevgi münasibəti oğurluğa səbəb oldu: Qız cəza aldı, oğlan isə..

15:43 / 19.06.2026

Vüsal Aslanov onlara yeni vəzifə verdi (FOTO)

17:31 / 19.06.2026

Temperatur 7 dərəcə enəcək: Yağış yağacaq, şimşək çaxacaq

16:27 / 19.06.2026

İmişlidə sevgi münasibəti oğurluğa səbəb oldu: Qız cəza aldı, oğlan isə..

15:43 / 19.06.2026

Məktəbəqədər təhsildə dövlət-valideyn-özəl əməkdaşlığı modeli tətbiq ediləcək (FƏRMAN)

14:52 / 19.06.2026

Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik xəttinə qoşulması subsidiyalaşdırılır

14:49 / 19.06.2026

Azərbaycanda yumurta kəskin ucuzlaşdı - Səbəb açıqlandı

14:24 / 19.06.2026

Bu şəhərdə Azərbaycan səfirliyi açılır (SƏRƏNCAM)

13:14 / 19.06.2026

Vilayət Eyvazov sıra baxışı keçirdi (VİDEO)

13:05 / 19.06.2026

Prezident dağıstanlı siyasətçi Qurban Qurbanova "Dostluq" ordenini təqdim etdi (FOTO)

12:21 / 19.06.2026

DÇ-2026 həyəcanını izləmək üçün möhtəşəm məkan (FOTO/VİDEO)

11:59 / 19.06.2026

"İşimizi təhvil versək də, aylardır maaş ala bilmirik" (VİDEO)

11:27 / 19.06.2026

Flora Kərimovanın evə buraxılacağı vaxt məlum oldu

11:26 / 19.06.2026

"Səbail" yeni baş məşqçisinin adını açıqladı

10:19 / 19.06.2026

Xalq artistinin anası vəfat etdi

09:43 / 19.06.2026

Sabiq icra başçısını oğluna aldığı "Range Rover" satıldı - MƏBLƏĞ

17:16 / 18.06.2026

Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir – Borcu 3,5 milyon manatı keçib

16:40 / 18.06.2026

Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

16:37 / 18.06.2026

"Fənərbağça"nın yeni baş məşqçisi açıqlandı

14:16 / 18.06.2026

Prezident Ərəb Koordinasiya Qrupunun nümayəndələrini qəbul etdi (FOTO)

13:04 / 18.06.2026

"Səbail" klubunun adı dəyişdirilir

12:24 / 18.06.2026

Anar Bayramova yeni müşavir təyin olundu

12:13 / 18.06.2026

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

11:32 / 18.06.2026

Prokuror "Arzum"a ağır cəza istədi

11:26 / 18.06.2026

Almaniyada tutularaq ölkəmizə gətirildi - 33 il əvvəl nə baş verib?

11:16 / 18.06.2026

Prezident Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanladı

11:06 / 18.06.2026

İndiyədək Qarabağa neçə nəfər qayıdıb?

10:25 / 18.06.2026

İlham Əliyev: İqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır

10:08 / 18.06.2026

Azərbaycan əhalisinin sayı 0,1 % artıb

09:57 / 18.06.2026

Prezident: Qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan artıq mühüm iştirakçıya çevrilib

09:38 / 18.06.2026

Prezident İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimində çıxış etdi (FOTO)

09:36 / 18.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Şənbə, 20 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Ölkə

Oliqarxın nəhəng biznes imperiyası niyə çökdü?

13:50 02.09.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Anar Məmmədovun Azərbaycanda əksər biznes və media strukturları bağlanıb, özü isə Londonda yaşayır

Vaxı ilə ölkənin ən gəlirli sahələrinə nəzarət edən Məmmədovlar indi qürub dövrünü yaşayır.

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus Avto FM radiosu dünən gecədən yayımını dayandırıb. Radionun fəaliyyətinin dayanmasının səbəbləri hələlik açıqlanmır. 2013-cü ildə fəaliyyətə başlayan radio rəsmi olaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə məxsus idi. 



Bizimyol.info portalı qeyd edir ki, Məmmədovlar ailəsinin biznes imperiyasında əsas yeri tutan şirkətlərdən biri kimi “Garant Holding” 17 şirkəti özündə birləşdirirdi. Holdinqin direktorlar şurasının sədri Anar Məmmədovun özüdür. Şirkət 2005-ci ildən 2013-cu ilə qədər “ZQAN Holdinq” adi ilə fəaliyyət göstərib. Holdinqin tərkibinə “Qarant Sığorta” və “Goranboy Gips” açıq səhmdar cəmiyyətləri, “Azbentonit”, “Royal İsteyt”, “Qarant Tour” , “English Yard”, “Quba Olimpiya Kompleksi”, “Avto-Media”, “Ucar Aqro”, “M.Trans”, “Ameritex”, “Transevrokom”, ” Zqan konstrakşn”, “Turbo.az”, “Qarant Sığorta Agenti”, “Quba Resort”, “AFK”, “Delfin” Məhdud Məsuliyyətli Cəmiyyətləri daxildir. A.Məmmədovun Qubadakı digər layihəsi isə Azərbaycan Qolf Federasiyasının (özü AQF-nin prezidentidir) baş ofisi kimi fəaliyyət göstərən qolf klubudur. Bakı Voleybol Klubunun rəhbərinin də A.Məmmədov olduğu deyilir. 

Nazir oğlunun nəzarətində olan “Avto-Media” MMC nəqliyyat sahəsində fəaliyyət göstərib. 2008-ci ildə yaranan “Avto-Media”nın işi “London taxi”lərində, sərnişin avtobusları və yol boyu reklamların yerləşdirilməsidir. Onun daha bir şirkəti isə “M -Trans” MMC-dir. Bu şirkətə Nəqliyyat Nazirliyi tərəfindən avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirmək üçün müvafiq lisenziyalar verilib. “Garant Holding”in tərkibində yer alan “Turbo.az” MMC isə Azərbaycanda avtomobil satışı saytı kimi tanınır. 

Nazir ailəsinin şirkətlərini saymaqla qurtarmır 

A.Məmmədov eyni zamanda bir çox şirkətlərin Azərbaycan üzrə təmsilçilik hüququnu alıb. Onun bu sahədə 5 şirkət və 1 media qurumu olduğu bildirilir. “Rixos” Otellər şəbəkəsinin Azərbaycan filialı olan “Quba Rixos otel”, qida sektorunda məşhur KFC-nin Bakıdakı restoranlar şəbəkəsi, daha bir məşhur markalardan “Versace”, tanınmış geyim markalarından “Cuzeppe Zanotti”nin Azərbaycan mağazaları, tanınmış otel şəbəkəsi olan “Trump”un Bakıdakı oteli “Trump Towers Baku” və “National Geographic” jurnalının Azərbaycan dili üzrə bölməsinin ona məxsus olduğu deyilir. 

A.Məmmədovun Böyük Britaniyada da biznesi var. O, “BROOKWOOD INTERNATIONAL lIMITED” şirkətinin təsisçisi və direktorudur. Eyni zamanda Dubayda qeydiyyatdan keçmiş ZQAN holdinqin bir şirkəti ZQAN UK LTD adı ilə Böyük Britaniyada qeydiyyatdan keçib. Türkiyədə A.Məmmədovla əlaqələndirilən 2 şirkət də mövcuddur. Bunlar, “Euroasiya Constraction İnşaat Sənaye və Ticarət anonim şirkəti”, “Avrasiya İnvestisiya İnşaat Sənaye və Ticarət anonim şirkəti”dir. Oğul Məmmədov bu şirkətlərin idarə heyətinin üzvü olub. Hər ikisinin idarə heyətinin indiki üzvləri A.Məmmədovla əlaqəli olan şəxslərdir. İdarə heyətində “Baglan Group”un rəhbəri iş adamı Hafiz Məmmədov da olub. 



İngiltərədə təhsil alan oğulun iflası belə başladı

Amma 2014-cü ildən bəri Z.Məmmədovun ailə biznesinə məxsus bir sıra şirkətlər ya bağlanıb, ya da əllərindən alınıb. Həmin ilin sentyabrında keçmiş Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Qarant İnvest” MMC-nin broker fəaliyyətinin göstərilməsi üzrə xüsusi icazəsini-lisenziyasını ləğv edib. Bu şirkət Z.Məmmədovun ailə biznesini idarə edən, əvvəllər “ZQAN Holding” olan, sonradan adını dəyişərək oğlu Anar Məmmədovun rəhbərliyi altında (şirkətlər qrupunun Direktorlar Şurasının sədri A.Məmmədovdur) “Qarant Holdinq”ə çevrilən konqlomeratın tərkibində 2011-ci ildə yaradılmışdı, holdinqə daxil olan "Qarant Sığorta"nın törəmə müəssisəsi kimi fəaliyyət göstərib. Elə həmin ilin noyabrında “Qarant İnvest” broker fəaliyyətinin göstərilməsinə dair 5 illik lisenziya alınmışdı. Komitə şirkətin lisenziyasını vaxtından əvvəl ləğv edib. "Qarant Sığorta" ASC özü isə bu ilin fevralında ləğv olunduğunu elan edib. Bu haqda Vergilər Nazirliyindən xəbər yayılmışdı.

Məmmədovlar “qarınqulu” konqresmenləri yalnız 5 il “bəsləyə” bildilər

Keçən ilin sentyabr ayında gedən məlumatlarda A.Məmmədov tərəfindən Vaşinqtonda təsis edilmiş Azərbaycan Amerika Alyansının (AAA) bu ölkədəki ofisinin bağlandığı xəbəri yayıldı. Məlumat Alyansdan təkzib edilsə də təşkilatın «Feysbuk» səhifəsində ən son ötən ilin noyabr ayının 16-da aktivlik olub. Donald Tramp da daxil olmaqla bir xeyli nüfuzlu konqresmen təşkilatın uzvləri idi. Nazir oğlu Konqresin Xarici Əlaqələr Komitəsinin keçmiş sədri Dan Bartona təşkilatda yüksək maaşlı iş verərək onu Alyansın icraçı direktoru təyin etmişdi. Bəzi məlumatlara görə, təşkilata ayda 3 milyon dotasiya ayrılırdı. Ölkəsinin Ədliyyə Nazirliyinin qeydlərinə istinad edən Sunlight Fondunun məlumatına görə Alyans 2011-2014-cü illərdə Vaşinqtonda 10 mln. dollara yaxın vəsait xərcləyib. A.Məmmədovun bu təşkilatda fəaliyyəti əsasən Vaşinqtonda hər dəfə 600-700 adamın qatıldığı qala-ziyafətlər və təntənəli Azərbaycan gecələri keçirmək olub. Ziyafətə qatılanlar konqresmenlər, senatorlar, səfirliklərin nümayəndələri, diaspor üzvləri, rəsmi şəxslər idi. Təşkilatın bağlanması Məmmədovlar ailəsinin biznesinin zəiflədiyi və qeyri-peşəkar menecmentlə əlaqələndirildi. Senatorları yedirtməyə pul qalmadığı bildirilirdi. Amerikanın “Mother Jones” online jurnalı “Donald Tramp mübahisəli azərbaycanlı oliqarxla ortaq biznes qurub” başlıqlı araşdırma yazısında nazir oğlunun sərvəti barədə bildirirdi ki, A.Məmmədovun rəhbərlik etdiyi “Garant Holding”in dəyəri 1 milyard dollardan çoxdur və o, “Tramp Hotel” brendi üçün ABŞ-da respublikaçıların prezidentliyə namizədi Donald Trampa 2,5 mln. dollar ödəyib. 



Uğursuz menecmentin nəticəsi

2015-ci ilin dekabr ayında A.Məmmədovun təsis etdiyi “National Geographic Azerbaijan” jurnalı da fəaliyyətini dayandırdı. Başqa bir məlumata görə, azyaşlı oxucular üçün nəzərdə tutulan “National Geographic Kids” jurnalı da buna qədər işinə son verib. Jurnalların bağlanmasına səbəb kimi isə maliyyə problemi göstərildi. ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin (The National Geographic Society) məşhur “National Geographic”in Azərbaycan dilində nəşr olunması ilə bağlı hələ 2014-cü ilin mart ayında “Garant Media Holding” ilə ABŞ-ın Milli Coğrafiya Cəmiyyəti müqavilə imzalamışdı. 

Yayılan məlumatlarda qeyd olunur ki, “Bank of Azerbaijan” “ZQAN Holding”in tərkibinə daxildir. 2013-cü il yanvarın 22-dək A.Məmmədov “Bank of Azerbaijan”nın sənədlərində səhmlərin 81%-nin sahibi kimi göstərilib. Həmin vaxtlarda bank səhmlərinin 18%-i də onun müşahidə şurasının sədri olmuş “Hafka” ləqəbli H.Məmmədovun qardaşı Mübariz Məmmədova məxsus olub. A.Məmmədov bankın səhmlərini satandan sonra qiymətli kağızlar H.Məmmədovun əlində cəmlənib. 

H.Məmmədovun oğlanları Kənan və Sənan hər biri 43%, qardaşı Mübariz 13% səhm sahibi idi. Beləliklə səhm-nəzarət paketinə H.Məmmədovun ailəsi nəzarət edirdi. Yeri gəlmişkən, H.Məmmədovun rəhbərlik etdiyi "Baglan Group" ilə A.Məmmədovun rəhbərlik etdiyi holdinq arasında ortaqlıq və bunun sayəsində “Bağlan Group”-un nəqliyyat sektorunda imtiyazlı mövqe tuta bildiyi ortaya çıxmışdı. 2014-cu il may ayının 22-də isə bank rəhbrəliyi tərəfindən keçirilən toplantının nəticəsində H.Məmmədov bankın müşahidə şurasının sədrliyindən, qohumları isə üzvlüyündən uzaqlaşdırılıb. Bu ilin yanvarın 18-də isə Mərkəzi Bank “Bank of Azerbaijan” ASC-nin lisenziyasını ləğv edib. Səbəb kimi məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyi, məcmu kapitalın adekvatlıq əmsalının 3 faizdən az olduğu, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyi göstərilib. Fevral ayında 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi “Bank of Azerbaijan” ASC-ni müflis elan edib və iflas prosedurunu başladıb. Bankın müflis olması haqqında qətnamə fevralın 1-də çıxarılıb. “Əmanətlərin Sığortalanması Fondu” ləğvedici təyin edilib. 



Daş qayadan nə apara bilər ki?

Nazir oğlu 2013-cü ildə Qubada Qolf Klubu açmışdı, O, həm də Azərbaycan Qolf Federasiyasının prezidenti seçilib. Amma çoxdandır oralarda görünmür. Bir müddət əvvəl nazir oğlunun AQF rəhbərliyindən uzaqlaşdırılacağı da yayılan xəbərlər arasında idi. Məmmədovların daha bir biznes aktivi - Qubadakı "Rixos Quba" otelinin də əllərindən alındığı, otelin başqa mülkiyyətçiyə keçdiyi bildirilirdi. A.Məmmədovun şirkəti və bir vaxtlar Bakının sərnişindaşıma nəqliyyatında inhisarçı olan "Transgate" MMC-yə məxsus bütün avtobus marşrutları şirkətdən alınıb. 

Atası Z.Məmmədovun da səlahiyyətlərinin çoxu bir-bir əlindən çıxarılıb. Belə ki, dövlət mülkiyyətində və ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yolları Nəqliyyat Nazirliyindən alınaraq, "Azəravtoyol” ASC-nin balansına verilib. Nəqliyyat sektoruna aid bir sıra səlahiyyətlər də «ASAN xidmət»ə, bəziləri də Dövlət Yol Polisinə keçib. Ötən il çıxarılan qərar görə taksilərin, yük avtomobillərinin və sərnişin avtobuslarının fəaliyyətinə, sərnişin və yükdaşıma qaydalarına (lisenziyalaşdırma, vergilərin ödənilməsi, fərqlənmə nişanı və s. məsələlərə) riayət etmə, həm də yol hərəkəti qaydalarına riayət etmə baxımından yalnız Dövlət Yol Polisi nəzarət edir. Buna qədər “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyindən tabeliyindən çıxarılmışdı.

Həmçinin sərnişidaşıma NN-dən alınıb. Keçən il Bakı Nəqliyyat Agentliyi yaradılıb. NN- dəki Avtonəqliyyat Xidmətinin sərnişindaşıma ilə bağlı və Nəqliyyatın Intellektual Idarəetmə Mərkəzinin funksiyaları da həmin quruma verilib. Nazirin təkcə səlahiyyətləri və biznesi əlinən alınmayıb, onun kadrları da işdən çıxarılıb. 

Amma bütün bunlar Z.Məmmədovun ailə biznesinin bərk sarsıldığını söyləməyə yetərli deyil. Çünki, piramidadan yalnılz bir neçə parça düşüb. Ailənin əsas biznesi xaricə “daşınıb”. Nazir oğlu hazırda Londonda yaşayır. Onun «Feysbuk» səhifəsi sonuncu dəfə aprelin 5-də yenilənib.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Məktəbəqədər təhsildə dövlət-valideyn-özəl əməkdaşlığı modeli tətbiq ediləcək (FƏRMAN)

Məktəbəqədər təhsildə dövlət-valideyn-özəl əməkdaşlığı modeli tətbiq ediləcək (FƏRMAN)

19.06.2026
İmişlidə sevgi münasibəti oğurluğa səbəb oldu: Qız cəza aldı, oğlan isə..

İmişlidə sevgi münasibəti oğurluğa səbəb oldu: Qız cəza aldı, oğlan isə..

19.06.2026
Temperatur 7 dərəcə enəcək: Yağış yağacaq, şimşək çaxacaq

Temperatur 7 dərəcə enəcək: Yağış yağacaq, şimşək çaxacaq

19.06.2026
Vüsal Aslanov onlara yeni vəzifə verdi (FOTO)

Vüsal Aslanov onlara yeni vəzifə verdi (FOTO)

19.06.2026

"Səbail" yeni baş məşqçisinin adını açıqladı

19.06.2026
Xalq artistinin anası vəfat etdi

Xalq artistinin anası vəfat etdi

19.06.2026
Flora Kərimovanın evə buraxılacağı vaxt məlum oldu

Flora Kərimovanın evə buraxılacağı vaxt məlum oldu

19.06.2026

"İşimizi təhvil versək də, aylardır maaş ala bilmirik" (VİDEO)

19.06.2026
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - Səbəb açıqlandı

Azərbaycanda yumurta kəskin ucuzlaşdı - Səbəb açıqlandı

19.06.2026
Bu şəhərdə Azərbaycan səfirliyi açılır (SƏRƏNCAM)

Bu şəhərdə Azərbaycan səfirliyi açılır (SƏRƏNCAM)

19.06.2026
Prezident dağıstanlı siyasətçi Qurban Qurbanova

Prezident dağıstanlı siyasətçi Qurban Qurbanova "Dostluq" ordenini təqdim etdi (FOTO)

19.06.2026
Vilayət Eyvazov sıra baxışı keçirdi (VİDEO)

Vilayət Eyvazov sıra baxışı keçirdi (VİDEO)

19.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Məktəbəqədər təhsildə dövlət-valideyn-özəl əməkdaşlığı modeli tətbiq ediləcək (FƏRMAN)

Məktəbəqədər təhsildə dövlət-valideyn-özəl əməkdaşlığı modeli tətbiq ediləcək (FƏRMAN)

19.06.2026
İmişlidə sevgi münasibəti oğurluğa səbəb oldu: Qız cəza aldı, oğlan isə..

İmişlidə sevgi münasibəti oğurluğa səbəb oldu: Qız cəza aldı, oğlan isə..

19.06.2026
Temperatur 7 dərəcə enəcək: Yağış yağacaq, şimşək çaxacaq

Temperatur 7 dərəcə enəcək: Yağış yağacaq, şimşək çaxacaq

19.06.2026
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
Konfrans Liqası:

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az