• Xəbər lentİ
Fləş

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

20:12 / 16.06.2026

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

19:12 / 16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

18:23 / 16.06.2026

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16:21 / 16.06.2026

Zeynəb Xanlarova konsert verəcək?

14:36 / 16.06.2026

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

13:58 / 16.06.2026

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

13:50 / 16.06.2026

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

10:37 / 16.06.2026

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

10:17 / 16.06.2026

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

10:17 / 15.06.2026

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

00:21 / 15.06.2026

Azərbaycanda Milli Qurtuluş Günüdür

00:10 / 15.06.2026

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

23:28 / 14.06.2026

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

23:27 / 14.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə, 17 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

Cırcırama və sisək - Yasunari Kavabatanın novellası

13:55 12.06.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Bu gün yapon yazıçısı, Nobel mükafatı laureatı Yasunari Kavabatanın (1899-1972) doğum günüdür. Kulis.az onun "Cırcırama və sisək" hekayəsini təqdim edir


Universitetin kərpic hasarını ötüb məktəb binasına çatdım. Həyət ağ ştaketlə hasara alınmışdı. Quru otların əhatəsində çiçəkləyən sakura ağacından cırıltı eşidilirdi. Addımlarımı yavaşıdıb, ətrafı dinləməyə başladım. Dinlədiyim cırcırama nəğməsinin ömrünü uzatmaq üçün hasar boyu getdim, əvvəlcə sağa, sonra sola döndüm. Hasarın arxasında torpaq qalağı vardı, sıra ilə portağal ağacları əkilmişdi. Oranı sonadək keçdim və o an tələsdim, gözlərim parladı: düzbucaq şəkilli torpaq qalağının arxasında kağız fənərlər rəngdən-rəngə çalır, alışıb-yanırdı - hansısa gözdən-könüldən uzaq bir kənddə əsl bayram idi. Gedib onlara çatana qədər uşaqların torpaq qalağında cırcırama tutduqlarını başa düşdüm.

Təxminən iyirmiyə qədər fənər vardı. Aralarında qırmızısı da, yaşılı da, sarısı da gözə dəyirdi. Digər, balaca, al-qırmızı rəngli fənər şübhəsiz, fabrik istehsalına oxşayırdı. Yerdə qalanlar isə - sadə, düzbucaqlı və füsunkar idi - yəqin, uşaqlar özləri düzəltmişdilər. Əgər, heç kəsə lazım olmayan bu torpaq qalağının ətrafına iyirmiyə yaxın əli bir-birindən gözəl fənərli uşaq yığışmışdısa, demək, nəsə, qeyri-adi bir şey baş vermişdi.

Bax, məsələn… Necə olubsa bir axşam oğlanlardan hansısa torpaq qalağında cırcırama səsi eşidib. Gedib köşkdən bir qırmızı fənər alıb və ertəsi gün onları axtarmağa başlayıb. Bir gün sonra ona başqa bir oğlan da qoşulub. Onun fənər almağa pulu olmayıb. Bu səbəbdən də karton qutu götürüb, kənarlarını qayçı ilə kəsib, nazik kağız yapışdırıb. Sonra da dibinə bir şam bərkidib, ipdən asıb. Fənər hazırdır. 

Və budur, uşaqların sayı beş olub, sonra - yeddi. Sonra ağıllarına gəlib ki, kağız üzərində rəngli şəkillər çəksinlər. Sonra bizim rəssamlar başa düşüblər ki, qutunun divarlarında dairələr, üçbucaqlar, yarpaqlar kəsmək, hətta öz adlarının heroqliflərini yazmaq, balaca pəncərələrə rəngli kağızlar yapışdırmaq olar. Onlar da bu kağızları gah qırmızı, gah yaşıl, gah da ürəkləri istəyən bir rəngə boyayıblar. Gözəl alınıb. Budur, fabrik istehsalı olan qırmızı fənərlilər onları zibilliyə tulladılar, başqa uşaqlar da öz sadə əl işindən qurtuldu. Hamıya elə gəldi ki, dünənki fənər artıq, bir işə yaramaz və onda, qutu, kağız, fırça, qayçı, cib bıçağı, yapışqan işə düşdü - axı qeyri-adi bir şey düzəltmək lazım idi! Qəribə bir fənər! Ən gözəlini! Bax, uşaqlar da öz ovlarına elə fənərlərlə başlamışdılar…

Nə isə… uşaqların və torpaq qalağının əhvalatını danışdım sizə.

Uşaqlara baxarkən yerimdə donub qaldım. Dördbucaqlı fənərlər köhnə kitablardakı şəkillərlə bəzədilmişdi. Amma orada təkcə çiçəklər yox idi, uşaqların adları da fənərlərə bəzək verirdi. İsixiko, Ayako… Yox, bunlar xüsusi fənərlər idi, beləsindən mağazada tapa bilməzsən. Baxmayaraq ki, onların divarları kartondan düzəldilmişdi, amma dəliklərə - nazik, rənglənmiş kağızlar yapışdırılmışdı, şam işığı ancaq bu balaca pəncərələrdən yayılırdı. İyirmiyə yaxın rəngbərəng ləkə yerə sərilmişdi. Uşaqlar çömbəlib oturaraq, bir yerə yığdıqları cırcıramaların səsini dinləyirdilər. 

"Budey, cırcırama! Kim istəyir?" - qəflətən, oğlanlardan biri çığırdı. O, digər uşaqlardan bir qədər kənarda dayanıb, gözlərini otluğa dikmişdi. "Ver, ver!" - o an bir neçə uşaq həmin oğlanın üstünə cumdu, onu dövrəyə aldılar, həyəcanla otluğa baxmağa başladılar. Oğlan ona uzanan əli geri itələdi, cırcırama oturan yeri eşələməyə başladı. Sol əli ilə fənəri başı üstə qaldırıb yenidən çığırdı, amma bu dəfə onun bir qədər əvvəlki çığırışına məhəl qoymayanları səslədi: "Cırcırama, cırcırama! Kim istəyir?"

Bir neçə uşaq da ona tərəf qaçdı. Onların cırcıraması-zadı yox idi.

"Cırcırama, cırcırama! Kim istəyir?"

Uşaqların sayı bir qədər də artdı.

"Mənə ver! Mənə ver!" -həmin xoşbəxt oğlana yaxınlaşan qız arxadan çığırdı. Oğlan başını astaca ona tərəf çevirdi, fənəri sağ əlinə aldı, sonra da sol əlini otluğa tərəf uzadaraq:

- Budey! - dedi.

- Ver də, ver, nə olar!

Həmin oğlan tam dikəldi, qalib görkəm alaraq sıxılmış ovcunu irəli uzatdı. Qız fənərin ipini biləyinə keçirib, hər iki əli ilə onun ovcundan yapışdı. Oğlan ovcunu ehtiyatla açdı, qız işarət və baş barmağı ilə həşəratdan yapışdı.

- Eee, sən də qoy görək! Bu ki cırcırama deyil! Bu, əsl sisəkdir! - Qız bu qəhvəyi rəngli cücünü görəndə, gözləri bərəldi.

"Sisək, sisək!" -  uşaqlar səs-səsə verib həsədlə çığırışdılar. "Əsl sisək!"

Qız ağıllı gözlərini öz xeyirxahına dikdi, cəld qurşağından bir qutu çıxarıb sisəyi onun içinə qoydu. "Hə, əsl sisəkdir", - oğlan mızıldandı, əlindəki qırmızı fənəri qızın üzünə saldı. Qız qutunu gözlərinə yaxınlaşdırıb həyəcanla sisəyə baxdı.

Oğlan diqqətlə qıza göz qoyurdu. Qızın xoşbəxt təbəssümü onu ələ verirdi. Bu mənzərəni lap başından izlədiyim üçün, yalnız indi onun fikrini başa düşdüm və öz fəhmsizliyimdən heyrətə gəldim. Bu an növbəti dəfə çaşıb qaldım. Bir ora baxın! Nə qız, nə oğlan, nə onlara baxan uşaqlar bu məqama fikir verməmişdilər. Amma qızın sinəsində solğun yaşıl rənglə yazılan qeyd dəqiq seçilirdi - Fudzio. Əlindəki fənəri qutuya doğru tutan oğlan qızın ağ rəngli donuna çox yaxın idi və oğlanın adı - Fudzio -  kəsilmiş yaşıl heroqliflər qızın sinəsində işıq saçırdı. Qızın fənəri sol biləyindən asılıb qalmışdı. Qırmızımtıl ləkə oğlanın qarnında yellənirdi, heroqliflər titrəyirdi, amma buna baxmayaraq, istəsən, qızın adını oxuya bilərdin. Adı Kiyeko idi. Kiyeko da, Fudzio da bu yaşıl-qırmızı işıq oyununu görmürdülər. Bir də ki, bu, doğrudanmı oyun idi?  

Tutaq ki, bu uşaqlar Fudzionun Kiyekoya sisək hədiyyə etdiyini hər zaman xatırlayacaqlar. Amma Fudzio öz adının yaşıl heroqliflərinin Kiyekonun yaxasına yazıldığını yatsa yuxuda da görməz. "Kiyeko" yazılmış qırmızı heroqlifləri isə - öz qarnında; elə Kiyeko da öz sinsəində "Fudzio" adı yazılmış yaşıl heroqlifləri, oğlanın paltarındakı adı yazılmış qırmızı yazıları…    

And verirəm səni, oğlan, elə ki, yaşa doldun, de: "Budey, cırcırama!" və Kiyekoya sisək hədiyyə elə. Qoy qız desin: "Doğrudan?" Və sən, Fudzio, o anda qızın sevincini görərsən və hər ikiniz gülümsəyərsiz. Sonra bir də deyərsən: "Budey, sisək!" və ona cırcırama bağışlayarsan. Və Kiyeko məyus halda deyəcək: "Doğrudan?" və siz yenə birlikdə gülümsəyərsiz.


Və bir də… Axı sən, Fudzio, ağıllı oğlansan, yaxşı bilirsən ki, digər uşaqlardan aralı dolaşıb otluqda cırcırama axtarsan da, tapa bilməzsən, amma özünə cırcırama-qız taparsan və elə bilərsən ki, o - sisəkdir. Amma nəhayət, ürəyini buludlar alacaq, bir gün başa düşəcəksən ki, hətta əsl sisək belə - sadəcə, cırcıramadır. Mənsə təəssüf edirəm, sən hələ də öz fənərinin gözəl yaşıl parıltısını, Kiyekonun sinəsində gizlənən həmin o möhtəşəm ləkəni görmürsən.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Konfrans Liqası:

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Avropa Liqası:

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

16.06.2026
Zeynəb Xanlarova konsert verəcək?

Zeynəb Xanlarova konsert verəcək?

16.06.2026
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16.06.2026
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

16.06.2026
Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

16.06.2026
24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

16.06.2026
İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

16.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Konfrans Liqası:

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Avropa Liqası:

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az