• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Gündəm

"Ərzaq təhlükəsizliyi məsələsi öz həllini tapacaq və idxaldan asılılığımızı daha da azaldacağıq"

19:32 05.06.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share



Ərzaq təhlükəsizliyi məsələsi öz həllini tapacaq və idxaldan asılılığımızı daha da azaldacağıq

Bunu Goranboy rayonunda “Region Agropark”ın açılışında iştirak edən Prezident İlham Əliyev aqroparkın kollektivi ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: “Goranboy aqroparkının açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Çox gözəl hadisədir. Goranboy rayonunun iqtisadi potensialının möhkəmlənməsində bu aqroparkın çox böyük rolu olacaq. Dövlət öz dəstəyini növbəti dəfə göstərmişdir. Bildiyiniz kimi, Azərbaycanda aqroparkların yaradılması dövlət xətti ilə həyata keçirilir. Dövlət özəl sektora daim diqqət və dəstək göstərir. Vaxtilə istifadəsiz qalmış bu ərazidə dövlət xətti ilə böyük infrastruktur layihələri icra edilmişdir. Yollar, qaz, elektrik və su xətləri çəkildi, suvarma işləri görüldü, dövlət xətti ilə ən müasir texnika alındı. Bu texnikanın bir hissəsi burada nümayiş etdirilir. Bu, dünyanın ən aparıcı şirkətinin texnikasıdır. Dövlət xətti ilə 40-dan çox texnika gətirilmiş və bu aqroparka lizinqə verilmişdir”.

İlham Əliyev bildirib ki, dövlət tərəfindən bu aqroparkın yaradılmasına 35 milyon manat vəsait ayrılıb: “Bildiyiniz kimi, bu aqroparkın ərazisi 4700 hektardır və bu torpaqlardan istifadə olunmurdu. İndi isə burada gözəl işlər görülüb, özəl sektor öz tərəfindən vəsait qoyubdur. Mənə verilən məlumata görə, özəl investisiyaların həcmi 30 milyon manatdır. Beləliklə, biz görürük ki, dövlət-özəl sektor partnyorluğu gözəl nəticələrə gətirib çıxarır. Böyük investisiyalar qoyulur və bu investisiyaların böyük səmərəsi olacaqdır. Burada yüzlərlə iş yeri yaradılır, yerli istehsal təşkil olunur. Burada bir çox kənd təsərrüfatı məhsulları yetişdiriləcək və əminəm ki, ölkə bazarına, xarici bazarlara çıxarılacaqdır”.

Prezident vurğulayıb ki, bütövlükdə bu gün Azərbaycanda aqroparkların yaradılması geniş vüsət alıb: “Nəzərdə tutulan 45 aqroparkdan 4-ü artıq istifadəyə verilib: Yalama, Şəmkir, Cəlilabad və bu gün Goranboy rayonunda. Mən dördünün də açılışında şəxsən iştirak etmişəm. Bu, bir daha onu göstərir ki, dövlət bu məsələlərə çox böyük diqqət göstərir və dəstək verir. Bu 45 aqroparkın yaradılmasına 1,4 milyard manat sərmayə qoyulacaq, onun bir hissəsi qoyulubdur. Bu aqroparkların ərazisi 191 min hektara bərabərdir. Bax, bu qədər torpaq istifadəsiz qalmışdı. İndi isə tezliklə bu 45 aqroparkın yaradılması nəticəsində kənd təsərrüfatı məhsullarımızın istehsalı böyük dərəcədə artacaq. Beləliklə, ölkə qarşısında duran əsas vəzifələrdən biri – ərzaq təhlükəsizliyi məsələsi öz həllini tapacaq və biz idxaldan asılılığımızı daha da azaldacağıq.

Mənə məlumat verilib ki, məhsuldarlıq da çox yüksəkdir. Arpada hektardan məhsuldarlıq 50 sentnerdir, hesab edirəm ki, buğda da ən azı bu qədər olmalıdır. Yəni, burada ən müasir texnologiyalar tətbiq olunur, o cümlədən müasir suvarma texnologiyaları, pivot suvarma sistemləri quraşdırılır. Bu sistemlərin tətbiqi Azərbaycanda geniş vüsət alacaq. Bu məqsədlə artıq bu sistemlərin istehsalı ölkəmizdə təşkil edilibdir ki, xaricdən asılılıq azalsın və xaricə valyuta getməsin”.

Dövlət başçısı deyib ki, beləliklə, aqroparkların yaradılması və fəaliyyəti nəticəsində ərzaq təhlükəsizliyi məsələləri öz həllini tapacaq, işsizliyin azaldılması ilə bağlı əlavə addımlar atılacaq, yerli istehsal inkişaf edəcək, ixrac imkanlarımız genişlənəcək: “Çünki burada yetişdiriləcək məhsullar ixracyönümlü məhsullardır. Ölkəmizdə kənd təsərrüfatı ilə bağlı siyasətimiz uğurla icra ediləcəkdir. Kənd təsərrüfatına böyük diqqət göstərilir. Azərbaycanda kənd təsərrüfatı prioritet sahələrdən biridir. Bundan sonra biz bu siyasəti ancaq ən müasir texnologiyalar və elmi əsaslar üzərində aparacağıq.

Bu aqroparkın yaradılması məni çox sevindirir. Çünki bu gün biz siyasətimizin real nəticələrini görürük. Bu, bir daha göstərir ki, biz düşünülmüş siyasət aparırıq. İstər sənaye, istər kənd təsərrüfatı istehsalı, istərsə də infrastruktur layihələrinin icrası ilə bağlı işlər ən yüksək səviyyədədir. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu dünyada yol infrastrukturu ilə bağlı reytinqini açıqlamışdır. Bu reytinqə görə, Azərbaycan MDB məkanında yol infrastrukturu üzrə 1-ci, dünya miqyasında isə 36-cı yerdədir. Azərbaycanda nəinki yol infrastrukturu, bütün infrastruktur ən yüksək səviyyədədir, o cümlədən Goranboy rayonunda. Baxın, son illər ərzində nə qədər böyük işlər görülmüşdür. Goranboy rayonunda bir neçə yol layihəsi icra edilmişdir. Onlardan ikisi bu gün açılır. Bütövlükdə bu layihələrin icrası nəticəsində artıq rayon əhalisinin 60 faizi təmir edilmiş yollarla təmin edilir. Gələn il bir yol layihəsi icra ediləcək. O da 15 məntəqəni əhatə edəcək. Beləliklə, demək olar ki, Goranboy rayonunun əsas yol infrastrukturu tamamilə yenidən qurulacaqdır.

Goranboy rayonunda elektrik xətləri çəkilib, elektrik təchizatı həll olunub, iki yarımstansiya inşa edilib, biz onlardan birini bu gün istifadəyə verəcəyik. Ev təsərrüfatlarının 95 faizi qazlaşdırılıb, içməli su təchizatı məsələsi hələ 4 il bundan əvvəl öz həllini tapıb. Mən sonuncu dəfə burada olarkən biz içməli su layihəsini istifadəyə verdik. Suvarma ilə bağlı işlər yüksək səviyyədədir. Bax, bu aqroparkda 4700 hektar torpaq suvarma suyu ilə təmin ediləcəkdir. Şəmkirçay su anbarının tikilməsi nəticəsində yaranmış o süni gölün potensialından istifadə edirik. Goranboy rayonunda əlavə 8 min hektar, eyni zamanda, Samux rayonunda bir neçə min hektar torpaq su ilə təmin ediləcəkdir. Yəni, Goranboy rayonunun timsalında görülən işlərin mahiyyəti və əhəmiyyəti budur. İnfrastruktur layihələri, sosial infrastrukturla bağlı layihələr demək olar ki, tam icra edilib. Goranboy rayonunda 40-dan çox məktəb təmir edilib və tikilibdir. Hazırda 130 çarpayılıq mərkəzi rayon xəstəxanasının tikintisi gedir, bu ilin sonuna qədər istifadəyə verilməlidir. Xalça fabriki tikilir, yenə də bu ilin sonuna qədər istifadəyə verilməlidir. Yəni, bütün bu işlər onu göstərir ki, ölkəmiz uğurla, inamla inkişaf edir. Bütün regionlar inkişaf edir”.

Azərbaycan Prezidenti qeyd edib ki, regionların kompleks inkişaf konsepsiyası həyatda öz əksini tapır. İş yerləri, yerli istehsal yaradılır: “Bir daha deyirəm ki, dünyanın bir nömrəli şirkətinin texnikası bu gün Goranboydadır, ölkəmizin hər bir yerindədir. Biz son illər ərzində kənd təsərrüfatı üçün minlərlə texnika almışıq və yenə də alacağıq. Bir daha demək istəyirəm ki, bu aqroparkın yaradılması bizim uğurlu siyasətimizin təzahürüdür, onun göstəricisidir. Mən bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm, sizə uğurlar arzulayıram. Sağ olun”.


MilliYol.Az

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az