• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

“Müstəqil Kürdüstan” dövləti İsrail parlamentində

16:24 05.06.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Millət vəkili Zahid Oruc yazır...

Knesset-İsrailin qanunverici orqanı Yaxın Şərqin siyasi xəritəsini dəyişmək üçün konkret hərəkətə keçib.

Parlamentin əsas partiyaları “müstəqil Kürdüstan” dövlətinin tanınmasını nəzərdə tutan layihəni müzakirəyə təqdim ediblər və görünən odur ki, hazırda hakimiyyətdə olan iki siyasi qüvvənin təşəbbüsü onların rəhbərlərinin prinsipial mövqeyindən irəli gəlir, cari maraqların məcmusu deyil və belədə sənədin qəbuluna şübhə yeri qalmır. Baş nazir Benyamin Netanyahu və müdafiə naziri Aviqdor Libermanın müvafiq olaraq, ”Likud və İsrail-bizim ev” təşkilatları son bir ildə fəal şəkildə kürdlərin siyasi haqlarını qlobal-regional müstəviyə daşımağa çalışıblar və hazırki cəhdlər də daxildə xal uğrunda yarışdan daha çox milli mənafelərə cavab verən strategiya təsiri bağışlayır.

Əslində ötən ilin sentyabrında İraqın bölünməsinə xidmət edən müstəqillik referendumu bir çoxlarının nəzərində Suriyadakı məğlubiyyətin əvəzini kürd dövlətini qurmaqla çıxmağa çalışan Qərbin İŞİD erasının bitməsindən dolayı ehtiyat tədbiri sayıla bilərdi.Elə o zaman bir çoxlarının tərəddüdlü davranışlarına rəğmən Tel-Əviv xalq səsverməsinin nəticələrini tanımağa qalxdı.O biri yandan, Ağ Evdən verilən reaksiyalar İrak və Türkiyə hökumətini sakitləşdirməyə xidmət etsə də, o zamankı dövlət katibi Reks Tillersonun Məsud Bərzaniyə məxfi məktublarında peşmərgələrin Əsəd rejimi və terror əleyhinə mübarizələrinin yekununda ələ keçirdikləri ərazilərdə hansı bayrağı qaldırmaları açıq göstərilirdi.Deməli, ən azı iki güclü siyasi paytaxtın razılaşması olmadan kiminsə belə təhlükəli nəticələr doğuran separatizmə özbaşına əl atması mümkün deyildi.Qan tökməyin və islam mücahidləri ilə savaşda itkilərə məruz qalmağın mükafatı başqa cür verilməliydi.Hər halda Yaxın Şərqin ən döyüşkən xalqını silah və pul cəhətdən əldə saxlayanlar vuruşmağa qadir bir milləti gələcəkdə ən azı 3 hədəfə qarşı yönəldə biləcəkdilər.

Ankaradan verilən sərt reaksiyaların və hədələrin, Tehranın İrakın o vaxtkı hökumətinə göstərdiyi əskəri yardımın nəticəsində nəinki müstəqilləşmə hərəkatını boğmaq mümkün oldu, eləcə də Şimali Kürdüstan Mosul və Kərkük ətrafında onun üçün çox əhəmiyyətli əraziləri də itirdi.Təbii ki, İsrail o vaxtlar qeyri-rəsmi qaydada aldığı neft sisternlərinə görə yalnız daxili yanacaq tələbatını ödəməyin arxasınca getmirdi, eləcə də Bərzani klanı Bağdadın razılığı olmadan yaxın qonşularına ixrac etdiyi enerji resursundan qazandığı pulları dövlətçiliyini qorumağa yönəldirdi və hamıya aydın idi ki, əgər boru kəmərləri bağlansa, nə döyüşən ordunu ayaqda saxlamaq mümkün olacaq, nə də hakimiyyəti.

Lakin əsas məsələ Yaxın Şərqdə İranın artan hərbi iştirakının qarşısını almaqdır.Əgər yaxın bir neçə ilin hadisələrini təkrar xatırlasaq, 4 il əvvəl Əsəd rejiminin yıxılması hamıya qaçılmaz görünürdü. O zaman Rusiya və Türkiyənin münasibətləri kifayət qədər yüksək səviyyədə də olsa, Tehranın xarici siyasət təşəbbüsləri Moskva və Ankara tərəfindən müdafiə olunmurdu. Qərbin Parisdə və Londonda yaratdığı böyük koalisiyaların Suriyanın siyasi gələcəyini tam öz əlinə aldığı bir zamanda dövrəyə heç kəsin ağlına gəlməyən “üçlərin ittifaqı” girdi.Əsədin ölkəsinə tam nəzarəti itirdiyi şəraitdə mürəkkəb hərbi teatr səhnəsinə Türkiyədən, Rusiyadan real silahlı dəstək almaq həqiqətən də o vaxtkı İran siyasətinin uğuru sayıla bilər. Nəticədə Yaxın Şərq arealında ən azı Hizbulahdan,Yəmən şiə dəstələrindən və Pakistandan gələn eyni dini məzhəb daşıyıcılarının hesabına o regionda böyük nüfuza yiyələnmiş İran hərbi generalı Qasım Süleymaninin rəhbərliyi altındakı qüvvələrin sayı 120 minə çatdı.ABŞ və İsrailin son aylar ərzində şiə ordualrı bazalarına endirdikləri zərbələrin sayı-hesabı olmasa da böyük regional savaş açaraq bütün İran silahlı birləşmələrini Suriyadan çıxarmaq real görünmür.

Əvəzində İrakda seçkilərdən sonra hakimiyyəti formalaşdırmaq uğrunda mübarizə yenidən şiddətlənib.Müqtəda əs Sədrin bütün cəhdlərinə baxmayaraq, özünün geniş əlaqələri və məxfi kanalları hesabına general Süleymani Qərbin istədiyi rejimin qarşısına fərqli bir koalisiya ilə çıxmağa çalışır.Belə şəraitdə kürdlər də İranın müttəfiqi kimi qarşıdakı siyasi layihələrdə iştirak etməyə qadirdilər.

Ağ Evin İran əleyhinə son həmlələri həmin siyasətin ayrılmaz hissəsi olan İsrailin ultimatumlarını daha da gücləndirib.Günlər öncə Netanyahu Tehran rejimini Suriyadan çıxmağa çağırdı, hətta BMT-də onları 3-cü ölkələrdə müharibə aparmağı qadağan edən qətnamə çıxardılar, amma Xamenei xanədanını bu yolla böyük islam coğrafiyasının yenidən bölüşdürüləməsi uğrundakı qanlı savaşlardan uzaqlaşdırmaq o qədər real deyil.Ona görə də hamı kürd kartından öz mənafeyi üçün yararlanıb balansı təmin etməyə çalışır.Amma Türkiyə son aylar daha mütəhhərik siyasət yürüdürək, özünü çox uğurlu bir şəkildə kürdlərin də vətəni və dövləti kimi aparmağa çalışır, o biri yandan İsrailin artan təzyiqinin qarşısını almaq üçün ilk növbədə, Birləşmiş Ştatlarla dil taparaq, regiona ixrac edilən xaosun, yəni, silah və maliyyə kütləsinin qarşısını kəsməyə cəhd edir.

O biri yandan İran 9 mayda Putinlə çiyin-çiyinə faşizm üzərində qələbənin 73-cü ildönümünü qeyd edən İsrail rəhbərinin rus dövlət başçısı ilə Yaxın Şərqdə uzlaşma tapacağından ehtiyatlanaraq, Suriyada yaranmış müvəqqəti pauzanın yerini daha amansız müharibənin tutacağı təqdirdə ondan hansı yolla çıxacağını düşünür.Bəli,əsil absurd teatrı adlana bilər.Bəlkə də 2-ci dünya müharibəsının sonu belə dramatizmə malik olmamışdı.Yeni-yeni cəbhələr açmaq tələb olunur, lakin kimə qarşı? Nəticəsi nə olacaq? Hadisələrin gələcəyini proqnozlaşdırmaq üçün burada dahi olmağa ehtiyac yoxdur.İranın Yaxın Şərqdən qoparılması istəyi milyonlarla müsəlmanın itkisi və humanitar fəlakətinə səbəb olacaq.
Ona görə də Kürdüstan dövlətini qanlı gölməçələrdə inşa etmək istəyi islam arealındakı qeyri-sabitliyi daha da gücləndirəcək. Digər tərəfdən, xaricdə saxlanan İran, Rusiya, Türkiyə, Səudiyyə və Amerika ordularını təmin və təchiz etmək milyardlarla dollara başa gəlir ki, bunlar da öz xalqlarının boğazından kəsilən vəsatilərdir.Nə vaxta qədər bu sümürgənliyin davam edəcəyini isə heç kəs bilmir.

Obamanın mirasının təftişi üzərində Ağ Evə yiyələnən Donald Tramp administrasiyası düz 2 dəfə Suriyadan çıxacağını bəyan etsə də, regionu kiməsə verib sifətini tam itirərək meydandan çıxmaq istəmir.Onda haqlı olaraq, hər bir yerli vətəndaş soruşacaq ki, son 20 ildə xərclənən trilyonların nəticəsində əldə olunan sabit siyasi rejimlər, geosiyasi nailiyyətlər və iqtisadi qazanclar nədən ibarətdir?

Lakin orası da var ki, ən qəzəbli seçici xarakteri iri media holdinqlərinin yaratdığı informasiya dumanında boğulub nəzərdən itir və bir də növbəti dünya ekspansiyası zamanı dirçəlib qulaq aparır!

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az