• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

Çin-ABŞ ticarət savaşı bitdi: Asiya nəhəngi qalib gəldi

20:40 25.05.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Dmitri Kosıryev

RİA Novosti, 24.05.2018

Nadir hadisədir: sənədin tezliklə artıq həftəsi tamam olur, onunla bağlı mübahisələr isə davam edir – bu müəmmalı kağız nəyi bildirir və ticarət savaşında kim qalib gəldi, ABŞ, ya Çin? Lakin yekunda beynəlxalq konsensus formalaşıb. Budur, “Washington Post”da tipik başlıq: “Çinlə danışıqları həvəskarlar aparıblar”. Amma heç cür peşəkarlar deyil. Həvəskarlar – əlbəttə, Amerika tərəfindəndir, o biri tərəfdə hər şey əksinəydi.

Söhbət ABŞ və Çinin onların – dünyanın iki ən böyük iqtisadiyyatı arasında ticarət savaşının olmayacağı haqda keçən cümə dərc olunmuş bəyanatı haqdadır. Çin baş naziri birinci müavini Lyu Henin gəldiyi Vaşinqtonda danışıqların növbəti raundunun yekunu bu cür olub.

Xatırladaq – hər şey isə ondan başlayıb ki, ABŞ Çinin polad, alüminium  idxalına gömrük rüsumları və başqa məhdudiyyətlər qoymaq hədəsi gəlib, sonra məsələ hay-tekə (yüksək texnologiyalara-red.) çatıb… Çinlilər Amerikanın kənd təsərrüfatı məhsullarına – ət, soya paxlasına sanksiya qoymaqla eyni cavabı veriblər. Hesab yüzlərlə milyard dollara qalxıb. Düzdür, yalnız hədələr səslənib: “Siz bu mala tarif tətbiq etsəniz, biz də ona tətbiq edəcəyik”.

Dünyanın mal və fond bazarları silkələndi. Hər şeydən əvvəl ona görə ki: mübahisə boş-boşuna deyil, durum ABŞ üçün ümidsizdir. ABŞ-ın məlumatına görə, Amerikanın Çinlə ticarəti keçən il kəsirlə 375 milyard dollara və Çin versiyasına görə, 276 milyard dollara çatıb. Amerika bir çox ölkələrlə ticarətdə uduzur, amma bu planda Çin liderlik edir.

Söhbət ABŞ-ın iqtisadiyyat kimi varlığından gedir. Büdcədəkiləri demirik, ticarətdəki kəsirlər Ştatların borcunu 21 trilyona qədər artırıb və sayğac işini davam etdirir. Dollar çap edən və yalnız buna görə hələ var olan ölkənin maliyyə iflasının necə görünəcəyini heç kim bilmir. Habelə bunun hansı anda baş verəcəyini də kimsə bilmir. Belə ki, bir dövlətin başqasına taruf hücumu ABŞ prezidentinin xasiyyətinin ziyankarlığından deyil, tamamilə izah olunan səbəblərdən baş verib.

Və, budur, həmin bəyanatın özündə oxuyuruq: hər şey arxadadır. Ticarət savaşı deyil, sonrakı danışıqlar olacaq. Əlbəttə, aydındır: tərəflər – hər ikisi – bir neçə ay qabaq bir-birini hədələdikləri tədbirlərdən o qədər güclü əziyyət çəkirlər ki, hər ikisi qorxub. Lakin onlar bundan sonra da eyni şeyi edəcəklər – dalaşacaq, sözləşəcək və alver edəcəklər, amma əvvəllər bəyan edilən fanatizm olmadan.

Deməli, bəs yekunda kim qalıb çıxıb? Bir yandan,  Amerika həmlə edib, indi isə geri çəkilir. Deməli, Çin duruş gətirib. Başqa yandan, Lyu Henin səfərinin  yekunları üzrə dərc edilən həmin birgə bəyanatda deyilir: Çin ABŞ-dan idxalı kəskin şəkildə artırmağa razıdır. Xüsusən də enerji daşıyıcıları və kənd təsərrüfatı məhsullarını. Arada sonradan təkzib olunan 200 milyard rəqəmi gözə dəyib.

Madam Çin “razıdır”, deməli, ABŞ deyil, o, geri çəkilib. Baş verənləri Rusiyada “bizimkilər”lə “onlar”ı savaşı kimi qəbul edənlər dilxor olublar.

Birjalar deyirlər ki, hər iki tərəf qalib gəlib. ABŞ-da bütün idekslər – Dow Jones və Nasdaq yüksəlib. Çində yeni birja gurultusu başlanıb, analitiklər etiraf edirlər ki, indi heç bir yatırımçı bu gerçəkliyə etinasız qala bilməz.

Amma, bu, indidir. Baş verənin ən önəmli qismi gələcəyə, yəni zaman amilinə aiddir. Təsəvvür edək ki, Çin və ABŞ birgə bəyanatlarında ümumi sözlərlə qeyd olunan niyyətləri yerinə yetirəcək. Amma buna neçə il tələb olunur və bu illərdə həm Çinin, həm də xüsusən ABŞ-ın başına nələr gələcək? Yəni Amerika, sadəcə, maliyyə fəlakətindən qurtulmağa macal tapacaqmı? Vaşinqton raundunun yekunları üzrə Çin iqtisadiyyatını isə (hələlik) heç nə təhdid etmir, Amerika miqyasında ölkənin borcu və kəsiri isə yoxdur.

İki nəhəngin toqquşmasının əsas hissəsi Çin hay-teki və bu cür məhsula intellektual mülkiyyət məsələsi idi. Tərəflər bu bölüm üzrə “əməkdaşlığın möhkəmləndirilməsi” uğrunda (deməyə söz yoxdursa, bax, bu cür ifadələr işlət) çıxış ediblər. Üstəlik, Çin bu mövzuda yeni qanunlar qəbul etməyə söz verib. Amma iş burasındadır ki, o, artıq uzun aylardır bunu belə, ya elə hazırlayır və müzakirə edirdi, çünki bu qanunlar hamıdan çox Çinin özünə gərəkdir.

Xatırlamamaq olmaz ki, Donald Tramp savaşın başlanğıcında Çin hökumətinin yüksək texnologiyalar istehsalına dəstəyini ləğv etməyi tələb edirdi. Yəni Pekinə açıqca onun strategiyasının əsas istiqamətindən illərlə qabaqcadan imtina etməyi təklif edirdi. Yekun bəyanatda bu haqda bir kəlmə də yoxdur. Bütün ekspertlər bunu da qeyd ediblər. Çinin Amerika mallarının alqısında “güzəştlər” haqda: bunlar heç bir güzəşt-zad deyil. Ölkənin milli inkişaf planı istənilən halda idxalın artırılmasını nəzərdə tuturdu, artıq bir ildən çoxdur bu haqda bütün rəsmi sənədlərdə danışılır.

Başlıcası isə Lyu Henin Pekinə dönəndən sonra dedikləridir. Ümumiyyətlə, kürəsəl və Çin siyasəti açıqca yeni ulduz qazanıb: soyuqqanlı Lyunun sifəti hazırda bütün dünyada tanınır. O, doğma torpaqda Vaşinqtondakı kimi görünürdü – xeyirxah, emosiyadan məhrum və sanki hətta hər şeydən əvvəl Amerikanın üzərinə düşən problemlərin həcmindən dilxor kimi.

Onun əsas fikri bundadır ki, tarif savaşının bir yol olmadığına razılaşan tərəflər indi ticarət balansının ciddidən tənləşdirilməsi haqda danışıqlara (yalnız danışıqlara!) başlamaq qərarına gəliblər. Lakin çox danışmaq lazım gələcək. Məsələn, Çinin təkcə dünyanın ən böyük istehlak bazarına deyil, həm də oldquca rəqabətli meydançaya çevrilməsi haqda. Hamı Çində nəsə, o cümlədən kənd təsərrüfatı məhsulları satmaq istəyir. Necə etməli ki, ABŞ-dan bu cür məhsul Çin istehlakçısının tələbatını ödəsin və qiymətdə digərlərinə qalib gəlsin? Hər şeyi həmişəki kimi: komissiyalar yaradılacaq, indi Amerika danışıqçıları Pekinə gedəcəklər…

Lyu həm də qısa, amma aydınca deyib ki, Amerikanın ticarət kəsiri problemi ABŞ-ın bütün iqtisadiyyatının problemidir və Amerika bütünlükdə disbalansdan qurtulması üçün çox iş görməli olacaq. Bunun nə qədər vaxt aparacağı çətin sualdır.

Çinin “Global Times” nəşri kinayə edir: “ABŞ istəyir ki, Çin planlı iqtisadiyyat üsuluyla kəsiri azaltmaqda Amerikaya yardım olsun. Çin bazar üsullarilə eyni şeyə nail olmaq istəyir”.

Və əlavə edir: məsələn, Çin biznesinin Amerika mallarını seçib alması üçün ABŞ öz daxili bazarını Çin şirkətləri üçün daha geniş açmalı olacaq. Bu isə yenə də sürətli məsələ deyil.

Trampın bu danışıqlarda səslənən məxsusi ideyasına – ABŞ-ı hamıya və hər kəsə qaz tədarükçüsü etmək – gəlincə, Çinin bir neçə illik yanacaq tələbatına qiymətləndirmələrə baxmaq yetər ki, burada Rusiya ixracatını heç nəyin təhdid etmədiyini anlayasan. Çin bazarı hamıya bəs edər. Amma ABŞ öz qazının qəbulu üçün Çində nəhəng infrastruktur qurmalı olacaq, bu isə aylar deyil, illər deməkdir.

Tərcümə Strateq.az-ındır.

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az