• Xəbər lentİ
Fləş

Qızının faciəvi ölümündən yazdı: "Əsas səbəbkar..."

09:32 / 17.06.2026

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

16:34 / 17.06.2026

"Zirə"nin II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

16:31 / 17.06.2026

Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək

16:26 / 17.06.2026

Prezident səhiyyə işçilərini təltif etdi (SİYAHI)

15:51 / 17.06.2026

Kevin Medina "Qarabağ"dan getdi

15:33 / 17.06.2026

"Qarabağ"ın Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri dəqiqləşdi

15:15 / 17.06.2026

Prezident Məhəmməd Süleyman Əl-Casiri təltif etdi

15:08 / 17.06.2026

Çempionlar Liqası: "Sabah"ın II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

14:14 / 17.06.2026

"Qarabağ" dayanmayacaq - Azı 3 transfer gözlənilir

14:06 / 17.06.2026

MEDİA-da ikitərəfli görüş keçirildi (FOTO)

13:51 / 17.06.2026

20 il rəhbərlik etdiyi idarədə araşdırma gedir - Özünə yeni vəzifə verildi

12:48 / 17.06.2026

Azərbaycanlı futbolçu "Petrolul" klubuna keçdi

11:50 / 17.06.2026

Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətiriblər

11:48 / 17.06.2026

Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı (FOTO)

11:37 / 17.06.2026

Bir milyonluq qaçaqmalçılıqda ittiham olunan şəxslərdən xəbər var

11:14 / 17.06.2026

Əməkdar artistin xanəndə oğlu vəfat etdi (FOTO)

10:49 / 17.06.2026

Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi (FOTO)

10:22 / 17.06.2026

Qızının faciəvi ölümündən yazdı: "Əsas səbəbkar..."

09:32 / 17.06.2026

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

20:12 / 16.06.2026

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

19:12 / 16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

18:23 / 16.06.2026

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16:21 / 16.06.2026

Zeynəb Xanlarova konsert verəcək?

14:36 / 16.06.2026

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

13:58 / 16.06.2026

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

13:50 / 16.06.2026

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

10:37 / 16.06.2026

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

10:17 / 16.06.2026

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

10:17 / 15.06.2026

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

00:21 / 15.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 18 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İqtisadiyyat

3-cü devalvasiyanın tarixi - 3 sentyabr?

13:19 27.08.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Manatla bağlı bədbin proqnozlar mətbuatın gündəmin düşmür. Bu cür məlumatların yayılması bazarda dollara tələbatı artırmaqla yanaşı, əhalinin də təşvişinə səbəb olur. Ötən gün bank sektorundakı mənbələrdən istiqlal.az-a valyuta bazarında kifayət qədər həyəcan doğuran bir məlumat daxil olub. Mənbənin iddiasına görə hökumət üzən məzənnədən imtina edib, yenidən kəskin devalvasiyaya hazırlaşır. Hətta devalvasiyanın tarixi də göstərilib - 3 sentyabr.

Mənbənin sözlərinə görə, dollar satışı demək olar ki, dayandırılıb, qara bazar canlanıb: “Banklar devalvasiyaya hazırlıq məqsədi ilə rəsmi dollar satışını minimuma endirib xarici valyutanı qara bazara çıxarıb. Qara bazar bankların tam nəzarətindədir”. Məlumatda deyilir ki, hazırda 1 dollar 1.62 manatdır. 25 faizlik devalvasiya olacaqsa, dolların məzənnəsi 2,02 manat olacaq. Səbəblərdən biri də odur ki, ölkəyə idxal da artmaqdadır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-iyulda ixrac illik 49,42%, idxal 14,2% azalıb. Mənfi saldo 1 milyard dollara yaxındır. Bu da kəskin devalvasiyanı qaçılmaz edir.

Qeyd edək ki, bankların dollar satışını məhdudlaşdırmasından sonra “qara bazar” da fəallaşıb və bu da manatın məzənnəsinə təzyiqləri artırır. Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq “qara bazar”a qarşı son günlər birgə mübarizə apararaq qanunsuz olaraq xarici valyutaların satışı ilə məşğul olanları saxlayıblar. “Qara bazar”ın fəallaşması və bankların dollar satmaqdan imtina etməsi də devalvasiyanın anonslarından biri hesab edilir.

Manata başqa bir təhlükə isə ABŞ-dan gələ bilər. Belə ki, ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) faiz dərəcələrini artırmağa yaxınlaşıb. FED-in iki şöbəsinin rəhbəri ABŞ Mərkəzi Bankının növbəti iclasında faizlərin artırılması ilə bağlı qərar veriləcəyinə inandığını bildirib.
FED-in “Kanzas City” şöbəsinin rəhbəri Eşther Corc son 2 ayda məşğulluqda müşahidə olunan artımı əsas gətirərək ABŞ iqtisadiyyatında əmək haqlarının yüksələcəyini və bununla da istehlakın artacağını bildirib. Onun fikrincə, bu ilin ikinci yarısında ABŞ iqtisadiyyatında 3%-lik artım olacaq ki, bu da son nəticədə bu il üzrə 2%-lik artıma səbəb olacaq: “Fikrimcə, artıq faizlərin artırılmasının zamanı gəlib. Faiz dərəcələrinin mərhələli olaraq artırılmasının tərəfdarıyam. Amma bunun üçün məşğulluğun daha da artması və inflyasiyanın sabit olması lazımdır”.   

FED-in “Dallas” şöbəsinin rəhbəri Robert Kaplan da iqtisadiyyatın məşğulluq sahəsində müsbət tendensiyaların müşahidə olunduğunu vurğulayaraq tələbatın artmasının sayəsində bu ilin II yarısında ABŞ-da ÜDM-in artacağını bildirib. Əmək bazarında vəziyyətin yaxşılaşdığını deyən R. Kaplan yaxın gələcəkdə faizlərin artırılacağına işarə edib.

FED rəhbərlərinin bu açıqlamaları da manata təzyiqləri artıran bir amil hesab olunur. Əgər FED növbəti iclasda faiz dərəcələrini artırsa, bu manatın daha da ucuzlaşmasını qaçılmaz edəcək.

İqtisadçı-ekspert Vüqar Bayramov da “Yeni Müsavat”a açıqlamasında bildirib ki, valyuta bazarında bütün şərtlər manatın dəyərdən düşməsini qaçılmaz edir: “İyun ayından başlayaraq, manatın dollara qarşı məzənnəsində azalmalar və xarici valyutanın möhkəmlənməsi müşahidə edilir. Son 3 ayda manat hər yüz dollara görə  22 manat dəyər itirib. Bu da ondan xəbər verir ki, manatın dəyər itirməsi prosesi davam edir. Dollara tələb hələ də yüksəkdir. Son hərraclarda dollara olan tələb təklifi ən azı 14 dəfə üstələyib.  Son hərracda təklif 50 milyon dollar, tələb isə 700 milyon dollar idi.  Bu da onu göstərir ki, tələblə təklif arasında böyük fərq var. Mərkəzi Bank da praktiki olaraq bazara intervensiya etmir. Son hərraclarda təklif Dövlət Neft Fondu tərəfindən həyata keçirilib.  Praktiki olaraq DNF  hərraclar vasitəsilə dollara olan tələbi ödəməyə çalışır. Lakin tələbin təklifdən çox  olması onu göstərir ki, hərraclarda dollara olan tələb ödənilmir.  Mərkəzi Bank manatı bazar dəyərinə yaxınlaşdırmağa çalışır. Manatın son aylarda müəyyən qədər dəyər itirməsinə baxmayaraq, hələ də real  bazar dəyərini almayıb. Hazırda tənzimlənən üzən valyuta rejimidir. Mərkəzi Bank bazara intervensiya etməsə də, hərraclar vasitəsilə, Dövlət Neft Fondunun hərraclara çıxmasını təmin edərək bazara təsir edir. DNF dollar satıb manat alaraq dövlət büdcəsinə transfer edir, büdcə xərclərini qarşılayır. Nəticədə yenə də Mərkəzi Bank rəsmi məzənnə vasitəsilə  bazara təsir edir. Konkret marja var və bu imkan vermir ki, banklarda məzənnə Mərkəzi Bankın məzənnəsindən kəskin fərqlənə bilsin”.

Ekspert onu da qeyd edib ki, Mərkəzi  Bank bazardan çəkilərsə, üzən valyuta rejimi liberal rejimə keçərsə, manatın daha çox dəyər itirəcəyi şübhəsizdir: “O baxımdan son ayların manitar  siyasəti o nəticəyə gəlməyə imkan verir ki, Mərkəzi Bank mərhələli şəkildə manatın bazar dəyərinə yaxınlaşmasını təmin etməyə, həm də valyuta ehtiyatlarını qorumağa çalışır. Çünki AMB manatı bir müddət saxlasa belə bu dolların bahalaşmasının qarşısını ala bilməyəcək. Mövcud manitar siyasət davam edərsə, növbəti dövrlərdə də manat ucuzlaşmaqda davam edəcək. Lakin bu kəskin olaraq deyil, mərhələli şəkildə baş verəcək və ilin sonuna kimi davam edəcək. Mərkəzi Bank liberal üzən valyuta rejiminə keçməyə ehtiyatlanır, çünki bu halda manat daha çox dəyər itirəcək. Kəskin devalvasiya, yəni milli valyutanın sıçrayışla dəyər itirməsi Mərkəzi Bankın məzənnə siyasətindən asılı olacaq. Mərkəzi  Bank liberal üzən valyuta rejiminə keçərsə, manat sıçrayışla dəyər itirə bilər. Ancaq mövcud siyasəti saxlasa, mərhələli şəkildə manat dəyər itirəcək. Hər iki halda dollar möhkəmlənəcək”.

Hazırda “Qara bazar”ın aktivləşməsinə gəlincə, V.Bayramov bildirib ki, dollar satışının məhdudlaşdırıldığı vaxtda bu gözlənilən idi: “Sahibkar, vətəndaş banklardan dollar ala bilmirsə, məcburdur ki, qara bazardan alsın. Valyutadəyişmə məntəqələri bağlanan zaman da mən bildirmişdim ki, bu qara bazarı canlandıracaq. Bu baxımdan valyutadəyişmə məntəqələrinin bərpa edilməsinə ehtiyac var. Qara bazarın formalaşmasının əsas səbəbi vətəndaşların valyuta tələbinin ödənilməməsidir. Amma qara bazar varsa, deməli valyuta var, lakin leqal bazarda satılmır. Bu baxımdan valyutanın leqal bazarda satılmasına ehtiyac var. Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının da funksiyası ondan ibarət olmalıdır ki, növbəti dövrdə "qara bazar"da satılan dollar leqal şəkildə vətəndaşlara təklif edilsin. Bu da məzənnəyə təsiri azaldır. Ölkədə valyutadəyişmə sahəsində böyük problem var, şənbə və bazar günlərində, bayram günlərində bu daha da çətinləşir. Yaxşı olar ki, Bakının mərkəzi rayonlarında müəyyən sayda valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməsinə icazə verilsin. Bu baxımdan “qara bazar”ın leqallaşdırılması vacibdir".

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

17.06.2026
Çempionlar Liqası:

Çempionlar Liqası: "Sabah"ın II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

17.06.2026
Prezident Məhəmməd Süleyman Əl-Casiri təltif etdi

Prezident Məhəmməd Süleyman Əl-Casiri təltif etdi

17.06.2026

"Qarabağ"ın Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri dəqiqləşdi

17.06.2026
Kevin Medina

Kevin Medina "Qarabağ"dan getdi

17.06.2026
Prezident səhiyyə işçilərini təltif etdi (SİYAHI)

Prezident səhiyyə işçilərini təltif etdi (SİYAHI)

17.06.2026
Konfrans Liqası:

Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək

17.06.2026

"Zirə"nin II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

17.06.2026
Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi (FOTO)

Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi (FOTO)

17.06.2026
Qızının faciəvi ölümündən yazdı:

Qızının faciəvi ölümündən yazdı: "Əsas səbəbkar..."

17.06.2026
Əməkdar artistin xanəndə oğlu vəfat etdi (FOTO)

Əməkdar artistin xanəndə oğlu vəfat etdi (FOTO)

17.06.2026
Bir milyonluq qaçaqmalçılıqda ittiham olunan şəxslərdən xəbər var

Bir milyonluq qaçaqmalçılıqda ittiham olunan şəxslərdən xəbər var

17.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

17.06.2026
Çempionlar Liqası:

Çempionlar Liqası: "Sabah"ın II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

17.06.2026
Prezident Məhəmməd Süleyman Əl-Casiri təltif etdi

Prezident Məhəmməd Süleyman Əl-Casiri təltif etdi

17.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az