• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

ABŞ İranı içdən dağıtmaq istəyir:Tehran geriyə addım atacaqmı?

10:13 23.05.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share


Aleksandar Braterski

“Qazeta.ru”, Rusiya, 22 may 2018-ci il

ABŞ Dövlət katibi Mayk Pompeo bəyan edib ki, Vaşinqton Tehrana misilsiz maliyyə təzyiqi göstərəcək. RİA “Novosti” Pompeonun bəyanatından sitat gətirir: “Biz İran rejiminə misilsiz maliyyə təzyiqi edəcəyik. İran liderlərində bizim ciddiyyətimizlə bağlı hər hansi bir şübhə olmayacaq”.

Ağ Evin yeni strategiyasına 12 tələb daxildir, onların arasında uranın zənginləşdirilməsinin tamamilə durdurulması da var. Bu o deməkdir ki, Vaşinqton İranın hətta dinc nüvə proqramından da imtina etməsini istəyir. Yeni razılaşma təminat verməlidi ki, “İranın heç zaman nüvə silahı olmayacaq və o, bədniyyətli davranışından əl çəkəcək”.

Pompeo həmçinin bəyan edib ki, İran Yaxın Şərqdə fəaliyyət göstərən silahlı qruplaşmaları dəstəkləməyi kəsməlidi. Onların arasında “Hizbullah”, “HƏMAS” və “Taliban” (sonuncu təşkilat Rusiyada qadağan edilib) var.

Tehran həmçinin “əl-Qaidə”nin (RF-də qadağan edilib) səhra komandirlərini gizlətməkdən vaz keçməlidi. Sonuncu sünni qruplaşması İranın düşməni hesab edilir, Əfqanıstanda ona qarşı mübarizə aparıb və hətta bu məsələdə ABŞ bu qruplaşmaya taktiki dəstək verib. Ancaq ABŞ hakimiyyəti hesab edir ki, bu təşkilatın döyüşçüləri İran ərazisindən keçib – baxmayaraq ki, bunun ölkə hakimiyyətinin bilgisi daxilində baş verdiyi məlum deyil.

ABŞ və İran AB-yə təzyiq edir

Hesab edilir ki, İranla bağlanan “nüvə anlaşması” məsələsində ABŞ-ın mövqeyinin sərtləşməsinə anlaşmanı tənqid edən İsrail böyük təsir göstərib.

RTVİ-nin Yaxın Şərq bürosunun şefi Yevgeni Sova deyir: “İsraildə anlayırlar ki, bütün maddələrin İrana qəbul etdirilməsinə nail olmaq çətin olacaq, lakin Yerusəlimdə plankanın yüksəyə qaldırılması faktını yalnız alqışlayacaqlar”.

Ekspertin dediyinə görə, “İsraildə fərz edirlər ki, ciddi iqtisadi sanksiyaların bərpa edilməsi İranın mövqeyinin nisbətən yumşalmasına gətirəcək və Tehran güzəştlərə getməyə məcbur olacaq. Yəqin ki, İsrail üçün ideal variant İranda daxili narazılıqlar, rejim dəyişikliyi və onun nəticəsi olaraq münasibətlərin mümkün normallaşması olardı. İsraildə hesab edirlər ki, belə ssenari yalnız İsrailin deyil, Yaxın Şərqin də çox problemini həll edəcək”.

ABŞ-ın regiondakı başlıca rəqiblərindən biri olan İrana qarşı münasibətdə mövqelərini sərtləşdirməsi onun bu yaxınlarda “nüvə anlaşması”ndan çıxması ilə bağlıdır. Bu anlaşma 2015-ci ildə İran hökumətilə Barak Obama administrasiyası, həmçinin AFR, Fransa, Böyük Britaniya, Rusiya və Çin arasında bağlanıb.

Bu durumda, ABŞ Dövlət katibi Mayk Pompeo İranla yeni nüvə sazişi imzalama hazırlığını təsdiq edib. Ancaq onun sözlərinə görə, İranın nüvə proqramı üzrə yeni razılaşma ABŞ-ın əsas məqsədi deyil.

Beynəlxalq işlər komitəsinin üzvü, senator İqor Morozov hesab edir ki, ABŞ-ın İrana münasibətdə mövqeyinin sərtləşməsi enerji amili ilə bağlıdır.

Ekspertin sözlərinə görə, sanksiyalar, hər şeydən öncə, İran neftinə qarşı və Amerika şist neftinin qiymətinin artırılmasına yönəlib. Morozov “Qazeta.ru” ilə söhbətində qeyd edib ki, “ABŞ hətta öz tərəfdaşlıq münasibətlərini pozaraq, enerji sferasında qlobal dominantlıq mövqeyi üçün vuruşacaq”.

Onun təxminlərinə görə, “Əgər onlar görsələr ki, Avropa ABŞ-ı dəstəkləmir və sazişdən çıxmır, onda ABŞ-ı heç nə durdura bilməz və əməliyyatın hərbi fazasına keçə bilərlər”.

Ekspert davam edərək bildirir ki, bu, regionda Səudiyyə Ərəbistanına istinad etməklə yeni qüvvələr balansının yaradılmasına gətirib çıxaracaq.

Söhbət ABŞ-ın nüvə anlaşmasından çıxmasına mənfi yanaşan və anlaşmaya əməl edəcəklərini bəyan edən Avropa ölkələrindən gedir. Öz növbəsində Vaşinqton, artıq İranla biznes aparmağa davam edəcək Avropa şirkətlərini sanksiyalarla təhdid edib.

Pompeo öz nitqində onu da vurğulayıb ki, yaxşı olar, müttəfiqlər Ağ Evə qulaq assın. Pompeo deyib: “Mən bilirəm ki, bizim Avropadakı müttəfiqlərimiz, ola bilər, İranla köhnə nüvə sazişini qoruyub saxlamaq istəyirlər. Bu, əlbəttə, onların qərarıdır. Onlar bizim mövqeyimizi bilirlər”.

İranın özündə AB ölkələrinin qərarını alqışlasalar da, bəyan ediblər ki, avropalılar onların ABŞ-ın razılaşmadan çəkilməsilə yaranacaq itkilərini, beləliklə də, Amerika şirkətləri ilə əməkdaşlıqdan əldə etdikləri qazancları itirmələrini kompensasiya etməlidirlər.

 İran prezidenti Həsən Ruhani bəyan edib ki, ABŞ-ın Tehrana nə etməsini əmr etmək hüququ yoxdur.

İran “şər imperiyası” kimi

Qeyd edilməlidi ki, xarici siyasət “qırğı”sı hesab edilən Pompeo öz çıxışını İrana münasibətdə radikal mövqeyi ilə məşhur olan, mühafizəkar ekspert mərkəzi hesab edilən Vaşinqtonun “Heritage” mərkəzində edib.

CNN televiziya kanalı qeyd edib ki, Pompeonun nitqi ekspertlərin çoxuna kiçik Corc Buş administrasiyasının “rejim dəyişikliyi” üslubunda olan analoji çıxışlarını xatırladıb.

Amerikalı sahibkar və jurnalist Qreq Vayner Pompeonun nitqini SSRİ-ni “şər imperiyası” adlandıran Ronald Reyqanın məşhur nitqi ilə müqayisə edib.

Vaşinqtondakı “Gulf Analytics” mərkəzinin eksperti Teodor Karasikin qeyd etdiyinə görə, ABŞ-ın mövqeyi ondan ibarətdir ki, “inqilab öz sonuna yaxınlaşıb, islam respublikasının ölümü yaxınlaşdırılmalıdır. ABŞ hesab edir ki, islam respublikasının “İranı işğal etməsi”nə son verilməsinin zamanı çatıb”.

Vaşinqton nüvə razılaşmasından çıxmasının və sanksiya rejiminin sərtləşdirilməsinin siyasi rejimin dəyişilməsinə gətirib çıxara biləcək İrandaxili ziddiyyətləri gücləndirmək istəyilə bağlı olduğunu gizlətmir. Bunun üçün müəyyən ilkin şərtlər, həqiqətən də, mövcuddur – İran siyasi sistemi monolit deyil, cəmiyyətdə isə ölkədəki iqtisadi vəziyyətlə bağlı narazılıq artır.

2017-ci ilin dekabrında İranda mövcud iqtisadi vəziyyətlə bağlı hökumətə qarşı kütləvi nümayişlər keçirildi. İslahatçı prezident Ruhaninin razılaşmanın imzalanması ilə əlaqədar vəziyyətin yaxşılaşacağı ilə bağlı verdiyi bəyanata baxmayaraq, hələlik, bu, baş verməyib.

İranda tez-tez olan xarici siyasət ekspertlərindən biri “Qazeta.ru”ya deyib ki, ABŞ çətin ki, İran cəmiyyətindəki dəyişiklikləri gözləsin. Həmsöhbət deyir:”Bu gün qüvvələr nisbəti “islahatçılar”ın deyil, “mühafizəkarlar”ın xeyrinədir”.

Onun sözlərinə görə, İran elitasının mühafizəkar hissəsi hesab edir ki, məhz Tehranın nüvə silahı əldə etməsi ABŞ-ı İranla hesablaşmağa məcbur edəcək. Təhdidlərlə ABŞ-ı özünə hörmət etməyə məcbur edən KXDR-in davranışı ideal model sayılır.

Həmsöhbət xatırladır: “İran münasibətlər qurmaqda yüksək zəkaya və mədəniyyətə malik olan “qədim sivilizasiya”dır. Onlar güzəştlərə getməyəcək və biz yenidən “Amerikaya ölüm!” şüarı səsləndirilən nümayişləri görə bilərik”.

 Moskvanın İranla sanksiyaların zərbə vuracağı iri layihələrinin olmamasına baxmayaraq, ABŞ-ın İrana yönəlik sanksiya tədbirləri özündə Rusiya üçün də müəyyən çətinliklər daşıyır.

İranın “dinc atom” hüququndan da məhrum edildiyi halda, Rusiyanın İranda taleyi təhlükə altında qala biləcək yeganə böyük layihəsi “Buşəhr” AES-dir.

İrana yönəlik tələblərdən biri olan İranın Suriyadakı “bütün qüvvələrinin çıxarılması” qismən Rusiyaya da toxunur. İran Rusiyanın Suriyadakı taktiki müttəfiqidir və onun itirilməsi kifayət qədər həssas məsələ ola bilər. Eyni zamanda, İranın Suriyadan çəkilməsi halında Moskva İranın maliyyə imkanlarına söykənən Suriya lideri Bəşər Əsədə təzyiqləri artıra bilər.

İran böhranında Rusiya üçün müəyyən fayda neftin qiymətinin artması ilə bağlıdır, lakin ona görə Yaxın Şərqdə sabitliyin mümkün pozulması ilə hesab ödəmək lazım gələcək.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az