• Xəbər lentİ
Fləş

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

20:12 / 16.06.2026

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

19:12 / 16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

18:23 / 16.06.2026

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16:21 / 16.06.2026

Zeynəb Xanlarova konsert verəcək?

14:36 / 16.06.2026

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

13:58 / 16.06.2026

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

13:50 / 16.06.2026

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

10:37 / 16.06.2026

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

10:17 / 16.06.2026

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

10:17 / 15.06.2026

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

00:21 / 15.06.2026

Azərbaycanda Milli Qurtuluş Günüdür

00:10 / 15.06.2026

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

23:28 / 14.06.2026

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

23:27 / 14.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə, 17 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

Şəhid əsgərin adından nişanlısıyla danışan komandir

17:17 21.05.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Kulis.az yazıçı Elçin Hüseynbəylinin “Sevgiylə döyüşmək” hekayəsini təqdim edir

..Səngərdə çömbəltmə oturmuşduq. Dizlərimiz hərdən sözə baxmır və buz kimi nəm torpağın üstünə sürüşürdük. Ermənilərin azərbaycanlılarla ədavəti vardı və bizi öz torpaqlarımızdan çıxartmaq barədə daim düşünürdülər. Bu işdə onlara şimal qonşularımız kömək edirdi. Bizsə öz ümidimizə qalmışdıq.

Xəbərimiz vardı ki, düşmən bu gecə hücuma keçəcək. Payızdı. Havada sazaq vardı. Siqaret çəkmək istədim. Yadıma düşdü ki, belə hallarda çəkmək qadağandır.

Uşaqların hərəsi bir tərəfdə mövqe tutmuşdu. Çoxu könüllülər idi. Qonşu kəndlərdən gəlmişdilər. Hərbi paltar bəzi uşaqlarda vardı, qalanları nə gəldi geyinmişdilər: fəhlə çəkməsindən tutmuş pambıqlıya qədər. Könüllülərin silahları paltarlarına uyğun idi. Hərbi geyimdə olanların avtomatı, mülki geyimdəkilərin tüfəngləri vardı. Onları birləşdirən yeganə silah əl qumbarası idi: hərədə iki ədəd.

Sənan yanımda büzüşmüşdü və öz sırıqlısına bərk-bərk bürünmüşdü. Gözaltı ona baxırdım. Qoşalüləsini qucaqlamışdı, sanki ov güdürdü. Hərdən dodağının altında müxtəlif mahnıları zümzümə edirdi: gah “Sarı gəlin”i oxuyurdu, gah da Səxavətin “Bağçada bir quşdum” mahnısını. Sənanın yaxşı səsi vardı. Boş vaxtlarda uşaqlar onu dilə tutub oxudardılar. Amma indi oxumağın yeri deyildi..
 
Onu dəstəyə götürmək istəmirdim, 15-16 yaşı ancaq olardı. Hansı kənddən gəldiyini bilmirdik. Özü qəsdən demirdi ki, geri qaytara bilərik. Müharibənin nə olduğunu kinoda görmüşdü. Amma yaxşı atırdı. Deyirdi ki, babası öyrədib. Qoşalülə də babasından qalmaydı. Elə biz özümüz də müharibəni hələ tam anlamırdıq. Sadəcə, ermənilərin kəndə girməsini istəmirdik, ona görə də döyüşməyə hazır idik. Sənanı öz yanımda saxlayırdım ki, qoruya bilim...

Fikir verdim ki, Sənan mahnı oxuya-oxuya hərdən qımışır, dodağı qaçır, gülümsünür...


- Hə, nədi? – deyə onu dürtmələdim.


- Heççç, - Sənan dedi və gülümsəməkdə davam elədi.

Ürəyimdə fikirləşdim ki, hələ uşaqdır. Müharibənin nə olduğunu bilmir. Yazığım gəldi ona. Və birdən uşaq sadəlövhlüyü ilə məndən soruşdu:

- Komandir, sənin nişanlın var?


- Neynirsən ki? – Mən də suala sualla cavab verdim və gülümsündüm.

 

- Heççç,  - deyə yenidən sualdan yayındı.


Söhbətimiz kəsildi. Bizə elə gəldi ki, kimsə səs elədi, ya hardansa ermənilərin danışığı eşidildi. Ratsiya da əlimdə xışıldadı, amma tez də kəsildi. Ətrafa qulaq verəndən sonra heç bir səsin-filanın olmadığına əmin olduq və yenidən mürgü döyməyə başladıq.

- Komandir?
- Hııı, - deyə mızıldandım.


Yuxu gözlərimi tökürdü və mən də Məlikməmməd sayağı yarama virtual duz basıb gözləyirdim. Yatmaq olmazdı. Yuxu bizi aparsaydı, hamı bir-birinə baxıb mürgüləyəcəkdi: əsnək əsnəyi gətirər məsəlindəki kimi.


- Komandir
 
- Həəə?! – deyə bu dəfə sərt reaksiya verdim.


- Sənə bir söz demək istəyirəm.


Sənan bu sözü pıçıltıyla və o qədər məhrəm dedi ki, yuxum tamam qaçdı və bir az dirçələn kimi oldum:

- Nə söz?


O, duruxdu. Sanki dediyi sözə peşman oldu.


- Heççç, - yenə də adəti üzrə nırçıldadı.


- Həəə!? - yenə də onu dürtmələdim.


- Mənim nişanlım var.


Yuxum tamam qaçdı. Onun üzünə baxdım. Üzündə bu dəfə sevinc qarışıq qayğı vardı.


- Belə de. Nə tez?

 
Çiyinlərini çəkdi.


- Adı da Nahidədir, - dedi, - Nahidə. - Sanki bu adda bir müəmma vardı, ona görə də astadan bir də təkrar elədi: - Nahidə.


- Yaxşı addı, - dedim, - onu hardan tapmısan?

- Qohumumuzdur.


- Bu tərəflərdəndir?


- Yox, bakılıdır.

- Bakılı-hara, sən hara?


- Hər yay bizə dincəlməyə gəlirdilər...

Yenə də susduq. Düzü, bığ yeri hələ tərləməmiş bu növcavana qibtə də elədim.


- Toyumuzda özüm oxuyacam. – Sənan yenə də uşaq sadəlövhlüyü ilə dedi.

- Doğrudan?


- Hə. Belə danışmışıq...

 

Bu zaman ratsiya ilə xəbər gəldi ki, “Qrom-2”, yəni biz hazır olaq. Ermənilər səhərə yaxın kəndə hücum edəcəklər. Uşaqlara bu barədə ötürmə prinsipilə xəbər göndərdim...

 

- Ayıq ol, - Sənana dedim, - nişanlını da hələlik yadından çıxart.

Yenə də susduq və sırıqlımıza bərk-bərk büründük...

 

- Komandir, bir söz soruşmaq olar?

 

- Hə, de görək, - deyə candərdi mızıldandım. O biri tərəfdən də fikirləşdim ki, Sənanın məni sorğu-suala tutması yaxşıdır, yuxumuzu qaçırdır. Ona görə də dirçəldim. – Hə, soruş...

 

- Sabah kəndə getməyə icazə verərsən?

 

- Kənddə nə var?

 

- Ordan Bakıya zəng edəcəm. İşim var.

 

- Nə işin?

 

- Var da...

 

- Hələ bu gecəni yola verək, sonra baxarıq. Səhərə qədər nə olacağını heç kim bilmir.

 

Onun üzü yenidən qayğılandı və heç nə demədi. Səhv elədiyimi başa düşdüm. Ona ürək-dirək verməkdənsə, daha da qorxudurdum.

 

- Nədi, qorxursan? – deyə onu dümsüklədim və candərdi gülümsündüm.


- Nədən qorxacam?

Onun sözlərində bir ötkəmlik və kişiyanalıq vardı.


- Sadəcə sabah Bakıya zəng etməliyəm.

- Bilmək olar niyə?


Gülümsündü:


- Amma uşaqlar bilməsin, yoxsa məni lağa qoyarlar.


- Narahat olma, - dedim, - kişi sözü...

- Sabah Nahidənin ad günüdür. Keçən dəfə telefonla danışanda demişdim ki, sənin ad gününü mütləq gəlib Bakıda təbrik edəcəm. Armud yarpağı aparmaq istəyirdim ona. Qırmızı yarpaqdan xoşu gəlir.  Amma sabah Bakıya gedib çata bilmərəm...

 

- Gedərsən, - dedim, - arxayın ol. Bu erməni dığalarının dərsini verək, sonra gedərsən.

- Baş üstə, komandir, - deyə o əsgərsayağı cavab verdi...

Ermənilər, gözlədiyimiz kimi, səhərə yaxın hücuma keçdilər. Onlar pulemyot və atomatlardan atırdılar. Bizdə isə, bayaq dediyim kimi, yalnız bir neçə nəfərdə “Kalaşnikov” vardı, onları da ruslardan pulla almışdıq,  qalanı ov tüfəngləri idi. Məndə avtomatdan əlavə  bir  “Volter” tapançası da vardı. Tapança rus-alman davasının iştirakçısı olmuş babamdan yadigar qalmışdı, amma üçüncü atışda tutulurdu... O,  hansısa Hansa məxsus imiş, daha doğrusu, üstündə Hansın adı yazılmışdı. Babam onu müharibədən necə, hansı yolla gətirmişdi, bir allah bilir...

Sənana tapşırmışdım ki, başını səngərdən çölə çox çıxarmasın, eləcə qaraltı eləsin, hərdən gülləni ermənilər tərəfə boşaltsın...

Atışmanın qızğın yerində qulağımın dibində qumbara partladı. Düzü, ona qədər hər iki tərəf döyüşməkdən daha çox, bir-birinin əsəblərini yoxlayırdı...


Partlayışdan özüm də istəmədən yerə yıxıldım. Ermənilərdən biri gizlicə mövqeyimizə yaxınlaşa bilmişdi. Əllərimlə qulaqlarımı tutmuşdum. Bir anlığa nə baş verdiyini anlamadım da. Mənim yıxıldığımı görən Sənan ayağa qalxdı və həmin ermənini vurdu. Onun atılıb-düşməyindən belə başa düşdüm. Başa düşdüm ki, gülləsi hədəfə dəyib, ya ona elə gəlib, bilmədim. Ha, istədim qışqıram ki, aşağı əyilsin, amma deyə bilmədim. Bu zaman Sənanı, sanki addımbaaddım və sürəkli şəkildə geri itələdilər. Onun arxası səngərə dəydi və üzü üstə yerə yıxıldı. Mən sürünə-sürünə ona tərəf gəldim və beli üstə çevirdim. Sənanın köhnə sırıqlısı pulemyot gülləsindən deşik-deşik olmuşdu. Yarasından qan axırdı və həmin qan üst-başına bulaşan toz-torpağa qarışırdı.

İşıqlanırdı. Mən onun uzunsov sifətini və yaralarını aydınca görə bilirdim. Onun qıvırcıq telləri tərləmiş və alnına yapışmışdı, özü də çaşqınlıqla mənə baxırdı və nəsə demək istəyirdi. Bir-iki dəfə udqundu, amma səsi çıxmadı.


Mən heç nə deyə bilmirdim. Qulağım uğuldayırdı, ağzım, sanki kilidlənmişdi. Birdən özümü topladım və qışqırdım:

- Uşaqlar, Sənanı vurduar!

Sənan yenə də udqundu və ürəyi atlandı, ağzından qan gəlməyə başladı. Sonra əllərinin içini açıb mənə nəyisə göstərmək istədi. Orda bir neçə rəqəm yazılmışdı - telefon nömrəsiydi. Onun gözlərindən yaş süzülürdü...

...Sənanın vurulduğunu eşidən könüllülər ermənilərin daşını-daş üstə qoymamışdılar.

 
Bizim iki ölümüz, beş yaalımız vardısa, düşmənin yeddi döyüşçüsünün cəsədi sahədə qaralırdı...

Ölənlərin sənədlərini götürüb cibimə qoydum...


Döyüş dayanmışdı. Yəqin ki, qaranlıq düşəndən sonra ermənilər öz meyitlərini sahədən götürəcəkdilər və bizim onlara mane olmaq fikrimiz yoxuydu. Qoy, anaları doyunca ağlasın. Bəlkə ağılları başlarına gələ. Hər halda, mən belə düşünürdüm...

Sağ qalanları səngərdə cərgəyə düzdüm:


- Uşaqlar, mən kəndə getməliyəm. Sizsə o biri növbə gələnə kimi burda gözləyin, - dedim...

 

...Poçta gəldim. Telefonçu qız hansısa sifarişi yerinə yetirir, sifarişçiləri calaşdırmaq üçün dəridən-qabıqdan çıxırdı. Qışqırmaqdan səsi kallaşmışdı.

 

Nömrəni verdim.

 

- Bakıyla danışmaq istəyirəm, - dedim.

 

- Hamı Bakı ilə danışmaq istəyir, - qız bezgin bir ovqatla cavab verdi, amma tərs-tərs baxdığımı görüb özünü yığışdırdı.

 

- Ermənilər bizim kəndə daha girməyəcəklər, elə? - sanki öz səhvini anlayırmış kimi dedi. Gülümsəməyə çalışdı...

 

Başımı buladım...

 

Qız bir az əlləşəndən sonra dəstəyi mənə uzatdı.

Xəttin o biri başından səs gəldi. Bu, kişi səsiydi.

Duruxdum. Sonra:

 

- Nahidəni olar? – dedim.

 

- Kimdi soruşan?

 

- Sənandı, - dedim.

 

- Kim!?

 

- Sənan.

 

- Nə Sənan?! Bir də bura zəng eləmə! Avara kəndçi!.. Duud... Duud...

 

Qız məni başa düşdü və nömrəni yenidən yığdı.

 

Bu dəfə dəstəyi özü götürmüşdü.

 

- Nahidə, - deyə qəhərdən boğula-boğula dedim, - Sənandı, ad gününü təbrik edirəm...

 

MilliYol.Az

 


Etiket:

Digər xəbərlər

Konfrans Liqası:

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Avropa Liqası:

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

16.06.2026
Zeynəb Xanlarova konsert verəcək?

Zeynəb Xanlarova konsert verəcək?

16.06.2026
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16.06.2026
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

16.06.2026
Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

16.06.2026
24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

16.06.2026
İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

16.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Konfrans Liqası:

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Avropa Liqası:

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az