• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə axşamı, 09 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Dünya

Həbs edilmiş dövlət başçıları: kim, nə üçün? - FOTOLAR

10:14 26.08.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Hakimiyyət sükanını ələ keçirmək o qədər də asan məsələ deyil. Dünyanın ayrı-ayrı dövlət başçılarının, diktatorlarının hakimiyyətə gedən yolları bəzən həbsxanalardan keçib. Onlar uzun müddət azadlıqdan məhrum ediliblər.
 
MilliYol.Az publika.az-a istinadən dünyanın həbsxana həyatı yaşamış dövlət başçılarının adlarını təqdim edir:
 
SSRİ-nin qurucularından olmuş Vladimir İliç Lenin bolşevikləri, ayrı-ayrı vətəndaşları Rusiyadakı dövlət quruluşunun dəyişilməsinə çağırış etdiyinə görə 1895-ci ilin dekabrında həbs edildi. Bir ildən çox həbsxanada cəza çəkən Lenin, 1897-ci ildə Yenisey quberniyasının Minusinsk rayonunun Şuşenskoe kəndinə sürgün olundu.
 
Birinci Dünya müharibəsi başlayanda Lenin Avstriya-Macarıstanın ərazisindəki Poronində yaşayırdı. O, bir qədər sonra Rusiya hökumətinin xeyrinə casusluqda şübhəli bilinərək Avstriya jandarmı tərəfindən həbs edildi.
 
Avstriya parlamentinin sosialist deputatı V.Adler onun azad olması üçün qollarını çırmadı. Deputatın bu köməyi işə yaradı. Lenin 1914-cü ilin 6 avqustunda həbsxanadan buraxıldı.
 
SSRİ-nin ən uzunömürlü və ötən əsrin ən qanlı diktatoru kimi tarixə düşmüş İosif Vissarionoviç (Cuqaşvili) Stalinin də hakimiyyətə gedən yolu  asan olmayıb. O, 7 dəfə həbs edilib, 6 dəfə həbsdən qaçıb.
 
Stalin yalnız birinci dəfə siyasi motivlərə görə dəmir barmaqlıqlar arasına düşüb. Onun digər həbsləri soyğunçuluq, qarət kimi cinayət əməllərinə görə olub.
 
Partiyanın xeyrinə müxtəlif cinayətlərə əl atan İosif Cuqaşvili solçuların, xüsusən gənclərin  ideoloji mübarizələri üçün hər şeyə hazır idi.
 
Onun "şəxsi cinayət hesabında" Tiflisdə “əsrin soyğunçuluğu” adlandırılan qarət də daxildir. Cuqaşvili dostu Kamoyla birlikdə 250 min lari pulu ələ keçirmişdi.
 
Bir çoxları iddia edir ki, Tiflisdə bank pulunu aparan müşayiətçi dəstəsinə öz azğınlığı ilə seçilən hücumu məhz Stalin təşkil edib. Cuqaşvilinin rəhbəri olduğu dəstə Bakı neftçilərini qorxuda saxlayırdı.
 
Tiflisdə həbs ediləcəyindən ehtiyat edən Stalin bir müddət sonra özünün əsas fəaliyyətini Bakıya yönəltdi. İmperator Birinci Nikolayın paroxoduna hücum onun “yaradıcılığı”nın zirvəsini təşkil edirdi.
 
Stalinin tarixi rəqibi, Üçüncü reyxin birinci reyxskansleri Adolf Hitler də hakimiyyəti qəsb etmək üçün cinayətlərə əl atırdı. 
 
1923-cü ilin 8-9 noyabrında Münhendə təşkil etdiyi uğursuz qiyam Hitlerin Landsberqdəki qala-həbsxanaya düşməsilə nəticələndi. Lakin həbsxana həyatı heç də çətin deyildi.
Hitler istədiyi vaxt dincəlir, digər məhbuslar isə onun kamerasını təmizləyirdilər. O, burada “qəbul” da keçirir, “Mənim mübarizım” kitabını əvvəlcə Emil Morisə, sonar isə Rudolf Hessə diktə etdirirdi.
 
1976-cı ildən öz səlahiyyətlərini daha da genişləndirərək Kubanın Dövlət Şurasının sədri vəzifəsinin səlahiyyətlərinin icrasına başlamış, 2008-ci ildə müxtəlif səbəblərlə əlaqədar bu postdan istefa vermiş Fidel Kastro hakimiyyət uğrunda mübarizəyə elə hərbi üsulla başladı. 1953-cü ilin 26 iyulunda Santyaqodakı Monkada kazarmasına hücum etmiş Fidel Kastro diktator Fulqeniko Batistanın hakimiyyətdən devrilməsinə can atdı.
 
Döyüş üsyançıların məğlubiyyəti ilə başa çatdı. Amma Kastro geri çəkilməyi bacardı və bir müddət kəndlərdən birində gizləndi. Sonradan həbs edilmiş Fidel Kastro məhkəmədəki cəsarətli çıxışları ilə dıqqəti cəlb etdi.
“Tarix mənə bəraət qazandıracaq" – deyən Kastro həm də “Əgər bir ölkənin rəhbəri cinayətkardırsa, onun vicdanlı vətəndaşları həbsxanada çürüməyə məhkumdur” sözləri ilə əbədiləşdi. Azadlıqdan 15 il müddətinə məhkum edilmiş Kastro 1955-ci ildə Batista tərəfindən bağışlanıldı. Bundan 4 il sonra Kubada hakimiyyət dəyişildi. Kastro dövlət başçısı sükanını ələ keçirdi.
 
Cənubi Afrika Respublikasının dövlət başçısı, birinci qaradərili prezident Nelson Mandela da ömrünün bir hissəsini dəmir barmaqlıqlar arasında keçirib.  
 
1962-ci ilin 5 avqustunda həbs edilmiş Mandela 17 aylıq qaçışlardan sonra tutulub Yohannesburq həbsxanasına göndərildi. Yeri gəlmişkən, onun yerinin müəyyənləşdirilməsində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin də müəyyən xidmətləri vardı.
Elə həmin ilin 25 oktyabrında azadlıqdan 5 il müddətinə məhrum edilən Mandela dəmir barmaqlıqlar arasında olsa da, bütün dünyada məşhurlaşdı.   
 
Venesuela prezidenti Uqo Çaves də həbsxana həyatı yaşamış siyasətçilərdəndir. 1992-ci ilin fevralında Karakas küçələrinə çıxan Uqo Çavesin komandanlıq etdiyi ordu birləşməsinin rəsmiləri bildirdilər ki, onlar hakimiyyətin ələ keçirilməsini planlaşdırmırlar. Sadəcə, onun yenidən qurmaq üçün Təsisedici Məclisin yaradılmasını istəyirlər.
Fevralın 4-də, günorta radələrində hakimiyyətə təslim olan Çaves baş verənlərə görə, məsuliyyəti öz üzərinə götürdü və azadlıqdan məhrum edildi.

Bir neçə il sonra hakimiyyətə gələn Çaves ölkəsində bir sıra islahatlar keçirdi.

MilliYol.Az

Fotolar


Etiket:

Digər xəbərlər

loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az