• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

Neftin bahalaşmasında Tramp və Qüds izləri: qiymətlər 100 dollara çatacaqmı?

15:59 15.05.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

İran neftinə embarqo daha çox Rusiya və Səudiyyə Ərəbistanının maraqlarına cavab verir

Birjalarda neftin qiyməti 78 dolları keçib və bu qiymət sonuncu dəfə 2014-cü ilin noyabrın sonunda müşahidə olunub. Bu, "qara qızıl"ın qiymətlərinin 3,5 illik maksimuma çatması deməkdir. Adətən belə hallarda səbəbləri axtarmaq müəyyən dərəcədə çətin olur. Çünki neft bazarında qiymətlərə təsir edən amillər olduqca çoxdur, lakin indiki halda səbəblər sırf geosiyasi amillərlə bağlıdır.
 
Beləliklə, son 10-12 gün ərzində iki ciddi hadisə baş verib ki, onların hər ikisi neftin bahalaşmasına səbəb olub. Qiymətlərin dinamikası da bunu əks etdirir. Bu nəticədir, səbəblər isə başqadır.
 
İlk və ən əsas səbəb ABŞ prezidenti Donald Trampın İranla nüvə razılaşmasına dair sazişdən çıxmasını göstərmək olar. Həmin proqram 2015-ci ildə, uzunmüddətli və son dərəcədə çətin keçən danışıqlardan sonra imzalanıb. Obama administrasiyası dövründə ABŞ altıtərəfli sazişə imza atmışdı, proqrama əsasən İran nüvə proqramından imtina edir, ABŞ və digər Qərb ölkələri bunun əvəzinə İrana qarşı sanksiyaları aradan qaldırır və ya əhəmiyyətli dərəcədə yumşaldır. Nəticədə, İran nefti yenidən dünya bazarına maneəsiz çıxmağa başlayıb. Tramp isə Obamadan fərqli mövqedədir, Vaşinqtonun bu razılaşmaya imza atmasını pisləyirdi və bu məsələni hətta seçkiqabağı proqramının əsas istiqamətlərindən biri elan etmişdi. Bu baxımdan ABŞ-ın sazişdən çıxması yalnız vaxt məsələsi idi.
 
ABŞ-ın son addımından sonra bazar iştirakçıları İrana qarşı yeni sanksiyaların tətbiqindən ehtiyatlanır. Bu, avtomatik olaraq bazarda təklifin azalması, qiymətlərin artması deməkdir. İran neftinə qarşı embarqo tətbiq olunsa, bazardakı boşluğu tutmağa əsas namizədlər Səudiyyə Ərəbistanı və Rusiyadır. Yəni söhbət ondan gedir ki, əgər bu baş versə, Səudiyyə Ərəbistanı və Rusiya hasilatı artıracaq.
 
Məsələyə bir də daha geniş prizmadan baxaq. Belə ki, son il yarım ərzində neft bazarında yaradılmış qiymət sabitliyində ən böyük rolu OPEC+ adlanan proqram oynayıb. Həmin proqram çərçivəsində OPEC üzvləri + OPEC-ə daxil olmayan əksər neft ixracatçıları hasilatı müəyyən edilmiş səviyyədə dondurublar. Əgər İrana qarşı sanksiyalar bərpa olunsa, Səudiyyə Ərəbistanı və Rusiya bazarı ələ keçirmək üçün Rusiya hasilatını artıracaq, OPEC+ proqramının digər üzvləri də prosesdən kənarda qalmayacaqlar. Faktiki olaraq, belə olan halda saziş qüvvədən düşmüş sayıla və neft bazarında çaxnaşma yarana bilər. Bu məsələyə biz bir daha qayıdacağıq.
 
İkinci səbəb daha xronikaldır və ola bilsin ki, onun təsiri həm birincidən daha zəif, həm də qısamüddətlidir. Belə ki, ABŞ İsraildəki səfirliyini Tel-Avivdən Qüdsə köçürüb. Qüdsdə ABŞ səfirliyinin açılması fələstinlərlə İsrail ordusu ilə toqquşmalara gətirib çıxarıb ki, nəticədə onlarla fələstinli öldürülüb. Dərhal regionun və dünyanın ölkələrdə reaksiya verərək ABŞ-ın səfirliyi Qüdsə köçürməsini, İsrailin isə fələstinlilərə qarşı güc tətbiq etməsini pisləyiblər. Lakin fakt faktlığında qalır və həmin hadisənin neft bazarına dolayı olsa da təsiri mövcuddur. Həmişəki kimi Yaxın Şərqdə nisbətən ciddi hadisələr neft bazarına təsir edir, çünki həmin region qeosiyasi baxımından sönməyən alova bənzəyir. Əksər neft ixracatçıları həmin regionda yerləşir və bölgədə ciddi siyasi-hərbi qarşıdurma yaranan kimi neft bazarı iştirakçıları və əsasən də neft fyuçersləri üzrə treyderlər müvafiq qərarlar qəbul edirlər. İndiki halda hamı həmin regiondan neft tədarükündə çətinliklər olacağını ehtimal edir və və nəticədə qiymətləri artması baş verir.
 
Beləliklə, ilk növbədə İranla yaranmış vəziyyətə, sanksiyaların bərpası ehtimallara əsaslanaraq bəzi analitiklər neftin qiymətinin yaxın zamanda hətta 100 dollara çatmasını proqnozlaşdırırlar. İlk baxışdan bu proqnozlar tam əsaslı görünür, lakin burada bir məqam da var. Yuxarıda qeyd etdiyimiz kimi, İran neftinin yerini dünya bazarında tutmaq istəyənlərin sayı az deyil, bunlar ilk növbədə Rusiya və Səudiyyə Ərəbistanıdır. Əgər İran nefti sanksiyalar altına düşsə, OPEC+ sazişi çərçivəsində qəbul edilmiş kvotalar digər üzv ölkələr tərəfindən təmin edilə bilər. Sual olunur, kvotanı doldurmağa ilk olaraq hansı ölkə nail olacaq? Bu cavab gözləyən, üstəlik OPEC+ sazişinin dağıdacaq  sualdır. Yəni neft bazarında tarazlığı saxlamaq üçün İranın payı OPEC+ sazişin üzvləri arasında mütənasib şəkildə bölünəcəksə, ciddi heç nə baş verməz. Lakin bu ideal variantdır, reallıqda isə  sərbəstləşmiş hasilat gücləri arasında mübahisələr yaranacaq. Nəticədə, əks reaksiya başlaya bilər və OPEC+ sazişinin üzvləri hasilatı yenidən artırmağa başlayacaq.
 
Əlbəttə ki, bu yalnız nəzəri ehtimallardır, amma hazırda neftin qiyməti barədə danışarkən yalnız İrana qarşı sanksiyaların bərpası nəticəsində neft bazarında təklifin azalmasını qeyd etmək düzgün olmaz. Unutmaq olmaz ki, hazırda neft bazarında sabitlik məhz OPEC+ sazişin hesabına bərqərar olub. OPEC və digər neft ixrac edən ölkələr dəfələrlə bəyan ediblər ki, hazırda neftin ədalətli qiyməti 60-70 dollardır,qiymət 100 dollara istiqamətlənsə, OPEC+ sazişi əhəmiyyətini itir, çünki onun məqsədi neftin bahalaşmasına nail olmaq yox, ucuzlaşmasına imkan verməməkdir. ABŞ-ın atdığı addımlara görə neftin bahalaşması davam etsə və qiymətlərin yüksək səviyyədə sabitləşməsi ehtimalı yaransa, neft ixrac edən ölkələr hasilatı artıra bilər. Hətta əgər hasilatın artması nəzarətsiz xarakteri alsa belə, təklif tez bir zamanda tələbatı üstələyəcək və nəticədə gözlənilən bahalaşma əvəzinə ucuzlaşma baş verə bilər. Göründüyü kimi, yaranmış vəziyyətin səbəbləri məlum, nəticələri isə sual altındadır.(lent.az)

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az