• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə yeni namizəd Bakıda kimləri tutmuşdu...

17:09 10.05.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Ötən gün ABŞ Senatında Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə namizəd irəli sürülmüş Cin Haspelin namizədliyinə dair gərgin dinləmələr keçirilib

Virtualaz.org xəbər verir ki, senatorlar Cin Haspeli əvvəllər Mərkəzi Kəşfiyyat İdarəsinin gizli həbsxanalarında “Əl-Qaidə” terrorçularının dindirilməsi zamanı suda boğma üsulundan istifadə etdiyinə görə bərk sıxışdırıblar. Habelə onu həmin dindirmələrin videoyazılarını məhv etməkdə günahlandırıblar.

Cin Haspel dinləmələr zamanı dəfələrlə bildirib ki, Mərkəzi Kəşfiyyat İdarəsini direktoru vəzifəsinə təsdiqlənərsə heç vaxt bu cür sərt dindirmə praktikasından istifadə etməyəcək. Hətta buna formal olaraq qanunla icazə verilsə belə.

Cin Haspel işgəncə kimi qiymətləndirilən sudaboğma imitasiyasından 2001-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin Tailanddakı rezidenti işləyərkən istifadə edib. 2004-cü ildə Mərkəzi Kəşfiyyat İdarəsinin”Əl-Qaidə”çilərə qarşı işgəncə taktikasından istifadə etdiyi haqda faktlar üzə çıxanda Cin Haspel və onun bossu Xose Rodriqes də qalmaqalın mərkəzində yer alırdı. Bu qalmaqal bir neçə il davam edib, nəhayət Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini onun hərəkətlərinə haqq qazandırıb və Haspel idarədə işləməkdə davam edib.

Prezident Donald Tramp Haspelin namizədliyini irəli sürəndə məhz bu fakt onun yolunda əsas maneə hesab edilirdi. Haspel MKİ-nin imicinə zərbə vurmamaq üçün namizədliyinin Senata təqdim edilməsinə razı olmayıb. Tramp və müşavirləri onu iki gün dilə tutub, nəhayət Haspel MKİ direktoru olmağa razılaşıb.

Senatda dinləmələr zamanı Haspelin bioqrafiyasından indiyədək məxfi olan detallar da açıqlanıb. Hərçənd həmin məxfi detalların bir qismi, o cümlədən Haspelin Bakıda Mərkəzi Kəşfiyyat İdarəsinin rezidenti olması daha əvvəl mətbuatda yayılmışdı.

Cin Haspel rus və türk dillərini əla bilir. O, təsdiqlənərsə MKİ-nin rus dilini mükəmməl bilən ilk direktoru olacaq.

Haspel Rusiyada başqa ad altında işləyib. Bakıda isə 90-cı illərin ortalarından MKİ-nin rezidenturasına başçılıq edib. O, 1998-ci ildə ABŞ-ın Keniya və Tanzaniyadakı səfirliklərinə terror hücumu həyata keçirən yüksək rütbəli “Əl-Qaidə” terrorçularının Bakıda yaxalanması əməliyyatında iştirak edənlərdən biridir.



2001-ci ildə Haspel MKİ-nin baş qərargahında işə keçib, onun yeni vəzifədə işə çıxdığı gün dəhşətli 11 sentyabr terror hücumları baş vermişdi.

MKİ-nin İsrailin kəşfiyyat xidməti “Mossad”la birlikdə Bakıda 20 il əvvəl keçirdiyi uğurlu əməliyyat barədə indiyədək Qərb mənbələrində dəfələrlə yazılmışdı. Lakin həmin əməliyyata MKİ-dən kimin rəhbərlik etdiyi təbii ki, açıqlanmırdı.

Virtualaz.org xatırladır ki, 1998-ci ildə “Mossad” “Əl-Qaidə”nin o vaxt ikinci adamı olan Ayman əs-Zəvahirinin (hazırda bu terror təşkilatının rəhbəridir) yüksək rütbəli üç adamının Əfqanıstan üzərindən Bakıya gəldiyi haqda kəşfiyyat məlumatı əldə edib. Onların arasında əs-Zəvahirinin sağ əli hesab olunan misirli Ahmed Salam Mabruk da yer alırdı. “Mossad”ın o vaxt Bakıda rezidenturası olmadığından İsrail kəşfiyyatı kömək üçün MKİ-yə müraciət edib. Nəticədə əməliyyat qrupu formalaşdırılıb, İsrail agentləri Amerika agentləri adı altında həmin qrupa daxil olub və Azərbaycana yollanıb. Burada Azərbaycan xüsusi xidmət orqanları ilə birlikdə terrorçular “Apşeron” otelində yatdıqları yerdə yaxalanıblar.

Ahmed Salam Mabruk

Həmin əməliyyatın iştirakçılarından biri, “Mossad”ın xaricdə məxfi əməliyyatlar üzrə keçmiş zabiti Maykl Ross iki il əvvəl bunları demişdi:  “Bəli, mən bu iş üzərində (ABŞ-ın Keniya və Tanzaniyadakı səfirliklərinə hücum)  Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları ilə birlikdə işləmişəm. Biz bu terror aktında iştirak edənlərdən üçünü müəyyən edə bildik. Bizim təsbit etdiyimiz həmin üç şəxs Misirin o vaxt yeni baş qaldıran cihad hərəkatının liderləri idi. Biz informasiya aldıq ki, həmin şəxslər Azərbaycanda gizlənir və onların Bakıda yaxalanması üçün Mərkəzi Kəşfiyyat İdarəsindən olan uşaqlarla birlikdə Bakıya yollandıq...”

Cin Haspelin iştirak etdiyi əməliyyatla Bakıda tutulan Ahmed Salam Mabruk Misirə ekstradisiya edilmişdi və orada terrorçuluğa görə məhkum olunmuşdu. 2011-ci ildə Hüsnü Mübarəkin devrilməsi zamanı o həbsxanadan buraxılıb və cihadı davam etdirməyə başlayıb. İki il əvvəl isə Suriyada “Əl-Nüsra” cəbhəsinin ideoloji liderlərindən biri kimi üzə çıxmışdı...

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az