• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

Trampın İranla bağlanmış nüvə sazişini tərk etməsindən hansı ölkələr daha çox qazanacaq?

17:55 09.05.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Elnur Soltanov: “AB ölkələri və Çin Trampın qərarını dəstəkləmir, bu mənada İran neftinin yenə də alıcıları olacaq”

Natiq Cəfərli: “Gərginlik bir az da artsa neft 80 dolları da keçə bilər, o zaman ABŞ-ın düşmən elan etdiyi ölkələr daha çox qazanacaq”

ABŞ prezidenti Donald Trampın ölkəsinin İranla bağlanmış nüvə sazişindən çıxdığını bəyan etməsi dünyanın siyasi səhnəsi ilə yanaşı, birjaları da silkələyib. Əsasən də neft birjaları bu qərar kəskin reaksiya verib. 

Belə ki, Donald Tramp Tehranı uranı zənginləşdirməkdə və sazişin müddəalarına zidd olaraq, qadağan olunmuş silahlar hazırlamaqda ittiham edib. Tramp deyib ki, əslində, saziş İrana uranı zənginləşdirməyə və yekunda nüvə sıçrayışına nail olmağa imkan yaradıb. Bizdə əsaslı təsdiq var ki, İranın bu vədi yalan imiş.

Xatırladaq ki, İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri” - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.

Bəs görəsən, bu qərardan sonra İranın neft ixracatında azalma ola bilərmi? Sonrakı dövrdə neftin qiyməti nə qədər yüksələ bilər? Trampın bu qərarında hansı ölkələr qazanclı çıxacaq?

Musavat.com-un suallarını cavablandıran ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov bildirdi ki, bu, gözlənilən bir qərar idi: “Adətən bu cür qərarların verilməsi ilə bağlı gözləntidə əminlik olanda, artıq öncədən neft qiymətlərinə təsir edir. Bizim son bir ayda gördüyümüz yüksək neft qiymətinin səbəbi əsasən İranla ABŞ arasındakı münasibətlər və Trampın bu sanksiyaları yeniləmə ehtimalı idi. Bu mənada artıq qiymətdəki yüksəliş müəyyən ölçüdə baş verib. Ancaq əlbəttə ki, qərarın verilməsi də əhəmiyyətli bir qırılma nöqtəsidir. Bu qərar veriləndən sonra təxminən neftin 5 dollara qədər yüksəlmə ehtimalı var”.

E.Soltanovun sözlərinə görə, bu prosesdə Avropa dövlətləri Trampın qərarını dəstəkləmədiyindən vəziyyət İran üçün o qədər də qorxulu olmayacaq: “2015-ci ildə İran üzərindən sanksiyalar götürüldükdə, bu prosesə ABŞ liderlik edirdi və bütün Avropa dövlətləri Amerikanın arxasında idi. O dövrdən etibarən İranda neft istehsalı bir milyon barel artdı və dünya bazarına çıxarıldı. Ancaq bu sanksiyalar yeniləndiyinə görə, həmin 1 milyon barel bazarda sürətlə çıxmayacaq. Çünki bu dəfə Avropa dövlətləri Trampı dəstəkləmirlər, Amerika bunu təkbaşına həyata keçirəcək. Amerikanı Cənubi Koreya, Tayland və Yaponiya dəstəkləyir. Çin çox güman ki, bu qərarı ciddiyə almayacaq. Hindistan isə bu məsələdə Amerikaya dəstək verə bilər. Bu mənada İran neftinin yenə də alıcıları olacaq. Əlbəttə ki, dövlətlər Trampın qərarını dəstəkləməsə belə, bir çox şirkətlər daha ehtiyatlı davranmağa çalışacaq. Çünki hamısı ABŞ iqtisadiyyatı ilə əlaqədədir. Ancaq Çinin və Avropa ölkələrinin bu sanksiyanı dəstəkləməməsi sanksiyaların təsirlərini müəyyən qədər yumşaldacaq”.

İqtisadçı onu da vurğuladı ki, hazırki ritorika artıq müharibə ritorikasına doğru gedir: “İsraildə hərbi səfərbərlik elan olundu. Amerika öz vətəndaşlarına bəzi yerləri tərk etməklə bağlı çağırış etdi. Müharibə ehtimalı hazırda elə də çox deyil, ancaq əgər hadisələr nəzarətdən çıxsa, çağırışlar artsa o zaman neftin qiymətində 5 dollardan daha çox artım gözləmək olar”.

İqtisadçı ekspert Natiq Cəfərli isə hadisəni şərh edərkən bildirib ki, Avropa dövlətləri artıq İrana sanksiyalar tətbiq etməkdə maraqlı deyillər: “Son 3 ildə AB ölkələri İranla 300 mlrd. dollardan çox iqtisadi müqavilələr bağlayıblar, Fransa, İtaliya, Almaniya şirkətləri İranla çox yaxşı müqavilələr imzalayıblar - həm İrana hər növ məhsullarını satırlar, həm də böyük enerji layihələrində ortaq olublar. Məhz buna görə, Avropa Trampın verdiyi qərara sərt münasibət göstərir və sanksiyalara qoşulmayacağını elan etdilər”.

N.Cəfərlinin sözlərinə görə, Trampın bu addımı hələ ki, neft qiymətlərini artırdı və ABŞ-ın düşmən elan etdiyi Rusiya və İran daha çox pul qazanmağa başladı: “Neftin qiymətinin 1 dollar artması hər gün Rusiyaya 8 mln., İrana isə 2 mln. dollar əlavə qazanc gətirir. Bir il bundan öncə neftin qiyməti 45 dollar idi, bu gün 76 dollar olub, 50%-dən çox qiymət yüksəlib. Keçən ilin mayına nisbətən Rusiya əlavə günə 250 mln., İran isə günə 62 mln. dollar əlavə pul qazanır. Gərginlik bir az da artsa neft 80 dolları da keçə bilər, o zaman ABŞ-ın düşmən elan etdiyi ölkələr daha çox qazanacaq. Ancaq onu da nəzərə almaq lazımdır ki, neftin qiymətinin artması iqtisadi səbəblərdən qaynaqlanmır, sırf hərbi-siyasi gərginliyə görə artan spekulativ qiymətlərdir. Bu isə o deməkdir ki, bu dayanıqlı qiymət artımı deyil, gərginlik azalan kimi, qiymətlər də düşəcək”.

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az