• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

Xomeyni soyadlı bir gəncin “manifesti“ - TƏHLİL

15:28 08.05.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Əziz Rzazadə

Strateq.az

Kimin ağlına gələrdi ki, bir mərasim bu qədər hay-küy doğuracaq və İranda, demək olar, hər kəs ona münasibət bildirəcək. Amma hər halda, bu baş verdi və hətta “Sepah”la bağlı olan “Təsnim” kimi agentlik manşetə “Əmmamə, yaxud tacqoyma mərasimi?” başlığını çıxardı.

Ay yarım əvvəl “Strateq”də (23 mart 2018-ci il –  http://strateq.az/manshet/241450/iran-muhafiz%C9%99karlari-xomeyni-ail%C9%99sini-niy%C9%99-sevmirl%C9%99r.html) Ayətullah Xomeyninin varisləri barədə məqalə yadınıza gəlirmi?

O yazı “Xomeyni soyadını daşıma məsuliyyətini dərk etməyən” Əhməd Xomeyni barədə qeydlərlə tamamlanırdı: “Bu gənc ağazadə mərhum babası Hacı Əhməd Xomeyninin nəvəsi olmaqdan daha böyük fəzilətə və ya nəsildaşları ilə müqayisədə, daha böyük üstünlüyə sahibdirmi? Geniş zəkalı mədrəsə tələbəsidir? Elm dühasıdır? İmam Xomeyni ilə bağlı olan digər üstün xüsusiyyəti var? Xomeyni soyadını daşıya və sıradan biri ola bilməzmi?..”

İran mühafizəkarları İslam Respublikasının qurucusu ilə eyni şəcərədən olan bir gənci belə tənbeh edirdi. “Rajanews”dan başlayan sərt mövqe ötən həftə bütün sosial şəbəkə və mediada aparıcı mövzu oldu.

Təsadüf belə gətirdi ki, eyni gündə iki hadisə üst-üstə düşdü: şiələrin 12-ci imamının doğum (milad) günü Seyyid Həsən Xomeyni babasının dəfn olunduğu ziyarətgahda (təhsil nazirinin də iştirak etdiyi mərasimdə) “Məhdəvi hökumətin olduğu dövlət lallar ölkəsi olmamalıdır” sözlərini dilə gətirdi.

Eyham, əlbəttə, İranda “Telegram” şəbəkəsinə qoyulan məhdudiyyət, yəni, ifadə azadlığının pozulması ilə bağlı idi.

İkinci hadisə dini təhsilini başa vurması münasibətilə təşkil olunan mərasimdə Həsən Xomeyninin 20 yaşlı oğlu Seyyid Əhmədin “ədalı” iştirakı idi.

“Arman” qəzeti bu iki fərqli mərasimin qoparacağı tufanın müjdəçisi kimi Həsən Xomeyninin açıqlamalarını ilk səhifəyə çıxarmış, həm də manşetə ata-Xomeyninin tək deyil, oğlu ilə birlikdə olduğu fotonu yerləşdirmişdi.

Ənənəvi başa əmmamə qoyma mərasimi
 
Farsca “əmmame qozari” adlanan başa əmmamə qoyma böyük tarixə malik mühüm dini mərasimdir. Adətən, mədrəsə təhsilinin icbari hissəsini başa vuran tələbələr üçün təşkil olunan ayində, ənənəvi olaraq, ustadın qarşısında bardaş qurub oturan gənc ruhanilər bir-bir irəli çıxır, mürşidin qarşısında təzim edirlər; kürsüdə oturan müctəhid isə müridlərinin başlarına əmmamə qoyur və xeyir-dua verir.

Gənc Əhməd Xomeyninin iştirak etdiyi mərasimdən çəkilən fotolar isə mürşid-mürid bağlılığından daha çox, tacqoyma mərasimi xatırladırdı.

Ayətullah Seyyid Müvəhhid Damad kimi nüfuzlu müctəhidin iştirak etdiyi məclisdə 20 yaşlı gəncin mürşidlə üzbəsurət kürsüdə oturmasına İranda ən azı ağız büzdülər, ən çoxu da qəzəbli şərhlər yazdılar.

“Jen-e xub” – “Yaxşı gen” adı almış qalmaqal az bir zamanda sosial mediadan dövrü nəşrlərə sıçradı. “Aftab-e Yəzd” qəzeti – “Seyyid Əhmədin çətin günlərinin başlanğıcı”, “Sədaye eslahat” qəzeti – “Bir yaxşı genin haşiyələri”, habelə digər KİV-lər oxşar başlıqlarla mövzunu ilk səhifələrə çıxardı.

Kiberməkandakı söz oxları isə daha kəskin idi. Bir çoxları məlum mərasimi əmmamə yox, tacqoymaya bənzədir və “Pəhləvi sülaləsini Xomeyni xanədanını iqtidara gətirmək üçün devirmişikmi” sualını verməkdən belə çəkinmirdi.

“İnstagram”da çox fəal olan Əhməd Xomeyni də, nəhayət, dilə gəldi və bədxahlarına tutarlı cavab yazdı: “Deyirlər, bir gün bir nəfər aptekə gedir və soruşur ki, sizdə mıx var? Aptek sahibi təəccüblə mənfi cavab verir. Müştəri də daşı mağazanın şüşəsinə vurur və deyir ki, mıx satılmayan aptek dağıdılmalıdır. Ertəsi gün həmin kişi yenidən aptekə gəlir və soruşur ki, sizdə mıx var? Bu sualı gözləyən aptek sahibi cavab verir: “Bəli, var”. Kişi bu dəfə tərəzi daşı ilə mağaza vitrinini sındırır və deyir ki, mıx satılan aptek dağıdılmalıdır. Üçüncü gün həmin müştəri bir daha aptekə gəlir və eyni sualı təkrarən verir: “Sizdə mıx var?” Aptek sahibi bu dəfə asta səslə deyir: “Canım-ciyərim, sən vitrini sındır, mıxı neyləyirsən!”

Bu hekayət mənim məsələmə çox oxşayır. Özlərini haqlı çıxartmaq üçün bəzi adamlara sadəcə  bəhanə lazımdır…”

Bir gəncin daşıdığı genetik kodların gülüş və tənbeh hədəfi olması, üstəlik şəbəkə istifadəçilərinin diluzunluğu “Təsnim” agentliyində daha çox hiddətlə qarşılanıb. “Əmmamə qoyma, yaxud nifrətamiz tacqoyma?” yazısında internet xuliqanlarının çoxluğu İmam Xomeyni müəssisəsinin zəif fəaliyyəti ilə əlaqələndirilib.

İranda dövlətin təməlini təşkil edən dini-siyasi nəzəriyyənin təbliğinə ziddiyyətli nüfuza malik və mübahisəli şəxsiyyət kimi qəbul edilən Ayətullah Misbah Yəzdi rəhbərlik edir. Bu il 69 milyard tümənlik (220 milyon $) büdcəyə sahib olmuş bu qurum İslam Respublikası banisini elmi-dini mirasının nəşrinə görə də məsuldur.

Əslində, “Təsnim” İmam-e Rahelin [Xomeyninin] yolundan sapmalara qarşı fəal müqavimətə çağırmaqla yanaşı, Misbah Yəzdini də hədəfə almış olur.

Seyyid Əhməd Xomeyninin iştirak etdiyi mərasim

Əlbəttə, söhbətin mahiyyəti sadəcə genlərlə bağlı deyil. Hərgah siyasi həyatda bioloji varislik məsələsinə, hər yerdə olduğu kimi, İranda da çox sərt əleyhdarlıq var. Amma Tehran Universitetinin professoru Sadiq Zibakəlam ruhanilərlə bağlı bir qeydi ilə duruma daha çox aydınlıq gətirir. Aprelin 30-da o, “Facebook” səhifəsində yazıb ki, artıq İran ruhaniləri içində intellektuallar yoxdur. “Onlar çağın siyasi suallarına cavab verməkdə çətinlik çəkir, buna görə də bəlağət və lətif sözlərdən istifadə edirlər”.

Həqiqətən, çox da uzaq olmayan keçmişdə siyasətdən kənarda olan din xadimləri tərəfsiz hakim mövqeyinə sahib idi, buna görə də, şəriksiz istinad məqamı sayılırdı. Digər tərəfdən, başında əmmamə, əynində yəməni əba olan insanlar arasındakı Əllamə Təbatəbai, Mütəhhəri kimi fəlsəfə və siyasi fikir ustadları vardı və onlar Qərbdə belə geniş tanınır və heyranlıq doğururdu (Henri Korbinin İrana mütəmadi səfərləri və Tehranda təşkil edilən irfan məclisləri ziyalıları arasında indi də xiffətlə xatırlanır). Bu sıraya daha çox sosioloq kimi tanınan Əli Şəriəti və filosof Daryuş Şayeqanı da əlavə edilməsi gərəkdir.

Bu mənada Ayətullah Xamnəinin bu yaxınlarda dini hövzələrdə fəlsəfi araşdırmalara yönəlik səylərin artırılması barədə çağırışı, yəqin ki, yaranmış boşluğu doldurma cəhdi kimi yozulmalıdır. (Ondan fərqli olaraq, İbrahim Rəisi “Başqalarının əlinə baxan və mədəni sərhədlərimizdən kənara çıxan insanlar cəmiyyətimizin intellektualları sayıla bilməz”, – deyə Şərq-Qərb mədəni dialoqunu istisna edir).

Daha bir gerçəklik budur ki, cəmiyyətdə mövqeyi az-çox sarsılsa da, həqiqət axtarışında Şərq insanı dinə və onun təmsilçilərinə hələ də ilk istinad məqamı kimi baxır. Buna görə də, məsələn, Türkiyədə hansısa ilahiyyatçının qələt şərhi (məsələn, “zərurət olduğu halda başqasının malını zəbt etmək halaldır”, “rüşvət almaq caizdir”, yaxud Azərbaycanda din xadiminin dövlətdən maaş alması, yəni əslində, hökumətin yedək məmuruna çevrilməsi xəbəri açıq qıcıq və sərt təpki ilə qarşılanır, hələ bu azmış kimi gülüş hədəfinə çevrilir.

Bu halda istər-istəməz türk ilahiyyatçısı Mustafa İslamoğlunun sözləri yada düşür: “Cübbə var, içində bədən yox, saqqal var, qızaracaq üz yox, külah var, altında baş yox…”

MilliYol.Az


Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az