• Xəbər lentİ
Fləş

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

00:21 / 15.06.2026

Azərbaycanda Milli Qurtuluş Günüdür

00:10 / 15.06.2026

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

23:28 / 14.06.2026

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

23:27 / 14.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar ertəsi, 15 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Ölkə

Rövşən Lənkəranskinin ölümünün yeni təfərrüatları

11:02 24.08.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Qətlə rusiyalı deputat və baş nazirin sabiq 1-ci müavininin adı da qarışdı...

İstanbulda avtomat silahlarla avtomobilinə atəş açılması nəticəsində öldürülən Rövşən Lənkəranskinin (Canıyev) ölümü ilə bağlı bəzi detallar üzə çıxıb.

Qətlin motivi haqda "Yeni Musavat"a daxil olan məlumatda deyilir ki, əfsanəvi “qanuni oğru”nun gülləbaran edilməsi Moskvanın Domodedovo rayonundakı eyni adlı meyvə-tərəvəz bazarına nəzarətdən doğan mübahisəyə görədir. Hətta qətlin mümkün sifarişçisinin adı da çəkilir - Timur. 

Bu şəxsin Rusiya Federasiyası Dumasının deputatı Aleksandr Şişkinin şəxsi mühafizə xidmətinin rəisi olduğu deyilir. Bildirilir ki, bazarda mübahisə illərdir ki, davam edir. Həmin bazardakı mübahisələr 2014-cü ilin yanvarında pik nöqtəsinə çatıb. O dövrdə Rusiya mətbuatında "Domodedovo" bazarındakı mübahisələr Moskvada azərbaycanlılar arasında bazar müharibəsi kimi təqdim edilib. Bazarın baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasova aidiyyətinin olduğu və özünə yaxın şəxsin idarə etdiyi haqda xəbərlər gəlib. 

“Domodedevo” bazarında Azərbaycandan mal aparan sahibkarlarla bağlı ciddi problem yaşanıb. Həmin bazar 2013-cü ildə sökülən “Pokrovsk” bazarının əvəzinə açılıb. “Pokrovsk” bazarı bağlanandan sonra oradakı azərbaycanlı ticarətçilər “Domodedovo”ya köçürülüb. Amma ora uzaq olduğundan və alver üçün münbit şərait olmadığından Azərbaycandan gedən və Moskvaya kənd təsərrüfatı malları aparan soydaşlarımız Moskva Dairəvi yolunun yaxınlığındakı “41" adlanan bazarı üstün tutublar. Bundan sonra digər bazarlardakı azərbaycanlılar da mallarını  həmin bazara aparmağa başlayıb. Bundan narahat olan bazar rəhbərliyi rəsmi dairələrlə əlaqələrindən istifadə edərək təzyiq rıçaqlarını işə salıb.  Moskvaya Azərbaycandan gətirilən meyvə-tərəvəz dolu maşınlar zorla ”Domodedova"ya aparılmağa başlayıb. Orada isə bazar sahibinin qoçuları həmin sahibkarları az qala girov götürüblər. Bir maşının bazara daxil olması üçün o dövrdə 1000 dollar alınıb. Sonra isə hər günə görə 500 dollar sahibkardan əlavə toplanıb. O dövrdə iş adamlarının bir neçəsi toplaşaraq Abbas Abbasovla görüşmək üçün “AzerRos”un yerləşdiyi Moskva şəhəri Krasnopresenski küçəsi - 24 ünvanında olublar. Lakin Abbas Abbasov yaxasını kənara çəkib, “gedin, məsələni bazar rəhbərliyi ilə həll edin” deməklə sahibkarları qapıdan yola salıb. 

Mənbəmiz bildirib ki, Rövşən Lənkəranskinin öldürülməsi planı olsa da, tezliklə icra edilməsi nəzərdə tutulmurmuş. Qaynağımız onun Türkiyədə özünü rahat hiss edib sayıqlığını itirməsi haqda söylənilənlərin doğru olmadığını bildirib. Onun sözlərinə görə, Rövşən Lənkəranski qətlindən əvvəl “Mersedes - S class” markalı zirehli maşın sifariş edib. 

Həmin maşın ona avqustun 19-da çatdırılmalı imiş. Avqustun 18-də öldürülməsinin bu məlumatın onun opponentlərinə çatdırılmasını düşünmək üçün əsaslar yaradır. Belə məlumat var ki, Rövşən Lənkəranskinin zirehli maşın alacağı haqda məlumatı əks cinaha - onun düşmənlərinə Tahir adlı sürücüsü ötürüb. Qətl buna görə ertələnib. Rövşən Lənkəranskini zirehli maşında öldürmək ehtimalının azlığı onun düşmənlərini təcili hərəkətə keçirib.    

Ölkə.az xəbər verir ki, Rövşəni öldürən sui-qəsdçilərin bir ay əvvəldən İstanbula gəldikləri və onu izlədikləri müəyyənləşdirilib. Açılmış cinayət işi ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla, 6 nəfər şübhəli şəxs qismində saxlanılıb. İddiaya görə, sui-qəsdçilər hələ Rövşən Türkiyəyə gəlməmişdən onun Türkiyədə gedəcəyi ehtimal edilən yerləri öncə Antalyada, daha sonra İstanbulda gəzərək yaxından tanıyıblar. Polisin cinayətlə bağlı saxlanılan 6 nəfərlə birlikdə sui-qəsdçilərə Rövşən haqda məlumatlar ötürən daha bir Azərbaycan əsilli şübhəlini də göz altına aldığı deyilir. Rövşənin hadisə baş verən günü getdiyi yerlərdəki kameralar vasitəsilə həmin şəxslərə aid məlumatlar əldə edilməyə çalışılır.

Kamera görüntülərini araşdıran polislər sui-qəsdçilərin Antalyadan kirayə götürülmüş avtomobillə mehmanxana ətrafına gəldiklərini müəyyən edib. Polislər həmin avtomobili müsadirə edib. Hadisə yerində həmçinin bir ədəd uzun lüləli silah, tapança və 65 boş güllə tapılıb.

Digər tərəfdən, istintaqı dərinləşdirən polis Rövşənin qətlinin səbəbi kimi 2013-cü ildə İstanbulda törədilən bir cinayətin qisası ola biləcəyi ehtimalı üzərində dayanıb. 18 avqust 2013 tarixində Baxçaşəhərdə lüks bir villanın hovuzunda Rövşənin türmədən tanıdığı azərbaycanlı iş adamı və cinayətkar aləmdə tanınan Əli Həmidov (“Qoca” ləqəbli) öldürülmüşdü. Hadisə vaxtı yaralanan rus əsilli Asiyat Alaşov polisə verdiyi ifadəsində Həmidovun ölərkən onun qulağına “Rövşən” adını pıçıldadığını deyib. İddialara görə, Rövşən yeraltı hesablaşmasında Həmidovun ölüm əmrini veribmiş. Bundan sonra rəqibləri tərəfindən öldürülməsi üçün başına 5 milyon dollar mükafat qoyulan Rövşən Lənkəranski də Əli Həmidovun adamları tərəfindən intiqam məqsədilə qətlə yetirilib. 

Rövşənin qətli üçün Həmidovun öldürüldüyü tarix olan 18 avqust xüsusi təyin olunub. Digər bir iddiada isə 16 yanvar 2013-cü ildə kürd əsilli mafiya lideri Ded Xasanın Rusiyada öldürülməsində Rövşənin rolunun olduğu, bundan sonra rus rəsmilərin mafiya müharibəsində Rövşənin Türkiyəyə qaçdığını müəyyən etdiyi və Ded Xasanın adamlarının Rövşənin qətli üçün 12 killeri Türkiyəyə göndərdiyi irəli sürülüb. İstanbul polisinin bu ehtimal üzərində də iş apardığı deyilir. 

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

14.06.2026
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

14.06.2026
Azərbaycanda Milli Qurtuluş Günüdür

Azərbaycanda Milli Qurtuluş Günüdür

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

14.06.2026
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

14.06.2026
Azərbaycanda Milli Qurtuluş Günüdür

Azərbaycanda Milli Qurtuluş Günüdür

15.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

11.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az