• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Müsahibə

“Azərbaycanlı avtoritetlərin arasında münaqişə yarana bilər...“ -MÜSAHİBƏ

18:09 19.08.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Hüquqşünas, kriminal araşdırma yazıların müəllifi Əyyub Kərimli Qaynarinfo.Az-a tanınmış kriminal avtoritet Rövşən Lənkəranskinin ölümü ilə bağlı müsahibə verib. Müsahibəni təqdim edirik.

- Rövşən Lənkəransinin ölümü Azərbaycanda gözlənildiyindən artıq rezonans doğurdu. Sizcə bu, onun kriminial aləmdəki yeri və nüfuzu ilə bağlı idimi?

- Ümumiyyətlə qeyd etmək lazımdır ki, bölgədəki kriminal aləm 1990-cı illərə qədər bir, 1990-cı illərdən sonra başqa cür formalaşmışdı. Əvvəlki dövrlərdə kriminal avtoritetlər bir neçə ilə yetişmirdilər, bunu üçün onillər lazım gəlirdi. Əsasən də “tac” almaq üçün bəzən 30 il bu aləmdə olmaq lazım gəlirdi. Ona görə də köhnələr 1990-cı illərdən sonra yetişənlərə “apelsin” deyirdilər. Yəni “tez yetişən”. “Apelsinlər” SSRİ dağıldıqdan sonra, xüsusi mülkiyyətin yarandığı dövrə düşdükləri üçün bəzən daha çox maliyyə hesabına populyarlaşırdılar. “Koronanı” da pulla alanlar olurdu. Rövşənə gəlincə, yəqin ki, sözünün üstündə duran, dediyini edən birisi olduğu üçün az müddətə bu qədər hörməti qazana bilib. 
  
- İndiki kriminal aləmin funksiyası nədən ibarətdir?

- Məlumdur ki, onların özlərinə məxsus qanunları, məcəllələri olur. Onlar cəmiyyətdə müəyyən qədər, gizli də olsa, “baytar” rolunu oynayırlar. Bəzən hüquq-mühafizə orqanlarının gücü çatmadığı məsələləri onlar həll edə bilirlər. Ona görə də, onlar həbs olunanda, onlara xüsusi hörmət qoyulur. Ancaq SSRİ dağılandan, xüsusi mülkiyyət yaranandan sonra bunlar başladı müəyən varlı adamlara haqq qoymağa. Onlarla əvvəlki oğru dünyası arasında münaqişə yaranmağa başladı. Sonradan onların bəziləri dil tapa bildilər, bəziləri dil tapa bilmədilər. 

- Lənkəranskinin ölümü ilə bağlı versiyaların hansını inandırıcı sayırsınız?

-  Mən bir hüquqşünas və uzun illər hüquq qəzetinə rəhbərlik etmiş bir insan kimi, hesab edirəm ki, onun ölümündə hüquq-mühafizə orqanlarının əli var. Onun olduğu maşına diqqət etsinlər, hara məxsusdur, kimindir. Bu maşın Türkiyədə nə gəzirdi və niyə o, məhz Türkiyədə öldürüldü? Belə bir deyim var: “Gilizi heç kim saxlamır”. Kriminal avtoritetlər də nə qədər ki, güllə kimi lazımdırlar, onları qoruyurlar, heç kimə lazım olmayan bir ana çatanda isə... Həmişə də belə iş üçün qarışıq bir dövr seçilir. Hüquq-mühafizə orqanları həmişə kriminal dünya ilə qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstəriblər. Lazım gələndə isə onları bir-birinə qarşı qoyub, eyni vaxtda bir neçəsini zərərsizləşdirmək metodundan istifadə edirlər. Yəni “ilanı Seyid Əhməd əli ilə tuturlar”. Türkiyə də ona görə seçilib ki, bu ölkə indi çox qarışıqdır. Məsələn bir türkün, azərbaycanlının Rusiyada, Ukraynada  öldürülməısi başqa rezonans doğura bilərdi. Azərbaycan elan edib ki, biz 1990-cı illərdə bu məsələnin kökünü kəsmişik, bizdə kriminal dünyası mövcud deyil. 

- Rusiyada son dövrlər kriminal aləmin imkanlarının zəiflədilməsi meylləri aşkar görünür. 

- Hüquq-mühafizə orqanları kriminal dünyanı həmişə nəzarətdə saxlayırlar. Bəzən özləri də onlarla əməkdaşlıq edirlər. Rusiyada prokurorların, Daxili İşlər Nazirliyinin yüksək çinli məmurlarının oğru dünyasını idarə etdiyi dövrlər olub. Boris Yeltsinin (Rusiyanın keçmiş prezidenti) dövründə hüquq-mühafizə orqanları kriminal aləmin önündə “diz çökürdü”. Ona görə də sonrakı dövrlərdə hakimiyyət onların zəiflədilməsi xəttini götürdü. Bunun üçün isə müxtəlif yollardan istifadə olunur. Əksər hallarda isə onların bir-birinə qarşı qoyulması yolundan istifadə olunur. Çünki bulanıq suda balıq tutmaq asan olur. Onların bir yerdə, müıyyən xətdə olmaları hüquq-mühafizə orqanları üçün təhlükədir. Hətta tutaq ki, Azərbaycan kriminal avtoritetləri ilə rus avtoritetləri arasında münasibət yaxşılaşanda, onun da qarşısını alırlar. Müxtəlif yerlərdən, rəqib mənbələrdən daimi məlumat almaq, onları idarə etməyi daha asan edir. Əlbəttə ki, “Ded Xasanın”, Sabirabadlı Hikmətin, indi də Rövşən Lənkəranskinin ölümündən sonra kriminal aləm istər-istəməz zəifləyəcək. Elə adamlar var ki, Yeltsinin dövründə krimianl aləmə gəlib, onun dövründə bir neçə nazirlə işləyib, amma ondan sonra gələn nazirlərlə də tədbirli davranır. Yəni çalışır onların maraqlarını tapdamasın. Belə tədbirli olanlar özlərini müəyyən vaxta qədər qoruya bilirlər. Onsuz da kriminallar heç vaxt öz əcəlləri ilə ölmürlər, qocalıq yaşına çatmırlar. Çünki onlar öz işlərini görəndən sonra lazımsız olurlar. Mən hesab edirəm ki, mərhum Rövşən Lənkəranski Türkiyədə özünü qorumaq baxımından xeyli taktiki səhvlərə yol verib. Bu da görünür, onun özünü bu ölkədə daha təhlükəsiz hiss etməsi ilə bağlı olub.  

- Rusiyada yaşayan bəzi azərbaycanlıların “Facebook” statuslarından belə məlum olur ki, onlar çətin anlarda Rövşənə pənahlanırlmışlar. Sizcə, onun ölümündən sonra soydaşlarımızın Rusiyada güzəranı daha da pisləşəcəkmi?

- Sözsüz ki, mərhum yazılmamış qanunlarla müəyyən iş aparıb. Kriminal avtoritetlər çox vaxt hüquq-mühafizə orqanlarının həll edə bilmədiyi və ya həll etmək istəmədiyi məsələləri həll edirlər. İnsanlar belə adamları boş yerə sevmirlər, deməli, onlara himayədarlıq edib. Bir dəfə görsəydilər ki, bunun dediyi boş sözlərdir ikinci dəfə arxasınca getməzdilər və ya indiki nüfuzu olmazdı. Belə adamlar insanların işini həll etmək üçün qubernator lazımdırsa, qubernatorla, mer lazımdırsa, merlə söhbət edə, onlara müəyyən mənada diqtə edə bilirlər. Onun yerinə kim olacaq, bunu deməyə çətinlik çəkirəm, bəlkə də bundan sonra azərbaycanlı avtoritetlərin arasında münaqişə yaranacaq. Amma, necə deyərlər, “müqəddəs yer boş qalmır”.   

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az