• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

Fikrət Yusifov: Turizm bizə nə vəd edir?

12:16 19.08.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Azərbaycan dünyanın turizmin inkişafı üçün çox əlverişli təbii şəraiti olan ölkələrindən biridir. Bu səbəbdən bizdə turizmin inkişaf perspektivləri bütün səviyyələrdə kifayət qədər yüksək qiymətləndirilir.

Ölkə iqtisadiyyatının neftdən asılılığını aradan qaldırmaq yolunda hökumətin götürdüyü kursa uyğun olaraq, qeyri-neft sektorunun əsas istiqamətlərindən biri kimi, turizmə dövlət səviyyəsində diqqət getdikcə artırılır. İndi qarşıya bu sahəni real sektorun ən aparıcı istiqamətlərindən birinə çevirmək vəzifələri qoyulur. Turizm sahəsində hazırda biz haradayıq və hara gedirik? Bu gün dünya üzrə Ümumi Daxili Məhsulun strukturunda turizmin payı 10% səviyyəsindədir. Azərbaycanda isə bu rəqəm ümumdünya göstəricisindən 5 dəfəyə qədər aşağıdır. Gürcüstanın ÜDM-da turizmin payı cari ilin birinci rübündə 7%-ə yaxın olub və bu rəqəm artmaqda davam edir. ÜDM-da turizmin payının bu günə olan səviyyəsinin artma şansları bizdə Gürcüstandakından və turizmin yaxşı inkişaf etdiyi digər ölkələrdəkindən heç də az deyil. Prezident İlham Əliyev son tədbirlərdəki çıxışlarında ölkədə turizmin inkişafını prioritet sahələrdən biri hesab etdiyini və bu sahənin inkişafına böyük önəm verdiyini bir neçə dəfə xüsusi olaraq vurğulayıb. Bu gün Azərbaycana gələn turistlərin sayı sürətlə artır. Biz bu artım templərinə görə indi nəinki regionda, hətta bütün dünyada liderlik mövqeyinə çıxa bilmişik. Bu çox yaxşı haldır. Lakin unutmayaq ki, Azərbaycana turist axınının bu şəkildə baş verməsində bir tək turizm sektorunun inkişaf baxımından cəlbediciliyi dayanmır. Burada regionda baş verən hadisələr fonunda bir sıra əsas turizm ölkələrində yaranmış qeyri- sabit və təhlükəli vəziyyətin də rolu az deyil. İnsanlar seçim edərkən ilk növbədə təhlükəsiz şəraitdə istirahət etməyə üstünlük verirlər. 

Bundan sonra isə artıq digər göstəricilər göz önünə gəlir. Təhlükəsizlik məsələlərinin normal səviyyədə təmin edilə bilindiyi bir şəraitdə isə turizmlə məşğul olan ölkələrdə qazanılan uğurların kökündə düzgün qiymət siyasəti və xidmətin keyfiyyəti dayanır. Bu səbəbdən də bizim turizm sektoru indidən bu iki məsələni öz fəaliyyətinin əsasına qoymağı bacarmalıdır. Qiymət siyasəti ilə bağlı iki yol var: 

-yüksək qiymətlərlə az turist cəlb edib, müəyyən qazanc əldə etməklə kifayətlənmək; 

- normal qiymətlər müəyyənləşdirib daha çox turist cəlb etməklə, turist dövriyyəsinin artması hesabına bundan dəfələrlə artıq qazanc əldə etmək.

Bu məsələdə ikinci yolu seçən tərəflər həmişə uğur qazana biliblər. Buna Türkiyə, Misir, Əlcəzair, Gürcüstan və başqa ölkələri misal göstərmək olar.

Son bir neçə il ərzində ölkəmizə turist axınının çoxalmasında Azərbaycanda keçirilmiş və bütün dünyaya yayımlanmış beynəlxalq tədbirlərin də rolu az olmadı. Bu sıraya ilk növbərə Avroviziya Mahnı Müsabiqəsini, Birinci Avropa Oyunlarını, Formula-1 yarışlarını aid etmək gərəkdir. Bu tədbirləri bütün dünyaya yayımlayarkən, biz eyni zamanda məmləkətimizin reallıqlarını hər kəsə göstərə bildik və onlarda ölkəmizə gəlmək marağı yaratdıq.

Turizm sahəsində əldə olunan bu pozitiv məqamların dayanaqlılığını və ÜDM-da bu sektorunun xüsusi çəkisini turizmin yaxşı inkişaf etdiyi ölkələrdəki səviyyəyə yaxınlaşdırmaq üçün bir sıra məsələlərə fərqli yanaşımın olması gərəkdir. Artıq bir xeyli vaxtdır ki, müxtəlif səviyyələrdə bizdə turizmin inkişafına maneə olan məqamlarla bağlı müzakirələr aparılır. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərində ölkədə ixtisaslaşmış turizmin inkişafını təmin edə biləcək tədbirlərin görülməsi nəzərdə tutulur. Dünyada turizmin yaxşı inkişaf yolu keçdiyi ölkələrin bəlli təcrübələri var. Hesab edirəm ki, biz də bu təcrübələrdən bəhrələnərək, yerli və milli xüsusiyyətləri nəzərə alınmaqla, ölkədə turizmin inkişafının özümüzəməxsus bir modelini formalaşdırmalıyıq. Söhbət turizmin inkişafında dövlət səviyyəsində tənzimləmələrin necə aparılmasından gedir. Dünya təcrübəsində bir neçə modellər mövcuddur və hər bir model turizmin inkişafı ilə bağlı məsələlərdə dövlətin iştirakının səviyyəsini müəyyən edir. Məsələn, əgər hansısa bir dövlət ölkədə turizmin inkişafına xüsusi önəm verib, sahənin qaldırılmasında öz sözünü daha yaxından demək istəyirsə, onda o, xüsusi olaraq turizm nazirliyi və ya bunun analoqu olan başqa müstəqil bir qurum yaradır. Bəzi ölkələrdə isə sahənin dövlət tənziminə böyük yer verilmədiyindən bu sahədəki məsələləri tənzimləyən orqan başqa qurumların tərkibində yaradılaraq fəaliyyət göstərir. Hesab edirəm ki, məsələnin Azərbaycan üçün bugünkü aktuallaığını nəzərə alıb, dövlətin və ilk növbədə ölkə Prezidentinin məsələ ilə bağlı müəyyən etdiyi proqramların daha uğurla reallaşdırıla bilməsi üçün bizdə müstəqil turizm nazirliyinin yaradılmasına ehtiyac var. Dünyanın 40-dan artıq ölkəsi turizm məsələlərində dövlət tənzimlənməsini məhz belə müstəqil qurumlar vasitəsilə həyata keçirirlər. Bu vacib bir məsələdir. Biz Ümumi Daxili Məhsulumuzda turizm sektorunun payının yaxın perspektivdə ən azından ümumdünya göstəricisinə - yən 10%-ə yaxınlaşmasını hədəfləyiriksə, onda belə seçim daha düzgün olardı.

Fikrət Yusifov
İqtisad elmləri doktoru, professor

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az