• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

Suriya zərbələrindən çıxarılan 7 səbəb

17:18 23.04.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Rus ayısı böyürür, amma “dişləmir”!

Suriya hökumət qoşunlarının altmış nəfərin ölümü ilə nəticələnmiş Duma şəhərinə kimyəvi hücumundan sonra Qərblə Suriya və Rusiya arasındakı gərginlik kəskin yüksəlib. Bundan sonra ABŞ, Fransa və Böyük Britaniya Suriya ərazisindəki bir neçə hədəfi vurdu. Baş verənlərdən yeddi nəticə çıxarmaq olar.

1. Tramp beynəlxalq qaydalara heç də biganə deyil

Hələ indiyədək hesab edilirdi ki, ”İlk öncə Amerika” şüarını irəli sürən Donald Trampın beynəlxalq məsələlərlə heç bir işi yoxdur və o, yalnız öz ölkəsinin maraqlarının qayğısına qalır. Lakin Suriyanın timsalında məlum oldu ki, Tramp Amerikanın oynadığı ənənəvi klassik roldan heç yana qaça bilməz.

Tramp ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya raket hücumunu izah edərkən deyib ki, Birinci Dünya Müharibəsindən sonra kimyəvi silahdan istifadəyə qoyulmuş qadağanın dəstəklənməsi onun üçün mühüm idi.
İndi Tramp Cenevrə Konvensiyasına uyğun olaraq dünya nizamını Suriya diktatoru Bəşər Əsəddən qoruyaraq, ABŞ prezidenti kimi klassik “dünya jandarmı” rolunda çıxış edir. Trampın bəzi tərəfdarları üçün bu, kiçik Corc Buşun xarici siyasətini və həmçinin də Hillari Klintonun ideyalarını xatırladır.

2.Rus ayısı böyürür, amma “dişləmir”!

Əsədə qarşı raket zərbələrindən öncə Rusiya Qərbi “Bunun ağır nəticələri olacaq” sözləriylə hədələyirdi. Hətta Rusiyanın Livandakı səfiri bildirmişdi ki, əgər Suriyanın hərbi obyektlərinə raket zərbələri buraxılarsa, onda Rusiya gücləri həmin mənbələrə hücum edəcək.

Amma bu boşbağazlıqdan başqa bir şey olmadı. Ümumi yekunda ruslar onların Suriyada öz əsgərlərinin zərbə altında qalmamasından məmnun oldular. Bundan başqa Moskva Qərb ictimaiyyətini böyük dünya dövlətləri arasında baş verə biləcək qarşıdurma ilə qoxutmağa cəhd göstərdi. Rusiyanın fikrinə görə, bu Vaşinqton, Paris və Londondakı hökumətləri Əsədə qarşı müdaxilədən saxlamalıydı.

Lakin hesablama özünü doğrultmayanda bəlli oldu ki, ruslar nəylə qarşılaşa biləcəklərini çox dəqiq bilirlər. Onlar anlayırlar ki, bu dəfə Gürcüstan və ya Ukrayna kimi zəif ölkələrlə deyil, çox güclü ABŞ və eləcə də Fransa, Böyük Britaniya ilə qarşılaşa bilərlər.

3.Tramp Suriya vətəndaş müharibəsinə girişmək istəmir

Raket zərbələri Əsədin həqiqətən də nə qədər zəif olduğunu nümayiş etdirdi. Onun Rusiya tərəfindən təchiz edildiyi müdafiə silahları daha güclü Qərb texnikasının qarşısında duruş gətirə bilmədi. Kosmosdan çəkilən şəkillərdə ABŞ qanadlı raketlərinin öz hədəflərinə necə çatdığı görünür. Guya ki, yüksək səmərəli olan Rusiya Hava Hücumundan Müdafiə kompleksləri ABŞ raketləri üçün ciddi əngəl təşkil edə bilmədi. Bunu Suriya ərazisini atəşə tutan israillilər də dəfələrlə sübut ediblər. Amma buna baxmayaraq, amerikanlar Suriyanın kimyəvi silah hazırlanması proqramı üzrə işləyən obyektlərindən başqa digər hədəfləri vurmaqdan vaz keçiblər.
Tramp Əsəd ordusunun Suriya müxalifəti üzərindəki üstünlüyünü dəyişə biləcək heç nə etməyib. Bu isə ondan xəbər verir ki, Tramp əvvəlki kimi Suriyadakı vətəndaş müharibəsinə müdaxilə etmək istəmir. Bu müharibənin nə ilə nəticələnəcəyi onu narahat etmir.
Ona görə də bu aksiya həm də…

4 …Əsədin xəlvəti qələbəsi oldu!

Həqiqətən də Suriya diktatoru kimyəvi silah tətbiqinə görə özünün siyasi məkandakı manevr imkanlarının bir hissəsini itirib. Qərb müttəfiqləri sadəcə olaraq Suriyadakı status-kvonu təsdiq ediblər. Aydın olur ki, ABŞ, Fransa və Böyük Britaniya Suriyada qüvvələr balansını müxalifətin xeyrinə dəyişmək, eyni zamanda da Əsədi hakimiyyətdən uzaqlaşdırmaq istəmirlər.

Belə görünür ki, onlar Rusiya və İranın dəstəyi ilə Suriya rejiminin münaqişədə qalib gələcəyinə çalışıblar. Onların Əsədə göndərdikləri siqnal belə olub: ”Sən kimyəvi silah tətbiq etmədikcə, öz vətəndaşlarına qarşı müharibəni davam etdirə bilərsən”. Düzdür, xəstəxanaların atəşə tutulması və çəllək bombalarının mülki insanlara atılması da beynəlxalq hüquqa ziddir, amm görünür ki, bu, Qərbin vətəndaş müharibəsinə müdaxilə etməsi üçün hansısa “qırmızı xətt”in keçilməsi deyil.

5. Rusiya təbliğatı köhnə şablonla işləyir, lakin onu həqiqət kimi qəbul edənlər də var

Uzun illərdir ki, Rusiya təbliğatı eyni bir ssenari üzrə fəaliyyət göstərir. Belə ki, öncə ruslar iddia edirdilər ki, heç bir kimyəvi qaz hücumu olmayıb, sonra söylədilər ki, bu Suriya müxalifətinin “yayındırıcı manevridir” və onların məqsədi ABŞ-ın münaqişəyə müdaxilə etməsidir. Ancaq sonradan deyilir ki, bu hücumun arxasında hansısa britaniyalılar və ya digər güclər dayanır. Aydındır ki, Kreml təbliğatçıları hesab edirlər ki, onların öz iddialarında ardıcıl olmalarına gərək yoxdur. Onlara sadəcə olaraq lazımdır ki, baş verənlərin səbəbinin Qərb versiyası şübhəylə qarşılansın.

Daha pis tərəfi ondadır ki, Rusiyanın hazırladığı yalan nəzəriyyəsini ənənəvi Qərb KİV-ləri və xüsusən də ictimai-hüquq telekanalları ciddi versiya kimi qəbul edərək ona uyurlar.

6. Avropa tarixdən heç bir dərs çıxarmır

Suriya Aralıq dənizində yerləşir, yəni Avropanın qonşuluğunda. Suriya vətəndaş müharibəsinin qurbanları kütləvi şəkildə ölkədən qaçırlar və əsasən də Avropaya. Onlar Avropanın həm sosial, həm də siyasi sistemi üçün böyük yükə çevrilirlər.

Yaxın Şərq münaqişəsi sayəsində Avropanı gözləyən təhlükələri nəzərə alsaq, Avropa Birliyi ölkələri kimyəvi silahdan istifadənin qadağasına qarşı çıxmalı və həmçinin də Suriya vətəndaş müharibəsinin sona çatması konsepsiyasının işlənməsində iştirak etməlidirlər. Çünki ən azından bu onların ərazisinin yaxınlığında baş verir.
Əslində isə bu barədə heç söhbət getmir. Avropa Birliyinin əsas ölkəsi kimi Almaniya və eləcə də başqaları məsuliyyətdən qaçaraq, təşəbbüsü hələ də qlobal rol oynamaqda ambisiyalı olan iki digər Avropa dövlətinə güzəştə gedirlər.

Həmin iki dövlətdən biri Böyük Britaniyadır və yaxın zamanda Avropa Biriyinin üzvü olmayacaq. Beləliklə, qalır Fransa. Trampın Suriya ilə bağlı heç bir strategiyasının olmaması iddiasını nəzərə alsaq, onda deyə bilərik ki, coğrafi yaxınlığına görə Suriya ABŞ-dan daha çox Avropaya təhlükə təşkil edir.

Yalnız digərlərini tənqid edib, özü isə heç bir konsepsiya irəli sürməyənlər qlobal siyasətin qapısı arxasında qalır. Münxen beynəlxalq konfransının təhlükəsizlik problemləri üzrə sədri Volfqanq İşinger bu barədə deyib: ”Heç nə etməmək Suriya üzrə siyasət yürütmək sayıla bilməz”.

7. Siyasətçilər “missiya yerinə yetirildi” frazasını öz leksikonlarından çıxarmalıdırlar

2003-cü ilin mayında “Abraham Lincoln” aviadaşıyanın göyərtəsində kiçik Corc Buş İraqdakı missiyanın yerinə yetirlməsini söyləmişdi. Əslində isə məhz bundan sonra orada vətəndaş müharibəsi başladı və hansı anda isə amerikanlar məğlubiyyətin kənarına da gəlib çatmışdılar.

ABŞ prezidenti Tramp “twitter”də yazıb ki, Suriyadakı hərbi əməliyyat ideal yerinə yetirilib. Daha sonra o, əlavə edib: Missiya yerinə yetirilib! (Mission accomplished!)

Ari Flyayşer “twitter”də yazılanlara reksiyasında deyib: ”Mən məsləhət görərdim ki, ”twitter”də yazılan məlumatlar bu iki sözlə bitməsin”. Buşun mətbuat katibi olmuş A.Flyayşer nə dediyini bilir. Donald Trampın sözlərindən sonra ABŞ silahlı qüvvələri qərargahının direktoru general Kennet Makkenzi Petaqonda keçirilən brifinqdə bildirib ki, raket zərbələri nəticəsində Əsədin kimyəvi silah hazırlanması ilə bağlı təsisləri tamamilə məhv edilməyib. Makkenzi deyib: ”Mən deyərdim ki, orada Suriya kimyəvi silah hazırlanmsı proqramının qalıqları yenə də var. Mən deməzdim ki, onların gələcəkdə yeni kimyəvi hücum etmək imkanları yoxdur”.

Missiyanın yerinə yetirilməsini iddia etmək – reallıqdan nə dərəcədə uzaq düşüldüyünü göstərir. (azpolitika.info)

(Die Welt-Almaniya)

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az