• Xəbər lentİ
Fləş

Qızının faciəvi ölümündən yazdı: "Əsas səbəbkar..."

09:32 / 17.06.2026

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

16:34 / 17.06.2026

"Zirə"nin II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

16:31 / 17.06.2026

Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək

16:26 / 17.06.2026

Prezident səhiyyə işçilərini təltif etdi (SİYAHI)

15:51 / 17.06.2026

Kevin Medina "Qarabağ"dan getdi

15:33 / 17.06.2026

"Qarabağ"ın Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri dəqiqləşdi

15:15 / 17.06.2026

Prezident Məhəmməd Süleyman Əl-Casiri təltif etdi

15:08 / 17.06.2026

Çempionlar Liqası: "Sabah"ın II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

14:14 / 17.06.2026

"Qarabağ" dayanmayacaq - Azı 3 transfer gözlənilir

14:06 / 17.06.2026

MEDİA-da ikitərəfli görüş keçirildi (FOTO)

13:51 / 17.06.2026

20 il rəhbərlik etdiyi idarədə araşdırma gedir - Özünə yeni vəzifə verildi

12:48 / 17.06.2026

Azərbaycanlı futbolçu "Petrolul" klubuna keçdi

11:50 / 17.06.2026

Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətiriblər

11:48 / 17.06.2026

Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı (FOTO)

11:37 / 17.06.2026

Bir milyonluq qaçaqmalçılıqda ittiham olunan şəxslərdən xəbər var

11:14 / 17.06.2026

Əməkdar artistin xanəndə oğlu vəfat etdi (FOTO)

10:49 / 17.06.2026

Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi (FOTO)

10:22 / 17.06.2026

Qızının faciəvi ölümündən yazdı: "Əsas səbəbkar..."

09:32 / 17.06.2026

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

20:12 / 16.06.2026

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

19:12 / 16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

18:23 / 16.06.2026

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16:21 / 16.06.2026

Zeynəb Xanlarova konsert verəcək?

14:36 / 16.06.2026

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

13:58 / 16.06.2026

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

13:50 / 16.06.2026

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

10:37 / 16.06.2026

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

10:17 / 16.06.2026

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

10:17 / 15.06.2026

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

00:21 / 15.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 18 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Siyasət

XİN: “Bu, ciddi təəssüf doğurur”

20:30 20.04.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

“Brüsseldə fəaliyyət göstərən “Ədalət və Demokratiya naminə Erməni-Avropa Federasiyası”nın rəhbəri Kaspar Karampetyan barəsində Baş Prokurorluq tərəfindən cinayət işinin açılmasından sonra həmin şəxs görünür ciddi narahatlıq keçirir”

Bu sözləri APA-ya açıqlamasında XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bir qrup belçikalı deputatın Azərbaycan tərəfdən Kaspar Karampetyan barəsində açılan cinayət işinə etiraz olaraq bəyanat yaymasını şərh edərkən deyib.

H. Hacıyevin sözlərinə görə, bu səbəbdən o, Belçikanın yerli orqanlarında təmsil olunan və Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən bəzi deputatlar vasitəsilə özünə dəstək axtarır: “Kaspar Karampetyan mütəşəkkil dəstə tərkibində 2014-2018-ci illərdə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq təkrar keçmək, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğalı və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimi təbliğ və təşviq etmək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin pozulmasına açıq çağırışlar etmək kimi davamlı qeyri-qanuni fəaliyyət həyata keçirir.

O, bununla Azərbaycanın işğal olunmuş ərazilərindən etnik təmizləməyə məruz qalmış bir milyondan artıq Azərbaycanlı qaçqın və məcburi köçkünün fundamental hüquq və azadlıqlarını, o cümlədən onların öz doğma torpaqlarına geri qayıtmaq və mülkiyyətlərindən istifadə etmək hüquqlarını kobud şəkildə pozur.

Kaspar Karampetyan rəhbərlik etdiyi “Ədalət və Demokratiya naminə Erməni-Avropa Federasiyası” vasitəsilə Azərbaycanın işğal olunmuş ərazilərində mülki Azərbaycan əhalisinə qarşı hərbi cinayətlər, insanlıq əleyhinə cinayət, soyqırım əməlləri törətməkdə iştirak edən qondarma rejimin nümayəndələrinin Brüsselə səfərlərini təşkil edir, həmin şəxslərlə sıx əməkdaşlıq edir  və dolayısı insanlıq əleyhinə cinayət əməllərinə bəraət qazandırır”.

Hikmət Hacıyev deyib ki, sözügedən şəxs müxtəlif vasitələrlə Avropa siyasətçilərini ələ alır, onların Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərini təşkil edir, sonradan həmin şəxsləri Azərbaycana qarşı propaqanda vasitəsinə çevirir, Azərbaycana qarşı dezinformasiya xarakteri daşıyan tədbirlər təşkil edir və onları maliyyələşdirir: “Kaspar Karampetyanın təmsil olunduğu Erməni inqilabçı federasiyası –Daşnaksütun partiyası radikal təmayüllü olaraq Azərbaycan ərazisində minlərlə günahsız insanın öldürülməsində iştirak etmiş və çoxsaylı terror əməllərini törədib. Bu kimi əməllər hər bir ölkədə olduğu kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə xüsusilə ağır cinayətlər hesab olunur və bu əsasda həmin şəxsə qarşı cinayət işi açılıb.  Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərin həyata keçirilməsinə məsuliyyət daşıyan tərəfdir. Bu qeyri-qanuni əməllərin bir qismi beynəlxalq hüququn imperativ normalarından irəli gələn öhdəliklərin ciddi surətdə pozulmasıdır. Beynəlxalq hüququn imperativ normalarının ciddi pozuntusu ağırlaşdırılmış məsuliyyətlə nəticələnən xüsusi halların tətbiq edilməsini nəzərdə tutur.

Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərarında təsbit edib ki, Ermənistan Respublikası hərbi mövcudluğu vasitəsilə ilk günlərdən Dağlıq Qarabağ münaqişəsinə cəlb olunub və qondarma rejim Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi hesabına mövcuddur.

Qeyd etmək istərdik ki, Kaspar Karampetyanın vətəndaşlığını daşıdığı Yunanıstanın cinayət məcəlləsinin müvafiq olaraq, 138, 139, 144, 153 və digər maddələrinə görə Yunanıstanın ərazi bütövlüyünün pozulması, Yunanıstana dost olan ölkələrə qarşı fəaliyyətin həyata keçirilməsi, həmçinin bu kimi ölkələrin dövlət atributlarının təhqir edilməsi hallarına münasibətdə cinayət məsuliyyəti nəzərdə tutulub”.

XİN-in mətbuat xidməti rəhbərinin sözlərinə görə, Belçika hökuməti insanlıq əleyhinə cinayət əməllərinə və həmçinin beynəlxalq hüququn imperativ normalarının (jus cogens) pozulmasına münasibətdə universal yurisdiksiya tətbiq edib: “Azərbaycan Respublikasının Cinayət məcəlləsinə, həmçinin digər ölkələrin qanunlarına və beynəlxalq yurisdiksiyaya görə məsuliyyət daşıyan Kaspar Karampetyan vəkili vasitəsilə Azərbaycanın müstəqil media nümayəndələrini və Milli Məclisin üzvünü təhdid etməsi, onların müstəqil fəaliyyətinə müdaxilə etməsi və onların Belçika məhkəməsinə verməklə hədələməsi qəbuledilməzdir.

Kaspar Karampetyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyətinin qarşısını almaq və cinayət məsuliyyətinə cəlb edilməsi üçün ikitərəfli və çoxtərəfli əsasda bütün müvafiq hüquqi mexanizmlərdən istifadə olunacaq.    

Belçikanın yerli orqanlarında təmsil olunan bəzi deputatların bu şəxsin havadarı qismində çıxış etmələri ciddi təəssüf doğurur. Həmin deputatlara öz seçiciləri qarşısında məsuliyyət daşıdıqlarını bir daha xatırlatmaq istərdik”.

Etiket:

Digər xəbərlər

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

17.06.2026
Çempionlar Liqası:

Çempionlar Liqası: "Sabah"ın II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

17.06.2026
Prezident Məhəmməd Süleyman Əl-Casiri təltif etdi

Prezident Məhəmməd Süleyman Əl-Casiri təltif etdi

17.06.2026

"Qarabağ"ın Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri dəqiqləşdi

17.06.2026
Kevin Medina

Kevin Medina "Qarabağ"dan getdi

17.06.2026
Prezident səhiyyə işçilərini təltif etdi (SİYAHI)

Prezident səhiyyə işçilərini təltif etdi (SİYAHI)

17.06.2026
Konfrans Liqası:

Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək

17.06.2026

"Zirə"nin II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

17.06.2026
Qızının faciəvi ölümündən yazdı:

Qızının faciəvi ölümündən yazdı: "Əsas səbəbkar..."

17.06.2026
Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi (FOTO)

Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi (FOTO)

17.06.2026
Əməkdar artistin xanəndə oğlu vəfat etdi (FOTO)

Əməkdar artistin xanəndə oğlu vəfat etdi (FOTO)

17.06.2026
Bir milyonluq qaçaqmalçılıqda ittiham olunan şəxslərdən xəbər var

Bir milyonluq qaçaqmalçılıqda ittiham olunan şəxslərdən xəbər var

17.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

17.06.2026
Çempionlar Liqası:

Çempionlar Liqası: "Sabah"ın II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

17.06.2026
Prezident Məhəmməd Süleyman Əl-Casiri təltif etdi

Prezident Məhəmməd Süleyman Əl-Casiri təltif etdi

17.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az