• Xəbər lentİ
Fləş

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

20:12 / 16.06.2026

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

19:12 / 16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

18:23 / 16.06.2026

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16:21 / 16.06.2026

Zeynəb Xanlarova konsert verəcək?

14:36 / 16.06.2026

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

13:58 / 16.06.2026

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

13:50 / 16.06.2026

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

10:37 / 16.06.2026

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

10:17 / 16.06.2026

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

10:17 / 15.06.2026

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

00:21 / 15.06.2026

Azərbaycanda Milli Qurtuluş Günüdür

00:10 / 15.06.2026

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

23:28 / 14.06.2026

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

23:27 / 14.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə, 17 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

Atasının ölümünü arzulayan yazıçı

15:42 19.04.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share


Kulis.az Cavid Ramazanovun “Qəddar gözəllik” yazısını təqdim edir

Uzunboylu, mavi gözlü, yaraşıqlı bir avropalı. Yazdığı romana qalmaqallı, Hitlerin kitabının adını verib. Qərbdə elə bir mətbu orqan olmaz ki, onu göylərə qaldırmasın, birisi onu “Ədəbiyyatın yaşayan qəhrəmanı, çılpaq imperatoru” adlandırıb, başqası isə romanını “İncil”lə müqayisə edib. Altı cildlik “Mənim mübarizəm”i 21-ci əsr dünya ədəbiyyatının ən böyük ədəbi uğuru adlandıranlar da var. Zarafat deyil, təkcə 5 milyon əhalisi olan Norveçdə seriya 450,000 nüsxədə satılıb...

Müasir norveçli yazıçı Karl Ove Knausqaard və onun avtobioqrafik “Mənim mübarizəm” roman seriyası haqqında o qədər təriflər eşitmişdim ki, istər-istəməz məndə şübhələr yaranmışdı. Kütləvi qəbul olunan bir şeyi qəbul eləmək asan deyil nə də olsa. Romanın iki cildi əlimin altında olsa da, oxumağı uzun müddət təxirə saldım. 

Günlərin bir günü isə nəsə fərqli bir şey oxumaq xatirinə kitabı əlimə götürdüm. İlk cümlələri oxudum. Və birdən elə güclü, elə dərin bir hiss axınına məruz qaldım ki, bədənimdən həyəcan dalğası keçdi, gözlərim yaşla doldu. Əvvəllər oxuduğum hansısa kitabın ilk cümlələrindəcə nəfəsimin tutulduğunu xatırlamıram. Cümlələr belə idi: “Ürək üçün həyat sadədir. Döyünə bildiyi qədər döyünər. Sonra dayanar”.
 

Oxuduğum cümlələrdə ilk baxışda qeyri-adi heç nə yox idi. Lakin atmosferli, dərin kitabların enerjiötürücülük qabiliyyəti var. Beləcə, ilk cümlələrdən aldığım enerji məni xüsusi bir kitabla üz-üzə olduğuma əmin etdi.
 

Hamıdan gizlədiyimiz, özümüzə belə etiraf etmədiyimiz, içimizin ən dərin yerlərində basdırdığımız hisslər, fikirlər və hadisələr var. Ən yaxınlarımız belə bizim haqqımızda məlumatsızdırlar. Əsl düşüncələrimizi, gizlətdiklərimizi, riyakarlıqlarımızı bizdən başqa bilən varmı? Əksəriyyətimiz bütün həyatımızı bunlardan qaçmağa həsr edərik. Bəzilərinin bəlkə də vecinə olmaz. Bəziləri isə onlarla üzləşmək cəsarəti göstərərlər. Knausqaardın ədəbiyyatı bax, bu üzləşmənin ağrısı, etirafı üzərindədir.
 
“Uzun müddət onun ölməyini arzulamışdım, həyatının istənilən an bitə biləcəyini başa düşəndə isə buna ümid eləməyə başladım. Televizorda onun yaşadığı bölgədə baş verən ölümcül hadisələrlə bağlı - yanğın, yol qəzası, meşə, yaxud dənizdə tapılan meyitlər - xəbərlər çıxanda, birinci hiss elədiyim şey bu ümidlə bağlı olurdu: bu dəfə ölən yüz faiz atamdır. Amma heç birində o olmurdu, özünü qoruyurdu, həyatını davam etdirirdi”.

“Mənim mübarizəm”in ilk cildinin əsas mövzusu Knausqaardın atasının ölümü ilə əlaqədardır. Müəllif uşaqlığına və yeniyetməliyinə gedir, yaşadığı dövrü, ətrafında olan insanları, onlar barədə düşündüklərini necə var eləcə təsvir edir. Lakin əsas mövzu dominant ata və onun oğluna etdiyi böyük təsirin ağrısı üzərindədir. Knausqaard nifrət etdiyi atasını dəfn edir, amma göz yaşlarını saxlaya bilmir. Ürəyinin dərinliklərində bir yerdə onu atasına bağlayan hansısa bir kövrək bağ var. 

 

Sual yarana bilər ki, burada qeyri-adi nə var? Ata mövzusu ilə bağlı Qərb ədəbiyyatında yüzlərlə nümunə var.

 

Birinci cildi oxuyarkən, ilkin güclü təəssürat keçəndən sonra məndən kitab haqqında fikrimi soruşdu bir tanış. Dedim bunu niyə bu qədər göylərə qaldırıblar başa düşmürəm. Hədsiz adi şeylərdən yazır.

Amma bununla belə kitabı əlimdən yerə qoya bilmirdim. Məsələ də elə bundandır: hədsiz adi şeylərdən yazsa da, Knausqaardın nəsri sehrlidir. 3 azyaşlı uşaq atası, evli, hədsiz yeknəsəq bir həyat tərzi sürən bir insan öz həyatından yazır və sən maraqdan cümlələri acgözlüklə yeyirsən. Buna görə bəziləri Knausqaardı “əlkimyaçı” adlandırırlar. O, sanki əlindəki ovsunlu lupanı həyatın üzərində gəzdirir. Sənsə baxdıqca baxmaq, hər şeyi bilmək, öyrənmək istəyirsən. Kitabın bəzi yerlərində elə güclü hiss partlayışlarına şahid olursan ki, nəfəsin təntiyir, sanki bütün bunları yaşayanın sən olduğunu düşünürsən, Knausqaardın həyatının öz damarlarında axdığını hiss edirsən.

Avtobioqrafiyaya hədsiz aludə olan yazıçıların erkən maraqsızlaşdığı barədə fikir var. Təzə başlayan yazıçılara da bu barədə tez-tez xəbərdarlıq edilir. 3500 səhifədən ibarət 6 cildlik romanda öz həyatın, özün haqqında bu qədər detallı yazıb, bu qədər də sehrli qala bilmək doğrudan da qəribədir. Nitsşenin yazmaqla bağlı məşhur fikri var: “Yazmaq istəyirsənsə, qanınla yaz, onda görəcəksən ki, qanda ruh var!”

 

Böyük ehtimalla səbəb elə qanınla, canınla yazmaqdadır...


İlk baxışdan kitabının adıyla, görünüşüylə əksəriyyət üçün təkəbbürlü bir insan kimi görünsə də, Knausqaardın məxsusiliyi səmimiyyətində, hədsiz kövrək və hissiyatlı bir insan olsa da, həqiqətlə üzləşə bilmək kimi güclü xarakterə malik olmasındadır. Uşaqlarıyla bağlı belə yazır:


“Gözəl bir rəsmə baxanda gözlərimə yaşlar dolur, amma öz uşaqlarıma baxanda yox. Bu, onları sevmirəm mənasına gəlmir, çünki onları sevirəm, həm də bütün varlığımla sevirəm, bu, sadəcə onların bəxş etdiyi mənanın bir həyatı doldurmağa kifayət etmədiyi deməkdir, ən azından mənimkini”.

Knausqaardın nəsrinə epataj nəsri demək olar. Təkcə kitabın başlığı “Mənim mübarizəm” çox şey deyir. Həm də müəllif atası, qardaşı, anası, həyat yoldaşı, keçmiş həyat yoldaşı, dostları, uşaqları barədə ən şəxsi şeyləri qələmə alır. Ki, bunun da nəticəsində onun başı az ağrımayıb. Ölkəsində kitabın bomba effekti verməsinin səbəblərindən biri də bununla izah olunur: Norveçdə şəxsi münasibətlərə, şəxsi fikirlərə çox mühafizəkar yanaşma var və belə şeylər gizli saxlanılır.

Bununla belə, Knausqaardı təkcə epatajla məhdudlaşdırmaq olmaz. Onunku epataj xatirinə epataj deyil, həqiqətən də dünyaya deyiləcək bir sözü var.

Həm də Knausqaardın ədəbiyyatı asan ədəbiyyat deyil, uzun, modernist tərzdə cümlələr yazıb (Onu “Skandinav Prustu“ da adlandırırlar), məsələn, ev yığışdırmaq səhnəsini 30-40 səhifədə detallı təsvir edib, bunu hər kəsə oxutdurmağı bacarmaq, hissləri tam çılpaqlığıyla, insanın az qala dərisində hiss etdirəcək səviyyədə çatdırmaq bir yazıçıdan hədsiz böyük istedad və bilik tələb edir.

Həqiqi bir roman yazmaq bir yazıçı üçün özünü başa düşmək cəhdidir. Qustav Flober “Madam Bovari mənəm” deməmişdimi?  Knausqaard “Mənim mübarizəm”in ikinci cildində romanını necə qələmə aldığını yazanda da sənə hər şey aydın olur: ilk növbədə özün üçün yazırsan, özünü dərk etmək, başa düşmək üçün yazırsan.

“Mənim mübarizəm”in bir yerində kafedə oturub pivə içməyi haqqında belə yazır Knausqaard:

“İnsanlıq anlayışı davamlı dəyişir, dünya və təbiət anlayışı da eləcə, hər cür qəribə fikir və inanclar doğulub ölür, faydalı-faydasız nəsnələr ortaya çıxır, elm dünyanın sirlərinə daha da dərindən bələd olur, maşınlar çoxalır, sürət artır və köhnə yaşayış formaları birdəfəlik kənara tullanılır, amma heç kimin ağlına pivəni kənara tullamaq və ya dəyişdirmək gəlmir. Arpa, mayaotu, su. Tarla, çöl, çay. Və bunu hər şeyin təməlində görmək olar. Kökümüz qədim keçmişə gedir, ilk insan Afrikanın harasındasa qırx min il əvvəl gözlərini dünyaya açandan bəri, yaxud Homo Sapiens nə qədər müddətdir varsa, o qədər müddət ərzində bədənlərimiz, ehtiyaclarımız və ya bizim üçün əhəmiyyət kəsb edən digər şeylərimiz dəyişməyib. Amma biz inandıq ki, fərqliyik, üstəlik təsəvvür gücümüz o qədər qüdrətliydi ki, inanmaqla qalmadıq, bunu özümüzə təlqin etdik, kafelərdə və qaranlıq klublarda sərxoş olub rəqslər elədik, böyük ehtimalla məsələn, iyirmi beş min il əvvəl Aralıq sahillərində bir yerdə bir tonqalın parlaq işığı ətrafında oynanılan rəqslərdən daha bacarıqsız idi bunlar

Bəs ətrafımızdakı insanlar müalicəsi olmayan xəstəliklərdən yıxılıb ölürsə, modern olduğumuz barədə bir fikir necə ortaya çıxa bilir? Beyin xərçəngiylə kim modern ola bilər? Hər kəsin tezliklə torpağın altına çürüyəcəyini bilə-bilə modern olduğumuza necə inana bilirik?

Parçımı yenidən dodaqlarıma aparıb böyük qurtumlarla içdim.

İçməyi necə də sevirəm...”

Knausqaardın qəddar, amma gözəl nəsri də belə ölməyən, dəbdən düşməyən məfhumlar, insani hisslər haqqındadır. Ömrümüzün hər günü sevinir, əzab çəkir və mübarizə aparırıq - sevgi üçün, dostluq üçün, daha gözəl və daha mənalı bir həyat üçün...


 MilliYol.Az

Etiket:

Digər xəbərlər

Konfrans Liqası:

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Avropa Liqası:

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

16.06.2026
Zeynəb Xanlarova konsert verəcək?

Zeynəb Xanlarova konsert verəcək?

16.06.2026
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16.06.2026
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

16.06.2026
Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

16.06.2026
24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

16.06.2026
İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

16.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Konfrans Liqası:

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Avropa Liqası:

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az